HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   12   13   14   15   16   17   18   19   ...   82

33 
 
sosial-demokrat mövqed
ən millətçi mövqeyə  doğru  inkişaf  etmişdisə, qazax 
siyas
ətçisi və  ziyalısı  Əlixan  Bukeyxanov  və  Krım  tatarlarının  Milli  Firqə 
Partiyasının  başçıları  millətçi mövqedə  qalaraq, öz müstəqil dövlətçilik 
iddialarından  imtina  edib,  bolşeviklərlə  əməkdaşlığa  girərək milli dövlətçilik 
uğrunda  mübarizələrini  yeni  şəraitdə  davam  etdirmişlər. N.Nərimanov isə  elə 
əvvəldən  xalqının  inkişafını  sosialist  ideyaları  zəminində  həyata keçirmək 
haqqında düşünmüşdür. 
Bolşeviklər üçün hər  hansı  milli  düşüncəli  şəxs  eyni dərəcədə  qorxulu 
olmuşdur, xalq üçün isə əksinə, eyni dərəcədə əziz olmuşdur. Məsələn, qazax xalqı 
üçün köç
əriliyi sovet təqiblərindən  qoruyan  T.Rıskulovun  və  köçəriliyin qazax 
xalqını geridə qoyduğunu israr edən S.Seyfulinin xatirələri eyni dərəcədə əzizdir. 
Qazax xalqı bəzi məsələlərə münasibətdə öz mövqeyində fərqli olsa da, bir-biriləri 
il
ə  sinfi mübarizə  aparan Saken Seyfulin və  Əlixan  Bukeyxanovun,  sovet 
hakimiyy
ətinin  quruculuğunda  fərqli  baxışları  olan  Turar  Rıskulovun  və  Saken 
Seyfulinin xatir
əsini eyni dərəcədə  qoruyur və  hörmət edir. Hər siyasətçinin öz 
tarixi missiyası və tarixdə öz yeri vardır. 
Rusiya imperiyası dağılarkən Sədri Maksudi ilə Z.V.Toğan arasında siyasi 
mübahis
ə  baş  vermişdir.  Z.V.Toğan  ayrıca  başqırd  dövlətinin, Sədri Maksudi isə 
birl
əşmiş  tatar-başqırd  dövlətinin  yaradılmasının  tərəfdarı  olmuşdur.  Bununla 
yanaşı,  Z.V.Toğan  Rusiyada  bütün  türk  xalqları  və  onlar tərəfindən  yaradılacaq 
qurumlar  arasında  sıx  əlaqələrin  qurulmasının  tərəfdarı  idi.  Z.V.Toğan  XX  əsrin 
20-ci ill
ərində  türk  xalqlarının  dirçəlişi  üçün  ən  əlverişli  variant  kimi  onların  ilk 
əvvəl Rusiya tərkibində  qurulacaq muxtariyyətini  görmüşdür.  Sədri Maksudi və 
Validi  Toğan  tarixə  Rusiyada  yaşayan  türk  xalqlarının  oyanışında, 
siyasil
əşməsində, milli özünəqayıdışında, dövlətləşməsində böyük xidmətləri olan 
türkçü  kimi  daxil  olmuşlar.  Bununla  yanaşı,  qeyd  etməliyik  ki,  onların  istər 
Rusiyada  yaşadıqları,  istərsə  də  Türkiyədə  mühacirətdə  olduqları  dövrlərdə  öz 
aralarında  münasibətləri gərgin  olaraq  qalmışdır.  Bu  isə  yeni  nəslin onlara olan 
mövqeyind
ə heç bir fərq yaratmamalıdır. 
1920-ci ill
ərdə  bolşeviklər  Krıma  gələrkən iqtidarda olan Milli Firqə 
Partiyası sovet hakimiyyətini qəbul edərək bolşeviklərlə əməkdaşlığa girmişdir. Bu 
partiyanın üzvləri sovet hakimiyyətinə loyal siyasətçilər kimi muxtar respublikada 
müxt
əlif sahələrdə fəaliyyət göstərmişlər. Türkçülük meyli olan siyasətçilər isə bir-
birinin  ardınca  təqib  olunmuşlar.  Krım  Xalq  Komissarları  Sovetinin  sədri 
V.İbrahimov həbs olunaraq güllələnmişdir. 
“Alaş”  təşkilatına rəhbərlik edən qazax muxtariyyətçiləri oktyabr 
çevrilişindən sonra bolşeviklərin hakimiyyətini tanımayaraq Leninlə muxtariyyətin 
şərtləri haqqında danışıqlara başladılar.  Lakin bundan bir nəticə əldə  etmədikdən 
sonra Lenin
ə  qarşı  mübarizəyə  girişdilər və  nəhayət,  daha  sonra  bolşeviklərlə 
əməkdaşlıq etdilər. Sonda bunların da çoxu bolşeviklər tərəfindən məhv edildilər. 
Qazaxıstanda 20-ci illərdə artıq əhalini köçərilik həyatından məcburi çəkindirmək 


34 
 
meyll
əri  çox  narazılıqlar  yaratdığından  minlərlə  insan həlak  olmuşdur.  Bu 
h
ərəkatın  qabağını  almaq  istəyənlərdən A.Bukeyxanov, M.Dulatov, A.Baytursun, 
T.Rıskulov,  İ.Sadvokasov  və  b. cəzalandırılmışlar.  Qazaxlardan  milli 
t
əmayülçülüyə  görə  M.Qataullin,  A.Asılbekov,  S.Nurpeisov,  K.Sarımuldaev, 
U.Kulumbetov, Q.Toqj
anov,  T.Rıskulov,  N.Nurmakov,  A.Bukeyxanov, 
S.Xodjanov v
ə  başqaları  edam  olunmuşlar.  Türküstanda  “millətçiliyə”  qarşı 
mübariz
ə  basmaçılığın  üzərində  qələbə  çalınandan  sonra  geniş  vüsət  aldı.  Qətlə 
yetiril
ənlər arasında görkəmli yazıçılarla yanaşı, Xalq Komissarları Sovetinin sədri 
F.Xocayev v
ə Özbəkistan kommunistlərinin başçısı A.İkramov olmuşdur. Bunlarla 
yanaşı,  rus  şovinizmi  üstündə  bir nəfər də  olsun siyasətçi və  ziyalı 
c
əzalandırılmamışdır. 
Az
ərbaycan tarixində də hər siyasətçimizin öz yeri  vardır. Əgər Məmməd 
Əmin  Rəsulzadə,  Əlimərdan bəy  Topçubaşov,  Fətəli xan Xoyski, Nəsib bəy 
Usubb
əyov və  b. müstəqil dövlətimizi yaratmaqda əvəzsiz tarixi xidmətlər 
etmişdirlərsə, N.Nərimanov sovet rejiminin  ən qəddar  dövrü  olan  bolşevik 
dövründ
ə  xalqımızın  tarixi  maraqlarını  qorumaqda  əvəzsiz  rol  oynamışdır. 
N.N
ərimanovun nəinki sağlığında, hətta ölümündən sonra da onun ətrafındakıları 
milli t
əmayüllü  kommunist  adlandıraraq  təqib etməyə  başlamışlar.  N.Nərimanov 
h
ətta ölümündən  sonra  bolşeviklər, solçular tərəfindən  “satqın”,  “təxribatçı”, 
“agent”, “g
ələcək millətçi” kimi təqib olunmuşdur (408, 1998, № 3(20)). 1991-ci 
ild
ə  Sovet  İttifaqının  asanlıqla  dağılması  da  bir  növ  məhz belə  siyasətçilərin və 
ziyalıların müəyyən fəaliyyətlərinin nəticəsi olmuşdur. İndi azadlığa çıxan xalqlar 
h
əmin övladlarına heykəllər ucaldırlar, şəhər, meydan və küçələrə onların adlarını 
qoyurlar. Onlar tarixin 
ən  ağır  dövrlərində  xalqını  başsız  qoymamışlar,  vəzifəni 
şəxsi mənafeləri üçün istifadə  etməmişlər. Onlar üçün vəzifə, istər dövlət və 
partiya işlərinin icrası üçün, istərsə də ziyalı sözünü demək üçün ən səmərəli vasitə 
olmuşdur. 
B
əs, sovet hakimiyyətində  milli təmayülçülük hərəkatının  əsas mahiyyəti 
n
ədən ibarət  olmuşdur?  Bolşeviklər  inqilablar  dalğası  üzərində  hakimiyyətə 
g
əlmişdilər. Onlar elə  bilirdilər ki, əhalidə  sinfi  düşüncəni  oyatmışlar.  Amma 
əslində  inqilab  milli  düşüncəni  oyatdı.  Bolşeviklərin fikrincə,  inqilabın  ortalığa 
qoyduğu  əsas siyasi məsələ  sinfi mübarizə  və  sinfi həmrəylik idi. Amma onlar 
hakimiyy
ətə gələrkən gördülər ki, əhalini narahat edən əsas məsələ milli həmrəylik 
v
ə  bu zəmində  öz  hüquqları  uğrunda  apardıqları  mülətlərarası  mübarizədir. 
Bolşeviklər hakimiyyətə  gələrkən elə  fikirləşirdilər ki, əhalidə  proletarlaşmaq 
meyll
əri olacaqdır. Lakin həyat göstərdi ki, əhali daha çox millətləşməyə meyllidir. 
Bolşeviklər hakimiyyətə  gələrkən  proletariat  diktaturasını  həyata keçirmək 
ist
əyirdilər. Lakin həyat yerli əhalinin hakimiyyəti problemini ortalığa qoydu. 
Stalini  yerli  xalqların  millətçiliyi narahat edirdi. Lakin onun fikrincə, 
bunların arasında ən ağırı və çətini Cənubi Qafqazdakı hadisələr idi. O, Tiflisdəki 
çıxışlarının birində etiraf edirdi ki, sovet hakimiyyəti şəraitində Cənubi Qafqazda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə