HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   19   20   21   22   23   24   25   26   ...   82

47 
 
cövh
ərdir ki, cövhər. Cövhərin yerində  qədri olmaz. Cövhər aləmi-qürbətə 
düşdümü, qədrü-qiyməti artar. Hər kəs də o cövhər ilə kəsbi-iftixar edər. İndi sizin 
kimi zati-alil
ərlə  Həştərxan müsəlmanları  nə  qədər iftixar etsələr  azdır.  Yaşasın 
sizin kimi xadimi-mill
ətimiz. Yerə batsın millət xadimlərini donos edən dinsizlər” 
(338, 11 oktyabr 1909, 
№ 98). Bu məqalə Həştərxan qubernatorunun diqqətindən 
yayınmadı.  Oktyabrın  12-də  qəzetin  ya  “200  rubli  iştiraf”  verməsi, ya da 
redaktorun iki aylıq həbs olunması barədə qərar verildi (338, 16 oktyabr 1909, № 
99). H
əmin günlər N.Nərimanovun “Nadir şah” pyesi Baxçasarayda oynanılmışdı. 
Bu zaman “T
ərcüman” qəzeti N.Nərimanovun ünvanını axtardığını bəyan etmişdi 
(357, 16 oktyabr 1909, 
№ 47). 
N.N
ərimanov Həştərxanda həkim, jurnalist, teatr və  etnoqraf fəaliyyətini 
geniş  şəkildə  həyata  keçirmiş  və  Qafqazla  əlaqələrini kəsməmişdir. 
N.N
ərimanovun Həştərxanda həkimlik fəaliyyəti  haqqında  çoxlu  məlumatlar 
vardır.  1911-ci il aprelin 15-də  Həştərxanda həkimlərin ikinci quberniya 
qurultayında  “Şurayi-İslam”  cəmiyyəti  adından  N.Nərimanov  çıxış  etmişdir. 
N.N
ərimanov 1913-cü ildə  Həştərxanda keçirilən  Novruz  bayramının  aktiv 
iştirakçılarından  olmuşdur.  O,  görkəmli aktyor Cahangir Zeynalovun 25 illik 
yubileyi münasib
əti ilə ona göndərdiyi təbrik məktubunu yerli qəzetdə çap etdirmiş 
(338, 5 dekabr 1910, 
№  123), Mirzə  Ələkbər Sabirin vəfatı  münasibəti ilə 
H
əştərxandan  başsağlığı  teleqramı  vurmuş  (309,  t.1,  s.171),  M.F.Axundovun 
yubileyin
ə  təbrik məktubu göndərmişdir  (336,  4 dekabr 1910, №  273). Xəzər 
D
ənizçilik idarəsindəki qulluq ilə  əlaqədar Həştərxanda  bir  il  yaşayan 
Ə.Haqverdiyev  bu  dövrdə  N.Nərimanovla tez-tez ünsiyyətdə  olmuşdur  (49,  s.91-
92). 
X.Abu
şayev  öz  xatirələrində  N.Nərimanovun Həştərxanda  onunla  qonşu 
olduğunu  və  yerli qəzetdə  mürəttib  işlədiyindən onunla tez-tez  görüşdüyünü 
yazırdı.  Xatirələrdə  qeyd  olunduğuna  görə  bir gün N.Nərimanov sevinərək gəlib 
X.Abuşayevə  xəbər verir ki, Tiflisdə  Cəlil  əfəndiyə  (Cəlil Məmmədquluzadə  - 
H.H.) jurnal buraxmaq üçün mür
əttib lazımdır və təklif etmişdir ki, o Tiflisə gedib 
jurnalda  çalışsın.  Abuşayev  razılıq  verdiyindən N.Nərimanov onun yol pulunu 
verib Tiflis
ə yola salmışdır (411, noyabr 1960, № 14, s.30).  
1913-cü ild
ə N.Nərimanov Həştərxanda Şəhər Dumasına qlasnı və  məktəb 
komissiyasına  üzv  seçilmiş,  Uprava  (şəhər idarəsi  -  H.H.) üzvlüyünə  seçilmək 
üçün ictimaiyy
ət tərəfindən dəstək  almış  (357,  12  yanvar  1913,  №  10), 
H
əştərxanda yerləşən  “Narodnıy  dom-universitet”ə  (Xalq Universrteti) sədr 
seçilmişdir  (353,  4  aprel  1913,  №    375).  1912-ci  ilin  fevralında  N.Nərimanova 
H
əştərxandan Qafqaza dönməyə  icazə  verilsə  də  o, 1913-cü ilin iyuluna qədər 
orada qalmışdır. 
N.N
ərimanovun Həştərxandan getməyi münasibəti ilə  şəhərdə  bir neçə 
toplantı  keçirilmiş,  ona  vida  sözləri  deyilmiş  və  qəzetlərdə  onun  haqqında  xoş 
m
əramlı  məqalələr  çap  edilmişdir.  Məqalələrin birində  yazılırdı:  “Yerli  şəhər 


48 
 
özünüidar
ə  təşkilatında  müsəlmanlardan 2 nəfər  seçilmiş  üzv  var  idi.  Bunlardan 
lazımlısı və savadlısı doktor Nəriman bəy Nərimanov idi. O, bu yaxınlarda Bakıya 
getmişdir.  Yerdə  qalanların  çoxusu  rusca  ancaq  öz  imzasını  çəkməyə  qadirdir. 
Buna gör
ə də onlar heç bir işə qarışa bilmir  və iclaslarda danışmağı bacarmırlar. 
İclaslar qurtardıqdan sonra dalda-bucaqda uzun-uzadı danışırlar” (73, 25 sentyabr 
1913,  №  24).  Onun  getməyi münasibətilə  “Edil” qəzeti  yazırdı:  “Həştərxan 
müs
əlmanlarının  milli  və  ictimai  işlərinə  rəhbərlik  edən möhtərəm doktor 
N
ərimanov həzrətlərinin Həştərxandan getməsi Həştərxan müsəlmanlarını  çox 
m
əhzun etmişdir...” (47, s.161). N.Nərimanovun Həştərxandakı fəaliyyətinin əks-
s
ədası  Avropaya  gedib  çatmışdır.  Parisdə  çıxan  qəzetlərin birində  yazılmışdı: 
“H
əştərxan, Kazan və  Ufa  şəhərlərində  mətbuat vasitəsilə  müsəlman millətçiliyi 
qızğın  təbliğ  edilir.  Bu  münasibətlə  “Xalq Universitetləri cəmiyyəti”nin sədri 
N.N
ərimanov görkəmli  rol  oynamışdır.  Həştərxan  quberniyasında  yaşayan 
müs
əlman əhalisi  arasında  onun  təbliğatı  böyük  müvəffəqiyyət  qazanmışdır.  Rus 
siyas
ətindən  incik  olan  qırğızlar  (bu  terminin  arxasında  o  zamanlar  iki  xalq  - 
qazaxlar v
ə  qırğızlar  nəzərdə  tutulurdu.  -  H.H.) təbliğ  edilən ideyaya xüsusi 
h
əssaslıq göstərmişlər” (47, s. 161). Onun haqqında yerli “Edil” qəzetində verilən 
yazılar  “Tərcüman”,  “İqbal”,  “Kaspi”,  “Musulmanskaya  qazeta”  qəzetlərində  də 
çap  edilmişdir.  “Bolşoy  Moskovskiy  otel”də  verilən qəbul  haqqında  məlumatda 
deyilirdi: “Onun ictihadi v
ə  daimi  iştirakı  sayəsində  idi ki, Həştərxanın  teatr 
s
əhnəsinin  işi  genişləndi və  böyük bir ciddiyyət  qazandı.  Teatr  sənətinə  xalqın 
hörm
ət və  məhəbbəti cəlb olundu...” (47, s.161). “Nərimanov cənabları 
H
əştərxanda olarkən rus və  müsəlman  ümumşəhər  xalqının  məhəbbətini 
qazandığından şəhərdən ayrılması ümumun təəssüfünə səbəb olmuş və onu böyük 
alqışlarla  yola  salmışlar”  (357,  24  iyul  1913,  №  164).  “Edil”  qəzeti  yazırdı: 
“N
əriman bəy bütün Həştərxanlıların  (həm  rusların,  həm müsəlmanların)  böyük 
etimadını  qazanmış,  etibarlı  bir  doktorumuz  idi.  Həştərxanlılara  tibb  fənninə  aid 
çox f
ədalar göstərdiyi kimi, Həştərxan mətbuatı vasitəsilə o, xalqımızın tibb elminə 
çox xidm
ətlər etdi. Nəriman,  yuxarıda  dediyimiz  camaata  xidmət dənizində 
boyundan  yuxarı  qərq  olduğu  halda,  o,  Həştərxanda sənaye və  ədəbiyyatı-nəfisə, 
h
əm də  teatr və  səhnəni sevən gənclərə  heç yorulmadan xidmət edirdi... Onu 
Bakıya  yola  saldılar...  Müşayiət edənlərin  “Yaxşı  yol,  sağ  ol!”  səsləri bütün 
Volqaboyuna 
əks-səda  salmışdı”  (341,  21  iyul  1913,  №  410).  Sonralar  da 
N.N
ərimanov tez-tez Həştərxanlıları  yada  salmış  və  oraya müxtəlif hadisələrlə 
əlaqədar məktublar yazmışdır. Həştərxan qəzetləri isə “Tezliklə Bakıda sakin olan 
doktor N
ərimanov Həştərxana övdət  edilib,  orada  daimi  sakin  olacaqdır”  deyə 
nisgilli yazılar çap etmişlər (341, 15 dekabr 1913, № 529). 
N.N
ərimanov 1913-cü il iyulun 14-də Bakıya köçərək maarifçilik sahəsində 
f
əaliyyət göstərmiş, ictimai və tibbi mövzularda məruzələrlə çıxış etmiş, bu sahədə 
çalışan  cəmiyyətlərə  daxil  olmuşdur.  1914-cü  ilin  yanvarında  Mövlud  bayramını 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə