H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə40/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   ...   36   37   38   39   40   41   42   43   ...   50

 
“H.Əliyev 
adına 
NEZ-in 
yenidənqurulması 
və 
modernləşdirilməsi”  layihəsi,  Faza-2  çərçivəsində  qurğuların 
tikintisi 
və 
istismarı 
üzrə 
Ətraf 
Mühitə 
Təsirin 
Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
87 

  Tikinti zamanı avtomobil, mexanizm və avadanlığa texniki xidmət və onlardan istifadə 

  Borunun qaynaq edilməsi 
İşlərin yanından keçən insanlar və heyvanlar kimi çevik reseptorlar səs-küyün mənbəyindən uzaqlaşma 
qabiliyyətinə  malikdir.  Ona  baxmayaraq,  bu,  onlar  üçün  narahatlıq  yarada  bilər  və  müvəqqəti  olaraq 
torpağın otlaq üçün əlçatan olmasını məhdudlaşdıra bilər. 


 
“H.Əliyev 
adına 
NEZ-in 
yenidənqurulması 
və 
modernləşdirilməsi”  layihəsi,  Faza-2  çərçivəsində  qurğuların 
tikintisi 
və 
istismarı 
üzrə 
Ətraf 
Mühitə 
Təsirin 
Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
88 
FƏSİL
 
8
 
8.  ƏTRAF MÜHİTİN İDARƏ EDİLMƏSİ VƏ MONİTORİNQİ 
 
8.1.  Giriş 
Ətraf mühitin idarə edilməsinin əsas məqsədi Layihənin mobilizasiya və icra mərhələsində mənfi ekoloji və 
sosial  təsirlərin  yumşaldılması,  təhlükəsizlik  qaydalarına  riayət  etməklə  ekoloji  risklərin  minimuma 
endirilməsi  və  sağlamlığın  qorunması  üçün  nəzərdə  tutulmuş  bütün  cari  və  strateji  tədbirlərə  əməl 
olunmasıdır. 
Təsirlərin qiymətləndirilməsi əsasında Layihənin potensial təsirlərini minimuma endirmək və ya yumşaltmaq 
məqsədilə tələb olunan qaydada yumşaltma tədbirləri işlənib hazırlanmışdır (bax Fəsil 7). 
 
8.2.  Ətraf və sosial mühiti idarəetmə planı (ƏMİP) 
Bu “Ətraf Mühiti İdarəetmə Planı” (ƏMİP) layihənin hər bir iri komponenti üçün işlənib hazırlanmışdır və 
ətraf mühitlə qarşılıqlı təsirdə olan xüsusi fəaliyyətləri əhatə edir. ƏMİP layihənin ömrü boyunca yumşaltma 
proqramlarının,  monitorinq  proqramlarının  və  ətraf  mühitin  qorunması  üzrə  digər  proseduraların  həyata 
keçirilməsi üçün əsas mexanizmdir. 
“Ətraf və Sosial Mühiti İdarəetmə Planı”nın tərifi 
Plan və ya proqram tələb olunan son vəziyyətə nail olmağa çalışır və ətraf mühitə mənfi təsirləri olan və ya 
ola bilən fəaliyyətlərin necə yumşaldılacağını, nəzarət olunacağını və monitorinqinin aparılacağını təsvir 
edir. 
ƏMİP  layihənin  bütün  mərhələlərində  baş  verəcək  ekoloji  təsirləri  əhatə  edəcəkdir.  Bütün  layihə 
müddətində ətraf mühitin qorunmasına xüsusi diqqət yetirəcəkdir. Buna nail olmaq üçün bir sıra ekoloji 
xüsusiyyətlər/tövsiyələr hazırlanmışdır. Bunlar aşağıdakılara nail olmaq üçün podratçının layihə üzərində 
düzgün nəzarəti əlində saxladığına əmin olmaq məqsədi güdür: 

  “H.Əliyev adına NEZ-in yenidənqurulması və modernləşdirilməsi” layihəsi  çərçivəsində qurğuların 
tikintisi işləri ərzində təsirlərin miqyasını minimuma endirmək, 

  Layihənin təsir etdiyi ərazilərin düzgün şəkildə bərpa olunmasını təmin etmək, 

  Uzun müddətli ekoloji deqradasiyanın qarşısını almaq. 
Podratçı  bu  sənəddə  təsbit  olunmuş  ekoloji  öhdəliklərdən  xəbərdar  olmalı  və  bütün  müvafiq  ekoloji 
qanunvericiliyə  əməl  edəcəyini  bəyan  etməlidir.  Podratçı  eyni  zamanda  xəbərdar  olmalıdır  ki,  Ekoloji 
Meneceri(ləri) (EM) SƏTƏM üzrə Nəzarətçi ilə proseduralara əməl olunmasına nəzarət edəcəklər. 
ƏMİP-in məqsədləri 
Bu  ƏMİP  Layihənin  icrası  dövründə  səmərəli  ekoloji  idarəetməni  həyata  keçirmək  üçün  aidiyyəti  olan 
prinsipləri, vəzifələri və tələbləri əhatə edir. 
 
ƏMİP-in aşağıdakı məqsədləri vardır: 

  Ətraf mühitə zərər verə bilən fəaliyyətlərin müəyyən olunması; 

  Həyata keçirilməli olan yumşaltma tədbirlərinin və onların yerinə yetirilməsi üçün proseduraların 
ətraflı izah olunması; 

  Layihənin icrası ərzində yerinə yetirilməli olan hesabat vermə sisteminin yaradılması. 
ƏMİP eyni zamanda layihənin gedişində monitorinqi aparılacaq xüsusi tələblərə diqqət çəkməyə xidmət 
edir və əgər ətraf mühitə təsirlərin qarşısı lazımi səviyyədə alınmazsa,  yaxud yumşaldılmazsa, müvafiq 
tədbir  görülməli  olacaqdır.  Buna  görə  də  sənədə  fəaliyyətlərin  potensial  ekoloji  təsirlərini  minimuma 
endirməkdə yardımçı olan təlimat kimi baxılmalıdır. 


 
“H.Əliyev 
adına 
NEZ-in 
yenidənqurulması 
və 
modernləşdirilməsi”  layihəsi,  Faza-2  çərçivəsində  qurğuların 
tikintisi 
və 
istismarı 
üzrə 
Ətraf 
Mühitə 
Təsirin 
Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
89 
“Yumşaltma tədbirləri”nin tərifi: 
Yumşaltma mənfi təsirləri azaltmaq, məhdudlaşdırmaq və aradan qaldırmaq, yaxud layihənin faydalarını 
artırmaq və ictimai və fərdi hüquqları qorumaq üçün praktiki tədbirlər həyata keçirməklə işləri görməyin 
daha yaxşı yollarını axtarır. 
ƏMİP həmçinin layihə tərəfdarlarının, ekoloji idarəetmə qrupunun və podratçıların rolları və məsuliyyətləri 
üzrə  tövsiyələri  əks  etdirməklə  yumşaltma  tədbirlərinin  həyata  keçirilməsini  təmin  etmək  üçün  tətbiq 
olunacaq qaydaları müəyyən edir. 
 
8.2.1. ƏMİP-in komponentləri 
ƏMİP  ehtiyatlı  yanaşma,  yaxud  əgər  rəhbərliyin  tövsiyələrdisə,  “ən  yaxşı  təcrübə”  fəlsəfəsini  qəbul 
etməlidir. Buna görə də yumşaltma tədbirləri onların həyata keçirilməsi üçün əhəmiyyətliliyini azaltmadan 
daha ümumi xarakterli ola bilər. 
Layihənin həqiqi ekoloji təsirlərini müəyyən etmək üçün ƏMİP ekoloji monitorinq proqramlarını konturlarını 
cızacaqdır.  Monitorinq  və  yumşaltma  proqramları  üzrə  xərclərin  qiymətləndirilməsi  də  buraya  daxil 
edilmişdir.  
Podratçı(lar)dan  hərtərəfli  Ətraf  Mühiti  İdarəetmə  Planı  (ƏMİP),  o  cümlədən  onun  öz  siyasətlərini 
hazırlaması və təsdiq olunmaq üçün Sifarişçiyə (“H.Əliyev adına NEZ”-nə) göndərməsi tələb olunmalıdır. 
Buraya aşağıdakılar daxil edilməlidir
o
  Təhlükəsizlik və Sağlamlıq Siyasəti və Bədbəxt Hadisələrin Qarşısının Alınması Planı, 
o
  Keyfiyyətin Təmin Olunması Siyasəti, 
o
  Fərdi Mühafizə Vasitələri (FMV) Siyasəti, 
o
  Ekoloji Siyasət, 
o
  Narkotik Maddə və Spirtli İçki üzrə Siyasət, 
o
  Bərabər Hüquqlu İşəgötürmə İmkanları Yaradılması və Ayrı-seçkiliyə Qarşı Siyasət, 
o
  Audit Siyasəti 
Bu  siyasətlər  Layihə  obyektlərində  açıq  yerlərdə  asılmalıdır.  Layihənin  bütün  işçi  heyəti,  o  cümlədən 
podratçının  işçiləri  təqdimat  prosesi  yolu  ilə  bu  siyasətlərlə  tanış  ediləcəkdir.  ƏMİP  bu  planda  və  onun 
müvafiq yarımplanlarında öz əksini tapmış proseslər və fəaliyyətlər vasitəsilə bu Siyasətləri dəstəkləyir. 
Ona görə də bu ƏMİP-in məqsədi tətbiq ediləcəyi halda ekoloji deqradasiyanın səmərəli şəkildə qarşısını 
alacaq/minimuma endirəcək ətraflı idarəetmə planı hazırlamaq və onu tətbiq etməkdir. 
 
8.2.2. ƏMİP-in icra müddəti 
ƏMİP  Layihənin  bütün  icra  mərhələsi,  qüsur  cavabdehliyi  dövrü  və  “H.Əliyev  adına  NEZ-in 
yenidənqurulması və modernləşdirilməsi” layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı mərhələsi 
üzərində diqqəti cəmləyəcək və bütün bu dövrlərdə fəaliyyətdə olacaq. 
Təsirlərin Qiymətləndirilməsinin, Yumşaltma Tədbirlərinin və ƏMİP-in Nəzərdən Keçirilməsi 
Bu,  əsas  etibarilə  layihənin  icrası  nəticəsində  ortaya  çıxa  biləcək  ekoloji  problemləri  sənədləşdirmək, 
müqavilə sənədlərinə və layihənin dizaynına daxil ediləcək yumşaltma tədbirlərini təsvir etmək, layihənin 
icrası zamanı həyata keçirilməli olan monitorinq və qiymətləndirmə planlarının hazırlanması və yumşaltma 
tədbirlərini  həyata  keçirmək  üçün  tələb  olunan  xərcləri  təxmini  hesablamaq  üçün  təsirlərin 
qiymətləndirilməsinə əsaslanır. 
Bu ƏMİP ekoloji aspektlər üzrə məqsədləri və hədəfləri təsbit edir. 
Podratçıların yumşaltma tədbirlərini həll etməyə hazırlaşdırılması 
ƏMİP  və  ekoloji  qiymətləndirməni  tender  və  müqavilə  sənədlərinə  salmaqla  podratçı 
məlumatlandırılmalıdır. Podratçı(lar) ondan, ƏMİP-də tələb olunduğu kimi, əvvəlcədən metod bəyannaməsi 
və aşağıdakılar da daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan, planlar təqdim etməsinin tələb olunacağı 


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə