Hər birinin nominal dəyəri 1 000 (min) abş dolları olan 100 000 (yüz min) ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların


Emitent haqqında əlavə məlumatlar



Yüklə 499,24 Kb.
səhifə7/9
tarix28.08.2018
ölçüsü499,24 Kb.
#65136
növüXülasə
1   2   3   4   5   6   7   8   9

Emitent haqqında əlavə məlumatlar



  • Emitentin nizamnamə kapitalı və onun tərkibi haqqında, o cümlədən nizamnamə kapitalının miqdarı, səhmlərin (payların) miqdarı, onların nominal dəyəri və növləri, habelə səhmlərin ayrı-ayrı növlərinin imtiyazları haqqında məlumat, adi və imtiyazlı səhmlərlə təsbit olunmuş hüquqların məzmunu;


Nizamnamə kapitalı, əlavə ödənilmiş kapital və bölüşdürülməmiş mənfəət

Emitentin 31 dekabr 2015-ci ilin sonuna nizamnamə kapitalı 1.617 mlrd. manat, cəmi kapitalı isə 14.648 mlrd. manat təşkil etmişdir.

Nizamnamə kapitalı. SOCAR, Qrupun bir Holdinq şirkəti kimi, dövlət müəssisəsi hüquqi statusuna malikdir. 2014-cü il ərzində Qrupun nizamnamə kapitalı 178 mln. AZN artırılmışdır. Nizamnamə kapitalında 121 mln. AZN məbləğində artım 2015-ci il ərzində qeydiyyata alınmışdır və müvafiq olaraq, məbləğ əlavə ödənilmiş kapitaldan nizamnamə kapitalına yenidən təsnif edilmişdir.
Əlavə ödənilmiş kapital (“ƏÖK”). 2015-ci il ərzində Dövlət 581 mln. AZN məbləğində nizamnamə kapitalına əlavə ödəniş etmişdir. Bu artım 31 dekabr 2015-ci il tarixinə qeydiyyata alınmamışdır və ƏÖK kimi tanınmışdır.
Dövlətə ayırmalar. Dövlətin qərarlarına uyğun olaraq vaxtaşırı Qrupdan dövlət büdcəsi, ayrı-ayrı dövlət idarələri və hökumətin həyata keçirdiyi layihələr üçün pul şəklində birbaşa maliyyə qoyuluşlar etməsi və ya inşaat və təmir işlərinin maliyyələşdirilməsi (o cümlədən aktivlərin köçürülməsi) tələb olunur. 2015-ci il ərzində bu cür qoyuluşların və maliyyələşdirmənin məbləğləri (dövlət idarələrinin subpodratçılarına ödənişlər formasında), müvafiq olaraq, 140 mln. AZN və 186 mln. AZN (2014-cü il: müvafiq olaraq, 131 mln. AZN və 317 mln. AZN) təşkil etmişdir və əsasən Azərbaycan Respublikasında mövcud olan, həmçinin yeni istirahət, nəqliyyat, təhsil və tibb infrastrukturunun təmiri və yenidən qurulması üçün istifadə edilmişdir. Qrup tərəfindən tikilmiş aktivlərin köçürülməsi formasında maliyyələşdirmə 31 dekabr 2015-ci il tarixinə 13 mln. AZN (2014-cü il: 28 mln. AZN) olmuşdur.


  • Emitentin nizamnaməsi barədə aşağıdakı məlumat:



fəaliyyət və məqsədlərin təsviri;

Emitentin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda, quru və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neft- kimya və qaz məhsullarının paylanmasını, satışını, habelə istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində (bundan sonra — sahə) müasir tələblərə cavab verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə etməkdən ibarətdir.



idarəetmə və nəzarət orqanlarının səlahiyyətləri barədə müddəaların icmalı;


Emitentin idarəedilməsi Emitentin prezidenti və Emitentin Şurası tərəfindən təşkil olunur.


Emitentin prezidentinin səlahiyyətləri:


  • Emitentin Baş ofisinin və Şirkətin strukturunun tərkibinə daxil olan müəssisələrin səmərəli fəaliyyət göstərməsini təmin edir;

  • Emitentin qərarlarının yerinə yetirilməsinə nəzarəti təşkil edir;

  • Emitentin Baş ofisinin strukturunu və ştat cədvəlini təsdiq edir, aparatın struktur bölmələrinin əsasnamələrini təsdiq edir, qanunvericiliklə müəyyən edilmiş qaydada aparatın işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edir;

  • Emitentin strukturuna daxil olan qurumların, rəhbərlərini, onların müavinlərini və baş mühasiblərini vəzifəyə təyin edir və vəzifədən azad edir, həmin qurumların müvafiq olaraq nizamnamələrini və əsasnamələrini təsdiq edir, işəgötürən funksiyalarını həyata keçirən SOCAR-ın kadrların idarə edilməsi komitəsinin tərkibini, hüquq və vəzifələrini müəyyən edir;

  • səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxslərin və hüquqi şəxs olmayan qurumların yaradılması, yenidən təşkili və ləğv edilməsi haqqında qərar qəbul edir;

  • Emitentin Şurasının işini təşkil edir və ona rəhbərlik edir, habelə Emitentin Şurası haqqında Əsasnaməni təsdiq edir;

  • Emitentin adından vəkalətnaməsiz fəaliyyət göstərir, dövlət hakimiyyəti orqanları ilə, yerli və xarici hüquqi şəxslərlə, idarə və təşkilatlarla, beynəlxalq təşkilatlarla münasibətdə Emitenti təmsil edir;

  • müəyyən edilmiş qaydada müqavilələr (o cümlədən, xarici şirkətlərlə) bağlayır və bunların yerinə yetirilməsini təmin edir;

  • vəkalətnamələr verir, hesabları və tədiyə tapşırıqlarını imzalayır;



  • Emitentin əmlakı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verir;

  • Emitentin idarə olunması ilə əlaqədar daxili normativ sənədləri təsdiq edir, sərəncamlar və əmrlər verir, həmçinin Emitentin Şurasının qərarlarını imzalayır;

  • aidiyyəti şəxslə dəyəri Emitentin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

  • qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirir.



Emitentin Şurası kollegial idarəetmə orqanıdır. Emitentin Şurasının tərkibinə Şirkətin prezidenti, vitse- prezidentləri və Emitentin prezidenti tərəfindən müəyyən olunan digər vəzifəli şəxsləri daxildir. Emitentin Şurasının iclaslarına Şirkətin prezidenti sədrlik edir.

Emitentin Şurasının iclasında aşağıdakı məsələlər müzakirə olunur və onlar barədə müvafiq qərarlar qəbul edilir:



  • Emitentin strukturuna daxil olan qurumların fəaliyyətinə dair illik iş proqramları və onların yerinə yetirilməsi haqqında hesabatlar;

  • Emitentin mərkəzləşdirilmiş fondlarının yaradılması və istifadə olunması qaydaları;

  • Emitentin tərkibinə daxil olan müəssisələrin qarşılıqlı münasibətlərinin, məhsul, xidmət və işlərin hesablama qiymətləri;

  • Emitentin tərkibinə daxil olan müəssisələrin istehsal və təsərrüfat funksiyalarının tam və ya qismən mərkəzləşdirilməsi;

  • Emitentin xarici şirkətlərlə birgə işinin məqsədəuyğunluğu;

  • Emitentin tərkibinə daxil olan müəssisələr arasındakı münasibətlərdə yaranan mübahisələr;

  • Emitenti inkişaf strategiyasının formalaşdırılması;

  • Emitentin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Şirkətin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanması;

  • Emitentin fəaliyyətinə aid olan digər məsələlər.

  • Emitentin iclasında aşağıdakı məsələlər müzakirə olunur və onlar barədə müvafiq qərarlar qəbul edilir:

  • Emitentin strukturuna daxil olan qurumların fəaliyyətinə dair illik iş proqramları və onların yerinə yetirilməsi haqqında hesabatlar;

  • Emitentin mərkəzləşdirilmiş fondlarının yaradılması və istifadə olunması qaydaları;

  • Emitentin tərkibinə daxil olan müəssisələrin qarşılıqlı münasibətlərinin, məhsul, xidmət və işlərin hesablama qiymətləri;

  • Emitentin tərkibinə daxil olan müəssisələrin istehsal və təsərrüfat funksiyalarının tam və ya qismən mərkəzləşdirilməsi;

  • Emitentin xarici şirkətlərlə birgə işinin məqsədəuyğunluğu;

  • Emitentin tərkibinə daxil olan müəssisələr arasındakı münasibətlərdə yaranan mübahisələr;



  • Emitentin inkişaf strategiyasının formalaşdırılması;

  • Emitentin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Emitentin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanması;

  • Emitentin fəaliyyətinə aid olan digər məsələlər.


Emitentin əsas nəzarət orqanları aşağıdakılardır:


  • Audit Komitəsi;

  • Satınalmalar Komitəsi;

  • Risklərin İdarə edilməsi Komitəsi.


Audit Komitəsi


Audit komitəsinin üzvləri: Emitentin vitse prezidenti Mikayıl İsmayılov (sədr), Emitentin iqtisadi məsələlər üzrə Süleyman Qasımov (üzv), SOCAR-ın Hüquq idarəsinin rəisi Eldar Orucov (üzv).
Audit Komitəsi aşağıdakı vəzifələri yerinə yetirir:

  • təsərrüfat subyektində daxili audit siyasətini və strategiyasını müəyyən edir, daxili audit planlarını təsdiq edir və daxili audit fəaliyyətinə nəzarət edir;

  • daxili audit xidmətinin rəhbəri və əməkdaşlarının vəzifə təlimatlarını, iş proqramlarını, daxili auditin hesabatlarını, nəzarət sisteminin təkmilləşdirilməsinə dair tövsiyələri təsdiq edir;

  • daxili nəzarət sisteminin yaradılması və tətbiqinə, daxili nəzarətin və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə dair Emitentin müvafiq idarəetmə orqanına təkliflər edir;

  • kənar auditin təyin edilməsi ilə əlaqədar Emitentin müvafiq idarəetmə orqanına təkliflər verir;

  • təsərrüfat subyektlərinin icra orqanlarından kənar və daxili auditorların daxili nəzarət sisteminə dair verdikləri tövsiyələrin yerinə yetirilməsinin vəziyyəti barədə məlumat əldə edir;

  • maliyyə risklərinin yüksək olduğu sahələri müəyyənləşdirir və təsərrüfat subyektlərinin icra orqanları tərəfindən onların səmərəli idarə edilməsinə əminlik əldə edir;

  • kənar və daxili audit və ya digər yoxlamaların gedişində aşkar olunan saxtakarlıq hallarını, nöüsan və çatışmamazlıqları müzakirə edir və onların aradan qaldırılması üçün müvafiq idarəetmə orqanına təkliflər verir;

  • maliyyə hesabatlarına əhəmiyyətli təsir edə biləcək hüquqi məsələləri nəzərdən keçirir və öz tövsiyələrini verir;

  • illik və cari maliyyə hesabatlarının hazırlanması prosesinə və nəticələrinə nəzarət edir;

  • daxili auditorların audit nəticəsində təqdim etdiyi tövsiyələrin müzakirəsini təmin edir;

  • təsərrüfat subyektinin müvafiq icra orqanlarını daxili auditorlar tərəfindən təqdim olunmuş tövsiyələrin icrasına cəlb edir.


Satınalmalar Komitəsi


Emitentin Satınalmalar Komitəsi malların (işlərin və xidmətlərin) satın alınması sahəsində Emitentin satınalmalar siyasətini həyata keçirən kollegial orqandır.
Komitənin hüquq və vəzifələri aşağıda qeyd edilmişdir:

  • Satınalma prosedurlarının satınalmaları tənzimləyən normativ sənədlərin tələblərinə uyğun keçirilməsinə nəzarət etmək, mübahisəli məsələləri həll etmək;

  • Potensial malgöndərənlərin (podratçıların) siyahısını təsdiq etmək;

  • Səlahiyyət hədləri çərçivəsində satınalma strategiyasını, müsabiqə iştirakçılarının siyahısını, müsabiqə nəticələrinin təsdiq etmək;

  • Malların (işlərin və xidmətlərin) müsabiqədən kənar satınalması üzrə satınalma strategiyasını təsdiq etmək;

  • Səlahiyyət hədləri çərçivəsində ümumi müqavilə dəyərinin artırılmasına razılıq vermək;

  • Struktur vahidləri arasında satınalma prosesini əlaqələndirmək;

  • Satınalma müqaviləsi bağlananadək satınalma prosedurlarını dayandırmaq;

  • Emitentin satınalmaları tənzimləyən normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsi barədə Emitentin prezidentinə təkliflər vermək;

  • Emitentin satınalmaları tənzimləyən normativ sənədlərin tətbiqi ilə bağlı səlahiyyətləri çərçivəsində müvafiq qərarlar qəbul etmək (sənədlər təsdiq etmək);

  • Müsabiqə nəticələri barədə şübhə yarandıqda, yoxlamaların aparılması məqsədilə aidiyyəti struktur bölmələri qarşısında vəsatət qaldırmaq;

  • Satın alan təşkilat tərəfindən qəbul edilməsi nəzərdə tutulmuş təklifin qiyməti malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən əhəmiyyətli dərəcədə fərqlənərsə, satınalma nəticələrinin ləğv edilməsi və satınalma prosedurlarının yenidən keçirilməsi barədə qərar qəbul etmək;

  • İki və daha çox strukturv tərəfindən keçirilən satınalma əməliyyatlarının Baş ofis tərəfindən mərkəzləşdirilmiş qaydada aparılması, habelə struktur vahidin istənilən yüksək dəyərli satınalma əməliyyatının Baş ofis tərəfindən həyata keçirilməsi barədə qərar qəbul etmək;

  • Emitentin Baş ofisində fəaliyyət götərəcək satınalmalar qruplarının tərkibini təsdiq edir;

  • Satınalma əməliyyatlarının səmərəli aparılması, eləcə də ehtimal olunan dəyərin müəyyən edilməsi məqsədilə kənar məsləhətçiləri və ekspertləri cəlb etmək;

  • Emitentin şirkətdaxili sənədlərinə uyğun olaraq satınalmalar sahəsində tələb olunan kadrların hazırlanması, ixtisasartırma kurslarının təşkil edilməsi üzrə tədbirlər görmək.


Risklərin İdarə edilməsi Komitəsi


Risklərin İdarə edilməsi Komitəsi Emitentin risklərinin idarə edilməsi sisteminin təşkil edilməsi, fəaliyyətinin təmin edilməsi və işinə nəzarətin aparılması, habelə Emitentə məxsus olan risklərin operativ şəkildə idarə edilməsi məqsədi ilə yaradılmış Emitentin kollegial orqandır.
Komitənin aşağıdakı funksiyaları var:

  • Risklərin idarə edilməsi sisteminin inkişaf strategiyasının müəyyənləşdirilməsi;

  • Risklərin əhəmiyyətlilik meyarlarının təyin edilməsi;

  • Risklərin idarə edilməsi sistemi çərçivəsində metodoloji sənədlərin təsdiq edilməsi;

  • Risklərin idarə edilməsi sisteminin işinə nəzarət;

  • Risklərin statusunun monitorinqi və risklərin reallaşması haqqında məlumatlandırma sisteminin təşkil edilməsi;

  • Struktur vahidləri və risklərin idarə edilməsi üzrə İşçi Qrupunun gördüyü tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi;

  • İllik Korporativ risklər xəritəsinin nəzərdən keçirilməsi və Emitentin Prezidentinə təsdiq olunmaq üçün təqdim edilməsi.


  • Emissiya olunan qiymətli kağızlar baxımından qiymətli kağızlar barədə emitentin öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir edən emitentin əsas fəaliyyəti ilə bağlı olmayan müqavilələr barədə məlumat.


Qiymətli kağızlar barədə emitentin öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir edən emitentin əsas fəaliyyəti ilə bağlı olmayan müqavilələr mövcud deyildir.



Yüklə 499,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə