HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   9   10   11   12   13   14   15   16   ...   82

27 
 
görk
əmli xadimlərindən  sayıldılar  (393,  ss.  641-659). Dünya proletariatının 
h
əmrəyliyi kommunistlərin  aparıcı  siyasi  şüarı  idi.  Həmrəylik məfhumu burjua 
partiyalarına nisbətən sosialistlərdə daha geniş inkişaf etmiş fikir idi. 
Milli t
əmayüllü kommunistlərdə  bəzən həmrəylik hissi elə  kommunist 
ideyasının  öz  inkişafından  doğurdu.  Müsəlman kommunistləri həmrəylik fikrini 
əsas götürüb onu daha çox din və dil birliyində həmrəyliyə yönəldirdilər. Məsələn, 
Az
ərbaycanda Nəriman Nərimanovun  başçılığı  ilə  sovet hakimiyyəti qurulandan 
sonra Sultanqaliyev dünya müs
əlmanları arasında sosialist ideyalarının daha sürətlə 
yayılmasının  reallığını  qiymətləndirmişdir.  Müsəlman kommunistlər, sosialist 
inqilabının  Şərqə  doğru  inkişafına  tərəfdar idilər.  Onların  fikrincə,  inqilab  Şərqə 
doğru  inkişaf  edərdisə,  Rusiyanın  müsəlman  xalqları  daha  qüvvətli ola bilərdi. 
Sultanqaliyev müs
əlman dünyasını kommunist ideologiyasına meylli sayırdı. Onun 
fikrinc
ə,  İslamın  spesifik  keyfiyyətləri  bu  ideologiyanın  yayılması  üçün  zəmin 
yaradırdı  (401,  1970,  №  2,  ss.75-83;  403,1998,  №  3(20)).  Müsəlman 
kommunistl
ərindən N.Nərimanov, M.Sultanqaliyev,  T.Rıskulov, Narbutabekov  və 
b. öz fikirl
ərini 1920-ci ilin iyununda Moskvada keçirilən Kominternin II 
konqresind
ə və Bakıda keçirilən Şərq xalqlarının I qurultayında bildirdilər. Lakin 
bu fikirl
ər qurultaya rəhbərlik edən  Kominternin  başçıları  Zinovyev,  Radek  və 
Bela Kun t
ərəfindən rədd olundu. Beləliklə,  Rusiyanın  milli  təmayüllü 
kommunistl
ərinin əsas problemi onların mərkəz tərəfindən başa düşülməmələri idi. 
Sosializm  ideyaları  isə  öz növbəsində  Şərqə  doğru  inkişaf  etməkdə  idi. 
1920-ci ild
ə  Türkiyə,  İran,  Misir,  hətta  Yava  adasında  (İndoneziya)  sosialist 
yönümlü partiyalar yaransa da, dini, milli v
ə digər yerli xüsusiyyətlər ucbatından 
bolşevizmə  əsaslanan dövlətlər  qurulmadı.  Geniş  xalq  kütlələri  bolşevizmi  qəbul 
etm
ədilər. Moskvada yaranmış Şərq zəhmətkeşlərinin Kommunist Universitetində 
d
ərs deyən  bir  sıra  şərqçi kommunistlərin  -  N.Nərimanov,  T.Rıskulov,  Əhməd 
Baytursun v
ə  hindli Mobendra Nat Royun səyləri nəticəsində  bura “millətçi-
kommunistl
ərin”  toplantı  yerinə  çevrilmişdi  (393,  ss.165-166, 107). Bütün 
mane
ələrə  baxmayaraq, milli həmrəylik  düşüncəsi  bolşevik  Rusiyasında  inkişaf 
etm
əkdə idi. 
Müs
əlman  respublikalarında  milli  dilin  inkişafına  bolşeviklər tərəfindən 
veril
ən icazə bir çox hallarda milli maraqlardan daha çox siyasi maraqlardan irəli 
g
əlirdi. Bolşeviklər yerlərdə fəhlələrlə kəndlilər arasında lazımi həmrəylik yarada 
bilmirdi. K
əndlilər sanki inqilabdan və  inqilabi təbliğatdan  kənarda  qalmışdı. 
Şəhərlərdə yaşayan fəhlələr rus dilini zəif də olsa bilirdilər. Müsəlman kəndlilər isə 
bu bilikd
ən tam məhrum idilər. Kənd sovetləşəndən və  torpaq məsələsi Stalinin 
ist
ədiyi kimi həll olunandan sonra kəndlinin siyasəti bilib-bilməməyi yəqin 
boşeviklər üçün artıq heç bir məna kəsb etmirdi. Bu səbəbdən də milli dilin, milli 
kadrların geniş inkişafı öz siyasi əhəmiyyətini itirmişdi. Müqayisə üçün deyək ki, 
Krım-Tatar  Respublikasının  1939-cu illərdə  dövlət  aparatlarında  çalışan  milli 
kadrlar 20-ci ill
ərə nisbətən bir neçə dəfə azlıq təşkil edirdi. 


28 
 
Xalqı  milli  təmayüllü kommunistlərə  qarşı  qaldırmaq,  əslində  süni və 
uydurma olan “ümumxalq”  mövqeyini formalaşdırmaq  məqsədi ilə Stalin məşhur 
“Sultanqaliyev 
əksinqilab təşkilatı”nın fəaliyyəti haqqında sənədlərin toplanmasını 
tapşırdı.  Araşdırma  göstərir ki, həqiqətən də  Sultanqaliyev milli təmayüllü 
kommunist  olmuşdur.  Onun  milli  maraqlar  mövqeyindən irəli sürdüyü tələb 
Rusiyada  mövcud  olan  türk  xalqlarına  muxtariyyət deyil, müttəfiq respublika 
statusunun verilm
əsi idi. O, Orta Asiya müsəlmanlarını  əhatə  edən  Türküstanın 
muxtar deyil, mütt
əfiq  respublika  statusunda  olmasını  təklif edirdi. Sonralar o, 
SSRİ-də  dörd  türk  respublikasının  yaradılmasının  tərəfdarı  idi:  Ural-Volqa 
respublikası, Qafqaz federasiyası, Turan respublikası və Qazax respublikası (389, 
1990,  №  10,  ss.76,  82).  Bu  fikir mənşəcə  türk olan bir çox milli təmayüllü 
kommunistl
ərin  düşüncələri ilə  üst-üstə  düşürdü.  1928-1929-cu illərdə 
Sultanqaliyevin t
ərəfdarları kimi bir qrup kommunist xarici pantürkist təşkilatları 
il
ə əlaqədə təqsirləndirilərək həbs olundu (134, 4 noyabr 1929). 
Müs
əlman milli təmayüllü kommunistlər ilə Rusiyanın başqa xalqlarından 
olan milli t
əmayüllü kommunistlərin  arasında  bir  fərq var idi: ukrain, gürcü, 
erm
əni milli təmayüllü kommunistlər  ancaq  öz  xalqlarının  yollarını 

əyyənləşdirərək azadlığı öz xalqları üçün görürdülər, müsəlman milli təmayüllü 
kommunistl
ər isə  bütün müsəlman  şərqinin  azadlığını  düşünürdülər. Müsəlman 
milli t
əmayüllü kommunistlərin  Şərq  inqilabı  barədə  formalaşmış  mövqeləri var 
idi.  Onların  fikrincə, bu inqilab ilk əvvəl milli-azadlıq,  yəni hər  hansı  xarici 
asılılıqdan  azad  olmaq  məqsədi güdməli  idi.  Bu  inqilab  sosial  xarakter  daşımalı, 
yerli istismarçılara, xurafat meylli dindarlara qarşı yönəlməli idi. Əgər milli azadlıq 
inqilabı  ilə  sosialist  inqilabı  arasında  ziddiyyət  əmələ  gələrdisə, milli təmayüllü 
kommunistl
ər milli azadlığı sosial azadlıqdan daha önəmli sayardılar. 
Bir çox respublikalarda kommunistl
ər arasında milli təmayülçülük kollektiv 
xarakter  daşıyırdı.  Kommunist  Partiyasının  VII  Tatarıstan  vilayət  konfransında 
tatar  kommunistl
əri tərəfindən  kollektiv  şəkildə  milli təmayüllü qərarlar qəbul 
olundu. Bu q
ərarlarda  icra  aparatlarının  yerli  müsəlman  əhalisi  hesabına 
formalaşması  və  dövlət  strukturlarının  yerli  qeyri-proletar ünsürlərdən 
t
əmizlənməsi haqqında mərkəzin göstərişlərinin rədd edilməsi tələb olunurdu (403, 
1998,  №  3(70)).  1923-cü ildə  partiyanın  VIII  konfransında  mərkəzə  qarşı  siyasi 
müharib
ə  elan edən  Tatarıstan  artıq  1924-cü ildə  vilayət partiya təşkilatının  IX 
konfransında  barışdırıcı  mövqedən  çıxış  etdi.  Konfransda qəbul olunan qərarda 
deyilirdi ki, mill
ətçi türklər öz mövqelərinə  bəraət  qazandırmaq  üçün  rus 
şovinizmini  uydurmuşlar.  Amma  bu  qərar da tatar milli təmayüllü 
kommunistl
ərinin qabağını saxlamadı. 20-ci illərin ikinci yarısında Tatarıstanın 10 
n
əfər xalq  komissarı  Moskvaya  gedərək  Tatarıstanın  mənşəcə  rus olan vəzifəli 
adamlarını tatar xalqına zidd siyasətdə ittiham edən şikayətlər etdilər (403, 1998, 
№  3(20)).  Mərkəzi hökumət  bu  şikayəti özünəməxsus  şəkildə  həll etdi. Sonralar 
1929-cu ild
ə  Tatarıstanda fəaliyyətdə  olan  “Tatarşünaslıq”  mərkəzi ləğv  olundu. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə