HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   20   21   22   23   24   25   26   27   ...   82

49 
 
Bibiheyb
ət və  Bayıl  məscidlərində, “Səfa” məktəbində  fəhlələrlə  birlikdə 
keçirmişdir (336, 28 fevral 1914, № 22). 
N.N
ərimanovun o dövrdə  şəxsiyyətini səciyyələndirən  çoxlu  yazılar  dərc 
edilmişdir. 1900-cü ildə Rusiya Daxili İşlər Nazirliyinin polis departamentinə daxil 
olan yazıların birində “Nərimanovun müsəlmanlar arasında şöhrət və hörməti var” 
deyilirdi (22 s.59). Sonralar q
əzetlər onu belə  qələmə  vermişlər: “məmləkətin 
qeyr
ətli və hünərvər şəxslərindən” (380, 27 mart 1897, № 3), “məşhur  müsəlman 
pedaqoqu v
ə  publisisti”  (349,  1  noyabr  1907,  №  178),  “məşhur  və  məruf 
t
ərəqqipərvər və  insanpərəst” (356,  7  noyabr  1909,  №  225),  “möhtərəm insan, 
maarifin dostu, v
ətəni sevən, insaniyyət  dünyasına  xidmət etməkdə  əsrimizin 
birinci  mücahidi”  (377,  6  oktyabr  1909,  №  225),  “camaat fəalı”  (346,  20  fevral 
1912,  №  41),
 
“N
ərimanın  nə  dərəcədə  ali  şəxs  olması  bütün  Qafqazın 
maarifp
ərvərlərinə və tərəqqixallarına məlumdur” (348, 3 fevral 1911, № 12), “bir 
ictimai xadim, publisist v
ə  həkim  kimi  xalq  arasında  böyük  hörmət və  şöhrət 
qazanmış” (52, 14 iyul 1913, № 156), “müsəlmanların ehtiramını qazanmış” (357, 
18  iyul  1913,  № 159).  “Mən Nərimanovun həmişə  millətə  etdiyi xidmətini yada 
salıb  Əncumənə  doktor təyin  olunmasını  səmimi qəlbdən təbrik etdim” (348, 9 
fevral 1911, № 15)
 
dey
ə bir ruhani bildirmişdir. 
1917-
ci ilin yanvarından başlayaraq Bakıda siyasi təşkilat olan “Hümmət” 
t
əşkilatının və ictimai təşkilatlar olan “Xalq yurdu”, “Ədəb yurdu”, “Xalq evi”, “El 
yurdu”, “Q
ənaət”,  “Nicat”  adlı  cəmiyyətlərin fəaliyyətlərini  genişləndirdilər. 
N.N
ərimanov bu təşkilat  və  cəmiyyətlərin fəal təşkilatçılarından  və  siyasi 
mövzularda mühazir
əçilərindən  biri  olmuşdur.  O,  mühazirələrində  Rusiyada  baş 
ver
ən inqilabi proseslər haqqında mütəmadi məlumatlar  vermişdir (333, 2 yanvar 
1917, № 366; 24 yanvar, № 385; 27 fevral, № 413; 17 mart, № 426; 19 iyun, № 
501,
 
620). 
1917-
ci il martın 27-də Bakıda “müsəlman işlərində yolbaşçılıq (rəhbərlik - 
H.H.) etm
ək üçün bir büro seçildi”. Büronun tərkibinə Ə.M.Topçubaşov, F.Xoyski, 
N.N
ərimanov və  Ə.Əmircanov  seçildilər  (333,  29  mart  1917,  №  436). 
N.N
ərimanov 1917-ci ilin aprelində  Bakıda  başlayan  Qafqaz  müsəlmanlarının 
birinci  qurultayında  iştirak  etmiş,  Ə.Topçubaşov,  F.Xoyski,  N.Usubbəyov və 
M.Hacınski ilə birlikdə qurultayın rəyasət heyətinə seçilmiş və orada çıxış etmişdir 
(354, 16 aprel 1917, № 15). 
Qars vilay
ətinin hərbi  əməliyyatdan zərər çəkmiş  müsəlmanlarına  yardım 
göst
ərən komitənin iclasında (284, c.1, s.119), Rusiyanın Edilboyu  (Volqa çayının  
adlarından biri) müsəlmanları qarşısında (345, 4 mart 1917, №596;
 
335, may 1917, 
№ 4, 7), Tiflis və Bakı fəhlələri qarşısında dəfələrlə nitq söyləmiş (336, 17, 23 may 
1917), “Hümm
ət”in işinə başçılıq etmiş  və qəzetdə dəfələrlə  məqalələr yazmışdır 
(358, 1921, № 3,
 
s.65-
66). Milli Şuranın işində iştirak etmiş (333, 7 sentyabr 1917, 
№ 561),
 
m
əscidlərdə çıxış etmiş (361, 19 sentyabr 1917, № 12), Bakı Dumasına 
qlasnı seçilmişdir (333, 3 noyabr 1917, № 605; 337, 4 noyabr 1917, № 175). 


50 
 
N.N
ərimanov Birinci dünya müharibəsi illərində Bakıda olan türk əsirlərinə 
qayğı  göstərmişdir.  Nargin  adasında  saxlanılan  türk  əsirlərinin  ağır  və  dəhşətli 
v
əziyyəti  haqqında  dəfələrlə  mətbuatda (361, 28 noyabr 1917) və  Şəhər 
Dumasında çıxış etmiş (361, 12 dekabr 1912, № 23),
 
onlara yardım etməyə çağıran 
müraci
ətlər  etmiş  (333,  7 dekabr 1917), nəticədə  onların  vəziyyətlərinin 
yaxşılaşmasına  nail  olmuş  və  Nargin  adasında  saxlanılan  türk  əsirləri  adından 
Hafiz Feyzulla v
ə  Mustafa Həmdini tərəfindən  imzalanmış  “təşəkkür məktubu 
almışdır”  (361,  31  mart  1918,  №  378).  N.Nərimanov Həştərxanda fəaliyyət 
göst
ərdiyi dövrdə  orada  yaşayan  türk  əsirlərinin  birinci  qurultayını  keçirmiş  (47, 
s.320), 1918-
ci  il  qırğını  nəticəsində  didərgin  düşən  Şamaxı,  Quba,  Muğan 
qaçqınlarına  qayğı  göstərmişdir  (361,  25  aprel  1918,  №  42).  O,  “Fikir”  və  “El 
h
əyatı” adlı jurnalların nəşri haqqında rəsmi şəxslərə  müraciət etmişdir (167, v.8; 
363, 31 dekabr 1917, № 222). Məşhur  gürcü ictimai-siyasi xadimi və inqilabçısı 
Noy Jordaniya onu Tiflis
ə qurultaya (379, 16 iyun 1917), müsəlman kütlələri isə 
siyasi v
əziyyət haqqında çıxış etmək üçün Həştərxana dəvət etmişlər (340, 24 iyun 
1917, № 155). 
1918-ci ilin mart hadis
ələrinə  N.Nərimanovun münasibəti.  Birinci dünya 
müharib
əsində Qafqaz cəbhəsindən qayıdan silahlı erməni və rus əsgərləri Bakıda 
toplanmışdılar. Bakı-Tiflis dəmiryolunda isə təxribatçılar tətil elan etmişdilər. Bu 
t
ətil xarici görünüşünə görə guya azərbaycanlıların xeyrinə olduğu halda, ermənilər 
t
ərəfindən  ikibaşlı  istismar  olunurdu.  Bir  tərəfdən, ermənilər  öz  narazılıqlarını 
bildirirdil
ər ki, dəmiryolu  işləmədiyindən “yazıq  ermənilər evlərinə  qayıda 
bilmirl
ər”, o biri tərəfdən isə vəziyyətin belə inkişafı onları tam qane edirdi. Çünki 
Bakıda  silahlı  erməni  əsgərlərinin  toplanması  onların  potensialını  daha  qüvvətli 
edirdi. Bel
əliklə,  Bakıda  silahlı  dəstələrin  potensialı  dönmədən ermənilərin və 
bolşeviklərin xeyrinə inkişaf edirdi. Qarşıdurma sadəcə hakimiyyət naminə başlasa 
da,  milli  qırğınla  nəticələndi. Ssenari üzrə  ilk atəşlər azərbaycanlıların  ayağına 
yazıldı və silahlı qarşıdurmanın təşəbbüskarı azərbaycanlılar sayıldılar. 
Bu hadis
ələrdə  N.Nərimanov  bir  bolşevik  olaraq  hakimiyyətə  gəlməkdə 
maraqlı  olsa  da,  milli  marağını  bu  dəfə  də  üstün  tutaraq,  yaranmış  vəziyyəti 
z
ərərsizləşdirmək yolunda fəaliyyət göstərmişdir. O, özünü hakimiyyətə gəlməkdə 
maraqlı  olan  siyasi  partiyanın  nümayəndəsindən daha çox ictimai xadim kimi 
aparmışdır.  Onun  tarixin  bu  anında  atdığı  bəzi  addımlar  haqqında  tarixi  sənədlər 
indi d
ə saxlanılır. 
1918-
ci  il  fevralın  24-də  başda  general  Talışinski  olmaqla  müsəlman 
diviziyasının  qərargahı  Bakıya  gəldi. Yeri gəlmişkən, qeyd etmək  lazımdır  ki, 
Talışinski  bu  qərargahda yeganə  müsəlman idi. Qərargah tam tərkibdə  həbs 
olundu. Eser M.V
əzirov və N.Nərimanovun təkidi ilə Talışinski azad olundu. Bir 
neç
ə gündən sonra Vəzirov öz xahişindən imtina etsə də N.Nərimanov mövqeyini 
d
əyişdirmədi. Silahlı qarşıdurmaya bir gün qalmış N.Nərimanov yenə də tərəflərə 
müraci
ət  etdi.  O,  S.Şaumyandan  xüsusi  iclas  çağırıb  baş  verə  biləcək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə