H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ


“H.Əliyev  adına  NEZ-in  yenidənqurulması  və  modernləşdirilməsi”  layihəsi  çərçivəsində



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə47/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   ...   42   43   44   45   46   47   48   49   50

 
“H.Əliyev  adına  NEZ-in  yenidənqurulması  və  modernləşdirilməsi”  layihəsi  çərçivəsində 
qurğuların tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
 
 
 
EKOLOGİYA İDARƏSİ                                                                                                                                    105 
10 
İctimaiyyətlə 
Əlaqələr, 
Şikayətlərə 
Baxılması 
Məlumatlandırma 
və Narazılıqlar 
Müntəzəm 
Görüşlər, şikayətlərin 
araşdırılması, müvafiq 
tədbirlərin görülməsi 
və cavablandırılması 
Tövsiyə olunan 
yumşaltma tədbirlərinin 
düzgün icra olunduğunu 
təmin etmək üçün tələb 
olunur 
EM, Ekoloji 
Mühəndis və 
Podratçı(lar) 
Layihə büdcəsinə daxil 
edilmişdir 
 
SƏTƏM 
Qrupu 
“H.Əliyev adına NEZ”-nin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit Qrupu 
 
SƏTƏM 
Nümayəndəsi 
“H.Əliyev adına NEZ”-nin Ekoloji Nəzarətin İcraçısi 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ                                                                                                                                    106 
ƏLAVƏ 1.  İSTİFADƏ EDİLƏN LABORATORİYA AVADANLIQLARININ SİYAHISI VƏ ƏTRAF MÜHİTİN 
FİZİKİ-KİMYƏVİ,  BİOLOJİ  XARAKTERİSTİKALARI  ÜZRƏ  ÇÖL  ÖLÇMƏ  VƏ 
LABORATORİYA TƏDQİQATLARI 
 
1. Planlaşdırma 
Planlaşdırma standart təcrübə əsasında göstərilən sxem üzrə yerinə yetiriləcəkdir. 
 
Layihə üzrə işlərin planlaşdırılması sxemi 
1.2. Çöl ölçmələri, nümunə götürmək üçün cihaz və ləvazimatlar 
Çöl  ölçmə  işlərini  aparmaq,  su  və  qrunt  nümunələrini  götürməkdən  ötrü  aşağıda  şərh  edilən 
avadanlıqlarından istifadə edilmişdir.  
Koordinatların təyini Monitorinq müşahidələrinə başlamazdan öncə ərazinin baş planına istinad edərək 
tədqiqat  stansiyaları  seçilmişdir.Planlaşdırılmış  stansiyalarda  tədqiqat  zamanı  “GARMİN”  tipli  CPS-in 
köməyi ilə koordinatlar müəyyənləşdirilmişdir. Sonra isə ərazinin və tədqiqat stansiyalarının sxem planı CİS 
proqramında hazırlanmışdır. 
Quruda yerləşən ərazilərdə monitorinqin aparılması əraziyə ümumi vizual baxışla relyefi, metoroloji şəraiti, 
ətrafdakı sosial-iqtisadi obyektlər və s. nəzərə alınmaqla qiymətləndirmədən başlayır. İlk monitorinq qrupu 
əraziyə ilkin baxış zamanı ərazini müəyyənləşdirir, GPS vasitəsilə koordinatları təyin edilir. 
Koordinatlar xəritə üzərinə yerləşdirilməklə ərazinin sxematik xəritəsi kompüter proqramlarında hazırlanır. 
Tədqiq olunan sahədə işləmək üçün ərazinin işçi plan-sxemi hazırlanır və aparılan tədqiqat stansiyaları 
plan-sxemdə qeyd olunur.  
 
GPSMAP 78 
 
Radioaktiv  fonun  təyin  olunması  üçün  “MKC-01CA1M”  və  “ГРАЧ”  tipli  Дозиметр  ДКГ-03Д 
Çöl işlərinə hazırlıq 
(Nümunə götürmə 
planı, elektron xəritə, 
GPS, çöl ölçmələri və 
nümunə götürmə üçün 
cihazlar, nümunə 
qabları) 
Nümunə 
götürmə 
Çöl 
ölçmələri 
Nümunələrin 
və çöl işləri 
protokollarının 
qeydiyyatı 
Laboratoriya 
analiz 
tapşırıqlarının 
təsdiqi 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ                                                                                                                                    107 
radiometrlərdən istifadə olunur.  
 
 
Dozimetr MKC-01CA1M 
Дозиметр 

ГРАЧ» ДКГ-03Д 
 
1.3. Qabların hazırlanması, nömrələnməsi və çöl işləri blanklarının hazırlanması 
Nümunələrin  götürülməsi  üçün  laboratoriyada  qabaqcadan  hazırlıq  işləri  görülmüşdür.  Bu  məqsədlə 
aparılacaq analizlər üçün lazım olan nümunənin miqdarı hesablanılıb. Buna uyğun olaraq işlənəcək plastik 
və  şüşə  qabların  həcmi  və  miqdarı  müəyyənləşdirilmişdir.  Bunadan  sonra  standart  əməliyyat 
proseduralarına uyğun olaraq qablar təmizlənmişdir. Sonra isə bütün qablara çöl nömrələri qoyulmuşdur. 
Nümunələrin götürülmə tarixi, vaxtı, götürülmə yeri (koordinatları) və çöl şəraitində aparılacaq analizlərin 
nəticələrinin qeydi üçün çöl işləri blankı hazırlanır. Suyun keyfiyyətini ölçən cihaz laboratoriya şəraitində 
kalibrovka olunur. 
1.4. Torpaq-qrunt nümunələrinin götürülmə metodikası 
Abşeron  yarımadasında  və  Azərbaycan  Respublikasının  digər  bölgələrində  ətraf  mühitin  monitorinqini 
Ekologiya idarəsi 8 iyun 1999-cu il tarixli “Ətraf Mühitin Mühafizəsi haqqında” Azərbaycan Respublikasının 
Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2004-cü il 90 №li qərarının tələblərinə 
müvafiq həyata keçirilir. Su nümunələrinin götürülməsi: “Государственный стандарт РФ ГОСТ Р 51592-
2000: Вода. Общие требования к отбору проб” standartına, qrunt nümunələrinin götürülməsi isə “ГОСТ 
17.4.4.02-84:Государственный  Стандарт  Союза  СCP.  Охрана  Природы.  Почвы  “Методы  отбора  и 
подготовки  проб  для  химического,  бактериологического,  гельминтологического  анализа”  və 
“ГОСТ17.4.3.01-83  (СТ  СЭВ  3847-82)  Почвы  Общие  требования  к  отбору  проб  .Nature  protection. 
Soils. General requirements for sampling” standartlarına uyğun aparılır. 
Torpaqların monitorinqinin aparılması zamanı işçi meydançasının (stansiyanın) ölçülərinin 1 ha götürülməsi 
(100×100 m) məqsədə uyğun hesab olunur çirklənmə mənbəyinin xarakteri, torpaq qatının həmcinsliyi və 
ərazinin relyefindən asılı olaraq torpaqların çirklənməsinə nəzarət etmək üçün nümunə meydançası “külək 
çiçəyi”  vektoru  boyunca  seçilir.  Nümunə  meydançası  -  oxşar  şəraitlə  xarakterizə  olunan  tədqiq  olunan 
ərazinin bir hissəsidir. 
Nöqtəvi nümunə - torpaq profilində horizont və ya layın eyni nöqtəsindən götürülmüş, məlum horizont və 
ya lay üçün xarakterik olan materialdır. 
Birləşdirilmiş nümunə bir nümunə meydançasından götürülmüş nöqtəvi nümunələrin qarışdırılması yolu ilə 
yaradılır. 
Torpaqlarda səthdə yayılan maddələrlə - neft, neft məhsulları, ağır metallar və s. çirklənməyə nəzarət etmək 
üçün nöqtəvi nümunələri 0 - 5 və 5 - 20 sm dərinlikdə hər qat üzrə 0,2 kq-a qədər götürülür. 
Nöqtəvi nümunə. Bir nümunə meydançasından kimyəvi analiz üçün birləşdirilmiş nümunə 5-dən az olmayan 
nöqtəvi nümunədən ibarətdir. Birləşdirilmiş nümunənin çəkisi 1 kq-dan az olmamalıdır

Lazım olduqda nəticələri müqayisə etmək üçün eyni təbii şəraitdə həm çirklənmiş, həm də çirklənməmiş 


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə