H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ


“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması”



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə32/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   ...   28   29   30   31   32   33   34   35   ...   50

 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
70 
FƏSİL
 
7
 
7.  ƏTRAF 
MÜHİTƏ 
VƏ 
SOSİAL-İQTİSADİ 
SAHƏLƏRƏ 
POTENSİAL 
TƏSİRLƏRİN 
QİYMƏTLƏNDİRİLMƏSİ VƏ YUMŞALTMA TƏDBİRLƏRİ 
 
7.1.  Giriş 
Bu  fəsildə  “H.Əliyev  adına  NEZ-in  yenidənqurulması  və  modernləşdirilməsi”  layihəsi  çərçivəsində  ətraf 
mühit  və  sosial  vəziyyətdə  baş  verən  potensial  dəyişikliklər  təsvir  edilir.  Həmin  dəyişikliklərin  Fəsil  3, 
Layihənin  Təsvirində  göstərilmiş  planlaşdırılan  fəaliyyətlər  həyata  keçirilərkən  baş  verdiyi  ehtimal  edilir. 
Burada  həmçinin  Fəsil  2-də  təqdim  edilən  metodologiya  əsasında  həmin  dəyişikliklərin  mümkün 
əhəmiyyətinin qiymətləndirilməsi üzrə nəticələr verilir. 
Bu fəsildə eləcə də təsirlərin  azaldılması ilə  bağlı tədbirlər haqqında məlumat verilir ki, həmin tədbirlər 
layihənin potensial təsirlərinin qarşısının alınması və ya azaldılması və ya onun potensial faydalı təsirlərinin 
artırılması məqsədilə təklif edilmişdir. 
Layihənin  istismar mərhələsində  baş  verə  biləcək  planlaşdırılmamış  və  ya  gözlənilməz  qəza  hadisələri 
təsvir edilmir və ya qiymətləndirilmir (məsələn, boru kəmərinin dağılması). Lakin bu fəsildə tikinti fazası 
ərzində baş verə biləcək, dağılma və yol qəzaları kimi hadisələrin təsviri və qiymətləndirilməsi verilir. 
Layihənin bu hissəsinə layihələndirilən obyektin qurğularının və kommunikasiyalarının tikintisi və istismarı 
zamanı ətraf mühitin mühafizəsini təmin edən texniki, texnoloji, konstruktiv və təşkilati tədbirləri daxildir. 
Bu  layihədə  tətbiq  edilən  qurğular,  avadanlıqlar  və  kommunikasiyalar  Dövlət  standartlarına,  norma  və 
qaydalarına uyğun işlənir və ekoloji cəhətdən qəbul edilə bilər. Təmir-tikinti işləri ətraf mühitin normalarına, 
istehsalatda sanitariya və təhlükəsizlik texnikası qaydalarına riayət olunmaqla yerinə yetirilməlidir. 
Layihələndirilən obyektin tikintisi zamanı əmələ gələn istehsalat tullantıları (qaynaq çubuqlarının qırıntıları, 
armatur, dəmir parçaları) yığılıb müəssisənin istehsalat bazasına göndərilir. Metal tullantıları aidiyyəti üzrə 
metallurgiya zavoduna təhvil veriləcəkdir. 
Layihələndirilən  obyektin  tikintisi  və  istismarı  zamanı  ətraf  təbii  mühitin  mühafizəsi  sahəsində  fəaliyyət 
Azərbaycan  Respublikasının  qüvvədə  olan  “Ətraf  mühitin  mühafizəsi  haqqında”,  “Ekoloji  təhlükəsizlik 
haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Su məcəlləsi”, “Torpaq 
məcəlləsi” və başqa qanunlarına və mövcud normativ sənədlərinə əsaslanmalıdır. 
Layihədə ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün aşağıdakı tədbirlər nəzərdə tutulur: 

  texnoloji kommunikasiyalar arasında norma məsafələrin qoyulması; 

  layihələndirilən boru armaturalarının səmərəli yerləşdirilməsi; 

  tikinti-quraşdırma və texnoloji rejimlərin və şərtlərin optimallaşdırılması; 

  müasir nəzarət, siqnallaşma və avtomatlaşdırma vasitələrindən istifadə edilməsi; 

  boruların hermetikliyinin təmin olunması; 

  layihələndirilən  obyektlərin  göstəricilərinin  düzgün  seçilməsinə,  bütün  tələblərə  cavab  vermə 
nöqteyi-nəzərdən  qəbul  edilməsinə,  armaturların,  boruların  və  s.  qaynaq  edilməsi  üçün 
elektrodların möhkəmlik və mexaniki xüsusiyyətlərinin göstəricilərinə, qaynaq tikişlərinin lazımı 
üsulla yoxlanılması; 

  borular üçün yüksək keyfiyyətli poladdan hazırlanmış borulardan istifadə edilməsi; 

  məişət tullantılarının xüsusi konteynerlərə yığılması və xüsusi yerlərə daşınması; 

  obyektin  tikintisində  nasaz  olan  nəzarət-ölçü  cihazlarının  avadanlıqların,  mexanizmlərin  və 
aqreqatların istismarının qadağan edilməsi; 

  konstruksiyaları və kommunikasiyaları korroziyadan mühafizə etmək məqsədi ilə antikorroziyalı 
örtüklərdən istifadə edilməsi. 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
71 

  Ətraf mühitin mühafizəsini təmin etmək məqsədi ilə layihədə aşağıdakılar nəzərə alınmışdır: 

  ətraf mühitin  mühafizəsi  sahəsində  Azərbaycan  Respublikasında  qüvvədə  olan  standartlara, 
norma və qaydalara riayət edilməsi

  təbii ehtiyatlardan səmərəli istifadə edilməsi; 

  ətraf mühitin çirklənməsinin qarşısının alınması. 
 
7.2.  Fəaliyyətlər, aspektlər və qəbuledicilər 
Ekoloji,  sosial  və  mədəni  təsirlərin  qiymətləndirilməsi  layihə  üzrə  fəaliyyətlər  və  qəbuledicilərlə  bağlı 
aspektlərin arasındakı qarşılıqlı əlaqənin qiymətləndirilməsinə əsaslanır. Aspektlər layihə üzrə fəaliyyətlərin 
ətraf  mühitlə  qarşılıqlı  təsirdə  ola  biləcək  elementləri  kimi  təyin  olunur.  Qəbuledicilər  layihə  ərazisinin 
layihənin icrası nəticəsində məruz qala biləcək elementləri kimi təyin olunur. 
Layihə üzrə fəaliyyətlərə aşağıdakılar daxildir: 
Səfərbərlik mərhələsi 

  Maddi texniki təchizat (materiallar, avadanlıq və kadrlar) 

  Sahənin təmizlənməsi və hasarlanması 
Yerinə yetirmə (icra) mərhələsi 

  Qurğunun quraşdırılması 

  Sınaqlar 

  Bərpa işləri 
Cədvəl 7.1
 
Fəaliyyətlər, aspektlər və potensial qəbuledicilər 
Fəaliyyət 
Aspektlər 
Potensial 
Qəbuledicilər 
Maddi texniki təchizat – Qurğu və 
Avadanlığın Layihə Sahəsinə 
daşınması 
İşlənmiş qazların atmosferə 
buraxılışları 
Atmosfer 
İcmalar 
Sahənin təmizlənməsi və 
hasarlanması 
Torpağın eroziyası, Torpaq 
strukturunun, məhsuldarlığın və 
toxum fondunun itkisi 
Torpaq 
Bitki örtüyü 
Qurğunun quraşdırılması 
Atmosferə çirkli qazların buraxılışı 
Atmosfer 
İcmalar 
Səs-küy, Vibrasiya 
İcmalar 
Fauna 
Torpaq strukturunun, 
məhsuldarlığın və toxum fondunun 
itkisi 
Torpaq 
Flora 
Sınaqlar 
İş sahələrindən artıq suların və 
sınaqda istifadə edilmiş suların 
kənarlaşdırılması 
Hidrosfer 
Torpaq 
 
7.3.  Təsirlərin analizi və yumşaltma 
Bu  bölmə  Layihənin  xidmət  ərazisindəki  “Təsirlərin  Qiymətləndirilməsi”-ni  əhatə  edir  və  təklif  edilən 
“Yumşaltma Tədbirləri” müvafiq olaraq hər bir yarımbölmədə müzakirə olunur. Hər bir mənfi və ya müsbət 
nəticəyə “yüksək”, “orta” və “zəif” olaraq bir təsir səviyyəsi təhkim olunmuşdur. 
ƏMTQ təklif olunan ayrı-ayrı layihələrin mümkün əhəmiyyətli əks təsirlərinin müəyyən edilməsi və bunların 
qarşısının  alınması,  bu  mümkün  olmadıqda  isə  minimuma  endirilməsi  və  ya  məqbul  səviyyəyədək 
azaldılması (“yumşaltma tədbirləri”) məqsədilə yolların təklif edilməsi üçün istifadə olunur. 
Hər bir  qeyd  edilən təsirdən sonra  ətraflı müzakirə  aparılır  və  buraya  qeyd  edilən nəticəni  dəstəkləyən 
məlumatlar daxil edilir. Bu müzakirələrdə eyni zamanda təklif olunan layihənin əhəmiyyətli, yaxud potensial 


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə