H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə42/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   ...   38   39   40   41   42   43   44   45   ...   50

 
“H.Əliyev 
adına 
NEZ-in 
yenidənqurulması 
və 
modernləşdirilməsi”  layihəsi,  Faza-2  çərçivəsində  qurğuların 
tikintisi 
və 
istismarı 
üzrə 
Ətraf 
Mühitə 
Təsirin 
Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
92 
olunur. Bu irəliləyiş iclaslarının gündəliyinin mövzuları ümumi olaraq ekoloji yumşaltma və icra, ictimaiyyətlə 
əlaqələr  və  şikayətlərin  baxılması  mexanizmləri  ilə  bağlı  məsələləri,  xüsusi  olaraq  isə  ƏMİP-in  icrası 
olacaqdır. Podratçı həmçinin əməliyyatların gedişi zamanı bir şirkət nümayəndəsinin iştirakı ilə yerli icma 
ilə müntəzəm görüşlər keçirilir. 
Subpodratçılar və Maddi Təchizat 
Podratçı  bütün  subpodratçıların  layihənin  ekoloji  idarəetməsindən  xəbərdar  olduqlarını  və  buna  tabe 
olmalarını  necə  təmin  etmək  niyyətində  olduqlarını  nümayiş  etdirməlidir.  Onlar  subpodratçıların  necə 
seçiləcəyini, nəzarətdə saxlanılacağını və işinin nəzərdən keçiriləcəyini nümayiş etdirməlidirlər. Podratçı 
həmçinin  bütün  subpodratçıların  xarici  ünsiyyət  strategiyasını  anladıqlarını  və  səmərəli  ünsiyyət 
metodundan istifadə etdiklərinə əmin olmalıdır.  
Təlim 
Podratçı ətraf mühit məsələləri, o cümlədən işçi heyətin ekoloji məsələlər barədə məlumatlandırılması ilə 
bağlı  keçirilməsini  təklif  etdikləri  hər  hansı  təlim  kursunu  müəyyən  etməlidir  (və  həmçinin  bu  kurslarda 
iştirakın qeydiyyatını aparmalıdır). Bu bölməyə aşağıdakılar daxil ola bilər: 

  Ətraf mühit üzrə təlimlər, o cümlədən sahədə ilkin təlimatlandırma, işqabağı söhbətlər və xüsusi 
texniki təlimlər, yerli icma ilə əlaqədar təlimlər üzrə məsul olan şəxslərin adları. 
Ekoloji Qeydiyyatlar 
Podratçı  bu  ekoloji  idarəetmə  prosesinin  tərkib  hissəsi  kimi  hansı  qeydiyyatların  aparılmalı  olduğunu 
nümayiş  etdirməlidir.  Bu  məlumatlar  həmçinin  sənədlərin  harada  saxlanılmalı  olduğunu  və  onların 
saxlanılmasına görə kimin məsuliyyət daşıdığını müəyyən etməlidir. Bu sənədlərə daxil olmalıdır: 

  təlim, monitorinq, layihənin nəzərdən keçirilməsi

  iclasların müddəti; 

  metod bəyannamələri, proseduralar; 

  razılıqlar/lisenziyalar və s. 

  Şikayətlər  barədə  məlumatlar  (tarixi),  şikayətlərin  tipi,  cavabların  verilməsi  (tarixi  ilə),  qərarların 
verilməsi təklifləri, razılaşma (tarix və imza). 
 
8.2.4. Vəzifələr və məsuliyyətlər 
Nəzarət və monitorinq ƏMİP-in uğurla həyata keçirilməsi üçün əsasdır. Buna görə də məsləhətçilərin və 
podratçıların  riayət  etdikləri  bu  ƏMİP-in  yumşaltma  tədbirlərinin  hansı  dərəcədə  yerinə  yetirildiyinin 
monitorinqinin aparılması həyati əhəmiyyət kəsb edir.  
Bu  sənəddə  təsvir  edilən  və  müzakirə  olunan  bütün  məsələlər  monitorinq  tələb  edəcəkdir  və  bu 
monitorinqin bu ƏMİP-in müəyyən etdiyi qaydalara uyğun keçirilməsinə məsuliyyət daşıyacaqdır. 

  ƏMİP-ə uyğunluğun qiymətləndirilməsi məqsədilə monitorinq proqramının hazırlanması və həyata 
keçirilməsi. 

  “H.Əliyev adına NEZ-in yenidənqurulması və modernləşdirilməsi” layihəsi çərçivəsində qurğuların 
tikintisi  mərhələlərində  (Layihənin  Mobilizasiya  Dövrü,  Dislokasiya  Olunma  və  tikinti  işləri 
mərhələsi) Ekoloji İdarəetmə Qrupunun (EİQ) yaradılması. 

  Qurğunun tikintisi işləri mərhələsində əməliyyatların monitorinqini aparmaq. Vəziyyəti düzəltmək 
üçün müvafiq tədbirlər görə bilmək üçün aşkar edilən və ya qarşıya çıxan hər hansı problem “-nə” 
-nə məruzə edilməlidir. 
H.Əliyev adına NEZ–nin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit üzrə Heyyəti 
H.Əliyev  adına  NEZ-in  yerlərdə  ətraf  mühitin  monitorinqini  aparmaq  üçün  lazımı  personalla  təmin 
edəcəkdir. Keçiriləcək təlimlərin əhəmiyyətli hissəsi ƏMİP-in başa düşülməsinə və tətbiq edilməsinə həsr 
ediləcəkdir. Təlimlər personalın tam hazırlanmasına, ƏMİP-in icrasına, podratçı tərəfdən ekoloji tələblərə 
riayət edilməsinə və yumşaltma potensialının yaradılmasına zəmanət verəcəkdir. H.Əliyev adına NEZ-in 
təftiş metodologiyasına uyğun olaraq əlavə personal vasitəsi ilə layihənin necə inkişaf etməsinə nəzarət 
edəcəkdir. 


 
“H.Əliyev 
adına 
NEZ-in 
yenidənqurulması 
və 
modernləşdirilməsi”  layihəsi,  Faza-2  çərçivəsində  qurğuların 
tikintisi 
və 
istismarı 
üzrə 
Ətraf 
Mühitə 
Təsirin 
Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
93 
ƏMİP-də irəli sürülmüş yumşaltma tədbirlərinə və digər tələblərə əməl olunmasını təmin etmək məqsədilə 
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə Nümayəndə təyin olunacaqdır. 
SƏTƏM üzrə Nümayəndənin funksiyalarına aşağıdakı təlimatlar tətbiq olunacaqdır: 

  ƏMİP-in məzmununu başa düşmək və onu podratçıya, ərazidəki işçilərə, Nümayəndələrə və digər 
müvafiq personala izah etmək qabiliyyətində olmalıdır.  

  SƏTƏM üzrə Nümayəndə ƏMİP-i anlamaq, interpretasiya etmək, monitorinqini aparmaq, auditini 
keçirmək və icra etmək qabiliyyətində olmalıdır. Bu, onun ən vacib funksiyasıdır. 

  Sonradan  SƏTƏM üzrə Nümayəndə audit barədə H.Əliyev adına NEZ-nə və  Podratçıya rəylər 
verməlidir. Bu, mütləq yazılı şəkildə olmalıdır.
 

  SƏTƏM  üzrə  Nümayəndə  podratçının  audit  nəticəsində  ortaya  çıxmış  hər  hansı  problemi  həll 
etmək və düzəltmək üçün nə etmək lazım olduğunu başa düşdüyünə əmin olmalıdır.
 
Layihənin icra dövründə H.Əliyev adına NEZ-nin nəzdində SƏTƏM üzrə idarəetmə qrupu yaradılmalıdır. 
 
8.2.5. Ekoloji yumşaltma/idarəetmə planı 
Təklif  olunan  layihəyə  xüsusi  olaraq  Texniki  Xarakteristikalara  əlavə  olunacaq  Yumşaltma  Planı  daxil 
ediləcəkdir. 
Hesabatın  bu  bölməsi  təsirlərin  ‘məqbul/əhəmiyyətsiz’  və  ya  ‘əhəmiyyətlilik  həddindən  aşağı’  və  ya 
‘yumşaltma tədbirləri görülməklə əhəmiyyətlilik həddindən aşağı’ səviyyələrədək (bax Fəsil 7) azaldılması, 
məhdudlaşdırılması, aradan qaldırılması, yaxud əvəzinin ödənilməsi üçün yumşaltma tədbirlərini təsvir edir. 
Yumşaltma  tədbirlərini  görən  zaman  bu  tədbirlərin  yerinə  yetirilməsinin  praktiki  nəticələri  mütləq  göz 
önündə saxlanılmalıdır. Əvvəlcədən planlaşdırmaqla həm xərclər, həm də təsirlər minimuma endirilə bilər. 
1.  Ekologiya ilə əlaqədar səlahiyyətləndirmələr, icazələr və lisenziyalar, 
2.  ƏMİP təlimi, 
3.  Müqavilə əraziləri, 
4.  Həssas ətraf mühit, 
5.  İrs əraziləri, 
6.  Materialların daşınması, istifadəsi və saxlanması, 
7.  Elektrik enerjisi təchizatı, 
8.  Maye tullantılar, 
9.  Nəqliyyat vasitələrinin girişi və hərəkəti 
10. İşçi heyətin və avadanlıqlarının hərəkəti 
11. Heyvanat aləminin qorunması, 
12. Mədəni irs və/və ya arxeologiya əraziləri
13. Avadanlıqlara xidmət göstərilməsi və yanacaqla doldurulması, 
14. Bərk tullantıların idarə edilməsi, 
15. Təhlükəli material, 
16. Yanğın, 
17. Atmosfer havası və toz, 
18. Səs-küy, 
19. Vizual, 
20. Ərazinin təmizlənməsi və bərpa edilməsi. 
 


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə