yerləşmə dövlətinin onun dəvət etdiyi nümayəndələrə belə münasibət
bəsləməsinə icazə verməz.
Bütün bu göstərilənlər xüsusi missiyalar haqqında 1969-cu il
Konvensiyasının beynəlxalq təşkilatlardakı deleqasiyalara
tətbiq
olunmasının qeyri – mümkün olduğunu isbat edir. Buna görə də
Beynəlxalq Hüquq Komissiyası haqlı olaraq orqan və
Konfranslardakı deleqasiyalar bölməsini 1975-ci il Konvensiyasına
daxil etmişdir. Bununla yanaşı Beynəlxalq Hüquq Komissiyası
deleqasiyanın fəaliyyətinin müvəqqəti xarakterini nəzərə alaraq, öz
işlərində eyni zamanda 1969-cu il Konvensiyasının uyğun
müddəalarından da istifadə etmişdir.
1975-ci il Konvensiyasının 42-ci maddəsinə uyğun olaraq
dövlət təşkilatın qaydalarına uyğun olaraq onun orqanlarına və ya
konfransa deleqasiya göndərə bilər. Həmin maddənin 2-ci bəndində
deyilir ki, “təşkilatın qaydalarına uyğun olaraq” iki və ya daha çox
dövlət eyni deleqasiyanı orqan və ya konfransa göndərə bilər.
Orqan və ya konfransdakı deleqasiya göndərən dövlətin bir və
ya bir neçə nümayəndəsindən ibarət olur ki, onların da arasından
dövlət, deleqasiyanın başçısını təyin edə bilər. Deleqasiyaya,
həmçinin
diplomatik, inzibati – texniki və xidmətçi personal daxil ola
bilər.
Konvensiya müəyyən edir ki, diplomatik personalın üzvləri
deleqasiyanın, ekspert və müşavirlər də daxil olmaqla göndərən
dövlət tərəfindən diplomatik statusla təchiz olunan üzvləridir.
Orqan və ya konfranslardakı deleqasiyanın personalının sayı,
orqanın funksiyalarını və ya konfransın vəzifələrini, həmçinin
deleqasiyanın təlabatını və yerləşmə dövlətində mövcud şəraiti və
şərtləri nəzərə almaqla normal və ağlabatan həddən kənara
çıxmamalıdır.
Bu istisnanı və eləcə də, deleqasiyanın başçısı və onun qalan
diplomatik personalının üzvləri üçün göndərən dövlətin vətəndaşları
olmaq tələbini nəzərə almaqla göndərən dövlət deleqasiyanın
tərkibini müstəqil müəyyən edə bilər.
Göndərən dövlət, təşkilatı və ya konfransı deleqasiyanın tərkibi
haqda,
onun gəlişi və gedişi haqda, deleqasiyanın xidməti binası və
onun şəxsi binasının yeri haqda xəbərdar etməlidir.
Göstərilən müddəa 47-ci maddənin 1-ci bəndində əks olunur.
Həmin maddənin 2-ci bəndində deyilir ki; “Mümkün olduğu təqdirdə
deleqasiyanın gəlişi və qəti gedişi haqqında məlumat qabaqcadan
verilməlidir.” Bu müddəa, xüsusilə, mühüm əhəmiyyət kəsb edir.
Belə ki, əks təqdirdə həmin şəxslərin yerləşmə dövlətinin ərazisinə
gəldiyi andan immunitet və üstünlüklərlə təmin edilməsi çətinlik
törədər. Bu, xüsusilə, aralarında vizasız rejimi olan dövlətlərə aiddir.
Şübhəsiz ki, yerləşmə dövləti, viza verdiyi yuxarıda adı çəkilən
nümayəndələri gəldikləri andan immunitet və imtiyazlarla təmin
etməlidir.
Və buna görə də, təbii ki, təşkilat və ya konfransı daimi
nümayəndəliklərin və deleqasiyaların əməkdaşlarının gəlişi haqda
qabaqcadan xəbərdar etmək göndərən dövlətin öz maraqlarına xidmət
edir. Təşkilat və ya konfrans da öz növbəsində bu cür məlumatı
yubatmadan yerləşmə dövlətinə ötürməlidir ki, sonuncusu bütün
dövlətlərin nümayəndələrini gəldikləri andan immunitet və
imtiyazlarla təmin edə bilsin.
Deleqasiyanın başçısının səlahiyyətlərinə gəldikdə isə onların
verilməsi qaydası daimi nümayəndəliklərdə olduğu kimidir.
1969-cu il Konvensiyasında olduğu kimi 1975-ci il
Konvensiyası da orqan və konfransda deleqasiyaya rəhbərlik edən
dövlət başçısının və digər yüksək rütbəli şəxslərin statusu haqqında
xüsusi müddəanı əks etdirir. Müasir beynəlxalq həyatın mühüm və ən
mürəkkəb məsələlərinin həllində xüsusi yer tutan yüksək diplomatiya
müasir diplomatik praktikada əsas vasitələrdəndir.
BMT-nin Baş
Asambleyasına dövlət və hökumət başçıları tərəfindən rəhbərlik
edilən deleqasiyaların göndərilməsinə günümüzdə tez-tez rast gəlinir.
1975-ci il Vyana Konvensiyasına əsasən xaricdə rəsmi səfərdə
olan dövlət başçısı və ya dövlətin konstitusiyasına uyğun olaraq
dövlət başçısı funksiyasını yerinə yetirən kollegial orqanın hər bir
üzvü deleqasiyanın başçısı kimi Konvensiyada nəzərdə tutulan
immunitet və imtiyazlardan başqa bu şəxslərin beynəlxalq hüquqla
nəzərdə tutulan digər əlavə imkan və imtiyazlarından da istifadə
edirlər (maddə 50, 1-ci bənd). Deleqasiyaya rəhbərlik edən hökumət
başçısı, xarici işlər Naziri və ya digər yüksək
rütbəli şəxslər də
həmçinin beynəlxalq hüquqla nəzərdə tutulan əlavə immunitet və
üstünlüklərdən istifadə edirlər. (2-ci bənd).
6. 4. Müşahidəçilərin hüquqi statusu
1975-ci il Vyana Konvensiyasında universal xarakterli
196
197
maraqlanır, informasiya almaq niyyətindədir.”
1
beynəlxalq təşkilatlar yanında dövlətlərin daimi müşahidəçilərinin
hüquqi statuslarının, imunitet və üstünlüklərinin müəyyən olunması
beynəlxalq hüquqda böyük yenilik olmuşdur.
1
Belə ki, həmin vaxta
qədər müşahidəçilərin hüquqi vəziyyəti beynəlxalq nəzakət normaları
ilə tənzimlənmişdir.
Həmçinin, onu da qeyd etmək lazımdır ki, daha erkən
zamanlarda da beynəlxalq konfrans və konqreslərdə birbaşa iştirak
etməyən, lakin onların gedişatından maraqlı olan dövlətlər konfransın
(konqresin) keçirildiyi dövlətdəki öz səfirliklərindən istifadə edərək
və ya məxfi nümayəndələr göndərərək onun işinə nəzarət edirdilər.
Lakin bu şəxslər müşahidəçi kimi elan olunmadıqlarına görə və buna
görə də konfrans tərəfindən rəsmi olaraq bu keyfiyyətdə
tanınmadıqlarına görə onların xüsusi hüquqi rejimi barədə məsələ
yaranmamışdır.
Müşahidəçilər institutu nisbətən yeni institutlardandır. Mü-
şahidəçilər deyərkən bu və ya digər beynəlxalq təşkilatın üzvü
olmayan və ya bilavasitə beynəlxalq konfransın iştirakçısı olmayan
dövlətlər tərəfindən rəsmi olaraq
təyin olunan daimi xarakterli,
konfrans üçün isə müvəqqəti xarakterli missiyalar nəzərdə tutulur. Bu
cür missiyaların əsas məqsədi həmin dövləti təşkilat yanında, orqan
və ya konfransda təmsil etmək və göndərən dövlətin adından
müşahidəçi keyfiyyətində adı çəkilən forumların fəaliyyətində iştirak
etməkdən ibarətdir.
Bizim dövrümüzdə isə beynəlxalq təşkilatlar yanına,
beynəlxalq konfranslara dövlətlər, beynəlxalq təşkilatlar və həmçinin
milli azadlıq hərəkatları tərəfindən nümayəndələr göndərilməsi adi
hala çevrilmişdir.
Azərbaycan Respublikası hal-hazırda iki beynəlxalq təşkilatda
öz daimi müşahidəçi missiyasını təsis etmişdir.
Onların göndərilməsinin mümkünlüyü bəzi hallarda konfrans
keçirən təşkilatın qərarlarında, bəzən isə konfransın qaydaları ilə
nəzərdə tutulur.
1)
Azərbaycan Respublikasının Avropa İttifaqı yanında
missiyası respublikamızın Brüsseldəki səfirinə həvalə olunmuşdur.
Lakin artıq qeyd etdiyimiz kimi müşahidəçilərin statusu
məsələsi beynəlxalq hüquqda yenilikdir. Baxmayaraq ki,
bu institut I
Dünya müharibəsinin sonundan bəri mövcuddur, onların vəziyyəti
hüquq normaları ilə deyil, nəzakət normaları ilə tənzimlənirdi.
2)
NATO yanında Azərbaycanın daimi missiyası.
Azərbaycanın bu missiyalarında diplomatik personalın əmək-
daşları həmin qurumlarla sıx əlaqə saxlayır, imzalanmış müqavilələr
əsasında əməkdaşlığın genişləndirilməsi imkanlarını öyrənir.
Məsələn, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı
çərçivəsində hərtərəfli əməkdaşlıq imkanları mənimsənilir.
BMT-nin bütün fəaliyyəti dövründə daimi müşahidəçilərin
hüquqi vəziyyəti tənzimlənməmiş olaraq qalırdı. BMT-nin
Nizamnaməsində, BMT-nin mərkəzi orqanlarının yerləşməsi
haqqında 1947-ci il BMT və ABŞ razılaşmasında, BMT-nin 1948-ci
il 3 dekabr Bəyannaməsində üzv olmayan dövlətlərin
nümayəndələrinin statusu haqqında heç bir müddəa
yerləşdirilməmişdir. Buna görə də bu nümayəndələr rəsmi tanınmış
statusa malik deyildilər.
Müşahidəçilər institutunun yaranmasını bir çox müəlliflər
ABŞ-ın I Dünya müharibəsindən sonrakı praktikası ilə
əlaqələndirirlər. ABŞ Millətlər Cəmiyyətinin üzvü olmasa da, onun
bir sıra orqanlarına öz müşahidəçilərini göndərmişdir.
Burada əsas
məqsəd təkcə Millətlər Cəmiyyətində baş verənləri müşahidə etmək
deyil, eyni zamanda onun fəaliyyətinə müəyən təsir göstərmək idi.
“Onların (müşahidəçilərin) əsas vəzifəsi dövlətin bu və ya digər
səbəbdən rəsmi olaraq iştirak etmək istəmədiyi beynəlxalq
konfranslarda və ya digər iclaslarda iştirak etməkdir. Müşahidəçilərin
iştiraki onu göstərir ki, onlari göndərən dövlət həmin məsələ ilə
199
Buna görə də, nümayəndəliklərin bu kateqoriyalarının bu və ya
digər dövlətin ərazisində imunitet və imtiyazlarla təmin olunması
beynəlxalq nəzakət normalarına əsaslanır. Məsələn, ABŞ-ın mövcud
daxili qanunvericiliyinə əsasən əgər bu şəxslər ABŞ-ın
diplomatik
siyahısında yoxdursa, o zaman burada onlara verilə biləcək bütün
imtiyaz və üstünlüklər yalnız nəzakət qaydalarına əsaslanır.
1
Кузнецов С.А. Представители государств в международных орга-
низациях М.: Международные отношения,1980, с. 69.
1
История дипломатии (под ред. В.А.Потемкина), Т. III, М.-Л., 1945,
с. 776.
198