HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   11   12   13   14   15   16   17   18   ...   82

31 
 
m
əkrinin  qurbanı  olmuşlar,  amma  onların  fəaliyyətini ancaq bununla 
qiym
ətləndirmək olmaz. Onların bir çoxu kommunist ideyasına səmimi inanmışlar, 
lakin onlar öz h
əyatlarını  daşıdıqları  ideya  yolunda  deyil,  xalqlarını  əzablı 
yollardan  çıxarmaq  yolunda  qurban  vermişlər.  Z.V.Toğan  bolşeviklərlə 
əməkdaşlığı  xalqı  üçün  yeganə  çıxış  yolu  sayan  bolşevik  olmuşdur.  Lakin 
Başqırdıstan müttəfiq deyil,  muxtar respublika statusu alandan sonra, qarşıdurma 
əmələ gələrkən o, vəzifələrdən imtina edərək xalqı silahlı üsyandan çəkindirmiş və 
mühacir
ətə  getmişdir.  Türküstana  gedib  türkdilli  qardaşları  olan  basmaçılarla 
birlikd
ə  sovet hakimiyyətinə  qarşı  vuruşmuşdur.  Lakin  bu  vuruşun  da  bir  nəticə 
verm
əyəcəyini gördükdə Z.V.Toğan xalqına bolşeviklərlə əməkdaşlığı kəsməməyi 
tövsiy
ə  edərək Türkiyəyə  mühacirətə  getmişdi.  O,  başqırd  xalqına  yazdığı  vida 
m
əktubunda bütün çətinliklərə  baxmayaraq, siyasətçilərə  tövsiyə  etmişdir  ki, 
Başqırdıstandan  getməsinlər.  Z.V.Toğan  başqırdları  bolşeviklərlə  əməkdaşlıq 
etm
əyə, bolşevik dövlət strukturlarında  və sosialist sənaye ocaqlarında çalışmağa 
çağırmışdır. O, məktubunda deyirdi ki, yeganə qorxu dili və dini itirməkdir, bunları 
qorumaq  lazımdır,  gec-tez  azadlıq  havası  gələcək və  başqırd  xalqı  bu  gün  üçün 
hazır  olmalıdır.  Lakin  M.Sultanqaliyev  Z.Validinin  sovet  hakimiyyətindən 
uzaqlaşmasını  səhv  sayırdı  və  onu sovet hakimiyyəti ilə  əməkdaşlığa  çağırırdı 
(84,  s.78).  Bununla  yanaşı,  M.Sultanqaliyev  Z.Validinin  və  N.Nərimanovun 
dostluğu  haqda  xüsusi  vurğulayır  (84,  s.80).  Böyük  türkçü  M.Sultanqaliyev 
h
əyatının sonuna qədər bolşeviklərlə əməkdaşlıq etmişdir və xalqı tərəfindən məhz 
bu  f
əaliyyətinə  görə  yüksək qiymətləndirilmişdir.  Tatar  siyasətçisi S.Maksudi 
müst
əqil tatar dövlətinin  başçısı  olaraq  bolşeviklər gələrkən  silahlı  mübarizədən 
xalqını  çəkindirərək hakimiyyətdən imtina edib Türkiyəyə  mühacirət  etmişdir. 
Sultanqaliyevin h
əbsi  Krım  tatarı  olan  Firdevsi  bolşeviklərlə  əməkdaşlıqdan 
ç
əkindirməmiş və “millətçilik siyasətinin” nəticəsi olaraq “ölüm sürgünü” adlanan 
Solovkiy
ə  sürgün  olunmuş  və  orada həlak  olmuşdur.  Əməkdaşlığın  belə  qanlı 
n
əticələri  qazax  kommunisti  T.Rıskulovun  da  yolunu kəsə  bilməmişdir.  O, 
bolşeviklərin hökumət strukturlarında fəaliyyətini davam etdirmiş və nəticədə qətlə 
yetirilmişdir.  Bu  qətllər Özbək kommunisti Feyzulla Xocayevin də  qarşısını  ala 
bilm
əmişdir. O, xalqına azadlıq gətirməkdə təqsirləndirilmiş və qətlə yetirilmişdir. 
Böyük türkçü alim v
ə  siyasətçi Bəkir Çobanzadə  istər Azərbaycanda, istərsə  də 
Krım-Tatar  Respublikasında  bolşeviklərlə  əməkdaşlıq  edərək, sovet hakimiyyəti 
dövründ
ə türk xalqlarının dilini qorumaq yolunda yorulmaz fəaliyyət göstərmişdir. 
20-ci ill
ərdə  yaranmış  Turan  Sosialist  Partiyası  ilə  əlaqədar  Qırğızıstanda 
A.Sıdıkov  və  İ.Arabayev,  Qazaxıstanda  T.Rıskulov,  S.Seyfullin  və  başqaları  bu 
partiya il
ə əlaqədə ittiham olundular. 
1925-1933-cü ill
ərdə  Qazaxıstana  rəhbərlik edən  F.İ.Qoloşşekin  adlı 
bolşevik 1925-ci ildə bəyanat verərək Qazaxıstanda hələ də sovet hakimiyyətinin 
qurulmadığını,  hər  şeyi  sıfırdan  başlamağın  vacibliyini  bildirdi.  O,  bu  bəyanatla 
əslində vətəndaş müharibəsini bərpa etmək ideyasını irəli sürürdü. Qoloşşekin yerli 


32 
 
s
ənayenin  inkişafını,  yerli  kadrların  irəli çəkilməsini təklif edənləri sovet 
hakimiyy
ətinə zidd gedənlər siyahısına salaraq təqib edirdi. O, milli təmayülçülük, 
pantürkizm, mill
ətçilik bəhanələrindən mübarizəni  genişləndirmək və 
şiddətləndirmək üçün istifadə  edirdi.  Qazaxıstanın  görkəmli milli təmayülçü 
kommunistl
əri  T.Rıskulov,  S.Xocanov,  S.Mendeşev,  S.Sadvakosov,  O.Candostov 
v
ə  başqaları  Qazaxıstandan  köçməyə  məcbur oldular. Bəzi qazaxlar hətta Çin
Əfqanıstan  və  İrana  köçdülər. Bu illərdə  müsadirə  faktları  daha  geniş  vüsət  aldı. 
SSRİ-də milli ziyalıların burjua millətçi damğası ilə həbs edilmələri Qazaxıstanda 
Qoloşşekin  tərəfindən hələ  1928-ci ildə  başlanmışdı.  Vaxtilə  azərbaycanlıların 
q
ənimi, N.Nərimanovun  əsas siyasi rəqiblərindən  olmuş  Levon  Mirzoyan  1925-
1929-ci ill
ərdə  Azərbaycan  Kommunist  Partiyasının  katibi  işlədikdən sonra 
Qazaxıstanda Kommunist Partiyasının birinci katibi vəzifəsində işləmişdi (382, 26 
sentyabr  2002).  L.Mirzoyan  Stalinin  ünvanladığı  məktubdan  sonra  Qazaxıstanda 
milli t
əmayülə qarşı qanlı mübarizəni daha da gücləndirdi (389, 1990, № 9, s.79). 
M
əhz  L.Mirzoyanın  dövründə  Qazaxıstanda  Saken  Seyfullin,  Turar  Rıskulov, 
Alixan  Bukeyxanov  kimi  böyük  şəxsiyyətlər həbs olunub qətlə  yetirildiyi halda, 
sonralar ona yen
ə də bəraət qazandırırlar. Hələ 1936-1938-ci illərdə Qazaxıstanın 
ən  böyük  şəhərlərindən olan Taraz (1938-ci ildən sonra Cambul) Levon 
Mirzoyanın  adını  daşımışdır.  Levon  Mirzoyanın  anadan  olmasının  105-ci 
ildönümü  Qazaxıstanda  qeyd  olunmuş,  Alma-Atada  onun  yaşadığı  evin  üzərində 
xatir
ə  lövhəsi  asılmışdır.  Taraz  şəhərində  onun heykəlinin  ucaldılması  haqqında 
t
əklif irəli sürülmüşdür. Qazaxıstanın bir neçə şəhərində onun adına küçələr indiyə 
q
ədər vardır. 
Milli  azadlıq  yolunda  türk  xalqları  müxtəlif mövqeli xadimləri irəli 
ç
əkmişdir. Onların fəaliyyətinə nəzər salsaq, deyə bilərik ki, onlardan bəzisi daha 
düz, b
əzisi səhv  yolda  olmuşlar.  Hətta bəzən  onların  öz  aralarında  ölüm-dirim 
mübariz
əsi də  getmişdir.  Lakin  bir  məsələ  aydındır  ki,  onların  bir  qismi  xalqını 
azadlığa  aparmaq  ideyası  ilə  yaşamışdır.  Belə  vəziyyət demək olar ki, Rusiya 
t
ərkibində olan bütün xalqlar üçün səciyyəvi olmuşdur.  Təsadüfi deyildir ki, bəzi 
siyas
ətçilər sosialist kimi başlayıb, sonralar demokratik xəttə tərəf meyllənmişlər. 
Maraqlıdır  ki,  tatar  xalqının  o  dövr  tarixinin  ən görkəmli  sayılan  şəxsiyyəti 
müst
əqil dövlət qurmaq fikrində  olan siyasətçilər deyil, sovet hakimiyyəti 
dövründ
ə  xalqının  hüquqları  uğrunda  mübarizəyə  başçılıq  edən kommunist 
Sultanqaliyev  sayılır.  M.Sultanqaliyevlə  birlikdə  76 nəfər ittiham olunaraq 
müxt
əlif cəzalara məhkum  edilmişdi.  Sultanqaliyevlə  mübarizə  üsulları  yerli 
əhalidə  qorxu  xofu  yaradırdı.  1924-cü  ilin  mayında  Tatar  Vilayət Partiya 
t
əşkilatının IX konfransında qeyd olunurdu ki, “rus şovinizmi” “yerli  millətçilər” 
t
ərəfindən uydurulan bir məfhumdur.  Lakin  ayrı-ayrı  buna  bənzər  çıxışlar  xalqın 
ümumi fikrini 
əks etdirmirdi. 
Zaman çox mür
əkkəb  idi.  Ziyalılar  da,  siyasətçilər də  axtarışda  idilər. 
Onların  axtarışları  bəzən  tarixi  reallıq  ilə  hesablaşmalı  idi.  Əgər  M.Ə.Rəsulzadə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə