HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   22   23   24   25   26   27   28   29   ...   82

53 
 
d
ən iyunun 6-na qədər  Urda  şəhərində  III  Qırğız  qurultayında  iştirak  və  çıxış 
etm
əklə yerli əhalinin böyük rəğbətini qazanmışdır. 
N.N
ərimanov  Qafqazdakı  siyasi  vəziyyət  haqqında  məruzələrlə  çıxış 
etm
işdir.  1918-ci  ilin  noyabrında  V.İ.Lenin  onunla  Azərbaycanın  gələcək taleyi 
haqqında  məsləhətləşmələr  aparmışdır.  Bu  məsələ  barəsində  Azərbaycan 
kommunistl
əri  arasında  ciddi  fikir  ayrılığı  əmələ  gəlmişdir.  Bəziləri Azərbaycanı 
Rusiya t
ərkibində  muxtariyyət  statusunda görürdülərsə, N.Nərimanov birmənalı 
olaraq “müst
əqil sovet Azərbaycanı”  ideyasının  tərəfdarı  olmuşdur.  Azərbaycan 
bolşevik  xadimlərindən D.Bünyadzadə  etiraf edirdi ki, 1918-ci ildə  hələ 
H
əştərxanda olarkən N.Nərimanov  Leninin  adına  Cənubi Qafqaz sovetləşdikdən 
sonra müst
əqil dövlətlərin  yaradılması  haqqında  xüsusi  məruzə  hazırlamışdır. 
D.Bünyadzad
ə  xüsusi  vurğulayırdı  ki,  “o  zaman  bəzi  yoldaşlar  bu  xətlə 
razılaşmırdılar.  N.Nərimanov öz təklifi ilə  Moskvaya  Leninin  yanına  getdi. 
N
əticəsi göz qabağındadır. Lenin çevrilişin elə birinci günü sovet Azərbaycanının 
müst
əqilliyini tanıdı” (413, 25 mart 1925, № 63). 
1919-cu il iyulun 18-d
ə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının Mərkəzi 
Komit
əsi N.Nərimanova Həştərxandan Qafqaza getməyi təklif  etmişdisə  də, 
N.N
ərimanov Qafqaza deyil, Rusiya Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq 
şöbəsinə rəhbərlik etmək üçün Moskvaya dəvət olunduğuna görə oraya getdi (40, 
s.352). N.N
ərimanovun Qafqaza getməməyinin səbəbini onun öz əsərlərindən 
öyr
ənmək olar. 1919-cu ilin fevralında Moskvaya yazdığı məruzədə N.Nərimanov 
Az
ərbaycanda sovet hakimiyyətinin  qurulmağına  hərb yolu ilə  deyil, təbliğatı 
qüvv
ətləndirərək nail olmağı təklif edir (291, s. 195-196). O, 1919-cu il iyulun 16-
da yazdığı məktubda da N.Usubbəyova hakimiyyətin dinc yolla təhvil verilməsini 
t
əklif edir (306, s.202-206).  Moskvada  işləyərkən N.Nərimanov Leninlə  tez-tez 
görüşmüş, Azərbaycanın sovetləşməsi şərtlərini və Rusiya xarici siyasətinin Şərqə 
doğru  meylini  daha  da  inkişaf  etdirmiş  və  Şərqin xüsusiyyətlərini nəzərə  almağı 
tövsiy
ə etmişdir. 
N.N
ərimanovun siyasi fəaliyyətində  Azərbaycan Xalq Cümhuriyyətinə 
münasib
əti  xüsusi  yer  tutmuşdur.  O,  Azərbaycan Xalq Cümhuriyyəti dövründə 
Az
ərbaycanda  yaranmış  vəziyyət  haqqında  baş  nazir  N.Usubbəyova məktub 
yazm
ış,  bundan  başqa  bir  neçə  məqalə  çap etdirsə  də  çox məhdud siyasi 
mübariz
ədən o yana keçməmişdir. N.Nərimanov AXC-nin süqutu yolunda heç bir 
f
əaliyyət göstərməmişdir.  AXC-nin  yıxılmasını,  bolşeviklərin Azərbaycanda 
hakimiyy
ətə 
g
əlməyini N.Nərimanovun fəaliyyətinin nəticəsi kimi 
qiym
ətləndirmək tarixi həqiqətə  uyğun  deyildir,  qeyri-elmidir. N.Nərimanovun 
Az
ərbaycan Xalq Cümhuriyyətinə  münasibətini Həştərxanda olarkən  hazırladığı 
“Qafqazın  işğalına  baxış”  məruzəsindən öyrənmək olar. Bu məruzə 
N.N
ərimanovun siyasi cəsarətini səciyyələndirir. O deyirdi ki, “əgər 1918-ci ilin 
sentyabrında,  yaxud  oktyabrında  mənə  desəydilər ki, fəaliyyət dairəmizi 
genişləndirmək üçün Qafqaza gedəkmi? Deyərdim ki, yox! Çünki sovet 


54 
 
hakimiyy
ətinin təbliği  bizim  üçün  nə  mənəvi, nə  hüquqi, nə  də  siyasi nöqteyi-
n
əzərdən məqsədəuyğun  deyildi...  Biz  gərək etiraf edək ki, bizim (yəni 
bolşeviklərin - H.H.) Cənubi Qafqazdan getməyimiz heç kimdə heyfsilənmə hissi 
doğurmadı.  Çünki  biz  yerli  əhalinin milli-tarixi  düşüncələrini, sosial-məişət 
ənənəsini, mənəvi tələblərini,  psixologiyasını  nəzərə  almayan bir siyasət həyata 
keçirirdik.  Biz  onlara  qarşı  yad  tərəfin siyasətini həyata keçirirdik”. 
N.N
ərimanovun  bolşeviklərin  aparıcı  şüarına  çox  maraqlı  baxışı  var  idi:  “Bütün 
dünya  proletarları  birləşin, deyərək, biz gərək ilk əvvəl millətlərin bir-biri ilə 
yaxınlaşmasını,  hətta birliyini təmin edəydik”. O, bu fikrini davam etdirərək 
deyirdi ki, “bunun üçün g
ərək müsəlmanlardan olan fəhlələrin, xüsusən Gəncədə, 
Tiflisd
ə,  Yerevanda  çalışanların  səviyyəsini erməni, rus fəhləsi səviyyəsinə 
qaldırmağı bacaraydıq”. N.Nərimanov bolşeviklərin ikinci səhvini onda görürdü ki
onlar C
ənubi Qafqaz kəndlisinin güzəranı ilə heç məşğul olmurdular. 1918-ci ildə 
Bakıda sovet hakimiyyəti çox  vaxtsız  və heç bir zəmin olmadan qurulmuşdu. O, 
c
əsarətlə  qeyd edirdi ki, “19 martda vətəndaş  müharibəsi sovet hakimiyyətinin 
q
ələbəsi ilə bitdikdən sonra onu millətlərarası qırğına çevirdilər. Kim cəsarət edib 
erm
ənilərin  silahlı  dəstələri tərəfindən müsəlman  əhalisinin  qırğınını  vətəndaş 
müharib
əsi  adlandıra  bilər?”  Bunun  ardınca  N.Nərimanov fikrini təsdiqləyən 
misallar g
ətirir: “Mən bu vəziyyəti  o  zamanlar  da  açıqlayırdım,  amma  mənim 
sözl
ərimə  baxan  olmadı.  Mən  o  zamanlar  tam  inandım  ki,  Bakıdakı  sovet 
hakimiyy
əti  daşnakların  əlindədir” (291, t.2, s. 185-189).  Aydındır  ki, 
N.N
ərimanov Azərbaycanda sovet hakimiyyəti deyil, qeyri sovet dövlətinin 
qurulmasını  labüd  sayır  və  sözlərindən belə  çıxır  ki,  AXC  iqtidarına  vaxt 
verilmişdir  ki,  öz  hakimiyyətini təsdiqləsin. Amma 1919-cu ilin fevralında 
N.N
ərimanov  artıq sovet hakimiyyətinin Cənubi Qafqazda hakim olmaq  vaxtının 
çatdığını  bildirirdi.  Niyə  məhz  bu  zaman?  sualına  N.Nərimanov  birbaşa  cavab 
vermir, lakin N.Usubb
əyova  yazdığı  məktubdan  bu  sualın  cavabı  bir  növ 
aydınlaşır.  1918-ci ilin sentyabrından  1919-cu  ilin  fevralına  qədərki dövrdə 
Az
ərbaycanın siyasi durumunda  müəyyən aydınlaşma baş  verdi. Məhz bu dövrdə 
Böyük  Britaniya  qoşunları  Azərbaycana gəldi; Ermənistan və  Gürcüstan sovet 
Rusiyası ilə birbaşa əlaqələr yarada bildikləri halda, Azərbaycanla sovet Rusiyası 
arasında  gərginlik qalmaqda idi; Azərbaycanda kütlənin sosial durumunda ciddi 
d
əyişikliklər baş verməmişdi (286).  
N.N
ərimanov sonralar Azərbaycana gedərkən  bolşeviklərin  qarşısında 
duran v
əzifələrdən  danışaraq  bildirirdi  ki,  bu  vəzifələr  geniş  və  əhatəlidir. O 
deyirdi:  “Biz  Bakıya  gedərkən  ancaq  neft  haqqında  düşünməməliyik...  İdarəçilik 
orqanları  və  Qırmızı  ordu  yerli  əhalinin  hesabına  təşkil  olunmalıdır...  Biz  elə 
etm
əliyik ki, yerli əhali daha deməsin ki, yenə də ruslar bizim müstəqilliyimizi və 
torpağımızı almaq məqsədi güdürlər... Biz heç bir şərtlə sovetləşmə işində erməni 
d
əstələrinin və  erməni  başçılarının  iştirakına  yol  verməməliyik,  çünki  artıq  bir 
t
əcrübəmiz olub. Bizi bir dəfə  aldadıblar,  ikinci  dəfə  aldanmamalıyıq”. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə