Birləşmiş Ştatlardan fərqli olaraq İsveçrə Cenevrədəki daimi
müşahidəçilərə demək olar ki, BMT-nin Avropa şöbəsi yanında
daimi nümayəndəliklərlə verilən eyni imunitet və imtiyazlar verir.
Lakin bu da hər hansı bir razılaşma əsasında
və ya daxili
qanunvericilik əsasında deyil, nəzakət qaydalarına əsasən verilir.
Müşahidəçilərin rolu təbiətinə əsasən diplomatik xarakter
daşıyır. Onu da, xüsusilə, qeyd etmək lazımdır ki, bu nümayəndələr
təşkilatla münasibətdə öz dövlətlərini təmsil etdiklərinə görə və lazım
gəldiyi təqdirdə həmin dövlətin adından çıxış etdiklərinə görə
nümayəndəlik xarakteri daşıyırlar. Buna görə də, bu məsələ ilə
əlaqədar Beynəlxalq Hüquq Komissiyası iş apararkən belə bir düzgün
nəticəyə gəlmişdir ki, beynəlxalq təşkilatlar yanında müşahidəçilərin
hüquqi statusu daimi nümayəndəliklərin hüquqi statusu ilə
eyniləşdirilməlidir. Bu cür yanaşmanın nəticəsi kimi Beynəlxalq
Hüquq Komissiyası daimi nümayəndəliklərə və daimi müşahidəçilər
missiyasına aid olan maddələri öz layihələrinin
vahid hissəsində
birləşdirmişdir.
1975-ci il Vyana Konvensiyası bu mövqeyi tamamilə qəbul
etmişdir. Nəticədə Konvensiyanın II bölməsində nəzərdə tutulan
hüquqi status, immunitet və imtiyazlara aid olan maddələr eyni
dərəcədə həm daimi nümayəndəliklərə, həm də daimi müşahidəçilərə
şamil olunur.
Konvensiyanın 1-ci maddəsinin 8-ci bəndi müşahidəçilərin
daimi missiyasını beynəlxalq təşkilatın üzvü olmayan dövləti
təşkilatda təmsil etməsi üçün həmin dövlət tərəfindən göndərilən
daimi xarakterli missiya kimi müəyyən etmişdir. Onların təsis
edilməsinin şərti daimi nümayəndəliklər üçün qoyulan şərtlə eynidir,
yəni “əgər bu təşkilatın qaydaları ilə icazə verilərsə”. Dövlət
personalın sayına və onun vətəndaşlığına aid olan 14 və 73-cü
maddələri nəzərə almaqla müşahidəçilərin daimi missiyasının
əməkdaşlarını sərbəst müəyyən etmək hüququna malikdir. Daimi
nümayəndəliklərdə olduğu kimi göndərən dövlət,
eyni şəxsi iki və ya
daha artıq beynəlxalq təşkilat yanında daimi müşahidəçilər
missiyasının başçısı kimi təyin edə bilər və ya daimi müşahidəçilər
missiyasının başçısını özünün digər daimi müşahidəçilər missiyasının
diplomatik personalının üzvü təyin edə bilər(maddə 8, 1-ci bənd).
Müşahidəçilərin daimi missiyasının funksiyaları, daimi
nümayəndəliklərin funksiyaları ilə oxşar olsalar da, bir sıra fərqli
cəhətlərə də malikdirlər. Bu da ondan irəli gəlir ki, daimi
müşahidəçini göndərən dövlət təşkilatın üzvü olmadığına görə onun
fəaliyyətində bilavasitə yaxından iştirak edə bilmir. Və bu fərq də
uyğun maddələrdə özünü göstərmişdir. Daimi müşahidəçilərin
funksiyaları nisbətən daha məhdud xarakter daşıyır. Onlar Təşkilatın
bu və ya digər orqanında qərar qəbul edilməsi üçün keçirilən
müzakirələrdə, səsvermədə iştirak edə bilməzlər. Lakin bu və ya
digər məsələnin müzakirəsində iştirak etymək və bu məsələ ilə bağlı
öz mövqeyini açıqlamaq, bildirmək hüququna malikdirlər.
Konvensiya daimi müşahidəçilər missiyasının da
funksiyalarını sadalayarkən onların tam siyahısını vermir. Burada
Təşkilat və göndərən dövlət arasında əlaqələri saxlamaq
və onlar
arasında əməkdaşlığa yardım etmək, Təşkilatda həyata keçirilən
fəaliyyəti araşdırıb bu haqda öz dövlətinin hökumətinə məlumat
vermək, uyğun hallarda təşkilatla danışıqlar aparmaq və nəhayət,
Təşkilat yanında göndərən dövləti təmsil etmək kimi funksiyaların
adı çəkilmişdir.
Orqan və konfranslardakı müşahidəçilərin hüquqi vəziyyətini
tənzim edən müddəaların Konvensiyaya daxil edilməsi konfransda
bəzi çətinliklərlə qarşılanmışdır. Konfrans uzun müzakirələrdən sonra
“orqan və konfranslarda müşahidəçilər deleqasiyası” adlanan
müstəqil IV bölməni Konvensiyaya daxil etməyi qərara aldı. Bu
bölmə 71 və 72-ci maddələrdən ibarətdir. 71-ci maddədə deyilir ki,
dövlət təşkilatın qaydalarına uyğun olaraq müşahidəçilər
deleqasiyasını orqan və ya konfransa göndərə bilər.
72-ci maddəyə əsasən isə deleqasiyalara aid olan hüquq
normaları müşahidəçilərə də tətbiq olunur.
Onu da qeyd etmək lazımdır ki, 1975-ci il Konvensiyası, dip-
lomatiya sahəsinə aid olan ondan əvvəlki
konvensiyalar kimi gələcək
iştirakçılar keyfiyyətində beynəlxalq hüququn bütün subyektlərini
deyil, təkcə suveren dövlətləri nəzərdə tutur. Buna görə də öz
azadlığı uğrunda mübarizə aparan xalqların və o cümlədən,
beynəlxalq təşkilatların göndərdikləri orqan və konfransdakı
nümayəndələri və müşahidəçiləri bu Konvensiyanın məzmununa
görə beynəlxalq hüquqi cəhətdən tənzimlənmirlər. Lakin praktika bu
cür subyektlərin də deleqasiya və müşahidəçilərinə müəyyən formada
imunitet və imtiyazların şamil edilməsini tələb edir.
Məsələn, elə həmin 1975-ci il Vyana Konfransında 81 üzv-
200
201
dövlətin iştirakçısından əlavə, xüsusi qətnamə ilə BMT-nin
ixtisaslaşdırılmış müəssisələrinə - BƏT, YUNESKO, BİYB, BPİ,
FAO, BST və AEBA və digər maraqlı olan hökumətlərarası
təşkilatlara öz müşahidəçilərini göndərmək təklif olunmuşdur. Həmin
konfransda bir sıra regional beynəlxalq təşkilatlarlar da öz
müşahidəçiləri ilə təmsil olunmuşdular (Məs.: Avropa Şurası, Avropa
İqtisadi Birliyi, Ərəb ölkələri Cəmiyyəti).
Bir sıra məhəlli beynəlxalq
təşkilatlarda beynəlxalq
təşkilatların orqanlarında öz müşahidəçilərinə malikdirlər. Belə ki,
aşağıdakı regional beynəlxalq təşkilatlara xüsusi qətnamə ilə BMT-
nin Baş Assambleyasında müşahidəçi statusu verilmişdir: Amerika
Dövlətləri Təşkilatı, Ərəb Dövlətləri Cəmiyyəti və Afrika Birliyi
Təşkilatına.
Baş Assambleya, həmçinin Avropa İqtisadi Birliyinə və İslam
Konfransı Təşkilatına da öz sessiyalarında müşahidəçi statusu
vermişdir. Fələstin Azadlıq Təşkilatı da Baş Assambleyanın ses-
siyasında müşahidəçi statusundan istifadə edir ki, bu da beynəlxalq
hüququn subyekti kimi, öz azadlığı uğrunda mübarizə aparan xalqın
xarici əlaqələrdə iştirak etməsi formalarından biridir.
Lakin orqan və konfranslara milli azadlıq hərəkatlarından
müşahidəçilər göndərmək praktikası hələ uyğun hüquqi əsasa malik
deyildir. Onu demək kifayətdir ki, hətta dövlətlərin müşahidəçiləri
belə bir sıra yerləşmə dövlətlərində imtiyazlardan
istifadə etmək
hüququna malik deyillər. Və onlara belə immunitet və üstünlüklərin
verilməsi artıq qeyd etdiyimiz kimi nəzakət qaydalarına əsaslanır.
Bunları nəzərə alaraq 1975-ci il Vyana Konfransında bir sıra
dövlətlərin təkidi ilə xüsusi qətnamə qəbul edildi. Bu qətnamədə
BMT-nin Baş Assambleyasından xahiş olunurdu ki, növbəti sesiyada
milli azadlıq hərəkatından olan müşahidəçilərin statusunu, immunitet
və imtiyazlarını nizamlamaq haqda məsələyə baxılsın.
1
Konfrans
dövlətlərə tövsiyə edirdi ki, bu məsələnin həllınə qədər onlar bu cür
hərəkatlardan olan müşahidəçi və deleqasiyaları onlara vacib olan
imunitet və imtiyazlarla təmin etsinlər.
Və son olaraq onu qeyd etmək olar ki,
bütün bu çətinliklərə
baxmayaraq konfrans beynəlxalq praktikada ilk dəfə olaraq universal
xarakterli beynəlxalq təşkilatlar yanında daimi müşahidəçilərin və
həmçinin orqan və konfranslardakı müşahidəçilərin hüquqi statusu,
immunitet və imtiyazları haqqında dəqiq müəyyən olunmuş
normaları çoxtərəfli konvensiya halında qəbul edə bildi. Bu
beynəlxalq hüquqda yenilikdir və beynəlxalq hüququn proqressiv
inkişafı yolunda mühüm addım sayılır.
6.5. Dövlətin beynəlxalq təşkilat və konfranslardakı
nümayəndələrinin immunitet və imtiyazları.
Beynəlxalq təşkilatlara münasibətdə dövlətlərin nümayəndəliyi
haqqında Konvensiyanın işlənib hazırlanmasına gətirib çıxardan əsas
səbəblərdən biri də beynəlxalq təşkilatlar və beynəlxalq konfranslarla
münasibətlər sahəsində iştirak edən dövlətin nümayəndələrinin
immunitet və üstünlüklərinin maksimum dərəcədə dövlətin
xaricdəki
səfirlik və missiyalarında çalışan agentlərinin istifadə etdikləri
immunitet və imtiyazlara yaxınlaşdırılması idi. 1975-ci il
Konvensiyası bu mövqeni tamamilə mənimsəmiş və o qüvvəyə
mindikdən sonra dövlətlərin burada nəzərdə tutulan kateqoriyalarının
immunitet, üstünlük və imtiyazları diplomatik immunitet və
imtiyazlara çox yaxın və ya analoji olacaq. Belə ki, hər iki halda
beynəlxalq hüququn subyektlərinin nümayəndələrindən, onların
onların xaricdəki xarici əlaqə orqanlarından bəhs edilir.
Diplomatiya sahəsində mövcud olan bütün konvensiyalarda
olduğu kimi nəzərdə tutulan bütün immunitet və imtiyazlar iki qrupa
bölünür: xaricdəki xarici əlaqə orqanlarının özlərinin immunitet və
üstünlükləri və bu orqanların əməkdaşlarının şəxsi immunitet və
üstünlükləri.
Birinci qruppa – nümayəndəliklərin və orqan və konfransdakı
deleqasiyaların binalarının toxunulmazlığı, onların arxiv və
sənədlərinin toxunulmazlığı, vergi imtiyazları, nümayəndəliyin və
deleqasiyaların binalarında göndərən dövlətin bayraq və
nişanələrindən (gerb) istifadə etmək hüququ aiddir. İkinci qrupa –
şəxsi toxunulmazlıq, qərargahın və əmlakın toxunulmazlığı,
sənədlərin və korrespondensiyanın toxunulmazlığı,
yurisdiksiya
immuniteti, vergi və yığımlardan azad edilmələr, gömrük
rüsumlarından və nəzarətindən azad olunma və s. aiddir.
Yerləşmə dövlətinə münasibətdə Konvensiyanın müəyyən
etdiyi ümumi prinsipə əsasən, bu dövlət, hər şeydən əvvəl göndərən
1
Сандровский К.К. Право внешних сношений. Киев: 1986, с. 270
202
203