Konvensiyasının 31- ci maddəsində artıq
qeyd etdiyimiz istisnalarla
yerləşmə dövlətinin mülki və inzibati yurisdiksiya immunitetindən
istifadə edirlər.
Əgər nümayəndəliyin başçısı və ya nümayəndəliyin
diplomatik
heyətinin üzvü məhkəmədə özü iş qaldırırsa, bu həmin şəxsi əsas
iddia ilə əlaqədar cavab iddiasına münasibətdə
yurisdiksiya
immunitetinə istinad etmək hüququndan məhrum edir. (maddə 31, 3-
cü bənd).
Yerləşmə dövlətinin yurisdiksiyasından immunitet, həmçinin
onu nəzərdə tutur ki, bu yurisdiksiyanın şamil edildiyi şəxslər şahid
kimi məhkəmələrdə ifadə vermək öhdəliyindən azaddırlar. Eyni
zamanda, onu da qeyd edək ki, yurisdiksiya immuniteti şəxsi
akkreditiv dövlətinin yurisdiksiyasından azad etmir. (maddə 30, 3-cü
bənd).
Göndərən dövlət öz nümayəndələrinin yurisdiksiya
immunitetindən imtina edə bilər, lakin bu imtina aydın ifadə
olunmalıdır (maddə 31, 1-ci və 2-ci bənd). Mülki iddialara
münasibətdə immunitetdən imtina etmədiyi hallarda belə akkreditiv
dövlət tələbin ədalətli şəkildə yoluna qoyulması üçün bütün mümkün
vasitələrdən istifadə etməlidir (31-ci maddə, 5-ci bənd).
Göründüyü kimi 1975-ci il Vyana Konvensiyasının 30 və 31-ci
maddələri diplomatik əlaqələr haqqında 1961-ci il Vyana
Konvensiyasının uyğun 31 və 32-ci maddəsindəki müddəalar
əsasında hazırlanmışdır. Lakin burada müəyyən fərqlər də
mövcuddur ki, bu da deleqasiyanın üzvlərinin daha məhdud mülki və
inzibati yurisdiksiya immuniteti ilə əlaqədardır.
Əsas deleqatlarla yanaşı, həmçinin deleqasiyanın diplomatik
personalının üzvləri də (müşavir, ekspertlər və s. daxil olmaqla)
yerləşmə dövlətinin cinayət yurisdiksiyasından tamamilə azad
olunurlar. Yerləşmə dövlətinin mülki və inzibati yurisdiksiyasından
immunitet isə, artıq qeyd etdiyimiz kimi bu kateqoriya şəxslərdə daha
məhduddur. Bu immunitet həmin şəxslərin yalnız rəsmi
funksiyalarının həyata keçirilməsi ilə bağlı fəaliyyətlərinə mü-
nasibətdə tətbiq olunur (maddə 60, 1 və 3-cü bənd).
Daimi nümayəndəliklərin başçıları və diplomatik heyətinin
üzvlərindən fərqli olan daha bir cəhət ondan ibarətdir ki,
deleqasiyaların üzvlərinin istifadə etdikləri və onlara aid olan
nəqliyyat vasitələri ilə zərər vurulan zaman bu nümayəndələr, əgər
zərər sığorta kampaniyaları ilə ödənilməzsə zərərin ödənilməsi ilə
bağlı iddialara münasibətdə inzibati və mülki yurisdiksiya
immunitetindən istifadə edə bilməzlər (maddə 60, 4-cü bənd).
Buraya, həmçinin bu kateqoriya nümayəndələrə aid olan və onların
istifadə etdikləri gəmilər və uçan aparatlar da aid edilir.
209
1
Bu kateqoriya şəxslər də eynilə şahid kimi dindirilə bilməzlər.
61-ci maddə (immunitetdən imtina) konvensiyanın nüma-
yəndəlik haqqında 31-ci maddəsi ilə analojidir.
Konvensiyanın 32-ci maddəsində əks olunan müddəaya əsasən
yerləşmə dövlətində qüvvədə olan
sosial təminat haqqında
müddəalar nümayəndəliyin başçısına, onun diplomatik personalının
üzvlərinə və həmçinin yerləşmə dövlətinin vətəndaşları olmayan və
burada yaşamayan xüsusi ev qulluqçularına şamil edilir. Digər
muzdla tutulmuş işçilərə münasibətdə isə nümayəndəlik
yerləşmə
dövlətinin sosial təminat haqqında qərarlarını yerinə yetirməlidir.
Nümayəndəliyin başçısı və diplomatik personalının üzvləri
şəxsi və əmlak xarakterli bütün ümumdövlət rayon və bələdiyyə,
vergi, rüsum və xərclərindən bir sıra istisnalarla azad olunurlar.
Onlar aşağıdakı vergilərdən azad olunmurlar: 1) adətən malın və ya
xidmətin qiymətinə daxil edilən vasitəli vergilərdən, 2) yerli dövlətin
ərazisində yerləşən və nümayəndəliyin məqsədləri üçün istifadə
olunmayan şəxsi daşınılmaz əmlakın vergi və xərclərindən, 3) yerli
dövlət tərəfindən toplanan miras vergilərindən və varislik
rüsumlarından, 4) yerli dövlətlərdə yerləşən
gəlir mənbələrindən
qazanılan şəxsi gəlirə olan rüsum və vergilərdən və həmçinin yerli
dövlətlərdəki kommersiya münasibətlərinə kapital qoyuluşunun
vergilərindən, 5) konkret xidmət növünə görə yığılan rüsumlardan, 6)
və 24-cü maddədə nəzərdə tutulan istisnalarla qeydiyyat, məhkəmə
və daşınılmaz əmlaka münasibətdə digər yığımlardan.
Artıq əvvəl də qeyd etmişdik ki, nümayəndəliyin başçısının və
diplomatik personalın üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan
əşyaların gətirilməsi və onların gömrük nəzarətindən, rüsumlarından
azad edilməsi Konvensiyanın 35-ci maddəsində nəzərdə tutulmuşdur.
Burada, həmçinin qeyd olunur ki, adı çəkilən şəxslərin şəxsi
baqajlarının keçirilməsi zamanı yerləşmə dövlətinin qayda-qanunları
haqqında 35-ci maddənin pozulmasının mümkünlüyü ehtimalı
1
Блищенко И.П. Дипломатическое право. М.: 1990, с. 141
208
yaranmazsa, baqaj nəzarətdən azad olunur. Əks
təqdirdə, belə nəzarət
həmin şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə
həyata keçirilə bilər.
Xüsusi ev qulluqçuları da, həmçinin xidmətinə görə aldıqları
əmək haqqına qoyulan vergi və rüsumlardan azad olunurlar. Digər
hallarda onlar yalnız yerləşmə dövlətində nəzərdə tutulan
immunitet
və üstünlüklərdən istifadə edirlər .
1975-ci il Konvensiyasının 34-cü maddəsinə uyğun olaraq
yerləşmə dövləti nümayəndəliyin başçısını və diplomatik personalı
bütün şəxsi və dövlət mükəlləfiyyətlərindən, həmçinin rekvizisiya
(müsadirə), kontribusiya(təzminat) və hərbi mənzil mükəlləfiyyətləri
kimi hərbi mükəlləfiyyətlərdən azad edir.
Deleqasiyaların inzibati – texniki personalının üzvlərinin,
xidmətçi personalının üzvlərinin, xüsusi ev qulluqçularının və
deleqasiyaların ailə üzvlərinin immunitet
və üstünlüklərinə gəldikdə
isə, bu maddə II hissənin uyğun 36-cı maddəsinə əsasən tərtib olun-
muşdur. Təbii ki, burada deleqasiyaların müvəqqəti xarakterindən
doğan bəzi spesifik xüsusiyyətlər də nəzərə alınmışdır. Məsələn, ailə
üzvlərinə sosial təminat sahəsində qanunvericilikdən qaldırılma
haqqında müddəa şamil olunmur (maddə 62), onlar rüsum və ver-
gilərdən azad olunma haqqında 63-cü maddəyə düşmürlər.
Biz şəxsi immunitetlərdən bəhs edən maddələr haqqında
danışarkən əsasən Konvensiyanın daimi nümayəndəliklərə aid olan
maddələrindən bəhs etdik. Bununla əlaqədar olaraq onu da qeyd
etməliyik ki, Konvensiyanın orqan və konfranslardakı deleqasiyalara
aid 62 (sosial təminat sistemində iştirak öhdəliyindən azad olunma),
63 (vergi və rüsumlardan azad olunma) 64 (şəxsi mükəlləfiyyətlərdən
azad olunma), və 65-ci (gömrük rüsumu və nəzarətində azad olunma)
maddələri nümayəndəliklərə aid 32, 33, 34 və 35-ci maddələri ilə
analoji tərtib olunmuşdur.
İmmunitet və üstünlüklərin fəaliyyət müddəti.
Konvensiyaya əsasən immunitet və üstünlüklərdən
istifadə etmək
hüququ olan hər bir şəxs öz vəzifəsini tutmaq üçün yerləşmə
dövlətinin ərazisinə gəldiyi andan və ya əgər o artıq bu ərazidə
yerləşirsə, onun təyinatı haqqında göndərən dövlət və ya təşkilat
tərəfindən məlumat verildiyi andan bu immunitet və imtiyazlardan
istifadə edir. Funksiyaların bitməsi ilə immunitet və üstünlüklər
şəxsin yerləşmə ölkəsini tərk etməsi anında kəsilir.
Digər şəxslərin immunitet və imtiyazları .
Konvensiyanın, nümayəndəliyin diplomatik personalının ailə
üzvləri üçün, inzibati-texniki personalın üzvləri və onların ailə
üzvləri üçün, nümayəndəliyin xidməti personalı və xüsusi ev
qulluqçuları üçün immunitet və imtiyaz müəyyən edən 38-cı maddəsi
mühüm yenilik idi.
Bu maddələrdən danışarkən, onu da qeyd etmək lazımdır ki,
yerləşmə dövləti bir çox hallarda eyni zamanda göndərən dövlət kimi
də çıxış edir və öz ərazisində yerləşən beynəlxalq təşkilatlar yanında
özünün daimi nümayəndəliklərinə malik olur. O, eyni zamanda
ərazisində keçirilən beynəlxalq konfranslara da deleqasiyalar
göndərir. Konvensiya yerləşmə dövlətinin nümayəndəliklərinin və
deleqasiyalarının üzvlərinin immunitet və üstünlükləri
məsələsini həll
etmir və bunu yerləşmə dövlətinin özünün ixtiyarına buraxır.
Nümayəndəliyin başçısı və dippersonalının onlarla bir yerdə
yaşayan ailə üzvlərinə gəldikdə isə onlar ailə başçısı ilə eyni
immunitet və imtiyazlardan istifadə edirlər.
Konvensiyanın 37-ci maddəsinə əsasən nümayəndəliyin
inzibati-texniki personalının üzvləri və onlarla birgə yaşayan ailə
üzvləri, əgər bu ailə üzvləri yerləşmə dövlətinin vətəndaşları
deyillərsə və ya burada daimi yaşamırlarsa cinayət yurisdiksiyasına
qarşı tam immunitet də daxil olmaqla bütün immunitet və üs-
tünlüklərdən istifadə edirlər. Burada bir istisna vardır ki, mülki və
inzibati yurisdiksiya immuniteti bu şəxslərin öz rəsmi öhdəlikləri ilə
əlaqədar olmayan fəaliyyətlərinə şamil edilmir.
Yeri gəlmişkən, artıq qeyd etdiyimiz kimi, BMT-nin
immunitet və imtiyazları haqqında 1946-cı il 13 fevral
Konvensiyasında da bir sıra funksional xarakter daşıyan immunitet
və imtiyazlar nəzərdə tutulmuşdur. Buraya, həbsdən immunitet,
bütün kağız və sənədlərin toxunulmazlığı, pul və ya valyuta
dəyişdirilməsinin məhdudlaşdırılmasına münasibətdə imtiyazlar,
şəxsi baqaja münasibətdə immunitet və imtiyazlar və s. daxildir.
37-ci maddənin 3-cü bəndinə əsasən xidməti personala verilən
immunitet və imtiyazlar onların yalnız öz vəzifələri ilə bağlı olan
əməlləri ilə məhdudlaşır. Onlar, həmçinin xidmətlərinə görə aldıqları
əmək haqqı vergi və yığımlarından azad olunurlar.
Bu məsələ ilə bağlı olan bütün əvvəlki beynəlxalq
razılaşmaların rolunu heç də azaltmadan, 1975-ci il Konvensiyası,
210
211