dövlətin nümayəndəliyinə (deleqasiyasına)
ümumi imtiyazlar təqdim
etməli və onlara funksiyalarını həyata keçirə bilmələri üçün lazımi
imkanları yaratmalıdır. Təşkilat və ya konfrans, öz növbəsində bu cür
imkanlarla təmin olunmaları üçün nümayəndəliklərə (deleqasiyalara)
yardım etməli və həmçinin öz səlahiyyətlərinə daxil olan digər
imkanlarla onları təmin etməlidir.
İndi də, birinci qrupa daxil olan immunitet və üstünlüklərin
araşdırılmasına keçək. Xarici əlaqələrin bütün xarici orqanlarında
olduğu kimi burada da
nümayəndəliyin binasının toxunulmazlığı
əsas yerdə durur. Nümayəndəliyin binası deyərkən, burada daimi
nümayəndəliyin, müşahidəçilərin daimi missiyalarının, beynəlxalq
təşkilatın orqanında və beynəlxalq konfranslardakı deleqasiyaların,
orqan və ya konfransdakı deleqasiyaların binaları nəzərədə tutulur.
Nümayəndəlik və deleqasiyaların binalarının tam
toxunulmazlığının Konvensiya ilə təmin olunması məsələsi çox
mürəkkəb məsələlərdən idi. Belə ki, Konvensiyanın
nümayəndəlik
(23) və deleqasiyaların (54) binalarının toxunulmamazlığına aid
uyğun maddələrinin hazırlanmasında BHK-sı 1969-cu il Xüsusi
missiyalar haqqında Konvensiyanın 25-ci maddəsində olduğu kimi
“fövqəladə vəziyyət” qeyd-şərtini daxil etməyi nəzərdə tutmuşdur.
Təbii ki, bu da tam toxunulmazlığı təmin edə bilməzdi.
Uzun müzakirələrdən sonra Vyana Konfransı, 23-cü maddənin
son variantına daimi nümayəndəliklərin mütləq istisnasız
toxunulmazlığı prinsipini yerləşdirdi. Lakin orqan və konfranslardakı
deleqasiyaların xidməti binalarına münasibətdə bunu həyata
keçirmək mümkün olmadı. Belə ki, layihənin 54-cü maddəsinin
müzakirəsində lazımi 2\3 səs yığılmadı və maddə Konvensiyanın
mətnindən çıxarıldı.
Bu zahirən belə görünməsə də əslində “son zərurət”,
“fövqəladə vəziyyət” doktrinası praktikada bir sıra sui-istifadələrə yol
aça bilər. Və mahiyyətcə bu qeyd-şərt suveren dövlətlərin xaricdəki
rəsmi nümayəndəliklərinin binalarının ümumtanınmış toxunulmazlıq
prinsipinə xələl gətirmiş olur. Bu zaman nümayəndəliyin binasının
mütləq toxunulmazlığından bəhs etmək əsassızdır.
Bununla əlaqədar bir çox deleqasiyalar, Konvensiyanın mət-
nində deleqasiyaların xüsusi yaşayış binalarının və onların
əmlaklarının toxunulmazlığı haqqında layihənin 60-cı maddəsinin
(son redaktədə 59-cu maddə) saxlanılmasına çalışmağa səy
göstərirlər. Bu məsələdə əsas təşəbbüs Latın Amerikası ölkələrinə aid
idi. Müzakirələrdən sonra 60-cı maddə qəbul edildi.
Konvensiyanın 59-cu maddəsinin 1-ci bəndinin sonuncu
redaktəsində deyilir: “Deleqasiyanın başçılarının, digər deleqatların
və deleqasiyanın diplomatik personalının üzvlərinin xüsusi yaşayış
binaları toxunulmazlıq və müdafiədən istifadə edir”.
Bu maddənin
çox mühüm əhəmiyyəti vardır, belə ki, mehmanxanalar (xüsusi
yaşayış binaları) deleqatlar tərəfindən praktikada həm yaşayış, həm
də xidməti bina kimi istifadə edilir.
Deleqatların xidməti binalarına gəldikdə isə, əsasən onlar öz
dövlətlərinin nümayəndəlik və səfirliklərində yerləşirlər ki, bu binalar
da 1961-ci il diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına
əsasən tam toxunulmazlıqdan istifadə edirlər.
Bundan başqa, əgər, məsələn, deleqasiyanın başçısı xüsusi
olaraq deleqasiya üçün tutulmuş binada yerləşirsə və eyni zamanda o,
bu binadan yaşayış məqsədlərindən başqa xidməti bina kimi də
istifadə edirsə, o zaman bu bina təbii ki, yaşayış binası sayılır və
uyğun olaraq Konvensiyanın 59-cu maddəsinə
əsasən
toxunulmazlıqdan istifadə edir.
Bu
məsələ ilə əlaqədar, son olaraq onu da qeyd etmək lazımdır
ki, beynəlxalq hüququn mənbələri təkcə müqavilə normaları deyil,
eyni zamanda adət normalarıdır ki, bu normalar dövlətlərin başqa
xarici əlaqə orqanlarının toxunulmazlığı ilə yanaşı deleqasiyaların
xidməti binalarının da toxunulmazlığını nəzərdə tutur.
İndiyə kimi biz, daimi nümayəndəliklərin və orqan və
konfranslardakı deleqasiyaların binalarının toxunulmazlığından bəhs
etdik. Daimi müşahidəçilər missiyasının və orqan və konfranslardakı
müşahidəçi deleqasiyaların tutduqları binalarla əlaqədar olaraq 1975-ci
il Konvensiyası qərara alır ki, bu orqanları tamamilə daimi
nümayəndəliklərin və orqan və konfranslardakı deleqasiyaların hüquqi
statusu, immunitet və imtiyazları ilə eyniləşdirsin. Bu eyni zamanda
onların tutduqları binaların toxunulmazlığına da aiddir.
1
1975-ci il Vyana Konvensiyası nümayəndəliyin
arxiv və
sənədlərinin toxunulmazlığını (maddə 25) və həmçinin rəsmi
korrespondensiya və
poçtun toxunulmazlığını (maddə 27) nəzərdə
tutur.
1
Сандровский К.К. Право внешних сношений. Киев: 1986, с. 274
204
205
Nümayəndəlik və deleqasiyaların poçtlarının tam
toxunulmazlığı onların normal fəaliyyətlərinin
həyata keçirilməsi
üçün vacib şərtdir. BHK-sı, məhz bunu əsas tutaraq Konvensiyanın
uyğun maddələrini hazırlamışdır. Konvensiyanın uyğun olaraq 27 və
58-ci maddələrində aşağıdakı müddəalar əks olunmuşdur: “nü-
mayəndəliyin (deleqasiyanın) rəsmi korrespondensiyası
toxunulmazdır” və “nümayəndəliyin (deleqasiyanın) poçtu tutulub
saxlanıla və açıla bilməz”.
27-ci maddəyə dair müəyyən qeyd-şərtlərin edilməsi
cəhdlərinin olmasına baxmayaraq həmin maddə olduğu kimi qəbul
edilmişdir.
Beləliklə, Konvensiyada nümayəndəlik və deleqasiyaların
poçtlarının tam toxunulmazlığı prinsipi möhkəmləndirildi və bununla
da bu məsələyə aid ümumtanınmış adət norması Konvensiyada öz
əksini tapmış oldu.
1975-ci il Vyana Konvensiyası nümayəndəliyin rəsmi
istifadəsi, nümayəndəliyin başçısının və diplomatik personalın
üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan əşyaların, o
cümlədən, avadanlıq əşyalarının yerləşmə dövlətinə gətirilməsini və
onların
gömrük rüsumlarından və nəzarətindən azad edilməsini
nəzərdə tutur(maddə 35).
Yerləşmə dövlətinin qanun-qaydalarını və adətlərini nəzərə
almaqla daimi nümayəndəliyin və daimi müşahidəçilər missiyasının
öz binaları üzərində
göndərən dövlətin bayraq və emblemindən
istifadə etmək hüququ vardır. Bununla yanaşı belə
nümayəndəliklərin başçılarının onların istifadə etdikləri binalara və
nəqliyyat vasitələrinə münasibətdə də bu cür hüquqları vardır.
Nümayəndələrin funksiyalarının həyata keçirməsi vasitələrinə
aid olan əlaqə saxlamaq azadlığı və hərəkət etmək sərbəstliyindən də
bəhs etmək vacibdir. Əlaqə saxlamaq azadlığının əsas
elementlərindən biri, bizim yuxarıda bəhs etdiyimiz nümayəndəliyin
poçtunun toxunulmazlığıdır.
Hərəkət etmək sərbəstliyi isə 1961-ci il Vyana
Konvensiyasının uyğun müddəalarına analoji olaraq təsbit edilmişdir.
1975-ci il Konvensiyası müəyyən etmişdir ki,
yerləşmə dövləti
dövlətin təhlükəsizliyi baxımından girişi qadağan olunan və ya
tənzimlənən zonalar haqqında qayda-qanunları nəzərə almaqla daimi
nümayəndəliklərin və orqan və konfranslardakı deleqasiyaların
funksiyalarını yerinə yetirmələri üçün öz ərazisində sərbəst hərəkət
etmək imkanı yaratmalıdır.
İkinci qrupa daxil olan immunitet və üstünlüklərə gəldikdə isə,
şəxsi xarakterli immunitet və imtiyazlar arasında nümayəndəlik və
deleqasiyaların başçılarının və onun qalan diplomatik personalının
üzvlərinin
şəxsi toxunulmazlığı prinsipi fundamental prinsip rolunu
oynayır. Nümayəndəliyin başçısının və diplomatik personalın
üzvlərinin normal fəaliyyəti üçün şəxsi toxunulmazlıq mühüm
şərtdir. 1975-ci il Vyana Konvensiyasının 28-ci maddəsi aşağıdakı
şəkildə tərtib olunmuşdur: “Nümayəndəliyin başçısının və
nümayəndəliyin diplomatik personalının üzvlərinin şəxsiyyəti
toxunulmazdır. Onlar heç bir formada tutulub saxlanıla
və ya həbs
oluna bilməzlər. Yerləşmə dövləti onlara lazımi hörmətlə yanaşmalı
və onların şəxsiyyətinə, azadlıq və ləyaqətinə qarşı yönələn hər hansı
bir qəsdin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməli və
həmçinin bu cür qəsdlər edən şəxsləri təqib edib onları
cəzalandırmalıdır”.
Bu 28-ci maddənin və deleqasiyalara aid olan hissədə uyğun
58-ci maddənin sonuncu müddəası (bu cür qəsdlər edən şəxsləri
məhkəmə qaydasında təqib edib, cəzalandırmaq) mühüm əhəmiyyət
kəsb edir. Bu baxımdan 1975-ci il Konvensiyası, 1961-ci il Vyana
Konvensiyasından daha da irəli gedərək tam toxunulmazlıq
prinsipinin təminatını yaratmışdır.
1975-ci il Konvensiyası nümayəndəliyin başçısının
və onun
diplomatik personalının üzvlərinin sənədlərinin,
korrespondensiyalarının və müəyyən istisnalarla əmlakının
toxunulmazlığını nəzərdə tutur (maddə 29, 2-ci bənd).
Əmlakın toxunulmazlığı prinsipindən istisnalar artıq başqa
şəxsi immunitet növü ilə -
yurisdiksiya immuniteti ilə əlaqədardır.
1975-ci il Konvensiyasının 30-cu maddəsinə əsasən nüma-
yəndəliyin başçısı və nümayəndəliyin diplomatik personalının üzvləri
yerləşmə dövlətinin cinayət mühakimə aidiyyatından
(yurisdiksiyasından) tamamilə azad olunur.
30-cu maddə, həmçinin mülki və inzibati yurisdiksiya
immunitetini də nəzərdə tutur. Lakin
burada müəyyən istisnalar
vardır. 1975-ci il Vyana Konvensiyasının 30-cu maddəsinin 1-ci
bəndinə əasasən nümayəndəliyin başçısı və onun diplomatik
personalının üzvləri Diplomatik əlaqələr haqqında 1961- ci il Vyana
206
207