HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   26   27   28   29   30   31   32   33   ...   82

61 
 
Az
ərbaycanda  çıxan  rəsmi mətbu  orqanlar  (R.Axundov,  Lipşits),  XI  Qırmızı 
ordunun Siyasi İdarəsinin xüsusi şöbəsi (Pankratov), Mərkəzdə  və  Azərbaycanda 
f
əaliyyət göstərən bir çox ermənilər və  ermənipərəst qüvvələr (A.Mikoyan başda 
olmaqla), Azneft birliyi (Serebrovski) v
ə  nəhayət, N.Nərimanov hökumətinin 
üzvl
əri, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü 
olmuş Ə.Qarayev, M.Hüseynov, R.Axundov və başqaları idilər. 
Lenin, Stalin,  Orconikidze, Kirov, Mikoyan, Mirzoyan, Sarkis, Çiçerin, 
Lominadze v
ə başqaları ilə yanaşı, ilk əvvəl, elə hökumətə daxil olan həmkarları, 
öz  soydaşları  N.Nərimanovun  əleyhinə  olmuşlar.  Nərimanovun  bu  soydaşları  öz 
şəxsi  siyasi  maraqlarını  milli  maraqlardan, partiyaya sədaqətlərini isə  milli 
dövl
ətçiliyə  sədaqətdən  üstün  tutmuşlar.  Tarixi  sənədlər sübut edir ki, 
Az
ərbaycanda sovet hakimiyyəti qurular-qurulmaz N.Nərimanovla  bolşevik 
h
əmkarları  arasında  fikir  ayrılığı  yaranmışdır.  Əliheydər Qarayev, Mirzədavud 
Hüseynov sovetl
ərə zidd gedənləri mühakiməsiz güllələməyi tələb etdikləri halda
N.N
ərimanov onlar haqqında  yalnız araşdırma apardıqdan sonra hökm çıxarmağı 
q
ərara  almışdır.  N.Nərimanov Azərbaycanın  müstəqilliyinin, onlar isə 
Az
ərbaycanın “sovet Rusiyasına birləşdirilməsinin” tərəfdarı olmuşlar. 
N.N
ərimanov  əleyhdarları  tərəfindən mühasirəyə  alınmışdı.  Anastas 
Mikoyan deyirdi: “Biz N.N
ərimanovu elə  mühasirəyə  almalıyıq  ki,  o,  bizim 
t
əsirimiz altında olsun..., çox da öz nüfuzundan istifadə edə bilməsin” (316, s.408). 
Az
ərbaycandan gedərkən N.Nərimanov heyfsilənmişdir  ki,  Azərbaycan bu 
vicdansız  fırıldaqçıların  əlində  oyuncağa  çevriləcəkdir (316, s.441). Bütün 
ç
ətinliklərə  baxmayaraq, N.Nərimanov öz mövqeyini gizlətməmiş,  ətrafına 
t
ərəfdarlarını  toplamışdır.  Hətta o dövrdə  “Nərimançılıq”  adı  ilə  tanınan  milli 
t
əmayülçü  bir  qrupun  mövcudluğu  haqqında  söz-söhbət gəzmişdir.  Rafael 
Hüseynov özünün “Üç baş nazir”  əsərində  yazır: “F.Xoyski də, N.Nərimanov da 
başçılıq  etdikləri hökumətlərin, təşəbbüsçüsü  olduqları  dövlətin modelini 
quruculuq  işlərini görə-görə  axtarırdılar.  Onların  həyata keçirmək  üçün  hazır 
modell
əri yox idi. Onlar üçün yeni dövlətin nəzəri və  təcrübi modeli paralel 
doğulurdu”. 
Az
ərbaycanda sovet hakimiyyəti bəyan ediləndən  az  sonra  Bakıya  gələn 
N.N
ərimanovun ilk qərarı  respublikada  ayaq  tutub  yeriyən  qanlı-qadalı  “talan 
h
əftəsinin” kökünü kəsmək  olmuşdur.  Bir  müddət sonra o, “öz hakimiyyət 
hüququ”ndan istifad
ə edərək, müsadirəni dayandırmış və hər kəsin könüllü sürətdə 
artıq şeyini təhvil verməyini elan etmişdir. Bu, böyük nəticə verdi. Əhali dəfələrlə 
q
əbul  vaxtının  uzadılmasını  xahiş  edirdi.  N.Nərimanov xüsusi əmrlə  müsadirə 
komissiyasının zor işlədən üzvlərini məhkəməyə vermişdir. 
O dövrd
ə  güc mərkəzlərinin hərəsinin  öz  marağı  var  idi.  Amma 
N.N
ərimanova  qarşı  yönələn məsələlərdə  və  bu məsələlərin həllində  bu  şəxsləri 
açıq-aydın  “antinərimanov” mövqeyi birləşdirirdi.  Başqa  bir  güc  mərkəzi də 


62 
 
mövcud idi ki, bu da N.N
ərimanovun özü və  onun  şəxsiyyəti idi. Xalq 
N.N
ərimanovu sevir, hörmət edir və dəstəkləyirdi. 
N.N
ərimanovun  bacarıqlı  dövlət xadimi kimi qiymətləndirilməsinə  əsas 
ver
ən tarixi sənədlər vardır. 1921-ci il fevralın 7-də Türkiyə Böyük Millət Məclisi 
N.N
ərimanovu Azərbaycan  Xalq  Komissarları  Sovetinin  sədri vəzifəsində 
f
əaliyyətinə  və  xüsusən  də  Azərbaycan-Türkiyə  əlaqələrinin möhkəmlənməsi 
işində xidmətlərinə görə “Fəxri qılınc”la təltif etmiş  və bunun üçün Azərbaycana 
xüsusi bir hey
ət göndərilməsini qərara almışdır (331, 10 fevral 1921, №
 
32).
 
1921-
ci il aprelin 28-d
ə  N.Nərimanov  Atatürkü  Antanta  üzərində  böyük qələbə 
münasib
ətilə təbrik etmişdir (350, 28 aprel 1921, №
 
70). Mustafa Kamal Atatürk 
N.N
ərimanova TBMM
 
adından türk xalqının milli istiqlal uğrunda  mübarizəsində 
verdiyi d
əstəyə  görə  minnətdarlıq  hissi  ilə  dolu teleqram göndərmişdir  (335,  10 
iyul 1921, 

 
153). 1921-
ci  ilin  oktyabrında  Azərbaycanın  Ankarada  səlahiyyətli 
nümay
əndəsi  İ.Əbilov  öz  diplomatik  etimadnaməsini Atatürkə  təhvil verərkən, 
N.N
ərimanovun  adından  üzərində  “Türk  inqilabının  qəhrəmanı  Mustafa  Kamal 
Paşaya” yazılmış “Qızıl Qafqaz qılıncı”nı təqdim etmişdir (344, 23 oktyabr 1921). 
V.Quliyev “N
əriman Nərimanov və  Əhməd  Ağaoğlu”  adlı  məqaləsində 
haqlı  olaraq  yazır  ki,  “ziyalılarımızın  “bolşevik”  N.Nərimanova  üz  tutması 
sonuncunun siyasi m
ənsubluğundan  və  ideya yönümündən  asılı  olmayaraq 
Az
ərbaycan ziyalıları arasında populyarlığından,  millətin lideri və ağsaqqalı kimi 
tanınmasından irəli gəlirdi” (14, s.285). V.Quliyevin fikrincə, görkəmli şərqşünas
ictimai xadim 1920-ci il
ə qədərki dövrdə “Həyat”, “İrşad”, “Tərəqqi” qəzetlərinin 
redaktoru  olmuş  “Əhməd  Ağaoğlu  sovet  Azərbaycanında  “bolşevik” 
N.N
ərimanovun rəhbərliyi  altında  vətən və  millət üçün işləməyi gərəkli və 
mümkün sayırdı” (14, s.289). Ömrünün ən məhsuldar illərini Türkiyədə keçirmiş 
v
ə  Atatürklə  geniş  əlaqədə  olmuş  böyük  mütəfəkkir  Əhməd  Ağaoğlu 
N.N
ərimanova  yazdığı  məktubunda  deyirdi:  “Sizin  kimi  doğru  və  səmimi bir 
şəxsin, bütün türk aləminin və  xüsusən də  türk mühitinin keçirməkdə  olduğu  bu 
günkü f
əci  böhran  zamanı  Azərbaycanın  başında  olması  bütün  türk  aləmi üçün 
xeyirli bir 
əlamətdir. Siz orada qüvvətli bir məqam sahibi kimi iş başındasınız, mən 
d
ə  Ankara rəislərinin  qulluğundayam  və  ikimiz də  daşıdığımız  fikir  və  qənaətlər 
içind
ə hər şeydən üstün olan türklüyə xidmətdəyik. Budur, məsafələrin uzaqlığına 
baxmayaraq, bizi birl
əşdirəcək və təmin edəcək qayə!” (21, 19 iyun 1921, №
 
109). 
1997-ci ild
ə  Türkiyədə  nəşr  olunan  kitabda  qeyd  olunur  ki,  “Türk  Ocağının” 
Ankarada  açılışı  ilə  ilgili  olaraq  bir  konuşma  yapan  Mətbuat Müdürü Ahmed 
Aqayev, Marks ve Lenin teorilerinin öneminden söz ettikden sonra sözlerini şöyle 
bitirdi:  “Rusiyda  bolşevizmin  hayata  uyğulanması  Marks  ve  Lenin  teorilerinin 
doğruluğunu ispatladı” (81, s.209-210). N.Nərimanovun
 
dövl
ətçilik qabiliyyəti əsər 
boyu açılır. 
XI  Qırmızı  ordunun  Azərbaycana yeridilməsində  N.Nərimanovun rolu 
olmuşdurmu?  Mənbələrin  araşdırılması  göstərir ki, Nərimanov milli hökumətə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə