HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   8   9   10   11   12   13   14   15   ...   82

25 
 
Sultanqaliyevin dediyin
ə görə, bəzən “sağçılar” adlanan milli təmayülçülər, 
özl
ərini “milliyyətçi  deyil,  sosialist  kimi  tanıdırdılar”  (84,  s.273) Sultanqaliyevin 
“sağçılar”  (yəni milli təmayülçülər  -  H.H.) qrupunun məqsəd və  hədəfləri
“Müst
əmləkə və millətlər məsələsi” adlı yazısından da aydın olur ki, N.Nərimanov 
SSRİ üzrə bu qrupun aparıcı xadimlərindən idi. Sultanqaliyev xüsusi vurğulayır ki, 
SSRİ  Sovetlərin  X  qurultayında  çıxış  etməzdən  əvvəl o, məhz N.Nərimanovla 
mill
ətlər məsələsi ilə  əlaqədar partiyadaxili hərəkata  başlamaq  haqda  razılığa 
g
ələrək Gürcüstanı bu işə cəlb etmişlər. Kommunist partiyasının XII qurultayında 
milli m
əsələlərə  dair xüsusi platforma müzakirəyə  çıxarılmışdır.  Qurultayqabağı 
müzakir
ələrdə  Sultanqaliyevin və  N.Nərimanovun təqdim olunan platforma ilə 
bağlı fikir ayrılığı aşkarlanmışdır. Onların təşəbbüsü ilə “milli kadrolardan” ibarət 
fraksiya  toplantısı  keçirilmişdir.  Tatarıstandan  Muxtarovun,  Gürcüstandan 
Maxaradze, Mdivani v
ə  Tsintsadzenin, Türküstandan  Rıskulovun,  Qazaxıstandan 
Mendişev  və  Mirzə-Qaliyevin  iştirak  etdikləri  bu  toplantı  N.Nərimanovun və 
Sultanqaliyevin giriş sözü ilə başlandı. Toplantıda milli məsələlərin əsas prinsipləri 
üzr
ə  fikir birliyi üzə  çıxdı.  Eyni  platformadan  çıxış  etmək məqsədi  ilə  bir neçə 
komissiya  yarandı.  Siyasi  komissiyaya  N.Nərimanov,  Maxaradze,  Rıskulov, 
Muxtarov,  Korkmazov  daxil  oldular.  Bundan  başqa  İqtisadi,  Hərbi, Sosial-
m
ədəniyyət komissiyaları da təşkil olunmuşdu (84, s.272-275). 
Halit  Kakıncın  “Sultanqaliyev  və  milli  kommunizm”  adlı  əsərində 
Az
ərbaycan  mövzusu  geniş işıqlandırılır. Əsərin “Ön söz”ündə  müəllif qeyd edir 
ki, “Az
ərbaycan lideri N.Nərimanovun məqalələrini  topladım”  (85,  s.  13). 
“Calışma  yöntemi”  adlı  giriş  sözündə  müəllif Sultanqaliyevin milli ruhlu 
siyas
ətinin  formalaşmasında  Ə.Hüseynzadənin  “böyük  rol  oynadığını”  vurğulayır 
(85,  s.14).  Əsərin ikinci bölməsində  üç paraqraf –  “Kazandan Azərbaycana 
Cedidçilik”, “Az
ərbaycan-Türküstan xətti və Cedidçilik”, “Əli bəy Hüseynzadənin 
görüşləri və Sultanqaliyevin düşüncəsinə etkiləri” birbaşa Azərbaycana həsr edilib 
(85, s.101-
107,  116,  117).  Bunlardan  başqa,  tədqiqata  əlavə  olaraq 
Ə.Hüseynzadənin “Sola, sola, sol tərəfə!”  yazısının,  N.Nərimanovun tərcümeyi-
halı  və  onun  V.İ.Leninə  “Dəhşətli  bir  durum  yaranmışdır...” sözləri ilə  başlanan 
m
əktubunun tam mətni verilib (85, s.290-293). Müəllif “Türkçülük-Turançılıq” 
haqda  maraqlı fikir söyləyir: “Krımlı  İsmail Qaspralı ilə başlayıb,  Kazanlı Yusuf 
Akçura il
ə  sistemləşdirilən, azərbaycanlı  Əlimərdan bəy  Topçubaşov  və  Əli  bəy 
Hüseynzad
ə  ilə  qabaqcıl  fikirlərə  bürünmüş  Türkçülük  Türkiyədə  tamam  başqa 
şəkildə  qəbul  edilmişdir.  Ziya  Gökalp  ilə  rəsmi dövlət  fikri  formasını  almışdır. 
Nihal Atsız ilə  romantik həmfikirlik xüsusiyyəti kəsb etmişdir” (85, s. 115-116). 
Bu sadalamada
n aydın olur ki, qeyd olunan şəxslərin hər biri Türkçülük qarşısında 
duran v
əzifələri öz dövrünə  uyğun  müəyyən  etmişlər.  İsmail  Qaspralı  “dildə, 
fikird
ə  və iştə birlik” təklif etdi. Yusuf Akçura isə bu birlik çağırışının reallaşma 
yolları  kimi  üç  yol  təklif  etdi:  Osmanlı,  İslam,  yaxud  Türkçülük  bayrağı  altında 
birl
əşmək. Əli bəy Hüseynzadə türk xalqlarının inkişafını “türkləşmə, islamlaşma, 


26 
 
müasirl
əşmə”də  gördü.  Əlimərdan bəy  Topçubaşov  bu  ideyaların  reallaşmasını 
Rusiya müs
əlmanlarının  öz  hüquqlarının  təmin edilməsi məqsədi ilə  vahid bir 
siyasi partiya t
ərkibində birləşməsində  və bu yolda mübarizə aparmasında  gördü. 
N.N
ərimanov və  M.Sultanqaliyev tarixi səhnəyə  gəlmiş  və  getdikcə 
möhk
əmlənməkdə  olan rus-bolşevik  dövlətçiliyi  şəraitində  Türkçülük  ideyasının 
yaşamasını  və  inkişafını  “kommunist  ideologiyasının  çərçivəsində  milli 
t
əmayülçülük”də  görürdülər. Sultanqaliyev qeyd edirdi ki, milli təmayülçülük 
siyas
ətinə  görə  SSRİ-nin yüksək rütbəli xadimi olan N.Nərimanov da daxil 
olmaqla Şərq respublikaları liderlərinin hamısı təqib olunurdular (85, s.225). 
Sovet hakimiyy
əti qüvvətləndikcə  bolşevik  mərkəzindən müsəlman 
kommunistl
ərinə  qarşı  ideoloji  mübarizə  güclənirdi. Onlar proletar həmrəyliyinə 
zidd olan müxt
əlif həmrəylik hərəkatlarında  ittiham  olundular.  Pantürkizm, 
panturanizm v
ə  panislamizm  kimi  ittihamlar  baş  alıb  gedirdi.  Lakin  istər 
pantürkizm, ist
ər də panislamizm ideyalarına verilən mürtəce məna tam əsassız idi. 
Pantürkist v
ə  panislamist deyə  ittiham edilən siyasətçilər o sözə  verilən mürtəce 
m
ənadan çox uzaq idilər. Onlar sadəcə türk xalqları arasında həmrəyliyin tərəfdarı 
idil
ər. Hətta bolşevik ideyalarına sadiq qalan siyasətçilər də kommunizm, sosializm 
ideyalarını  öz  xalqlarının  real  həyatı  ilə  uzlaşdırmaq  məqsədi güdürdülər. Onlar 
inqilabi h
əyata sinfi mübarizədən keçərək gəlməmişdilər, əksinə, inqilabi mübarizə 
onları  milli  azadlıq  yolundan  keçirərək  sosializm  ideyalarına  gətirib  çıxarmışdı. 
Müs
əlman  xalqları  çox  geridə  qalmışdılar.  Ona  görə  də  pantürkizm və 
panislamizm ideyalarını daşıyan ziyalılar belə hesab edirdilər ki, ancaq dil və din 
h
əmrəyliyinin yaranacağı təqdirdə bu gerilik qısa müddətdə aradan qaldırıla bilər. 
Tanınmış sovetoloqlar olmuş A.Benniqsenin, Ş.Lemerse-Kelkejenin və S.Uimbişin 
d
ə  yazdıqlarına  görə  milli təmayüllü kommunistlər sadəcə  sosializmə  gedən “rus 
yolu” il
ə  “Şərq yolu”nun fərqlərini  aydınlaşdırmağa  və  sosializmin prinsiplərini 
müs
əlman  xalqlarının  iqtisadi,  siyasi,  tarixi,  sosial  və  hətta  dini  şəraiti ilə 
uzlaşdırmağa çalışırdılar. A.Benniqsen və Ş.Lemerse-Kelkeje belə hesab edirlər ki, 
Sultanqaliyev v
ə  onun həmfikirləri bu vəzifələri yerinə  yetirmək üçün 
müs
əlmanların kommunist hərəkatının müstəqil inkişafını yaratmaq fikrində idilər 
(393, s.133; 348). 1918-ci ild
ə Rusiyanın müsəlman kommunistlərinin qurultayının 
keçirilm
əsində məqsəd müsəlman kommunistlərinin muxtar səlahiyyətli olması idi. 
M
əqsəd Müsəlman  Kommunist  Partiyasını  yaratmaq  və  onu Rusiya Kommunist 
Partiyası  ilə  federativ əsaslarla birləşdirmək  idi.  Qurultayın  bir  çox  üzvü  Rusiya 
Kommunist Partiyasının sıralarından çıxıb yeni təşkil olunan partiyanın üzvlüyünə 
daxil  oldular.  Qurultayın  qərarları  Sovet  rəhbərləri tərəfindən  ciddi  narazılıqla 
qarşılandı. 
O dövrd
ə  panislamizm və  pantürkizm məfhumları  daha  çox  müstəmləkə 
v
əziyyətində  olan,  istismar  olunan  xalqların  həmrəyliyi demək idi. Buna görə  də 
Rusiyada f
əaliyyət göstərməkdə  olan müsəlman “milli təmayüllü kommunistlər” 
bir çox dünya aliml
əri tərəfindən sonralar inkişaf etməkdə olan üçüncü dünyanın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə