H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ


“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması”



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə31/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   ...   27   28   29   30   31   32   33   34   ...   50

 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
67 
Bakının qədim yaşayış məntəqələrindən sayılan Keşlə qəsəbəsi rayonun inzibati ərazi bölgüsünə daxildir. 
Qəsəbənin ərazisi 10,4 km2-dir. Qəsəbədə Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi inzibati ərazi 
dairəsi üzrə nümayəndəliyi fəaliyyət göstərir. 
Bakı şəhəri Nizami rayon inzibati ərazi vahidi tərkibindəki Nizami rayonu ərazisinin inzibati ərazi dairəsi ilə 
əhatə olunmayan hissəsində Nizami Rayon İcra Hakimiyyəti başçısının 1, 2 və 3 nömrəli sahə inzibati ərazi 
dairələri  yaradılmış  və  bu  sahə  inzibati  ərazi  dairələrində  Rayon  İcra  Hakimiyyəti  başçısının 
nümayəndəlikləri fəaliyyət göstərir. 
1 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi 2,36 km2, 2 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi 2,44 
km2, 3 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi 4,4 km2-dir. 
 
Şəkil 5. 9. Abşeron yarımadası 
5.13. 
Sosial-iqtisadi göstəricilər 
2016-cı  il  01  aprel  tarixində  ilkin  hesablamalara  əsasən  rayon  əhalisinin  sayı  195420  nəfər,  rayonda 
doğulanların sayı 363 nəfər, ölənlərin sayı isə 93 nəfər olmuşdur. Təbii artım 270 nəfər təşkil etmişdir. 
2016-cı ilin yanvar-mart aylarında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 117,5 milyon manat 
dəyərində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənayedə istehsalın 21,0 faizi qeyri-
dövlət sektoruna aiddir. 
Müəssisələr  tərəfindən  2016-cı  ilin  I  rübündə  istehsal  olunmuş  məhsulun  100%-i  istehlakçılara 
göndərilmişdir. 
Cari ilin yanvar-mart aylarında müəssisələrin öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 80,3 
milyon manat olmuş, bu da ötən ilin müvafiq dövrünə nisbətən 31,5 faiz çoxdur. 
2016-cı ilin I rübündə pərakəndə ticarət dövriyyəsinin həcmi 16,1 faiz artaraq 604,1 milyon manat olmuşdur. 
Ümumi ticarət dövriyyəsinin 17,0 faizi  ticarət fəaliyyəti ilə məşğul olan  hüquqi şəxslərin, 39,6 faizi fiziki 
şəxslərin, 43,4 faizi yarmarka və kənd təsərrüfatı məhsulları bazarlarının payına düşür. 
Hesabat dövründə əhaliyə 78,6 milyon manatlıq pullu xidmətlər göstərilmişdir. 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
68 
2016-cı ilin I rübündə rabitə sahəsində 82,7 milyon manat dəyərində, yəni əvvəlki ilin müvafiq dövrü ilə 
müqayisədə 8,1 faiz çox, nəqliyyat sahəsində isə 30,9 milyon manat dəyərində, yəni əvvəlki ilin müvafiq 
dövrü ilə müqayisədə 17,3 faiz çox xidmət göstərilmişdir. 
Cari ilin yanvar-mart aylarında Nizami rayonunda 872 yeni iş yeri açılmışdır ki, ondan da 467-si müvəqqəti 
iş yerləridir. 
Ümumilikdə 2003-cü ildən bu günə kimi 29631 yeni iş yeri açılmışdır ki, onun da 29067-si daimi iş yerləridir. 
2016-cı ilin yanvar-fevral aylarında orta aylıq əmək haqqı 12,7 faiz artaraq 565,1 manat təşkil etmişdir. 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
69 
FƏSİL
 
6
 
6.  ALTERNATİVLƏRİN TƏHLİLİ 
 
6.1.  Layihənin olduğu hal 
Nəzərdə  tutulan  “H.Əliyev  adına  NEZ-in  yenidənqurulması  və  modernləşdirilməsi”  layihəsinin 
yerləşdirilməsi planlaşdırılan yerüstü obyektlərin layihələndirilməsi, tikintisi, istismara verilməsi, istismarı, 
texniki xidməti və istismardan çıxarılması üçün yerinə yetirilməsi nəzərdə tutulan fəaliyyətlər təsvir olunur. 
Məqsəd: 
Heydər Əliyev adına Neft Emalı Zavodu: 

  Növbəti 15-20 il üçün ölkənin yanacaq tələbatının ödənilməsi, ixrac potensialının artırılması; 

  Yeni Bitum istehsalatının təşkili; 

  Avro-5 standartlarına cavab verən Dizel və Benzin yanacağının istehsalı; 

  Ətraf mühit məsələlərinin həll olunması; 
“Azərneftyağ” neft emalı zavodu: 

  Tədrici olaraq istismardan çıxarılması və torpağın təmizlənməsi; 
H.Əliyev adına NEZ-də yenidənqurma işlərinin nəticəsi olaraq: 

  Zavodun İlkin emal gücü 6 mln. Tondan 7.5 mln. tona qədər artırılacaq; 

  Katalitik Krekinq qurğusunun gücü ildə 2 mln. Tondan 2.5 tona qədər artırılacaq; 

  Yeni Bitum qurğusu inşa olunacaq; (ƏMTQ sənədi əlavə olaraq hazırlanıb) 

  Avro 5 standartlara cavab verən Dizel və Benzin istehsal olunacaq; 

  Ümumi Zavod Təsərrüfatı yenidən qurulacaq; 

  Zavodun istismar xərcləri optimallaşdırılacaq; 

  “Azərikimya” İB qaz xammalı (LPG) ilə təmin olunacaq; 

  “Azərneftyağ” NEZ-in infrastrukturu istismardan çıxarılacaq və ərazi boşaldılacaq; 
Bu variant birincisi həm iqtisadi, həm texniki, həm də ekoloji baxımdan daha əlverişli variantdır. Onun inşası 
zamanı ətraf mühitə təsirlər zəif olacaqdır. Təhlükəsizlk baxımından da bu variant əlverişlidir. 
 
6.2.  Layihənin olmadığı hal 
Heydər  Əliyev  adına  Neft  Emalı  Zavodu  (keçmiş  Yeni  Bakı  neftayırma  zavodu,  ‹Azərneftyanacaq› 
İstehsalat Birliyi, «Azərneftyanacaq» neft emalı zavodu) keçmiş SSRİ Neft Səna+i Nazirliyinin 1953-cü il 
29 iyul tarixli əmri ilə yaradılmışdır. 
Yarandığı ilk günlərdən zavod Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl 
müəssisəyə çevrilmişdir. 
50 ildən çox müddət ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 300 mln. tondan artıq neft 
emal olunmuş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir. 
Müasir  dövrün  artan  tələbləri  daha  qabaqcıl  texnologiyaların  istehsalata  tətbiqini  tələb  edir  ki,  zavodun 
modernləşdirilməsi də bu səbəbdən zəruridir. Əks halda həm iqtisadi, həm də ekoloji cəhətdən əlverişsizdir. 


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə