H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ


“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması”



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə33/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   ...   29   30   31   32   33   34   35   36   ...   50

 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
72 
olaraq əhəmiyyətli təsirlərinin mümkün olan dərəcəyədək azaldılması üçün yumşaltma tədbirləri verilir. 
Bu, yumşaltmanı aşağıdakı kimi müəyyən edir; 
a)  Konkret addımı və ya onun hissələrini həyata keçirməməklə təsirdən tamamilə qaçılması. 
b)  İşin  və  onun  həyata  keçirilməsi  miqyasının  dərəcəsini  məhdudlaşdırmaqla  təsirlərin  minimuma 
endirilməsi. 
c)  Təsirə  məruz  qalan  ətraf  mühiti  təmir  etmək,  reabilitasiya  etmək  və  ya  bərpa  etməklə  təsirin 
düzəldilməsi. 
d)  İş  müddətində  mühafizə  və  təmir  işləri  yolu  ilə  təsirin  vaxt  keçdikcə  azaldılması  və  ya  aradan 
qaldırılması. 
e)  Əvəzedici  resurslar  və  ya  mühitlər  təmin  etməklə  və  ya  bunlarla  əvəz  etməklə  təsirlərin 
kompensasiya edilməsi. 
Bu  müzakirədə  həmçinin  yumşaltma  tədbirlərinin  tətbiq  edilməsindən  sonra  bütün  əhəmiyyətli  təsirlərin 
statusunu təsvir edir, ya təsir əhəmiyyətlilik həddindən aşağı səviyyəyədək azaldılır (əhəmiyyətlidən aşağı 
səviyyəyədək azaldılmış), ya da belə bir nəticəyə gəlinir ki, mümkün olan yumşaltma tədbiri yoxdur, yaxud 
təsiri əhəmiyyətlilik həddindən aşağı səviyyəyədək azaltmaq üçün kifayət deyildir. Bu, “ətraf mühit üzərində 
qaçılmaz olan əhəmiyyətli təsir” olur. 
 
7.3.1. Əhəmiyyətliliyin nəticələri 
a)  Təklif olunan layihənin və onunla əlaqədar olan fəaliyyətlərin təbii ətraf mühitə potensial olaraq 
əhəmiyyətli olan əks təsirləri qiymətləndirilmişdir. Təklif olunan layihə çərçivəsində müxtəlif vəhşi 
canlı təbiət növlərinin, o cümlədən bəzi nəsli kəsilmək üzrə olan, təhlükədə olan və nadir növlərin 
yaşadığı həssas təbii yaşayış məskənlərində və ya onların yaxınlığında işlər görülməsi nəzərdə 
tutulmur. Təqdim edilmiş bütün yumşaltma tədbirlərinin tam həyata keçirilməsi halında layihə ilə 
əlaqədar olan potensial təsirlər əhəmiyyətlilik həddindən aşağı səviyyəyədək azaldılacaqdır. 
b)  ETSN-nin  missiyası  ərazinin  “təbii  ehtiyatlarını  qorumaq  və  mühafizə  etmək”dir.  Bilinən  digər 
layihələrin təsirləri təklif olunan layihənin potensial təsirləri ilə üst-üstə düşmür, ona görə də heç bir 
kumulyativ təsir yoxdur. 
c)  Təklif olunan layihənin ekoloji təsirləri ümumi olaraq insanlar, ətraf mühit və biomüxtəliflik üzərində 
əsaslı əks təsirlərə səbəb olmayacaqdır. Lakin toz və emissiyalarının mümkün müvəqqəti təsirləri 
mövcuddur.  Təklif  edilən  yumşaltma  tədbirlərinin  birləşdirilməsi  və  həyata  keçirilməsi  ilə  təklif 
olunan layihənin təsirləri əhəmiyyətlilik həddindən aşağı səviyyəyədək azaldılacaqdır. 
 
7.3.2. Təsirin əhəmiyyətliliyi cədvəli 
Layihənin potensial ekoloji təsirlərinin qiymətləndirilməsi aşağıda verilmiş təsirin əhəmiyyətliliyi cədvəlində 
ardıcıllıqla  göstərilmiş  müzakirələrin  ardınca  təqdim  ediləcəkdir.  Hər  bir  layihə  komponenti  layihə  üzrə 
fəaliyyətin  xarakterinə  uyğun  olaraq  müxtəlif  fiziki,  aparılan  müvafiq  məsləhətləşmələrə  uyğun  olaraq 
nəzərdən keçirilir. 
Fəsil  5-də  qeyd  edilən  çöl  tədqiqatlarının  aparılması  zamanı  mühafizə  olunan  bütün  ərazinin  ekoloji 
funksiyası  ilə  təklif  olunan  Layihənin  təsirinə  məruz  qalacaq  ərazilər  arasındakı  əlaqəyə  xüsusi  diqqət 
yetirilmişdir.  Bütün  təsir  qiymətləndirmələri  Fəsil  2-də  verilən  meyarlar,  Fəsil  5-dəki  ilkin  vəziyyətin 
qiymətləndirmələri ərazi vahidliyi hüdudları ilə məhdudlaşır. 
Qiymətləndirmələr həmçinin Fəsil 2-də müəyyən edilmiş meyarlara uyğun olaraq şərh edilib və aşağıda 
verilən  təsirin  əhəmiyyətliliyi  cədvəlinə  uyğun  olaraq  formula  edilmişdir.  Təsirin  əhəmiyyətliliyi  cədvəli 
layihənin ekoloji və sosial davamlılığını nəzərdən keçirməklə potensial təsir sahələrini müəyyən etməyə 
kömək edir. 
Potensial təsirlərin qiymətləndirilməsi və yumşaltma tədbirləri cədvəl 7.1-də verilən ətraf mühit aspektlərinə 
görə aparılacaqdır.


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” layihəsi çərçivəsində qurğuların 
tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
73 
Cədvəl 7.2 
Potensial təsirlər və onların qiymətləndirilməsi 
Fəaliyyətlər/ 
Təsir 
mənbələri 
Ətraf 
Mühit/Sosial
-iqtisadi 
qəbuledicilər 
Potensial 
Təsirlər 
(effektlər) 
Həss
aslıq 
İnten
sivlik 
Əhəmiy
yətlilik 
Əsas qoruma/Yumşaltma Tədbirləri 
Qalıq Təsirlər 
Həss
aslıq 
Inten
sivlik 
Əhəmiyy
ətlilik 
Tikinti 
mərhələsi 
 
Nəqliyyatın 
Hərəkətinə 
təsirlər 
Səs-küy, 
atmosferin 
çirklənməsi 



Nəqliyyatın hərəkəti yalnız müəyyən edilmiş 
marşrutlar üzrə həyata keçirilə bilər. 



Torpaqlar 
Eroziya, 
deqradasiya, 
Çirklənmə 



Qurğuların tikintisi zamanı təhlükəsizlik və 
ehtiyat tədbirlərin görülməsi. 



Bitki örtüyü 
Bitki 
örtüyünə 
təsirlər 



Layihə fəaliyyətlərinin təsirinə məruz qalmayan 
sahələrə istinad etməklə təsirə məruz qalan 
sahələrdə bitki örtüyünün təkrar bərpası və bitki 
növlərinin müxtəlifliyinin artırılması 



Heyvanat 
aləmi 
Məməlilər, 
quşlar 
sürünənlər 
və digər 
canlılara 
təsirlər 



Heç bir halda və şəraitdə hər hansı podratçı, 
onun işçiləri, subpodratçıları və ya 
subpodratçılarının şçiləri tərəfindən layihə 
ərazisində heyvan və quş növlərinin ovlanmasına 
və əraziyə heç bir əhilləşdirilmiş heyvanın 
gətirilməsinə imkan verilməməsi. 



Sosial-iqtisadi 
sahə 
Məşğulluq 
səviyyəsinə 
müvəqqəti 
müsbət 
təsirlər 



Layihənin müsbət təsirləri gələcəkdə aparılacaq 
istismar işləri dövründə ola bilər.  



 
 
 


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə