H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ


“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması”



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə30/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   ...   26   27   28   29   30   31   32   33   ...   50

 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
65 
mövcud deyil. Tənzimləyicinin əsas diqqəti iş yerində yaranmış 85 dB(A) desibel səs səviyyəsinə uyğun 
gələn  səs-küyə  yönəldilir.  Səs  səviyyəsi  həmin  göstəricidən  çox  olduğu  təqdirdə,  təsirin  azaldılması 
istiqamətində tədbirlərin görülməsi nəzərə alınmalıdır. 
İstehsal müəssisələrində səs-küyün ətraf mühitə təsiri Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) ƏMTQ 
üzrə ümumi təlimatlarında dərc olunan ətraf mühitə səs-küyün təsirinə dair standartlara istinad şəklində 
istifadə edilir. Həmin standartlar yaşayış ərazisi və sənaye sahəsi kimi iki əsas ərazi üzrə istifadə olunan 
kateqoriyalar üzrə fərqləndirilir. BMK standartları Cədvəl 5.16-da öz əksini tapır. 
5.10. 
Sosial-iqtisadi vəziyyət 
Bu bölmədə layihə sahəsinin demoqrafik, sosial və iqtisadi xüsusiyyətlərinə dair milli konteksdə məlumatlar 
verilir.  İlkin  vəziyyətə  dair  məlumat  layihənin  sosial-iqtisadi  təsirin  qiymətləndirilməsi  və  gələcəkdə 
yumşaldıcı tədbirlərin effektivliyini müəyyən etmək üçün müqayisədə istifadə olunacaqdır. Bölmədə NEZ 
yerləşən  rayonun  əsas  sosial-iqtisadi  göstəricilərinin  xülasəsi,  yaşayış  məntəqələrində  sosial-iqtisadi 
vəziyyət,  burada  məskunlaşan  əhali  ilə  aparılan  məsləhətləşmələr,  yerli  icra  və  bələdiyyə  orqanları  ilə 
aparılan görüşlərin nəticələri və təhlil edilmiş statistik məlumatlar əsasındakı qiymətləndirmələr verilmişdir. 
Zavodunun Xəzər dənizi regionunda ən böyük zavodlardan biri olmasını və onun həm regionda, həm də 
milli  çərçivədə  əhəmiyyət  kəsb  etməsini  nəzərə  alaraq  ölkə  daxili  və  regional  qiymətləndirmələrin  də 
nəticələri bu bölmədə təhlil edilmişdir. 
5.11. 
Azərbaycan iqtisadiyyatı haqqında ümumi məlumat 
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren 
hüquqlarını  gerçəkləşdirməyə  və  müstəqil  siyasət  aparmağa  başlamışdır.  Bu  siyasətin  başlıca 
istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid 
və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. 
Müstəqillik  dövründən  bu  günə  kimi  ölkədə  mövcud  iqtisadi  inkişafı  iki  əsas  mərhələyə  ayırmaq  olar. 
Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq 
davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü. 
Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri 
Heydər  Əliyevin  uzaqgörən  siyasəti  və  gərgin  fəaliyyəti  nəticəsində,  ağır  ilkin  şərtlərə  baxmayaraq, 
ölkəmizin  sosial-iqtisadi  inkişafı  və  dünya  təsərrüfat  sisteminə  inteqrasiyası  sahəsində  çox  böyük 
nailiyyətlər  əldə  olunmuşdur.  Ən  böyük  nailiyyət  isə  ondan  ibarətdir  ki,  bu  dövrdə  ölkəmizdə  aparılan 
müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - 
Azərbaycan modeli yaranmışdır. 
Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə 
Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin 
inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu. 
Ümummilli Liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə 
birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, 
həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən 
layihələrin  həyata  keçirilməsinə  yönəldilməsini  təmin  etmək  üçün  Dövlət  Neft  Fondu  yaradıldı.  Hazırda 
beynəlxalq  təşkilatlar  tərəfindən  Fondun  fəaliyyəti  və  bu  sahədə  şəffaflığın  təmin  edilməsi  yüksək 
qiymətləndirilir. 
Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi 
siyasət  nəticəsində  makroiqtisadi  sabitliyə  nail  olundu  və  davamlı  iqtisadi  artımın  əsası  qoyuldu, 
iqtisadiyyatın  bütün  sahələrində  islahatlara  başlandı,  əhalinin  həyat  səviyyəsinin  yaxşılaşdırılması 
istiqamətində ciddi addımlar atıldı. 
Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları 
cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin 
səciyyəvi  xüsusiyyətlərindən  biri  olmuşdur.  Həyata  keçirilmiş  məqsədyönlü  tədbirlər  nəticəsində 
Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha 
da artmışdır. 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
66 
İqtisadiyyatda  mülkiyyətin  çoxnövlülüyü  təmin  olunması  istiqamətində  həyata  keçirilən  tədbirlər  davamlı 
iqtisadi  inkişafa  öz  müsbət  nəticəsini  vermişdir.  Belə  ki,  özəlləşdirməyə  başlayan  zaman  özəl  sektorun 
ÜDM-də payı faktiki olaraq 10%-dən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 83%-ə çatmışdır. 
Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm 
istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr 
ərzində bu sahədə kifayət  qədər  iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün  nüfuzlu  beynəlxalq 
qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma 
və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur. 
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev  tərəfindən  uğurla  davam  etdirilən  və  yeni 
çalarlarla  zənginləşdirilmiş sosial-iqtisadi  siyasətin  strateji  məqsədləri  sərbəst  bazar  münasibətlərinə  və 
özünüinkişaf  qabiliyyətinə  malik  olan  sosialyönümlü,  diversifikasiya  olunmuş  milli  iqtisadiyyatın 
formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır. 
Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış 
uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın 
diversifikasiyası,  qeyri-neft  sahələrinin,  regionların  inkişafı  sürətlənmiş,  strateji  valyuta  ehtiyatlarının 
səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ 
xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial 
rifahı davamlı olaraq yaxşılaşmışdır. 
İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün 
dövlət başçısının müvafiq fərman və sərəncamları ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi 
inkişafı ilə bağlı 2004-2013 illər ərzində 3 beşillik proqramlar həyata kecmişdi. Hazırda 2014-2018-ci illər 
üçün  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı,  “2008-2015-ci  illərdə  Azərbaycan 
Respublikasında  yoxsulluğun  azaldılması  və  davamlı  inkişaf  Dövlət  Proqramı”,  “2008-2015-ci  illərdə 
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və bir 
sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunur. 
Son 10 il ərzində (2003-2013) Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə 
artmışdır.  Ölkənin  strateji  valyuta  ehtiyatları  30  dəfə  artaraq  50  milyard  dollara  yaxınlaşmışdır.  Həyata 
keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmış, gəlirləri 
6,1 dəfə artmış, 1,2 milyon iş yeri açılmışdır. Bu dövrdə yoxsulluğun səviyyəsi 6 faizə, işsizliyin səviyyəsi 
isə 5,2 faizə qədər azalmışdır. 
Bu illər ərzində Azərbaycan iqtisadiyyatına 132 milyard dollar investisiya qoyulmuş, xarici ticarət dövriyyəsi 
6,4  dəfə,  qeyri-neft  ixracı  4,5  dəfə  artmışdır.  Hazırda  ümumi  daxili  məhsulda  özəl  bölmənin  payı  83, 
məşğulluqda isə 73,9 faizdir. Bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manat məbləğində 
güzəştli dövlət kreditləri verilmişdir. Bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaratmışdır. 2003-
2013-cü illərdə dövlət büdcəsinin gəlirləri 14,2 dəfə, vergi daxilolmaları 7,3 dəfə, dövlət büdcəsinin xərcləri 
13,9 dəfə, əhalinin əmanətləri 24 dəfə, bank aktivləri isə 18 dəfə artmışdır. 
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi 
üzrə  qiymətləndirməni  özündə  əks  etdirən  nüfuzlu  “Doing  Business-2009”  hesabatında  Azərbaycan 
dünyada  ən  islahatçı  ölkə  elan  edilmişdir.  Növbəti  “Doing  Business”  hesabatlarında  da  Azərbaycan  öz 
müsbət  mövqeyini  qoruyub  saxlamışdır.  Eləcə  də,  “Standard  and  Poor’s”  Beynəlxalq  Reytinq  Agentliyi 
tərəfindən ölkə iqtisadiyyatının hazırkı vəziyyəti “Stabil”dən “Pozitiv”ə yüksəldilmişdir. 
Bu yaxınlarda Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət 
qabiliyyətliliyinə görə dünyada 38-ci yerdədir. 
2014-cü ilin yanvar-sentyabr aylarında ÜDM-in real artım tempi 2.5% təşkil etmiş və cari qiymətlərlə 44.1 
milyard  manat  olmuşdur.  Adambaşına  düşən  ÜDM-in  həcmi  4696.3  manat  (5887.9  ABŞ  dolları)  təşkil 
etmişdir. 
5.12. 
Nizami rayonunun sosial-iqtisadi vəziyyəti 
“H.Əliyev adına NEZ” Bakı ş. Nizami rayonunda yerləşir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını 
daşıyan rayonumuz 1980-cı ilin noyabr ayında yaradılmışdır. Rayonun ərazisi 19,6 km2-dir. 


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə