H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ


“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması”



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə27/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   ...   23   24   25   26   27   28   29   30   ...   50

 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
59 
5.5.4. Yağıntılar 
Yağıntıların  rejimi  havanın  rütubət  tutumundan,  su  buxarı  ilə  doyma  dərəcəsindən,  buxarlanmanın 
intensivliyindən, ərazinin səth örtüyünün və atmosfer dövranının xarakterindən asılıdır. Yağıntılar əsasən 
soyuq  hava  kütlələrinin  müdaxiləsi  zamanı  düşür.  Ayrı-ayrı  illərdə  və  ya  fəsillərdə  yağıntıların  çoxluğu 
cənub siklonlarının keçməsi ilə bağlıdır. Quraq dövr Qafqaz və Xəzər dənizi üzərində yüksək təzyiq sahəsi 
yalının bərqərar olması ilə əlaqədardır. İl ərzində yağıntının miqdarı çox deyil (198 mm). Yağıntıların çox 
hissəsi  ilin  soyuq  dövründə  düşür  (107  mm).  Yağıntıların  illik  gedişində  iki  maksimum  qeyd  olunur: 
noyabrda (31 mm) və apreldə (19 mm). Minimum yayda, iyul və ya avqust aylarında müşahidə edilir (5-7 
mm).  Atmosfer  proseslərinin  inkişaf  xarakterindən  və  intensivliyindən  asılı  olaraq  ayrı-ayrı  illərdə 
yağıntıların miqdarı orta aylıq və illik göstəricilərdən xeyli fərqlənə bilər. Məsələn, 1963-cü ilin mayında 106 
mm yağış yağıb, həmin ildə isə 390 mm yağıntı düşüb. ≥0,1 mm olan yağıntılı günlərin orta illik sayı 74 gün, 
ilin isti dövründə ən az (2.2-2.6 gün), ilin soyuq dövründə isə 9.0-9.3 günə çatır (cədvəl 5.9). Yağıntıların 
davamiyyəti daha çox qış aylarında (yanvarda 240 saat), yayda minimum isə olur.  
Yağıntılar əsasən yağış şəklində düşür. Lakin ilin soyuq dövründə, əraziyə çox soyumuş hava kütlələrinin 
müdaxiləsi zamanı yağıntılar qar şəklində də düşə bilir. İl ərzində düşən yağıntıların 6%-i bərk, 8%-i qarışıq, 
86%-i yağış şəklində düşür. 
Cədvəl 5.  7. Bakı meteoroloji stansiyası üzrə iqlim amillərinin göstəriciləri 
Meteoroloji amil 
AYLAR 
İl 

II 
III 
IV 

VI 
VII 
VIII 
IX 

XI 
XII 
Günəş 
parıltısının 
orta 
davamiyyəti, saat 
88 
87 
125 
183 
273 
319 
318 
296 
220 
154 
96 
85 
2244 
Ümumi  günəş  radiasiyasının 
miqdarı, kkal/sm

4,0 
5,3 
9,3 
13,2  17,7  19,2  18,8  17,1  12,0  7,9 
4,6 
3,7 
132,8 
Havanın temperaturu, °C:  
orta  
mütləq maksimum 
mütləq minimum 
 
3,9 
21 
-13 
 
4,1 
27 
-10 
 
6,3 
31 
-7 
 
11,2 
31 
-0,4 
 
17,7 
33 

 
22,6 
39 

 
25,7 
40 
14 
 
25,7 
39 
14 
 
21,8 
35 

 
16,6 
35 
0,0 
 
11,1 
29 
-6,0 
 
6,8 
27 
-9,0 
 
14,4 
40 
-13 
Yağıntının miqdarı, mm  
21 
15 
19 
19 
10 



13 
29 
31 
21 
198 
Havanın nisbi rütubətliyi, % 
78 
78 
77 
69 
64 
57 
58 
62 
68 
74 
77 
73 
70 
Rütubət çatışmazlığı, mb 
2,0 
2,0 
2,4 
4,6 
8,0 
13,0  15,1  13,5  8,9 
5,1 
3,1 
2,4 
6,7 
Küləyin sürəti, m/s:  
orta  
maksimum 
 
6,1 
40 
 
6,6 
28 
 
6,9 
34 
 
6,5 
28 
 
6,2 
28 
 
6,5 
34 
 
6,8 
34 
 
6,3 
28 
 
6,2 
36 
 
6,1 
28 
 
5,7 
34 
 
5,6 
28 
 
6,3 
40 
Güclü 
küləkli 
(≥15m/s) 
günlərin sayı:  
orta  
maksimum 
 
 
4,9 
13 
 
 
6,0 
18 
 
 
7,5 
13 
 
 
6,8 
14 
 
 
5,2 
14 
 
 
6,2 
14 
 
 
6,6 
13 
 
 
5,2 
10 
 
 
4,7 
12 
 
 
5,3 
12 
 
 
4,2 
12 
 
 
4,8 
14 
 
 
6,7 
106 
Buludluq, bal: 
ümumi 
aşağı 
 
7,2 
5,7 
 
7,4 
5,8 
 
7,3 
5,4 
 
6,4 
3,0 
 
5,2 
1,6 
 
3,3 
1,2 
 
3,2 
1,1 
 
3,0 
1,2 
 
4,1 
2,5 
 
6,0 
4,4 
 
7,2 
5,5 
 
7,0 
5,5 
 
5,6 
3,6 
 
Yağıntıların orta sutkalıq maksimumu çox da böyük deyil. Müşahidə olunmuş ən böyük sutkalıq maksimum 
65 mm (1937 və 1946-cı illər) təşkil edir. 
Layihə zonasında qar örtüyü davamsızdır. Mövsüm ərzində 7-8 gün qar örtüyü müşahidə edilir. Soyuq hava 
kütlələrinin güclü müdaxilələri ilə səciyyələnən qışı çox soyuq keçən illərdə qar daha çox yağa bilər və daha 
uzun müddətli qar örtüyü əmələ gələ bilər. 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
60 
5.5.5. Külək rejimi 
Sürət və istiqaməti ilə xarakterizə olunan külək rejimi barik qradiyentdən və səth örtüyünün relyefindən 
asılıdır. Ətraf ərazilərin relyef müxtəlifliyi və Xəzər dənizinin təsiri qərb axınını pozaraq özünə məxsus külək 
rejiminin yaranmasına səbəb olur. 
İl ərzində şimal küləkləri (38%) üstünlük təşkil edir, daha az şimal-qərb (17%) və cənub (19%) küləklər əsir. 
Digər  rumbdan  olan  küləklərin  təkrarlanması  əhəmiyyətli  dərəcədə  deyil.  İlin  soyuq  dövründə  şimal 
küləklərinin  təkrarlanması 31-38%, şimal-qərb 16-21% və cənub küləklərinki 18-24%  təşkil edir. İlin isti 
dövründə şimal küləklərinin təkrarlanması xeyli artır (yay aylarında 43-51%). İl ərzində şəlakətli (küləksiz) 
havaların təkrarlanması cəmi 7%-dir.  
Küləyin  orta  sürətinin  illik  gedişində  sürətin  artması  yaz  və  yay  dövründə  (mart-avqust),  azalması  isə 
payızda (sentyabr-noyabr) olur. Il boyu əsasən 2-5 m/s (45%-ə yaxın) 6-9 m/s (30-40%) sürətli küləklər 
üstünlük təşkil edir (Cədvəl 5.10). Küləyin sürətinin sutkalıq gedişi az buludlu havada özünü daha yaxşı 
biruzə  verir.  Bakıda  belə  şərait  aprel-avqust  aylarında müşahidə  edilir.  İl  ərzində  gündüz  küləyin  sürəti 
gecəyə nisbətən daha çox olur. 
Cədvəl 5.  8. İl ərzində müxtəlif müşahidə zamanı hədlər üzrə küləyin sürətinin təkrarlanması (%-lə)
 
Müşahidə 
vaxtı 
Küləyin sürəti, m/s 
0-1 
2-5 
6-9 
10-13 
14-17 
18-20 
21-24 
≥25 

18,3 
40,3 
21,7 
10,7 
6,2 
2,4 
0,3 
0,1 

16,1 
40,7 
23,7 
11,2 
5,9 
2,0 
0,2 
0,1 
13 
3,5 
37,5 
33,4 
14,4 
7,9 
2,8 
0,4 
0,1 
19 
10,2 
43,4 
26,0 
11,0 
6,5 
2,5 
0,3 
0,1 
 
Ərazidə güclü küləkli (≥15 m/s) günlərin sayı çoxdur və güclü küləklər il boyu müşahidə edilir. Maksimum 
yaz, minimum payız və qış mövsümünə düşür. Burada güclü küləklər şimal enliliklərdən soyuq havanın 
müdaxiləsi və fyon səciyyəli qərb istiqamətli küləklərlə bağlıdır. Ən böyük sürətə şimal, şimal-qərb və cənub 
küləkləri çatır (Cədvəl 5.11). 
Cədvəl 5.  9. İstiqamətlər üzrə küləyin orta və maksimum sürəti (m/s ilə) 
Aylar 
Küləyin 
sürət 
göstəricisi 
Şimal 
Şimal-
şərq 
Şərq 
Cənub-
şərq 
Cənub  Cənub-
qərb 
Qərb 
Şimal-
qərb 
Yanvar 
Orta 
8,1 
3,4 
2,3 
3,9 
5,6 
6,4 
3,6 
6,0 
Maksimum 
40 
14 

18 
18 
26 
12 
28 
Aprel 
Orta 
9,1 
3,4 
1,9 
4,2 
6,1 
5,0 
3,4 
6,2 
Maksimum 
20 
14 
14 
20 
28 
14 
20 
28 
İyul 
Orta 
9,0 
4,4 
1,7 
4,1 
4,5 
2,4 
2,2 
6,9 
Maksimum 
34 
16 
10 
10 
10 

14 
24 
Oktyabr 
Orta 
8,0 
3,6 
2,9 
4,5 
5,8 
4,8 
2,8 
5,5 
Maksimum 
28 
10 
12 
16 
25 
16 
16 
24 
İl 
Orta 
8,6 
3,6 
2,5 
4,2 
5,5 
4,5 
2,8 
5,9 
Maksimum 
40 
20 
18 
32 
28 
28 
22 
36 
 
Yerli adı “xəzri” olan və sürəti 20-25 (30-40 m/s) küləklər ilin bütün fəsillərində müşahidə oluna bilər. İlin 
soyuq dövründə xəzri havanın temperaturunun kəskin enməsinə, bəzən qar yağmasına və çovğuna gətirib 
çıxarır, yayda isə güclü istiləri zəiflədir. Qışda və yazda tez-tez saniyədə 15-20 m sürətli isti və quru küləklər 
əsir. Bu zaman havanın temperaturu kəskin artır (10-15°C) və nisbi rütubətlik xeyli azalır (20-30%-dək). 
 
 
 


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə