HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   15   16   17   18   19   20   21   22   ...   82

39 
 
lazımi keyfiyyətləri inkişaf etdirib sosialist təsərrüfatında çalışaraq xalqına qulluq 
etm
əlidirlər; milli dili və dini saxlamaq üçün bütün vasitələr istifadə olunmalıdır, 
çünki 
əsas mübarizə  bunlar  ətrafında  olacaqdır.  Gələcəkdə  bu problemlər 
mill
ətlərarası  xarakter  daşıdığından  onlara  hazır  olmaq  lazımdır.  1917-ci ildən 
başlayaraq  apardığımız  mübarizə  haqqında  həqiqəti xalqa, gənclərə  çatdırmaq 
lazımdır. Sonrakı hadisələr mübarizəmizi davam etdirməyə bizə imkan verəcəkdir. 
Əhalisinin  əksəriyyəti müsəlman olan Türküstan bu imkanlardan istifadə  edə 
bil
əcəkdir. Bu, böyük və  müdrik  şəxsiyyətin  xalqına  vəsiyyəti idi. Məktubun 
Başqırdıstana çatdığını  və xalq  arasında  yayıldığını Validi Toğan  yalnız 20 ildən 
sonra, 1943-cü ild
ə  İkinci  dünya  müharibəsində  əsir  düşmüş  bir  başqırddan 
öyr
əndi. 
Başqa bir məktubunda Z.V.Toğan yazırdı: “Ən düz qərar vətəndə qalmaq
dinimiz, dilimiz v
ə  xalqımızın  yaşamağı  üçün  şərait  yaratmaqdır.  Vətəndən 
qaçmaq, dem
əli, sadəcə  canını  qurtarmaq  deməkdir, yaxud da vətəndən ancaq 
diplomatik f
əaliyyət aparmaq üçün getmək olar”. 
Z.V.Toğan İslamın türk üçün ən münasib din olduğunu və tarix boyu türkə 
dayaq  olduğunu  qeyd  etmişdir.  Başqa  dinləri  sınayandan  sonra  türk  məhz öz 
seçimini  İslam  dini  üzərində  saxladı.  Z.V.Toğan  deyirdi:  “Mən  inanıram  ki, 
g
ələcəkdə  türk  xalqları  öz  mövcudluğunu  məhz  İslam  dininə  əsaslanaraq  inkişaf 
etdir
əcəklər”. Bu fikrini sonralar Z.V.Toğan öz tədqiqatlarında yüzlərlə istinadlarla 
əsaslandırmışdır. 
Z.V.Toğan  hesab  edirdi  ki,  sosialist  ideyaları  yalnız  müsəlman  xalqları 
arasında  milli  ideya  ilə  vəhdət  tapdığı  halda  uğurlu  ola  bilər.  Z.V.Toğana  görə 
sosializm  ideyaları  demokratiyanı  əsas götürüb milli ideya və  İslam  dəyərləri ilə 
birl
əşdiyi zaman müsəlman xalqları üçün qiymətli olardı. O, qeyd edirdi ki, Şərqdə 
sosialist  inqilabı  sinfi  qarşıdurma  əsasında  deyil,  ancaq  milli-azadlıq  zəminində 
h
əyata keçirilə  bilər. Z.V.Toğan  bolşeviklərə  xitabən  yazırdı  ki,  siz  real 
qarşıdurmanı görmürsünüz, ancaq süni şəkildə ziyalı dəstəsini xırda-burjua millətçi 
elementi  adlandıraraq  onlara  qarşı  mübarizə  aparırsınız.  Stalin  Toğana  SSRİ-yə 
qayıtmağı  təklif  etmiş,  Lenin onun mühacirətindən heyfsiləndiyini  bildirmişdir. 
Toğan  yazdığı  məktubda qeyd edirdi ki, sosializm ilə  milli-azadlıq  maraqları 
arasında  tarazlıq  tapılmalı,  çoxsaylı  millətlərlə  azsaylı  millətlərin  maraqları 
aras
ında fərq  aradan  qaldırılmalıdır.  Z.V.Toğan  Stalin  diktaturasının  qanlı  nəticə 
ver
əcəyini qabaqcadan görmüşdür.  
Z.V.Toğan  Avropaya  gələrək, ilk əvvəl, hələ  1916-cı  ildən Dövlət 
Dumasında  fəaliyyət göstərərkən  tanıdığı  Ə.Topçubaşovla  və  Azərbaycandan 
g
əlmiş  Kazımzadə  ilə  görüşmüşdür.  Z.V.Toğan  mühacirətdə  elmi fəaliyyətlə 
m
əşğul  olmuşdur.  Onun  yaradıcılığı  türk  tarixşünaslığında  müstəsna  rol  oynayır. 
Z.V.Toğanın  “İbn-Fadlanın  səyahətləri”  əsərini  tapıb  nəşrə  hazırlamağı, 
“Ümumtürk tarixin
ə giriş” və “Tarixi araşdırmaların metodologiyası”na aid əsərləri 
onun böyük alim kimi tarix
ə  daxil  olduğuna  dəlalət edir.  Bundan  başqa  onun 


40 
 
“Türküs
tan  bolşeviklərinin  Şərq və  müstəmləkə  siyasəti”,  “Türküstan ordusu 
haq
qında”  və  b.  əsərləri  vardır.  Z.V.Toğanın  Azərbaycana aid əsərləri də  vardır: 
“Az
ərbaycan etnoqrafiyası” və “Azərbaycanın tarixi coğrafiyası”. Bakıda keçirilən 
I Türkoloji qurultayda Qazizi Qubaydulin mühacir
ətdə  olan  Z.V.Toğanın  elmi 
əsərlərinə yüksək qiymət vermişdir.  
Bel
əliklə, Z.V.Toğan Lenin və Stalinin siyasəti ilə razı olmasa da, sosialist 
ideyalarını qiymətləndirirdi. Onun həyatında çox mühüm hadisələr baş  vermişdir, 
milli-
azadlıq  hərəkatına  başçılıq  edərək  doğma  başqırd  xalqına dövlətçilik 
statusunu  qazandırmaq, türk həmrəyliyinə  əsaslanaraq  Türküstanda  basmaçılar 
t
ərəfindən  aparılan  milli-azadlıq  hərəkatına  başçılıq  etmək, türk problemini 
Avropada yaymaq v
ə  nəhayət,  türkçülük  yolunda  genişmiqyaslı  elmi-ictimai 
f
əaliyyət göstərmək.  
Tatar  xalqının  milli-azadlıq  mübarizəsi tarixində  Mirsaid Sultanqaliyev 
(13.7.1892  –  28.1.1940) xüsusi yer tutur. O, 1905-ci il inqilabi hadis
ələrindən 
sonra Bakıya köçmüşdür.  Burada o, inqilabi fəaliyyətlə məşğul olmuş, müəllimlik 
etmiş, kitabxanada işləmiş  və dəfələrlə  mətbuatda çıxış etmişdir. Onun fəaliyyəti 
N.N
ərimanov tərəfindən yüksək qiymətləndirilmişdir (403. 1998, № 3(20)). 1917-
23-cü ill
ərdə bolşeviklər partiyasının üzvü, Rusiya, Tatarıstan, Kazan quberniyası 
v
ə Qırmızı Orduda bir sıra  məsul siyasi və dövlət vəzifələrində  çalışmışdır. 3-cü 
Ümumbaşqırd  Sovetlər  qurultayında  dövlət  aparatında  başqırd  dilindən və 
başqırdlardan  lazımi  qaydada  istifadə  olunmamasını  aradan  qaldırmaq  haqqında 
q
ərar imzalamışdır.  
1917-
ci  ilin  mayında  Sultanqaliyev Ümumrusiya müsəlmanlarının 
qurultayının iştirakçısı olmuş və Müsəlman Sosialist Komitəsinin üzvü seçilmişdir. 
Sonuncuların siyasi proqramları bolşeviklərin proqramı ilə üst-üstə düşürdü. 1917-
ci  ilin  noyabrında  o,  bolşevik  partiyasına  daxil  olmuşdur.  Həmin dövrdə  Rusiya 
Xalq  Milli  İşlər  Komissarlığında  müsəlman bölməsinə  rəhbərlik etmək üçün 
Stalinin d
əvətini  almışdır.  Bundan  başqa,  o  bolşeviklərin hakimiyyətində  bir  sıra 
m
əsul vəzifələrdə  çalışmışdır.  Sultanqaliyev  tatar  silahlı  dəstələrinin  bolşeviklər 
t
ərəfindən Kolçaka qarşı vuruşmasının tərəfdarlarından olmuşdur.  
Sultanqaliyev  türkçü olsa da, 
əsas məqsədi  vahid Turan dövlətinin 
yaradılması  deyildi.  O,  sadəcə  türkdilli  xalqların  birlikdə  mehriban ailə 
ç
ərçivəsində  inkişafının  tərəfdarı  olmuşdur  (403,  1998,  №  3 (20)). Sultanqaliyev 
h
əmfikri olan başqa türkçü kommunistə - Firdevsə yazdığı məktubunda Rusiyanın 
bütün müs
əlman kommunistlərinin  bolşevik  mərkəzinə  qarşı  birləşməsini təklif 
etmişdir.  Bu  məktun Stalinin əlinə  keçdikdən sonra Sultanqaliyev həbs 
olunmuşdur.  Stalin  rus  şovinizminin  və  yerli milli təmayülün  bolşevik  ideyasına 
zidd  olduğunu  etiraf  etsə  də,  yerli milli təmayülə  qarşı  mübarizəsini 
k
əskinləşdirmişdir.  “Sultanqaliyev  işi”  Stalin  tərəfindən  şişirdilmiş  və  yerlərdən 
d
əvət  olunanların  iştirakı  ilə  1923-cü ildə  keçirilən məşhur  RKP  MK  IV 
müşavirəsində bu məsələ xüsusi olaraq geniş müzakirə edilmişdir. Sultanqaliyevə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə