H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə26/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   ...   22   23   24   25   26   27   28   29   ...   50

 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
55 
 
Şəkil 5. 5. İlkin ətraf mühit tədqiqatları zamanı qrunt sularında təyin edilmiş karbohidrogenlər 
 
Şəkil 5. 6. lkin ətraf mühit tədqiqatları zamanı qrunt sularında təyin edilmiş Benzen 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
56 
 
Şəkil 5. 7. İlkin ətraf mühit tədqiqatları zamanı qrunt sularında təyin edilmiş BTEK 
Cədvəl 5.  4. Qrunt sularının səviyyəsi 
 
Cədvəl 5.  5. Qrunt sularının analiz nəticələri 
Parametr 
Vahid 
PZ109 
Parametr 
Vahid 
PZ109 
Temperatur 
°C 
18,3 
Qurğuşun 
µg/l 
<0.1 
pH 

7,49 
Sink 
µg/l 
2,51 
Elektrik 
mS/cm 
3,10 
Tallium 
µg/l 
<0.02 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
57 
keciriciliyi 
Həll olmuş O
2
   mq/l 
0,08 
Vanadium 
µg/l 
1,52 
Antimony 
µg/l 
0,30 
Sianid 
mq/l 
<0.005 
Arsen 
µg/l 
2,77 
SO
4
 
mq/l 
272 
Berellium 
µg/l 
<0.2 
Xlor 
mq/l 
585 
Cadmium 
µg/l 
<0.1 
NO
2
 
mq/l 
0,26 
Mis 
µg/l 
1,88 
NO
3
 
mq/l 
5,5 
Xrom 
µg/l 
<0.05 
HCO
3
/CO
3
 
mq/l 
586 
Kobalt 
µg/l 
0,58 
BTEX 
µg/l 
37,7 
Tin 
µg/l 
0,25 
EPA16 
µg/l 
16,9 
Civə 
µg/l 
<0.2 
15PAH 
µg/l 
16,5 
Selen 
µg/l 
3,36 
Neft və Yağlar  µg/l 
1,1 
Nikel 
µg/l 
2,51 
 
 
 
 
5.5.  İqlim və hidrometeoroloji şərait 
5.5.1. Atmosfer sirkulyası 
Layihə ərazisi il boyu müxtəlif mənşəli və xassəli atmosfer proseslərinin təsiri altında olur (Cədvəl 5.8). İlin 
soyuq dövründə meridional dövran aktivləşir. İlin isti dövründə, xüsusən də yay aylarında meridianal hava 
dövranı  zəifləyir, qərb axınları güclənir. Qış aylarında havanın kəskin dəyişməsi arktik hava kütlələrinin 
müdaxiləsi vaxtı baş verir. Bu zaman havanın temperaturu kəskin enir, buludluq çoxalır, küləyin sürəti artır, 
yağıntılar düşür (bəzən qar yağır). Tropik hava kütlələrinin təsiri zamanı ilin fəslindən asılı olmayaraq istilər 
düşür,  quru  hava  yaranır,  qışda  havanın  temperaturu  20-25ºC-dək,  yayda  40ºC-dək  yüksələ  bilir.  Azor 
maksimumu sistemində hava kütlələri dəniz mənşəli olduğuna görə ilin soyuq dövründə buludluğu artırır, 
tez-tez yağıntı əmələ gəlir, yayda isə buludlu hava üstünlük təşkil edir, sərinlik gətirir. Bu hava kütləsinin 
müdaxiləsi zamanı küləyin sürəti artır. 
Cədvəl 5.  6. İlin ayrı-ayrı fəsillərində Abşeron yarımadasında atmosfer prosesləri növlərinin təkrarlanması (%-
lə) 
Atmosfer prosesləri 
Qış 
Yaz 
Yay 
Payız 
Kontinental arktik hava kütlələrinin təsiri 




Dəniz arktik hava kütlələrinin daxil olması 




Azor maksimumunun təsiri 


21 
12 
Tropik hava kütlələrinin gəlməsi 
28 
21 
10 
16 
Cənub siklonlarının gəlməsi 
14 
12 
11 

Mülayim en dairələrinin kontinental 
havasının müdaxiləsi 
15 
13 
16 
14 
Orta Asiya maksimumunun təsiri 

15 

17 
Yerli hava dövranı prosesləri 
20 
25 
32 
25 
 
5.5.2. Havanın temperaturu 
Havanın temperatur rejiminin il ərzində xeyli dəyişməsinə baxmayaraq, hətta ən soyuq ayın (yanvar) orta 
temperaturu  müsbət  işarəlidir.  Dənizin  təsiri  ilə  qış  mülayim  keçir.  Lakin  müxtəlif  illərdə  yanvarın  orta 
temperaturu  1°-dən  8°-dək  dəyişə  bilir.  Arktik  hava  kütlələrinin  daha  çox  müdaxiləsi  illərində,  məsələn, 
1972-ci  ilin  soyuq  qışında  yanvarın  orta  temperaturu  -0.4°C-dək  enmişdir.  Soyuq  hava  kütlələrinin 
müdaxiləsi az və zəif intensivliyə malik olan illərdə qış temperaturları bəzən xeyli yüksək olur. 1948-ci ilin 
yanvarında orta  aylıq  temperatur 7.4°C  təşkil etmişdir. Ümumiyyətlə,  yanvarda  -13°C mütləq minimum, 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
58 
21°C mütləq maksimum temperatur qeyd edilmişdir. Yazda temperaturun intensiv yüksəlməsi müşahidə 
edilir (martın sonu-may). Aprel ayının orta temperaturu 11.2°C təşkil edir.  
Burada yay isti və quraq keçir, iyul və avqustun orta aylıq temperaturu 25.7°C-dir. Böyük miqdarda istilik 
buxarlanmaya sərf olunur. Anomal isti keçən illərdə həmin aylarda orta temperatur 28°C və daha yüksək 
ola  bilir  (1940-cı  ilin  avqustunda  28.4°C).  Yayı  sərin  və  yağıntılı  keçən  illərdə  ən  isti  ayların  orta 
temperaturunun 22-23°C-dək enməsi mümkündür. Mütləq maksimum temperatur 40°C təşkil edir. Payız 
mövsümü  yazdan  isti  keçir  və  temperaturlar  tədricən  enir.  Oktyabrda  günəş  enerjisinin  daha  az  daxil 
olmasına və soyuq hava kütlələrinin müdaxiləsinə baxmayaraq temperatur xeyli yuxarı olur (Xəzər dənizinin 
təsiri özünü biruzə verir). 
 
Şəkil 5. 8. Yağıntının illik miqdarı   
Temperaturun  illik  amplitudu  (ən  isti  və  ən  soyuq  ayların  orta  temperatur  fərqləri)  22°C-dir.  İllik  Mütləq 
temperatur amplitudu isə 53.2°-yə çatır. Temperaturun orta sutkalıq amplitudu (gün ərzində maksimum və 
minimum temperaturların fərqi) ilin soyuq dövründə 4-5°C, yazda artaraq 5-6°C təşkil edir, iyun ayında isə 
ən böyük həddinə çatır (7°C-dən çox). Sentyabrda sutkalıq amplitud azalır, tutqun havaların üstün olduğu 
dekabr ayında minimuma enir (3°C). Havanın temperaturunun sutkalıq amplitudu hava şəraitindən asılıdır. 
Belə ki, sakit və az buludlu günlərdə sutkalıq amplitud tutqun və küləkli günlərə nisbətən demək olar ki, 2 
dəfə çox olur. 
5.5.3. Havanın rütubətliliyi 
İl ərzində havanın rütubətliyi bir-birini əvəz edən hava kütlələrinin dövranından xeyli dərəcədə asılıdır. Belə 
ki, qışda əraziyə soyuq və nisbətən rütubətli hava kütlələri, yayda isə əksinə isti və quru hava kütlələri daha 
çox  təsir  edir.  Nisbi  rütubətlik  havanın  su  buxarı  ilə  doyma  dərəcəsini  göstərməklə  mühüm  iqlim 
göstəricilərindən biridir. Havanın orta nisbi rütubətliyi Bakıda 70%-dir, dənizə doğru bu rəqəm artır. Nisbi 
rütubətliyin illik gedişi temperaturun illik gedişinə əksdir. İlin soyuq dövründə nisbi rütubətlik 78%, dənizin 
təsiri daha güclü olan ərazilərdə daha çox təşkil edir. Yayda bu göstərici minimuma enir. İl ərzində 30% və 
daha az nisbi rütubətli günlərin orta sayı 18-ə, 80% və daha çox olan günlərin orta sayı 48-ə çatır. Rütubət 
çatışmamazlığının  orta  miqdarı  6,7  mb,  minimum  ilin  soyuq  dövründə  yanvar-fevral  aylarında  2,0  mb, 
maksimum yayda iyul ayında 15,1 mb qeyd edilir. Sutkalıq gedişdə ən az rütubət çatışmamazlığı gecə, ən 
çox günorta müşahidə edilir. 


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə