HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   13   14   15   16   17   18   19   20   ...   82

35 
 
rast g
əldiyi müxtəlif millətlərə mənsub fəhlələr arasında qarşıdurma onu sarsıdır. O 
bel
ə fikir irəli sürürdü ki, inqilabi dövrdə, yəni 1905-1917-ci illərdə Cənubi Qafqaz 
xalqları  arasında  tam  milli  həmrəylik var idi. Stalin, sözsüz ki, o dövrü 
ideallaşdırırdı.  Cənubi Qafqazda  mövcud  olan  milli  qarşıdurmanı  o,  burjua 
respublikalarının qoyduqları miras kimi qiymətləndirirdi. Əslində bu, 1918-1920-ci 
ill
ərin mirası deyildi. 
SSRİ-nin bəzi türkəsilli siyasətçilərinin taleyinə qısa nəzər salaq. 
V
əli  İbrahimov  20-ci illərin ikinci  yarısında  Krımda  Mərkəzi  İcraiyyə 
Komit
əsinin sədri vəzifəsində  çalışaraq  milli  təmayül proseslərində  aktiv  iştirak 
etmişdir. O, sovet hakimiyyəti tərəfindən Krım torpaqlarının türk əhalisinin əlindən 
alındığına  qarşı  etiraz  səsini  ucaltmışdır.  Vəli  İbrahimov  Krımda  nümunəvi 
türkdilli respublika yaratmaq niyy
ətində idi və hətta Türkiyəni Krım təcrübəsindən 
yararlanmağa  çağırmışdır.  Stalin  bu  təşəbbüsləri Türkiyə  xeyrinə  casusluq kimi 
qiym
ətləndirmişdir.  20-ci illərin sonunda Vəli  İbrahimov  millətçilikdə  ittiham 
olundu v
ə  məhkəməsi keçirildi. Onun əsas  günahı  Krım  üçün  muxtar  deyil, 
mütt
əfiq respublika statusu və  daha  geniş  səlahiyyətlər istəməsi idi. 1928-ci ildə 
V.İbrahimov  və  onun müavini güllələndikdən sonra yüzlərlə  siyasətçi, məmur, 
milli t
əmayüllü kommunist təqiblərə və cəzalara məruz qaldılar. 
Firdevs (Kerimcanov) İsmail Kerim (1888-1937) Krım tatarları arasında ilk 
olaraq 1917-
ci  ilin  mayında  bolşeviklər  partiyasına  daxil  olmuşdur.  Krımda  bir 
neç
ə  sahə  (xarici  işlər, milli məsələlər, xalq maarifi) üzrə  vəzifələrdə  və  ədliyyə 
komissarı,  respublika  prokuroru  vəzifələrində  çalışmışdır.  O,  Sultanqaliyevlə  bir 
sıra strateji məsələlərdə - müstəqil müsəlman kommunist partiyasının yaradılması, 
SSRİ-nin müsəlman  xalqları  arasında  həmrəyliyin qüvvətləndirilməsi kimi 
probleml
ərdə  həmfikir  olmuşdur.  Stalinin  ittifaq  toplantısında  çıxışından  belə 
m
əlum olur ki, Firdevs Sultanqaliyevin mənəvi rəhbəri  olmuşdur.  1926-cı  ildə 
Krımdan mərkəzə çağırılan Firdevs 1929-cu ildə partiyadan xaric edilmiş, 1937-ci 
ild
ə  həbs  olunmuş  və  Arxangelsk vilayətində  yerləşən Solovki məşhur 
h
əbsxanasında həlak olmuşdur. 
S
ədri Maksudi (1879-1957) Volqaboyu və Sibir türklərinin yaratdığı milli-
m
ədəni muxtariyyətin  başçısı  olmuşdur.  O,  1906-cı  ildən sonra Rusiyada 
yaranmaqda olan bir çox müs
əlman təşkilatlarının ali orqanlarının üzvü olmuşdur. 
Dumaya üzv olark
ən etirazlara baxmayaraq, Maksudinin təklifi ilə  Türkiyə 
parlamentin
ə  əməkdaşlıq  məktubu göndərilmişdir.  Onun  Dövlət  Dumasının 
tribunasından  dediyi  “Gec-tez mənim sizin qədər hüquqlarım  olacaq.  Bizim 
hüquqlarımızı tanımayınca siz Rusiyanı idarə edə bilməyəcəksiniz” sözləri ildırım 
kimi çaxmışdır. Daxil olduğu Kadet Partiyasının qurultayında o, Rusiyada yerlərə 
geniş səlahiyyət verilməsi haqqında məsələ qaldırmışdır. 
1917-
cu  il  mayın  1-də  keçirilən Ümumrusiya müsəlmanlarının  birinci 
qurultayında  Sədri  Maksudi  Rusiyada  yaranan  ümumtürk  ideyasının  daşıyıcısı 
olmuşdur.  O,  Rusiya  müsəlmanlarının  bir-biriləri ilə  pozulmuş  əlaqələrinin 


36 
 
b
ərpasını vacib hesab etmişdir. Həqiqətən də Qafqaz və Türküstandan başqa bütün 
Rusiya müs
əlmanları  və  türkləri  arasında  nəinki mənəvi və  siyasi, hətta  coğrafi 
əlaqə  pozulmuşdu,  onlar  bir-birilərindən xəbərsiz idilər. Maksudinin fikrincə, 
yaradılacaq  qurumda  məhz bu vəziyyət nəzərə  alınmalı  idi.  Nəhayət, 
müs
əlmanların  qurultayı  Rusiya  üçün  “ərazi muxtariyyətinə  əsaslanan xalq 
federativ  respublikası” təklifini qəbul etdi. Dörd aydan sonra, 1917-ci il noyabrın 
20-d
ə Volqaboyu türkləri paytaxtı Ufada olmaqla Rusiya tərkibində yeni dövlətin 
yaradılmasını  bəyan etdilər. Bu dövlətin  Milli  Şurasının  sədri Sədri Maksudi 
seçilmişdir.  Bu  dövlətin təşkilatçıları  gələcəkdə  Rusiyanın  tərkibində  Krım, 
Türküstan, Qazaxıstan, İtil (Volqa)-Ural və Qafqaz daxil olmaqla Türk Federativ 
Respublikasının  yaranmasını  mümkün  saydılar.  Bolşeviklər  bu  respublikanı 
tanımış  və  Stalin  onları  əməkdaşlığa  çağırmışdır.  Sədri  Maksudi  buna  etirazını 
bildirmişdir.  1918-ci ilin aprelində  bolşeviklər silah yolu ilə  bu  respublikanı 
dağıtdılar. Qeyd edək ki, həmin dövrdə bolşevik-daşnak  cütlüyü azərbaycanlılara 
qarşı  da  milli  qırğını  həyata  keçirmişdi.  Bu  hadisələrdən sonra Sədri Maksudi 
silahlı mübarizədən və vəzifədən imtina edərək Türkiyəyə mühacirət etmişdir. 
Əlixan Bukeyxanov (1885-1937) qazax xalqının gələcəyini Qərbə  və Qərb 
m
ədəniyyətinə  doğru  inkişafda  görürdü  (406).  Sankt-Peterburq  meşə  texniki 
institutunu bitir
ərək 1903-cü ildə  Peterburqda  çıxan  “Rossiya.  Polnoe 
qeoqrafiçeskoe  opisanie  naşeqo  kraya”  adlı  18  cildlik  toplunun  Qazaxıstana  aid 
hiss
əsinin müəlliflərindən  biri  olmuşdur.  1905-ci ildən  Kadet  Partiyasının  və 
Dövl
ət Dumasının üzvü, bir neçə qəzetin redaktoru olmuşdur. 14 min 500 nəfərin 
imzaladığı çar idarə üsulundan narazılıq hissini bildirən və “Qarkala petisiyası” adı 
il
ə məşhur olan petisiyanın təşkilatçılarından olmuşdur. Siyasi fəaliyyətinə görə bir 
neç
ə  dəfə  həbs  edilmişdir.  1910-1914-cü illərdə  “Müasir dövlətlərdə  milli 
h
ərəkatın  formaları”  və  “Qazaxlar”  adlı  topluda  bir  neçə  məqalə  çap  etdirmişdir. 
Birinci  ümumqırğız  (ümumqazax)  qurultayının  tapşırığı  ilə  Alaş  Partiyasının 
proqramını  yazmışdır. Partiyanın proqramı Rusiyanı demokratik, federativ, bütün 
xalqlar üçün eyni seçki hüquqlu, milli-
ərazi muxtariyyətli bir dövlət kimi nəzərdə 
tuturdu.  Ə.Bukeyxanov  Oktyabr  çevrilişini tanımamışdır.  1917-ci ilin dekabrında 
milli qurultayda payt
axtı Orenburq olmaqla Alaş-orda adlı qazax muxtariyyəti elan 
olundu. 1919-cu ilin sonuna q
ədər  A.Bukeyxanovun  başçılığı  ilə  Alaş-ordalılar 
bolşeviklərlə mübarizə aparmışlar. 1918-ci il aprelin 2-də Ə.Bukeyxanov V.İ.Lenin 
v
ə İ.V.Stalinlə Qazaxıstanın milli-ərazi muxtariyyətini tanımaq haqqında danışıqlar 
aparmışdır.  Rədd  cavabını  alandan  sonra  da  mübarizəsini  davam  etdirmişdir. 
N
əhayət, admiral Kolçakın məğlubiyyətindən sonra qüvvələrin bərabər olmadığını 
gör
ən A.Bukeyxanov ideya və siyasi rəqibləri olan bolşeviklərlə danışığa girmiş və 
onlardan milli muxtariyy
əti saxlamaq haqqında vədləri aldıqdan sonra mübarizəni 
dayandırmışdır.  Ə.Bukeyxanov  dövlət və  siyasi fəaliyyətindən tamam imtina 
ed
ərək Qazaxıstanda qalmış və elmi fəaliyyətə keçmişdir. 1920-ci ilin oktyabrında 
Qazax Muxtar Sovet Sosialist Respublikasının birinci təşkilat qurultayında iştirak 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə