Hər birinin nominal dəyəri 1 000 (min) abş dolları olan 100 000 (yüz min) ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların



Yüklə 499,24 Kb.
səhifə2/9
tarix28.08.2018
ölçüsü499,24 Kb.
#65136
növüXülasə
1   2   3   4   5   6   7   8   9

Emitent haqqında məlumat

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“SOCAR”) 13 sentyabr 1992-ci il tarixli Prezident Fərmanı ilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış və Azərbaycan Respublikasında fəaliyyət göstərir. SOCAR hasilat, nəql və emal əməliyyatları ilə məşğul olur. SOCAR- ın əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəqli, eləcə də neftin, qazın və neft və qaz məhsullarının satışından ibarətdir. SOCAR-ın mülkiyyət hüququnun 100 faizi Azərbaycan Respublikasına (“Dövlət”) məxsusdur.




  • Emitentin tam adı: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

  • Qısaldılmış adı: SOCAR

  • Qeydiyyata alındığı tarix: 24.11.1995

  • Dövlət qeydiyyat nömrəsi (VÖEN): 9900003871

  • Təşkilati-hüquqi forması: qeydiyyata alındığı vaxt- dövlət müəssisəsi

  • Emitentin olduğu yer: Azərbaycan Respublikası, AZ1000, Neftçilər prospekti 73.

Telefon: (+99412) 521-03-32 www.socar.az


  • Emitentə və onun əməliyyat apardığı sahələrə təsir edən məlum tendensiyaların təsviri; Emitent yerli və beynəlxalq energetika bazarlarında fəaliyyət göstərir. Emitentin fəaliyyətinə təsir göstərən başlıca qlobal tendensiyalar qismində dünya bazarında təbii qaz, xam neft və neft məhsullarına olan tələbatı, bu sahədə əsas istehsalçıların, o cümlədən beynəlxalq təşkilatların bazara təklifini, habelə alternativ enerji sahəsində inkişafı qeyd etmək olar. Ölkə daxili tendensiyalara isə, Azərbaycan manatının məzənnəsini, Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən neft məhsulları və təbii qazın satış qiymətinin dəyişmə ehtimalını və s. aid etmək olar.



  • Emitentin digər hüquqi şəxslərdə mövqeyinin qısa təsviri;


SOCAR və onun struktur bölmələrinin təsisçiliyi ilə yaradılmış 18 Əməliyyat Şirkəti, 36 Birgə Müəssisə, 5 Alyans, xarici ölkələrdə çoxsaylı törəmə müəssisələrin fəaliyyəti neft və qaz sənayesinin demək olar ki bütün sahələrini əhatə edir. Emitent daxil olduğu qruplarda ana şirkət kimi iştirak etdiyinə görə heç bir qrupdan asılılığı yoxdur. (SOCAR, onun törəmə, asılı və birgə müəssisələri ilə birlikdə “Qrup” adlandırılır). Şirkətin əsas törəmə cəmiyyətləri və onlarda iştirak payı aşağıdakı kimidir:



Kapitalda pay, %

Adı

Əsas fəaliyyəti

Təsis edildiyi ölkə

2015

2014

SOCAR Turkey Enerji A.Ş.

Emal

Türkiyə

86.99%

99.99%

Azerbaijan (ACG) Ltd

Neft istehsalı

Kayman adaları

100%

100%

Azerbaijan (Shah Deniz) Ltd

Qaz istehsalı

Kayman adaları

100%

100%

Caspian Drilling Company (CDC)

Qazma əməliyyatları

Azərbaycan

92%

92%

SOCAR Energy Georgia LLC

Satış və paylama

Gürcüstan

51%

51%

SOCAR Overseas LLC

Satış və paylama

BƏƏ

100%

100%

SOCAR Trading Holding

Satış və paylama

Malta

100%

100%

Azerbaijan (BTC) Ltd

Satış və paylama

Kayman adaları

100%

100%

Cooperative Menkent U.A.

Satış və paylama

Niderland Krallığı

99.90%

99.90%

SOCAR Energy Holdings AG

Satış və paylama

İsveçrə

100%

100%

SOCAR Energy Ukraine

Satış və paylama

Ukrayna

100%

100%

Azerbaijan (SCP) Ltd

Satış və paylama

Kayman adaları

100%

100%

SOCAR Petroleum QSC

Satış və paylama

Azərbaycan

100%

100%

Bakı Gəmiqayırma Zavodu

Tikinti

Azərbaycan

65%

65%

Socar Polymer LLC

Kimya məhsulları

Azərbaycan

71%

71%

BOS Shelf LLC

Tikinti

Azərbaycan

90%

90%



  • audit edilmiş maliyyə məlumatlarına dair auditorun rəyinin qısa təsviri;


Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (“SOCAR”) və onun törəmə müəssisələrinin (birlikdə “Qrup”) 31 dekabr 2015-ci il tarixinə olan konsolidasiya edilmiş maliyyə hesabatları Ernst & Young Holdings audit şirkəti tərəfindən audit edilmişdir və Qrupun maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun olaraq bütün əhəmiyyətli aspektlər üzrə düzgün əks etdirilməsinə dair auditor rəyi verilmişdir.

  • son üç maliyyə ili ərzində hər maliyyə ili üzrə seçilmiş maliyyə məlumatı əsasında emitentin maliyyə durumunun əsas göstəriciləri.



2013

2014

2015




Məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir

Gəlirlər

38,433

39,674

33,103

EBITDA

2,88

3,248

3,132

EBIT

1,876

2,127

1,761

Mənfəət/(Zərər)

977

1,274

(1,785)

Cəmi öhdəliklər

12,817

13,01

25,306

Cəmi kapital

10,229

11,057

14,648

Borc öhdəlikləri

5,066

5,797

10,911

Pul vəsaitləri

1,206

1,492

4,881

Son dərc olunmuş audit edilmiş maliyyə hesabatlarından bəri emitentin fəaliyyətində ciddi dəyişiklik olmamışdır.




  • emitentin ödəmə qabiliyyətinin qiymətləndirilməsinə təsir edən ən son hadisələr;


Dünya bazarlarında xam neft və neft məhsullarının qiymətindəki volatillik və Azərbaycan manatının devalvasiyası Emitentin ödəmə qabiliyyətinə nisbi təsir göstərmişdir. Emitentin ödəmə qabiliyyətinin gücləndirilməsi məqsədi ilə 2015-ci il ərzində nizamnamə kapitalı 121 milyon manat, Əlavə ödənilmiş kapitalı isə 460 milyon manat artırılmışdır.


SOCAR əsasən Azərbaycan Respublikasının ərazisində hasilat, daşınma, emal və satış fəaliyyət ilə məşğul olan Azərbaycanın şaquli inteqrasiya olunmuş milli neft və qaz şirkətidir. SOCAR həmçinin AÇG yataqlarında hasil olunan neftin əsas ixrac marşrutu olan BTC Boru Kəməri, həmçinin "Azəri- Çıraq-Günəşli" (AÇG) və Şahdəniz yataqlarında hasil olunan neftin əsas ixrac marşrutu olan CQBK daxil olmaqla AÇG və Şahdəniz Hasilatın Pay Bölgüsü haqqında Sazişləri (HPBS) və bir sıra beynəlxalq boru kəmərlərində əhəmiyyətli paya malikdir.


  • mühüm iştirak payına sahib olan şəxslər tərəfindən emitentə nəzarətin xüsusiyyəti. Dövlət Neft Şirkətinin 100 % iştirak payı Azərbaycan Respublikasına məxsusdur. Bunu nəzərə alaraq nəzarət neft və qaz gəlirlərinin istifadə strategiyası makroiqtisadi sabitliyin qorunub saxlanılması əsasında həyata keçirilir.



1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə