HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   23   24   25   26   27   28   29   30   ...   82

55 
 
N.N
ərimanov yenə  də  Azərbaycanda sovet hakimiyyətinin  qurulmasını  sinfi 
qırğında  deyil,  siniflər  arasında  sırf  siyasi  mübarizədə  görmüşdür.  O  bu  haqda 
demişdir: “Sovetlər inqilabi komitələr tərəfindən təşkil olunmamalıdır, onları xalq 
seçm
əlidir. Ola bilər ki, bəzi lazım olmayan şəxslər də seçilsin, eybi yox, həyat özü 
bunların  fəaliyyətini tənzimləyər” (291, t.2,  s.189-194). N.Nərimanovun Nəsib 
b
əy Usubbəyova  yazdığı  məktubundan və  başqa  yazılarından  da  görünür  ki, 
N.N
ərimanovun məqsədi  silahlı,  qanlı  mübarizə  deyil, hakimiyyətin dinc yolla 
f
əhlə-kəndlilərin əlinə keçməsi olmuşdur (286, t.2, s.202-206, 217, 230). 
1919-
cu  il  mayın  28-də  Azərbaycanın  dövlət müstəqilliyinin birinci 
ildönümünd
ə  Bakı  kommunistləri də  hökumətin təşkil  etdiyi  mitinqdə  iştirak 
etmi
şdir.  Amma  bunu  hökumətin dəstəyi kimi deyil, müstəqillik  ideyasına 
h
əmrəylik kimi qiymətləndirmək lazımdır (117, s.19-20). 
N.N
ərimanovun  Müsavat  partiyasına  qarşı  münasibəti sərt olsa da, uzun 
müdd
ət onlarla həmfikir olduğunu gizlətməmişdir. Bolşeviklərin siyasi proqramları 
o d
ərəcədə  cəlbedici idi ki, “müsəlman jurnalistləri, rus qəzetlərində  and-aman 
edirl
ər ki, müsavatın proqramı bolşeviklərin proqramına tam uyğundur” (286, t.2, 
s.93). N.N
ərimanov  yazılarının  birində  qeyd  edirdi  ki,  Bakıda  1918-ci il mart 
hadis
ələrinə  qədər  “müsavatçılar  bizimlə  birlikdə  əhalini sovet hakimiyyəti ilə 
h
əmrəyliyə çağırırdı” (286, t.2, s.194). 
 
2.2. N.N
ərimanovun milli təmayülçü kommunist ideologiyasının kökləri 
 
N.N
ərimanov ictimai həyatını  axtarışlarla  başlamışdır.  O,  böyük 
maarifp
ərvər,  yazıçı-dramarurq, publisist, alim-müəllim, Azərbaycanda ilk ali 
t
əhsilli həkimlərdən biri, görkəmli ictimai və siyasi xadim olaraq çox keşməkeşli 
h
əyat yaşamışdır. N.Nərimanov xalqın savadlanması üçün bütün sahələrdə xalqına 
qulluq etm
əyə  hazır  olmuş  və  həmişə  xalq  arasında  maarifçiliyin  yayılmasını 
düşünmüşdür.  Bu  məqsədlə  “Nadanlıq”  pyesini  və  dinin cəmiyyətdə  yerinə  yeni 
baxış  naminə  “Pir”  əsərini  yazmışdır.  1924-cü  ilin  fevralında  Moskvada 
Şərqşünaslıq İnstitutunda keçirilən toplantıda “bir fransız yoldaş öz dilində yoldaş 
N
ərimanovun Fransa klassik ədiblərinə musavi bir mühərrir olduğunu qeyd etmiş 
v
ə onun “Pir” adlı əsərini məşhur Emil Zolyanın “Lord” əsərilə müqayisə etmişdir” 
(378,  21  fevral  1924,  №  43).  Bakının  imkansız  fəhlələri üçün  açdığı  xəstəxana 
N.N
ərimanova ömürlük olaraq xalq tərəfindən  “Bizim  doktor”  adını 
qazandırmışdır.  Bakıda  açdığı  kütləvi milli qiraətxana “Nərimanov qiraətxanası” 
adı  ilə  bütün Rusiya və  Şərq ölkələrində  rəğbətlə  qarşılanmışdır.  Onun  yazdığı 
kitablar minl
ərlə gəncin savadlanmasına yol açmışdır. Siyasətə qoşularkən xalqının 
dövl
ətçilik  şüurunun  formalaşmasını  düşünmüş  və  bu məqsədlə  “Nadir  şah” 
pyesini yazmışdır. O, “Bahadır və Sona” əsərini yazarkən ümid etmişdir ki, bu əsər 
az
ərbaycanlılarla  ermənilərin  mehriban  yaşamalarına  kömək edər. Amma həyat 
onun bu ümidini heç
ə çıxarmışdır. N.Nərimanov azərbaycanlıları yeni yaranmaqda 


56 
 
olan sosial yönümlü ideologiyaya c
əlb etmək məqsədi ilə  “Hümmət” təşkilatının 
yaradılmasını vacib bilmiş və bu təşkilatın fəallarından olmuşdur. 
N.N
ərimanovun milli təmayüllü  düşüncəsinin güclənməsi XX əsrin 
əvvəllərində  dəbdə  olan millətçiliyin ikili təbiətindən irəli gəlmişdir.  Bir  var, 
istismar ed
ən  xalqın  millətçiliyi, bir də  var,  istismar  olunan  xalqın  millətçiliyi. 
İstismar  edən xalqın  millətçiliyinin mahiyyəti daim istismar  etdiyi xalqı dilindən, 
dinind
ən və tarixindən uzaqlaşdırmaqdır. İstismar olunan xalqın millətçiliyi isə öz 
dilini, dinini v
ə tarixi yaddaşını qoruyub saxlamaqdan ibarətdir. Onun kökləri ilk 
əvvəl XIX əsrin ortalarından başlanmışdır. XX əsrin əvvəllərinə qədər inkişaf edən 
milli  maarifçilik,  milli  düşüncə  və  milli  azadlıq  ideyasının  inkişafı  kimi 
prosesl
ərdən doğan bir ideologiya yaranmışdı. N.Nərimanovun özü də kommunist-
bolşevik  ideologiyasından  daha  çox  bu  proseslərdən doğulan  bir  ictimai  xadim 
olmuşdur. Məhz milli problemlərin həllinin tələbləri onu bolşevizmə gətirmişdir. O 
bu ideologiyada mill
ətin  qarşısında  duran  problemlərin daha sürətlə  həllinə 
inanmışdır. 
N.N
ərimanovun milli təmayüllü  kommunist  ideologiyası  təsadüfdən, 
s
əbatsızlıqdan deyil, milli məfkurənin inkişafı cərəyanından doğulan bir ideologiya 
idi. Milli t
əmayüllü kommunist məfhumunu məhz N.Nərimanovun  anlayışında 
q
əbul etmək lazımdır, yəni azərbaycanlılar başqa xalqların hüququna toxunmadan 
Az
ərbaycanda tam milli  inkişaf  və  hakimlik  hüququna  malik  olmalıdırlar. 
N.N
ərimanovun  çox  aydın  amalı  var  idi  ki,  bu  da  azərbaycançılıq,  türkçülük, 
mill
ətsevərlik idi. O, insanın insan tərəfindən əsarətinin əleyhinə idi, bəşəriyyətin 
tezlikl
ə nadanlıqdan və köləlikdən azad olması üçün yollar axtarırdı (315, s.446). 
Amma onun yaşadığı dövrdə bu amallar hələ formalaşmaqda olan dünyagörüş idi. 
Fikrimizc
ə, N.Nərimanovun  siyasi  mövqeyinin  daim  axtarışda  olmasını  da  elə 
bununla izah etm
ək olar. Onun həyatda və  siyasi fəaliyyətində  nümunə  götürə 
bil
əcəyi bir şəxs yox idi, çünki o da bir çox XIX-XX əsr Azərbaycan siyasətçiləri 
v
ə ziyalıları kimi xalqımızın tarixində ilk cığır açanlardan idi. 
N.N
ərimanov hələ  1896-cı  ildə  müsəlmanların  maariflənməyə  doğru 
getm
əsini, bunun üçün isə ana dilində qəzet nəşr olunmasını vacib bilmişdir (349, 1 
fevral 1896). 1899-cu ild
ə  “Dilimiz  haqqında”  yazıda  milli  dilə  münasibətin 
konsepsiyasını  belə  vermişdir:  “Dilin  qrammatikası  müəyyənləşməli və  dilin 
yayılması  üçün  qrammatikası  və  leksikası  sadələşdirilməlidir. Azərbaycan dilini 
ç
ətinləşdirən  yazı  qrafikamızda  saitlərin  olmamasıdır.  N.Nərimanov belə 
fikirl
əşirdi ki, Azərbaycan dilini çətinliyə salan ərəb mənşəli sözlərdir. O deyirdi: 
“Savadlılarımız mollalardır, onların da əksəriyyəti ana dilində yaza bilmirlər. Onlar 
fars dilind
ə savad alıblar və ərəb dilini çox aşağı səviyyədə bilirlər. Ayıb deyilmi? 
Bel
ə  halda biz özümüzə  niyə  türk deyirik, elə  fars deyək,  farslaşaq,  ya  da 
az
ərbaycanlı  qalaraq  öz  ana  dilimizi  öyrənək”. O qeyd edirdi ki, “rus dilində  də 
çoxlu yunan m
ənşəli sözlər vardır. Lakin ruslar yunan sözlərini öz milli qrafikaları 
il
ə  yazırlar  və  öz dillərinin  qanunlarına tabe  edirlər. Biz isə  ərəb mənşəli sözləri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə