H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ


“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması”



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə22/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   ...   18   19   20   21   22   23   24   25   ...   50

 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
45 

  Avropa Birliyi Normaları; 

  Avropa Yenidənqurma və İnkişaf Bankının standartları. 
  
 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
46 
FƏSİL
 
5
 
5.  ƏTRAF MÜHİTİN İLKİN VƏZİYYƏTİ 
 
5.1.  Giriş 
Bu bölmədə “H.Əliyev adına NEZ-in modernləşdirilməsi layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı 
zamanı ərazilərin geoloji, geomorfoloji vəziyyəti, meteoroloji və iqlim şəraiti, torpaq örtüyü, hidroloji rejimi, 
bitki  və  heyvanat  aləmi,  bioloji  resursları,  ətraf  mühitin  –  atmosfer,  su,  torpaq  mühitlərinin  çirklənmə 
vəziyyəti barədə ilkin qiymətləndirmələr təqdim olunur. Layihə  ərazisində aparılan ekoloji monitorinq və 
tədqiqat işlərini əks etdirən şəkillər əlavələrdə göstərilmişdir. 
 
Şəkil  5.  1.  H.Əliyev  adın  NEZ-nin  ümumi  ərazisi,  torpaq,  qrunt  suyu  və  digər  nümunələrinin  götürüldüyü 
nöqtələr (ümumi)
 
 
Ətraf  mühitin  ilkin  vəziyyətini  qiymətləndirmək  məqsədi  ilə  qurğunun  yerləşəcəyi  sahədə  və  ona  bitişik 
ərazilərdə SOCAR Ekologiya İdarəsinin mütəxəssisləri tərəfindən çöl tədqiqatları, ölçmələri və laboratoriya 
tədqiqatları  aparılmışdır.  Keyfiyyət  və  kəmiyyət  qiymətləri  almaq  məqsədi  ilə  torpaq-qrunt,  su,  bitki 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
47 
nümunələri  götürülmüş,  quşların  və  quruda  yaşayan  heyvanların  müşahidəsi  və  sayılması  işləri  yerinə 
yetirilmişdir. 
Hesabatın hazırlanmasında ərazidə aparılmış geoloji və geotexniki tədqiqatların nəticələrindən, həmçinin 
mövcud tematik xəritələrin, hesabatların və elmi ədəbiyyatın məlumatlarından istifadə edilmişdir. 
Eləcə  də  ƏMTQ  sənədinin  hazırlanmasında  SOCAR  FUGRO  LLC-nin  “H.Əliyev  adına  NEZ-nun 
modernizasiyası  layihəsi”  üçün  zavodun  ərazilərində  apardığı  geotexniki,  hidrogeoloji  və  ətraf  mühit 
araşdırmalarının nəticələrindən də istifadə olunmuşdur. Bu ətraf mühit araşdırmaların ümumi məqsədi yerin 
təkində çirkləndiricilərin olmasının seçməli yoxlama üsulu ilə araşdırılmasıdır. Ekoloji sorğu özündə dörd 
komponenti birləşdirir: 
o
  Kameral araşdırmaların aparılması; 
o
  Birbaşa zondlama üsulu ilə yerin təkində neft karbohidrogenlərinin olmasının araşdırılması; 
o
  Ekoloji  araşdırma  üçün  qazılmış  quyulardan  potensial  narahatçılıq  doğuran  tərkiblərin 
araşdırılması üçün qrunt nümunələrinin toplanması və analizi
o
  Piezometrlərdən  qrunt  suyu  nümunələrinin  götürülməsi  və  potensial  narahatçılıq  doğuran 
tərkiblərin araşdırılması üçün sonrakı analizlərin aparılması. 
SOCAR  FUGRO-nun  “H.Əliyev  adına  NEZ-in  yenidənqurulması  və  modernləşdirilməsi  layihəsi”  üçün 
apardığı  geoloji,  hidrogeoloji  və  ekoloji  tədqiqatlarda  ərazidə  qazdığı  müxtəlif  quyuların  hesabatlarda 
kodlaşması verilib. 
5.2.  Geoloji şərait 
Bu  bölmədə  tikintisi  nəzərdə  tutulan  qurğuların  yerləşdiyi  ərazidə  geologiya,  geomorfologiya  və  geoloji 
təhlükələr təsvir olunur. Baxmayaraq ki, layihə nəticəsində ərazinin geologiyasına əhəmiyyətli dəyişikliklər 
və  ya  təsirlər  olacağı  gözlənilmir,  mümkündür  ki,  geoloji  proseslər  və  geoloji  təhlükələr  ətraf  mühit 
əhəmiyyətinə malik olan digər ərazilərə və ya layihənin özünə təsir göstərə bilən hadisələrə səbəb olsun. 
Məqsəd tikintidən əvvəl ilkin vəziyyəti başa düşməkdir. 
Azərbaycan ərazisinin geoloji quruluşu son dərəcə müxtəlifdir. Qafqazın cənub-şərq hissəsində yerləşən 
Azərbaycan,  bir  tərəfdən,  şimalda  və  cənubunda  yüksək  və  qırışıqlı  sahələr,  digər  tərəfdən  də  onların 
arasında və ətrafında depressiya və aran sahələrin olması ilə səciyyələnir. Bu sahələrin bir hissəsi hətta 
dəniz səviyyəsindən aşağıda yerləşmişdir. 
Beləliklə,  Azərbaycanda  növbənöv  geomorfoloji  elementlər  və  müxtəlif  relyef  sahələri  olmaqla  bərabər, 
cürbəcür geoloji struktur və tektonik amilləri, habelə püskürmə, çökmə və metomorfik süxurları da vardır. 
Bunların yaşı kembridən başlayıb dördüncü dövrə qədərdir. 
Qurğunun  tikilməsi  planlaşdırılan  ərazi  Bakı  şəhərində  yerləşir  ki,  Bakı  da  öz  növbəsində  Abşeron 
yarımadasında  yerləşir  və  şimal,  şərq  və  cənubdan  Xəzər  dənizi  ilə  əhatə  olunub.  Paytaxt  ərazisi  və 
qurğunun tikiləcəyi ərazi geoloji sinklinal üzərində yerləşir. Sinklinal oxu morfoloji olaraq səthdən cənub 
istiqamətində dalır. Şəkil 5.2-da ərazinin sinklinal oxuna perpendikulyar kəsməsi göstərilib. 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
48 
 
Şəkil 5. 2. Ərazinin sinklinal oxuna perpendikulyar kəsməsi 
Sinklinalın mərkəzi IV Neogen çöküntülərindən təşkil olunub. Bu laylar birləşərək bir su axını horizontu 
əmələ gətirir. Qurğunun tikiləcəyi ərazidə qrunt suları şimal-şərqdən cənub qərb istiqamətinə doğru Xəzər 
dənizinə istiqamətlənib. 
5.2.1.  Seysmiklik 
Qara dəniz və Xəzər dənizi arasındakı region Alp-Himalay orogen qurşağının mərkəzi Asiya seqmentinin 
bir hissəsidir  və Böyük Qafqaz qırışından  və şimaldakı üstəgəlmə qurşağından  və Kiçik Qafqaz-Pontid 
qırışından və cənubdakı üstəgəlmə qurşağından təşkil olunub. Qafqaz dağ silsilələri Afrika, Ərəbistan və 
Hindistan tektonik plitələrinin Avrasiya plitəsi ilə toqquşması nəticəsində formalaşıb. 
Böyük  Qafqaz  dağları  geoloji  baxımdan  çox  cavandır  və  Orta  Pliosen  dövründə  formalaşıb.  Cənub 
istiqamətində müşahidə olunan Kiçik Qafqaz dağları Qara dənizin bilavasitə şərq tərəfindən şimala doğru 
qırışlar  və  üstəgəlmələr  formalaşdırıb.  Sıxıcı  qalxma  və  üstəgəlmələr  bir  bütöv  hövzəni  qərb  və  şərq 
hissələrə ayırıb ki, bunun da şərq hissəsi Kürün hövzəsinə çevrilib. 
Böyük Qafqaz dağlarının şərq və qərb hissələrinin qırışıqlıq istiqamətlənmələri və seysmiklik baxımından 
strukturda fərqləndiyi müəyyən edilib. Əsas fərqlərdən biri 100 km-ə qədər dərinlikdə Qafqaz dağlarının 
şərqində  orta  dərinlikli  zəlzələlərin  mövcudluğudur.  Qərb  regionundakı  zəlzələlər  nisbətən  daha  az 
dərinliklərdə, adətən 30km-də baş verir. 
Tavaların (plitələrin) davamlı toqquşması o deməkdir ki, Azərbaycanda yüksək seysmik fəallıq mövcuddur. 
1600-cü ildən etibarən (Ağamirzəyev 1987; USGS 2012) müxtəlif intensivlikdə olan 600-dən çox seysmik 
hadisə  qeydə  alınıb.  Ümumi  seysmik fon  xüsusiyyətlərini  müəyyənləşdirmək,  seysmik  rejimin  sabitliyini 
poza biləcək mümkün amilləri müəyyən etmək və seysmik təhlükənin dərəcəsini müəyyənləşdirmək üçün 
tədqiqat həyata keçirilib. 
Zəlzələlərin kəskinliyi 
Bu fəsildə nəzərdən keçirilmiş üç seysmik fəallıq kateqoriyası aşağıdakılardır: tektonik, vulkanik və süni 
törəyən. Tektonik müxtəliflik xeyli daha dağıdıcı xarakterə malikdir və yer qabığını formalaşdıran plitələrin 


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə