H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ


“H.Əliyev  adına  NEZ-in  yenidənqurulması  və  modernləşdirilməsi”  layihəsi  çərçivəsində



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə45/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   ...   42   43   44   45   46   47   48   49   50

 
“H.Əliyev  adına  NEZ-in  yenidənqurulması  və  modernləşdirilməsi”  layihəsi  çərçivəsində 
qurğuların tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
 
 
 
EKOLOGİYA İDARƏSİ                                                                                                                                    99 
dərhal təmizlənməli və götürülməlidir. 
Qəza hallarında Podratçı hər hansı yağ və ya mayenin toplanması üçün damcı yığıcı təknələr 
təmin etməlidir. Maşınları məqbul sayılan vəziyyətlərdə təmir edilməlidir.Quraşdırma 
işlərindəsızması olan və ya dağılmaya səbəb olan hər hansı maşın və avadanlığın 
istifadəsinə icazə verilmir. Bunlar dərhal təmir üçün texniki xidmət meydançasına 
göndəriləcəkdir. 
Sızma olan bütün avadanlıqlar dərhal təmir edilməli və ya ərazidən mütləq çıxarılmalıdır. 
Müvəqqəti yanacaq saxlanma çənləri və yanacaq doldurma yerləri də təsadüfi dağılmaların 
qarşısını almaq üçün müvafiq şəkildə səddə alınmış səth üzərində yerləşdirilməlidir. Müvafiq 
axının qarşısını alma tədbirləri mütləq görülməlidir. 
4.Tullantıların İdarə 
Edilməsi 
Qurğuların  tikintisi  işləri  aparılan  sahələrdə  və  düşərgələrdə  “leşlə  qidalanan  heyvanı 
keçirməyən” tullantı qabları ilə təmin edilməlidir. 
Bu qablar içindəki tullantıların küləklə sovrulmasının qarşısını almaq üçün qapaqlarla təmin 
edilməli  və  tullantıların  cəlb  etdiyi  heyvanların  girməsinin  qarşısını  almaq  üçün  “heyvan 
keçirməyən” olmalıdır. 
Podratçı bütün işçilərin tullantıları dərhal qoyulmuş zibil qablarına atmalarını təmin etməlidir. 
Podratçı hər hansı zibili və ya tullantısını yandıra, yaxud əraziyə ata bilməz. 
Bütün tullantıları, xüsusilə də yuyulmaqla və ya su ilə əlaqəyə girməklə səth və ya yeraltı suların 
keyfiyyətinə  təsir  göstərə  biləcək  tullantı  və  ya  məhsulları  yalnız  qeydiyyata  alınmış  tullantı 
idarəetmə obyektinə/zibilxanaya atılmalıdır. 
Podratçı öz fəaliyyəti nəticəsində ərazisində və ya onun yaxınlığında olan yeraltı və yerüstü su 
hövzələrinin çirklənməsinin qarşısını almaq üçün lazımi tədbirlər görməlidir. 
Alətlərin və ya hər hansı digər cihazın təmizlənməsi üçün heç bir təbii su hövzəsindən istifadə 
edilməməlidir. Buraya yuyunma, paltarların yuyulması və s. də daxildir. 
Bütün yuma əməliyyatları ərazidən kənarda, tullantı suların qəbul edilən şərtlərlə atıla biləcəyi 
yerdə aparılmalıdır. 
Heç bir maye dağıntısı şlanqla sel suları drenajına və ya təbii ətraf mühitə axıdıla bilməz. 
 
“H.Əliyev adına 
NEZ” və 
Podratçı 
Layihə 
büdcəsinə 
daxil 
edilmişdir 


 
“H.Əliyev  adına  NEZ-in  yenidənqurulması  və  modernləşdirilməsi”  layihəsi  çərçivəsində 
qurğuların tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
 
 
 
EKOLOGİYA İDARƏSİ                                                                                                                                    100 
5. Təhlükəli Materiallar 
Podratçı neft, kimya, zərərli və təhlükəli maddələrin və materialların saxlanılması, daşınması, 
istifadəsi  və  atılması  üzrə  bütün  milli,  regional  və  yerli  qanunvericiliyin  tələblərinə  riayət 
etməlidir. 
Podratçı  bundan  əlavə  sahədə  bu  materiallarla  işləyən  bütün  işçi  heyətin  onun  düzgün 
istifadəsi, daşınması və atılması qaydaları üzrə təlim və maarifləndirilməsinə görə məsuliyyət 
daşıyacaqdır.  
Podratçı neft məhsullarının dağılması və ya axması üzrə qəza proseduralarını hazırlamağa 
görə məsuliyyət daşıyacaqdır.  
Təhlükəli  materiallar  işlər  başlanana  qədər  təhlükəli  materiallar  üçün  xüsusi  saxlanma 
obyektində təhlükəsiz, zərərsiz şəraitdə və ciddi nəzarət altında saxlanılmalıdır. 
Ərazidə bütün neft, kimya, zərərli və təhlükəli tullantılar mütləq müvafiq, yaxşı vəziyyətdə olan 
xüsusi qablarda saxlanılmalıdır. 
Dizel və digər zəhərli həlledicilərin daşınması zamanı dağılmaları minimuma endirmək üçün 
həddən artıq ehtiyatlı olmaq lazımdır. 
“H.Əliyev adına 
NEZ” və 
Podratçı 
Layihə 
büdcəsinə 
daxil 
edilmişdir 
6.Yanğın 
Podratçı ərazidə aparılan işlər nəticəsində yanğınların yaranmamasını təmin etmək üçün bütün 
lazımi tədbirlər görməlidir. 
Qaz və maye yanacaqları eyni saxlanma ərazisində saxlanıla bilməz. 
Personalın yanğına qarşı profilaktika və mübarizə proseduraları barədə təlimlərin keçirilməsi.
 
“H.Əliyev adına 
NEZ” və 
Podratçı 
Layihə 
büdcəsinə 
daxil 
edilmişdir 
7. Atmosfer Havası və 
Toz 
Podratçı tozun yaranmasının və tozun vurduğu ziyanın məhdudlaşdırılması üçün EM və Ekoloji 
Mühəndisi qane edəcək lazımi tədbirlə görməlidir.
 
Yollarında yaranan tozların idarə edilməsi təmin olunmalıdır. 
Havaya atılan emissiyaların minimuma endirilməsi üçün maşın və avadanlığa düzgün qaydada 
texniki xidmət olunmalı və örtülməlidir. 
Yaşayış yerlərinə yaxın sahələrdə maşınların hərəkəti nəzarətdə saxlanılacaqdır. Əgər lazım 
olarsa riskləri azaltmaq üçün hərəkəti məhdudlaşdırılacaqdır
 
“H.Əliyev adına 
NEZ” və 
Podratçı 
Layihə 
büdcəsinə 
daxil 
edilmişdir 


 
“H.Əliyev  adına  NEZ-in  yenidənqurulması  və  modernləşdirilməsi”  layihəsi  çərçivəsində 
qurğuların tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
 
 
 
EKOLOGİYA İDARƏSİ                                                                                                                                    101 
8. Səs-küy 
Maşın  və  avadanlıqların  səs  boğucu  qurğuları  yaxşı,  işlək  vəziyyətdə  saxlanılmalıdır.  Bu 
qaydanı  pozan  maşın  və  ya  nəqliyyat  vasitələri  təmir  edilənədək  əraziyə  girişi  qadağan 
ediləcəkdir
 
Səs-küyün səviyyəsi qorunan ərazi üçün qəbul olunmuş hədlər çərçivəsində saxlanılmalı və 
digər  müsafirlərin  qorunan  ərazilərə  təbii  şəkildə  gəlməsinə  əngəl  törədəcək  xarakterdə 
olmamalıdır
 
Podratçı nəzərə almalıdır ki, layihə ərazilərinin bəzi hissələritəbii ətraf mühitdə yerləşir və səs-
küy  heyvanat  aləmi  üçün  böyük  narahatlıq  mənbəyi  ola  bilər.  Layihə  rəhbərliyi  seysmik 
kəşfiyyat  işləri  ilə  əlaqədar  olan  səs-küy  yaradan  fəaliyyətləri  minimuma  endirməyə  və  iş 
saatları çərçivəsində saxlamağa çalışmalıdırlar. 
 Səs-küyə səmərəli nəzarət olunmasına aşağıdakılar daxildir
Ərazidə işləyən bütün maşınların və avadanlıqların müntəzəm yoxlanılması və texniki xidmət. 
Bütün  mexaniki  avadanlıqlarda  lazımi  qaydada  səs  boğucu  qurğuların  (misal  üçün, 
susdurucuların) quraşdırılması. 
Mümkün olan hallarda fasilələrlə işləyən maşın və avadanlıqların uzun müddət durduğu yerdə 
(boşuna) işlətməmək.  
Ərazidə istifadə olunan avadanlıqlar mümkün olan qədər sakit işləyən olmalıdır. 
İşlə  əlaqədar  səs  səviyyələrini  minimuma  endirmək  üçün  mümkün  olan  ən  yaxşı  iş 
təcrübələrindən istifadə olunmalıdır. 
“H.Əliyev adına 
NEZ” və 
Podratçı 
Layihə 
büdcəsinə 
daxil 
edilmişdir 
9. Vizual 
Mühafizə  işıqlandırması  elə  quraşdırılmalıdır  ki,  əraziyə  yaşayan  sakinlərə  və  oraya  gələn 
müsafirlərə  narahatlıq  törətməsin.  İşığın  qorunan  ərazinin  digər  tərəflərindən  görünməsinin 
qarşısını almaq üçün qoruyucu sipərlərdən istifadə edilə bilər. 
İşıqları  yerləşdirən zaman personalı təhlükəsiz iş  yeri təmin etməklə vizual təsirin minimum 
olması təmin edilməlidir. 
Görülən işlər barədə müsafirləri məlumatlandırmaq üçün aydın məlumat lövhələri asılmalıdır. 
Podratçı məlumat lövhələrini tələb olunan qaydada öz hesabına quraşdırmalıdır. 
Podratçı  STƏM  Nümayəndəsinin  fikrincə  ərazinin  mənzərəsinə  mənfi  təsir  göstərəcək  hər 
hansı fəaliyyət həyata keçirməməlidir. EM Podratçını belə fəaliyyətlərdən çəkinməyə, yaxud 
belə fəaliyyətlərin əks təsirlərini azaltmaq üçün melorativ tədbirlər görməyə istiqamətləndirə 
bilər. 
“H.Əliyev adına 
NEZ” və 
Podratçı 
Layihə 
büdcəsinə 
daxil 
edilmişdir 


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə