H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə43/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   ...   39   40   41   42   43   44   45   46   ...   50

 
“H.Əliyev 
adına 
NEZ-in 
yenidənqurulması 
və 
modernləşdirilməsi”  layihəsi,  Faza-2  çərçivəsində  qurğuların 
tikintisi 
və 
istismarı 
üzrə 
Ətraf 
Mühitə 
Təsirin 
Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
94 
8.3.  Ekoloji monitorinq 
Layihə  üzrə  Ətraf  mühitin  monitorinqi  obyektləri  “H.Əliyev  adına  NEZ-in  yenidənqurulması  və 
modernləşdirilməsi” layihəsi çərçivəsində qurğularının layihəsinin tikintisi işlərin potensial təsir mənbələridir 
(nəqliyyat vasitələri, personal və s.). 
Hazırda təcrübədə müxtəlif monitorinq fəaliyyəti növləri vardır və onların hər biri müəyyən dərəcədə ƏMTQ 
araşdırmasına uyğundur. Əsas növlər aşağıda qısaca təsvir olunur: 

 
İlkin Vəziyyətin Monitorinqi: İşlərə başlamazdan əvvəl (auditdən əvvəlki araşdırma) təklif olunan 
layihə ərazisini əhatəsində ilkin ekoloji parametrlər üzrə araşdırma aparılmalıdır. Bunun ardınca 
aparılan müşahidələr  vaxt  keçdikcə bu parametrlərdə baş  verən dəyişiklikləri ilkin məlumatlarla 
müqayisə etməklə qiymətləndirə bilər. İlkin vəziyyətin monitorinqi ARDNŞ-nin  Ekologiya İdarəsi 
tərəfindən artıq yerinə yetirilmişdir. 

 
Təsirlərin Monitorinqi: Podratçı və Sifarişçi tərəfindən ƏMTQ-nin yerinə yetirilməsini nəzarətdə 
saxlanılacaqdır. Bunu Sifarişçi və ya razılıq əsasında podratçı təşkil edir. 

 
Uyğunluğun  Monitorinqi:  Monitorinqin  bu  forması  layihənin  tövsiyə  edilən  ekoloji  mühafizə 
standartlarına  uyğun  olmasını  təmin  etmək  üçün müntəzəm müşahidələr  aparılır,  yaxud  xüsusi 
ekoloji  keyfiyyət  göstəricilərini  və  ya  çirklənmə  səviyyələrini  fasiləsiz  olaraq  qeydə  alınması 
metodundan istifadə edir. 
Monitorinq müntəzəm olmalı və layihənin icra müddətində aparılmalıdır.  
Layihə üzrə Ekoloji Monitorinq keçirilməsinin məqsədlərinə aşağıdakılar daxildir: 

  Layihənin hər hansı qısa və ya uzun müddətli ekoloji və sosial təsirlərinin müəyyən edilməsi üçün 
məlumat bazasının yaradılması.  

  Ekoloji nəzarət tədbirləri və ya təcrübələrindən hər hansı biri qəbul olunmuş standartlara nail ola 
bilməzsə, erkən göstəricinin təmin edilməsi.  

  Layihənin yerinə yetirilməsinin və yumşaltma tədbirlərinin səmərəliliyinin müşahidə olunması. 

  ƏMTQ tədqiqatında fərz olunmuş ekoloji təsirləri dəqiqləşdirmək.  

  Layihənin normativ tələblərə, standartlara və hökumət siyasətlərinə uyğunluğunu müəyyən etmək.  

  Gözlənilməz problemlər və ya qeyri-məqbul təsirlər ortaya çıxarsa düzəldici tədbirlər görmək.  

  Ekoloji yoxlamanı mümkün etmək üçün məlumatlar təmin edilməsi.  

  Müəyyən olunmuş internet saytı vasitəsilə müşahidə məlumatlarının real zaman rejimində təmin 
olunması. 

  Yerli icma nümayəndələri ilə görüşlər və əməliyyatların inkişafı barədə məlumatlandırma. 

  Şikayətlərin qeydiyyatı və cavabların verilməsi, razılılaşma yollarının müəyyən edilməsi. 
 
8.4.  Hesabat vermə 
Layihə dövründə “H.Əliyev adına NEZ-in yenidənqurulması və modernləşdirilməsi” layihəsi çərçivəsində 
podratçısının Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə Nümayəndəsi cari və yekun 
Ekoloji Monitorinq hesabatı hazırlayıb təqdim edir. Hesabat H.Əliyev adına NEZ-nə təqdim edilir. Yekun 
Hesabatın surəti ETSN-də təqdim edilir. 
Ekoloji Keyfiyyət Hədlərinin Aşılması barədə Aralıq Bildirişlər 
Tədbirlər  planına  uyğun  olaraq,  ekoloji  keyfiyyət  hədləri  aşıldıqda  SƏTƏM  Nümayəndəsi  “NEZ”-ni  və 
Azərbaycan  ETSN-ni  dərhal  müvafiq  qaydada  xəbərdar  etməlidir.  Bildirişin  ardınca  “NEZ”--nə  və 
Azərbaycan  ETSN-nə  araşdırmaların  nəticələri,  təklif  olunan  tədbirlər  və  görülmüş  tədbirlərin 
müvəffəqiyyəti barədə məlumatlar və lazım olan izləmə təklifləri verilməlidir. 
 


 
“H.Əliyev 
adına 
NEZ-in 
yenidənqurulması 
və 
modernləşdirilməsi”  layihəsi,  Faza-2  çərçivəsində  qurğuların 
tikintisi 
və 
istismarı 
üzrə 
Ətraf 
Mühitə 
Təsirin 
Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
95 
8.5.  Ekoloji və sosial şikayətlər 
Şikayətlər  tədbir  görülmək  üçün  Sağlamlıq,  Əməyin  Təhlükəsizliyi  və  Ətraf  Mühit  (SƏTƏM)  üzrə 
Nümayəndəyə ünvanlanmalıdır. (SƏTƏM) üzrə Nümayəndə hər hansı şikayət  qəbul  olunduqdan sonra 
aşağıdakı proseduraları tətbiq etməlidir: 
1.  Şikayəti  qeydiyyata  almalı  və  qəbul  olunduğu  tarixi  şikayət  məlumatları  bazasına  daxil  etməli, 
həmçinin NEZ-i dərhal məlumatlandırmalıdır, 
2.  Şikayətin  doğruluğunu  araşdırmalı  və  onun  görülən  layihə  işlərindən  qaynaqlandığını 
qiymətləndirməlidir, 
3.  Şikayət doğrudursa və işlərlə əlaqədardırsa, NEZ ilə məsləhətləşmə əsasında yumşaltma tədbiri 
müəyyən etməlidir, 
4.  Podratçının  müəyyən  olunmuş  yumşaltma  tədbir(lər)i  ilə  bağlı  cavabını  və  yenilənmiş  vəziyyəti 
nəzərdən keçirməli, 
5.  Əgər lazım olarsa, vəziyyəti dəqiqləşdirmək üçün əlavə monitorinq və  yoxlama aparılmalıdır və 
şikayətə səbəb olan vəziyyətlərin yenidən yaranmamasını nəzərdən keçirilməlidir.


 
“H.Əliyev  adına  NEZ-in  yenidənqurulması  və  modernləşdirilməsi”  layihəsi  çərçivəsində 
qurğuların tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
 
 
 
EKOLOGİYA İDARƏSİ                                                                                                                                    96 
Cədvəl 8.1. “H.Əliyev adına NEZ-in yenidənqurulması və modernləşdirilməsi” layihəsi çərçivəsində  qurğuların tikintisi - 
Hazırlıq mərhələsi 
Məsələ 
Yumşaltma / İdarəetmə 
İnstitutsional 
Məsuliyyət 
Qiymət qeydləri 
1.Ekologiya ilə 
Əlaqədar Razılıqlar, 
İcazələr və Lisenziyalar 
Azərbaycan ETSN-də ƏMTQ-nin razılaşdırılması 
“H.Əliyev adına 
NEZ” və 
Podratçı 
Rəsmi haqlar Layihə Qiymətlərimə 
özünə daxil edəcəkdir. 
2.ƏMİP Təlimi 
Podratçı sahəsində çalışan işçilər üçün “H.Əliyev adına NEZ” qane 
edən Sağlamlıq, təhlükəsizlik, Ekologiya və irs üzrə maarifləndirmə 
təlimləri təşkil etməli və öz işçilərini bu ƏMİP-in məzmunu ilə ya 
yazılı, ya da şifahi şəkildə tanış etməlidir. 
“H.Əliyev adına 
NEZ” və 
Podratçı 
Layihə büdcəsinə daxil edilmişdir 
3.Müqavilə sahələri 
SƏTM üzrə Nümayəndəyə podratçılara müqavilə müddəti ərzində 
onların ixtiyarında olacaq sahə mütləq göstərməlidir.  
“H.Əliyev adına 
NEZ” və 
Podratçı 
Layihə büdcəsinə daxil edilmişdir 
4.Həssas Ətraf Mühit 
 Layihə işləri zamanı həssas ərazilərdə davranış barədə tədris 
təlimləri kəşfiyyat işlərə başlamazdan öncə, Fəsil 5-də təqdim edilmiş 
məlumatlar əsasında aparılacaqdır. 
“H.Əliyev adına 
NEZ” və 
Podratçı 
Layihə büdcəsinə daxil edilmişdir 
5.İrs Əraziləri 
Layihə sahəsi irs ərazilərindən kənarda yerləşir. 
“H.Əliyev adına 
NEZ” və 
Podratçı 
Layihə büdcəsinə daxil edilmişdir 
6.Ərazinin Salınması 
Ərazi Planı: “H.Əliyev adına NEZ-in yenidənqurulması və 
modernləşdirilməsi” layihəsi çərçivəsində  qurğunun tikintisi və 
istismarı layihəsinin tikintisi işlərə başlamazdan qabaq Podratçı 
aşağıdakılar da daxil olmaqla sahəsinin yerləşmə planını təsdiq 
olunmaq üçün EM-nə göndərməlidir: 
Əraziyə giriş. 
Material və avadanlıq saxlanılan bütün ərazilər (o cümlədən yanacaq 
və kimyəvi maddələr kimi təhlükəli maddələr üçün saxlanma 
əraziləri). 
Təhlükəsizlik tələbləri (o cümlədən müvəqqəti və daimi hasarlama və 
“H.Əliyev adına 
NEZ” və 
Podratçı 
Layihə büdcəsinə daxil edilmişdir 


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə