Hər birinin nominal dəyəri 1 000 (min) abş dolları olan 100 000 (yüz min) ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların


İdarə heyətinin işgüzar praktikası



Yüklə 499,24 Kb.
səhifə6/9
tarix28.08.2018
ölçüsü499,24 Kb.
#65136
növüXülasə
1   2   3   4   5   6   7   8   9

İdarə heyətinin işgüzar praktikası




  • Audit və mükafatlandırma (olduqda) komitələrinin üzvlərinin adları və komitələrin əsasnamələri ilə onlara verilmiş səlahiyyət əsasında gördükləri işlərin icmalı;



Audit komitəsinin üzvləri:

SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov (sədr)



SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov (üzv) SOCAR-ın Hüquq idarəsinin rəisi Eldar Orucov (üzv).

Audit Komitəsi aşağıdakı vəzifələri yerinə yetirir:


  • təsərrüfat subyektində daxili audit siyasətini və strategiyasını müəyyən edir, daxili audit planlarını təsdiq edir və daxili audit fəaliyyətinə nəzarət edir;

  • daxili audit xidmətinin rəhbəri və əməkdaşlarının vəzifə təlimatlarını, iş proqramlarını, daxili auditin hesabatlarını, nəzarət sisteminin təkmilləşdirilməsinə dair tövsiyələri təsdiq edir;

  • daxili nəzarət sisteminin yaradılması və tətbiqinə, daxili nəzarətin və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə dair Emitentin müvafiq idarəetmə orqanına təkliflər edir;

  • kənar auditin təyin edilməsi ilə əlaqədar Emitentin müvafiq idarəetmə orqanına təkliflər verir;



  • təsərrüfat subyektlərinin icra orqanlarından kənar və daxili auditorların daxili nəzarət sisteminə dair verdikləri tövsiyələrin yerinə yetirilməsinin vəziyyəti barədə məlumat əldə edir;

  • maliyyə risklərinin yüksək olduğu sahələri müəyyənləşdirir və təsərrüfat subyektlərinin icra orqanları tərəfindən onların səmərəli idarə edilməsinə əminlik əldə edir;

  • kənar və daxili audit və ya digər yoxlamaların gedişində aşkar olunan saxtakarlıq hallarını, nöüsan və çatışmamazlıqları müzakirə edir və onların aradan qaldırılması üçün müvafiq idarəetmə orqanına təkliflər verir;

  • maliyyə hesabatlarına əhəmiyyətli təsir edə biləcək hüquqi məsələləri nəzərdən keçirir və öz tövsiyələrini verir;

  • illik və cari maliyyə hesabatlarının hazırlanması prosesinə və nəticələrinə nəzarət edir;

  • daxili auditorların audit nəticəsində təqdim etdiyi tövsiyələrin müzakirəsini təmin edir;

  • təsərrüfat subyektinin müvafiq icra orqanlarını daxili auditorlar tərəfindən təqdim olunmuş tövsiyələrin icrasına cəlb edir.



  • Emitentin, qeydiyyatda olduğu ölkədə mövcud olan korporativ idarəetmə standartlarına uyğun olub-olmadığı barədə hesabat. Uyğun olmadığı halda bu barədə izahat.


Azərbaycan Respublikasında xüsusi olaraq korporativ idarəetmə standartları mövcud deyildir. Şirkətlərin idarəetmə forması ümumi olaraq Mülki Məcəllə ilə müəyyən edilir. SOCAR-ın hazırkı korporativ idarəetmə orqanları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun yaradılmışdır.


  1. Emitentin nizamnamə kapitalında mühüm iştirak payına sahib olan şəxslər




  • Emitentin nizamnamə kapitalında on faizdən artıq iştirak payına sahib olan şəxslərin adları, vətəndaşlığı və onlara məxsus səhmlərin sayı və nizamnamə kapitalında olan faiz nisbəti;


Emitentin yeganə təsisçisi Azərbaycan Respublikasıdır və Emitentin nizamnamə kapitalındakı bütün paylara sahibdir.
  • Mühüm iştirak payına sahib olan şəxslər tərəfindən emitentə nəzarətin xüsusiyyəti və bu nəzarətin sui-istifadə edilmədiyinə əmin olmaq üçün lazımi tədbirlərin təsviri;


Emitentin yeganə təsisçisi Azərbaycan Respublikasıdır. Emitentin təsisçisi olan Azərbaycan Respublikası onun fəaliyyətinə nəzarəti müxtəlif dövlət orqanların vasitəsilə həyata keçirir.
  • Mühüm iştirak payına sahib olan şəxslərin dəyişməsinə gətirə bilən və emitentə məlum olan əməliyyatlar barədə məlumat.


Dövlət Neft Şirktəinin 100 % iştirak payı Azərbaycan Respublikasına məxsusdur. Bunu nəzərə alaraq nəzarətin neft və qaz gəlirlərinin istifadə strategiyası makroiqtisadi sabitliyin qorunub saxlanılması əsasında həyata keçirilir.

  1. Emitentin maliyyə məlumatları




  • Emitentin başa çatmış son iki maliyyə ili üzrə audit edilmiş maliyyə hesabatları;


Emissiya prospektinə əlavə olunur.

  • Emitent bir ildən az müddətdə fəaliyyət göstərdiyi təqdirdə bu dövrü əhatə edən audit edilmiş maliyyə hesabatları;


Emitent bir ildən artıq fəaliyyət göstərir.


  • Maliyyə hesabatları MHBS-ə uyğun hazırlanmadığı təqdirdə, belə maliyyə hesabatları milli uçot standartlarına uyğun olaraq hazırlanmalıdır və ən azı aşağıdakıları özündə əks etdirməlidir:


Maliyyə hesabatları MHBS-ə uyğun hazırlanır və yuxarıda qeyd edilənlər maliyyə hesabatlarında öz əksini tapır.

  • Emitentin konsolidasiya olunmuş maliyyə hesabatı (olduqda);


Emissiya prospektinə əlavə olunur.

  • Emitent son audit edilmiş maliyyə hesabatlarının tarixindən etibarən rüblük və ya yarımillik maliyyə hesabatlarını dərc etdiyi təqdirdə onlar emissiya prospektinə daxil edilməlidir. Rüblük və ya yarımillik maliyyə hesabatları audit edildiyi təqdirdə hesabata audit rəyi əlavə edilməlidir. Rüblük və ya yarımillik maliyyə hesabatı audit edilmədikdə bu qeyd edilməlidir;


Son illik maliyyə hesabatı Emissiya Prospektinə əlavə olunur.

  • Emissiya propekti audit olunmuş son maliyyə hesabatından doqquz ay sonra hazırlanarsa bu zaman ən azı yarım illik aralıq audit edilmiş və ya audit edilməmiş maliyyə hesabatı prospektə əlavə edilməlidir. Aralıq maliyyə hesabatı əvvəlki maliyyə ilində eyni dövr üzrə müqayisəli hesabatla birgə tərtib edilməlidir;


Emissiya propekti audit olunmuş son maliyyə hesabatından doqquzdan az müddətdə hazırlanır.

  • Emitentin maliyyə vəziyyətinə və ya gəlirliliyinə təsir edən son bir il ərzində hüquqi proseslər barədə məlumat (həllini gözləyən proseslər də daxil olmaqla);


Maliyyə vəziyyətinə və gəlirliliyə təsir edən proseslər barədə məlumat 2015-ci ilin illik Maliyyə hesabatlarının 37 nömrəli qeydində (Şərti öhdəliklər, təəhhüdlər və əməliyyat riskləri) geniş məzmunda detallı formada verilmişdir.


  • Maliyyə hesabatlarının dərc edilməsindən sonra emitentin maliyyə vəziyyətində baş verən dəyişikliklər barədə məlumat.


Maliyyə hesabatlarının dərc edilməsindən sonra emitentin maliyyə vəziyyətində ciddi dəyişiklik baş verməmişdir



  1. Yüklə 499,24 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə