Qiymətli kağızlar haqqında məlumat
SOCAR istiqrazlarının ilkin yerləşdirilməsi kütləvi təklif üsulu ilə Abunə yazılışı formasında fond birjasında həyata keçiriləcək.
-
Abunə yazılışının başlanma tarixi: 20 Sentyabr 2016-cı il
-
Abunə yazılışının başa çatma vaxtı: 10 Oktyabr 2016-cı il
-
İstiqrazların Bakı Fond Birjasında yerləşdirilməsi: 13-14 Oktyabr 2016-cı il tarixlərində
-
İstiqrazların növü: Faizli, təminatsız, sənədsiz adlı istiqraz
-
İstiqrazların valyutası: ABŞ dolları
İstiqrazlar ilə təsbit olunan məhdudiyyətlər:
İstiqrazın ilkin yerləşdirilməsi zamanı ancaq Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər əldə edə bilər. İstiqrazların təkrar bazarda tədavülündə məhdudiyyətlər nəzərdə tutulmamışdır.
İstiqrazlar üzrə illik faiz dərəcəsi: 5 (beş) % -
İstiqrazların faizlərinin ödənilmə tarixi və müddəti:
İstiqrazlar üzrə faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 ayda bir, 3 aylıq müddətdən sonrakı ilk iş günü ödəniləcək. İstiqrazlar üzrə faizlərin ilk ödənişindən sonra hər növbəti ödəniş müddəti üçün tədavüldə olan istiqrazların nominal dəyərinin emitent tərəfindən ödənilməmiş hissəsində hesablanacaq.
-
İstiqrazların dəyərinin ödənilmə tarixi: İstiqrazların tədavül müddəti buraxılışdan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 5 (beş) təqvim ili kimi müəyyənləşib.
-
İstiqrazın sahibi aşağıdakı hüquqlara malikdir:
-
İstiqrazların ödənilməsi zamanı İstiqrazın nominal dəyərini Emitentdən almaq;
-
İstiqrazın nominal dəyərindən illik 5 (beş) faiz olmaqla, istiqrazların tədavül müddəti ərzində faiz almaq;
-
Emitentin ləğvi, yaxud yenidən təşkili barədə qərar qəbul edildikdə, habelə Emitent müflis elan olunduqda İstiqrazların nominal dəyərinin və həmin anadək hesablanmış, lakin ödənilməmiş faizlərin vaxtından əvvəl ödənilməsini Emitentdən tələb etmək;
-
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar;
-
İstiqrazların emitent tərəfindən geri satın alınması nəzərdə tutulmur.
-
gəlirin qısa formada hesablama metodunu göstərməklə gəlir göstəricisi:
İstiqrazlar üzrə faiz gəlirinin məbləği aşağıda göstərilən düsturla müəyyən edilir:
TF = (N*D*G/360)/100
burada,
TF – Bir istiqraz üzrə toplanmış faizlər;
N – Bir İstiqrazın nominal dəyəri (1.000 (bir min) dollar); D – İstiqrazların illik gəlirlik dərəcəsi (5 (beş) %);
G –İstiqrazların ödəniş dövrünün müddəti (3 ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə)
-
istiqrazların tənzimlənən bazarda ticarətə buraxılması barədə emitent tərəfindən müraciətin edilməsinin nəzərdə tutulub-tutulmaması barədə məlumat:
İstiqrazların satışı “Bakı Fond Birjası” QSC nin ticarət platformasında həyata keçiriləcək. Bunula bağlı müraciət istiqrazların emissiya prospekti təsdiq edildikən sonra baş tutacaq.
Təklif olunan istiqrazlarla əlaqəli bazar risklərini qiymətləndirmək üçün zəruri olan risk faktorları aşağıdakılardır:
-
valyuta riski - valyuta kurslarının əlverişsiz şəkildə dəyişməsindən yaranan itki riski;
-
faiz riski - faiz dərəcələrinin mənfi dəyişməsindən yaranan itki riski;
-
inflyasiya riski - pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlı risk;
-
likvidlik riski - müəyyən anda aktivlərin satışı və ya alışı ilə bağlı çətinliklərin yaranması mümkünlüyü;
-
əməliyyat riski - daxili proseslər, sistem pozuntuları, insan faktoru və xarici hadisələrdən meydana gələn itki riskləri;
-
hesablaşma və kontragent riski - hesablaşmanın vaxtından gec aparılması və aparılmasından əvvəl kontragentin öhdəliklərini icra edə bilməməsi səbəbindən meydana gələn itki riskləri;
-
kredit riski - borcalanın öhdəliklərini yerinə yetirə bilməməsindən meydana gələn itki riskləri;
-
təbii - insan fəaliyyətindən asılı olmayan risk (təbii fəlakət, zəlzələ, daşqın, tufan, qasırğa, ildırım və s. risklər);
EMİSSİYA PROSPEKTİ
I. H İ S S Ə
( İstiqrazların Emitenti barədə tələb olunan məlumatlar )
Emitentin auditorları barədə məlumat
Son üç maliyyə ili ərzində auditor əvəzlənməsi olmamışdır.
Adı: Ernst & Yang Holdinqs (SiAyEs) Bi.Vi. / Ernst & Young Holdings (CIS) )B.V.
Ünvan:
Port Baku Tauers Biznes Mərkəzi,
Cənub Qülləsi, 9-cu mərtəbə, Neftçilər prospekti, 153 Bakı, AZ1010, Azərbaycan
Əlaqə: Phone: +994 12 4907020
Fax: +944 12 4907017
Seçilmiş maliyyə məlumatı
Məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir
Gəlirlər
|
38,433
|
39,674
|
33,103
|
EBITDA
|
2,88
|
3,248
|
3,132
|
EBIT
|
1,876
|
2,127
|
1,761
|
Mənfəət/(Zərər)
|
977
|
1,274
|
(1,785)
|
Cəmi öhdəliklər
|
12,817
|
13,01
|
25,306
|
Cəmi kapital
|
10,229
|
11,057
|
14,648
|
Borc öhdəlikləri
|
5,066
|
5,797
|
10,911
|
Pul vəsaitləri
|
1,206
|
1,492
|
4,881
|
Dostları ilə paylaş: |