HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   14   15   16   17   18   19   20   21   ...   82

37 
 
ed
ərək  sovet  respublikasının  yaradılmasına  səs  vermişdir.  Lakin  sovet 
hakimiyy
ətinə loyal siyasət belə Bukeyxanovu təqiblərdən qurtara bilməmişdir. 20-
30-cu ill
ərdə o, üç dəfə həbs olunmuş və nəhayət, 1937-ci ildə güllələnmişdir. 
Əhməd Zəki  Validi  Toğan  (10.12.1890-26.7.1970,  İstanbul)  siyasi 
f
əaliyyətinə  1915-ci ildə  Dövlət  Dumasının  müsəlman  fraksiyasında  başlamışdır. 
1917-ci ilin aprelind
ə  xalqının  milli-azadlıq  hərəkatına  başçılıq  etmişdir.  O, 
başqırd  xalq  qurultaylarının  ideologiyasını  müəyyənləşdirmiş  və  işinə  başçılıq 
etmişdir.  Z.V.Toğan  Rusiya  inqilabına  inanmış  və  bu  inqilabın  türk,  müsəlman 
xalqlarına inkişaf gətirəcəyinə tam əmin olmuşdur. Sonralar Toğan Türküstanda da 
marksizmi öyr
ənməkdən çəkinməmişdir.  O,  başqırd  milli  hökuməti və  milli 
ordusunun t
əşkili  ilə  bilavasitə  məşğul  olmuş,  milli  ordunu  bolşeviklər tərəfinə 
keçirib A.V.Kolçakla mübariz
əyə  qaldırmışdır.  Lakin  onun  bolşeviklərlə  birgə 
f
əaliyyəti uzun çəkməmişdir. Validi Toğan Başqırdıstanı müttəfiq respublika kimi 
gördüyü halda, bolşeviklər Başqırdıstana ancaq muxtariyyət statusu verməyə hazır 
olduqlarını  bildirdikdə,  o,  bolşeviklərlə  əməkdaşlıqdan  imtina  edərək 1920-ci il 
mayın  19-da vəzifələrindən  istefa  verib  Başqırdıstandan  getmişdir  (408). 
Bolşeviklərdən  qaçmaq  marşrutu  Bakıdan  keçirdi.  Z.V.Toğan  türk  həmrəyliyini 
r
əhbər  tutaraq  yardım  üçün  Türküstana  gəlmiş  və  Türküstan Milli Birliyinin 
r
əhbəri seçilmişdir (405). Türküstanda olarkən Z.V.Toğan Axund Yusuf Talıbzadə 
il
ə  tanış  olmuşdur.  Y.Talıbzadə  Azərbaycan ictimai fikir tarixində  görkəmli yer 
tuturdu. Siyasi baxışları liberal idi. Z V.Toğanın dediyinə görə o, əsl panislamist və 
pantürkist idi. Axund Yusuf (Ziya) görk
əmli  ədibimiz  Abdulla Şaiqin qardaşıdır. 
1920-ci ild
ə  o, N.Nərimanovun  xahişi  ilə  Azərbaycana gələrək  Naxçıvanın  xalq 
xarici  işlər  komissarı  təyin  olunmuşdur.  Onun  türk  paşaları  ilə  yaxşı  əlaqələri 
Naxçıvanın  təhlükəsizliyini möhkəmlətməyə  xidmət  etmişdir.  Bir  müddət sonra 
Axund Yusu
f  (Ziya)  Talıbzadə  Naxçıvandan  Türküstana  köçərək  Ənvər  Paşa  ilə 
birlikd
ə basmaçılar hərəkatına qoşulmuşdur. Həmin dövrdə o, Z.V.Toğan ilə tanış 
olaraq sıx əlaqələr saxlamışdır. 1922-ci ilin avqustunda döyüşdə həlak olmuşdur. 
Z.V.Toğan  Türküstanda  da  sovet  hakimiyyəti ilə  hesablaşmağı  üstün 
tutmuşdur.  O,  görkəmli türk hərbi  xadimi  Ənvər  Paşa  (1881-1922) ilə  görüşərək 
onu sovet hakimiyy
əti ilə açıq mübarizəyə girmədən kənardan basmaçılara yardım 
etm
əyə,  inandırmağa  çalışmışdır.  Əks  halda  sovet  hakimiyyətinin  bütün hərəkatı 
qanına  qəltan edəcəyini  bildirmişdir  (405).  Z.  V.Toğan  Türküstanda  dövlətçilik 
prinsipl
ərini müəyyənləşdirməkdə  böyük  iş  görmüşdür.  O,  milli-azadlıq 
h
ərəkatının  əsas prinsiplərini müəyyənləşdirmişdir.  Yeddi  prinsip  haqqında  qərar 
q
əbul olunmuşdur: müstəqillik, demokratik respublika, milli ordu, müstəqil iqtisadi 
idar
əçilik,  geniş  miqyaslı  maariflənmə, Avropa mədəniyyəti ilə  Rusiyanın 
vasit
əçiliyi  olmadan  birbaşa  əlaqənin  yaradılması,  dövlətdə  mövcud olan bütün 
mill
ətlərin maraqlarının qorunması, din azadlığı, dövlətin dinin, dinin isə dünyəvi 
m
əsələlərin  işinə  qarışmaması.  Bu  ideyaları  inkişaf  etdirmək məqsədi ilə 
Z.V.Toğan  əvvəl  Türküstan  Sosialist Partiyasının,  sonra  isə  Birləşmiş  Müsəlman 


38 
 
Kommunist  Partiyasının  yaradılması  ideyasını  da  həyata keçirməyə  başlamışdır. 
Bu q
ərarlar mürəkkəb  sosial  bazaya  malik  Orta  Asiya  şəraitində  Z.V.Toğanın 
böyük siyasi q
ələbəsi idi. Validi Toğan kommunist ideyalarına inanmaqda davam 
etmişdir. Onun münaqişəsi kommunist, sosialist ideyaları ilə deyil, konkret olaraq 
Stalinl
ə  idi. O, müsəlmanları  Qırmızı  Orduya  girməyə,  sovet  orqanlarında 
çalışmağa və partiya orqanlarına seçilməyə çağırmışdır. Tədqiqatçılar Z.V.Toğanın 
planlarının  geniş,  taktikasının  isə  çevik  olduğunu  qeyd  edirlər.  Toğan 
Başqırdıstandan  getsə  də, yüksək vəzifələrdən imtina etsə  də, Türküstanda milli-
azadlıq hərəkatına rəhbərlik etdiyi zaman yenə də fikri o olmuşdur ki, 20-ci illərin 
real  şəraitində  yeganə  çıxış  yolu  Rusiya  tərkibində  yaradılmış,  amma  öz  milli 
ordusu olan Türküstan Respublikasıdır. Maraqlıdır ki, o əvvəllər Turan dövlətinin 
yaradılmasını qeyri-real sayırdısa da, Türküstandakı fəaliyyətindən və bu hərəkata 
Ənvər  Paşa  qatılandan  sonra  onu  real  saymağa  başlamışdır.  Türküstan  Milli 
Birliyinin  VII  qurultayı  Validi  Toğana  Avropaya  mühacirət edib müsəlmanların 
sözünü oralara çatdırmağı tapşırmışdır. 
Avropaya ged
ən Validi Toğan bir neçə ünvana məktub yazmışdır. Onların 
arasında Leninə  məktub (20 fevral 1923-cü il, Aşqabad) öz sərtliyi ilə seçilir. Bu 
m
əktub  əslində  onun növbəti dəfə  Moskvaya dəvət edilməsinə  cavab olaraq 
yazılmışdır.  Məktubda Lenin və  onun siyasəti kəskin tənqid atəşinə tutulmuşdur. 
O, m
əktubda  xatırladırdı  ki,  1919-cu  il  martın  20-də  Lenin, Stalin və  Toğan 
Başqırdıstanın  respublika  elan  olunması  haqqında  saziş  imzalamış,  lakin  qısa  bir 
müdd
ətdən  sonra  bu  saziş  bolşeviklər tərəfindən  “kağız  qırığı”  adlandırılmışdır. 
Toğan məktubda Leninin milli siyasətini yalan və iftira üzərində qurulmuş siyasət 
adlandırmışdır. O deyirdi ki, rus xalqı başqa xalqlara qarşı öz hakim hüquqlarından 
əl çəkməmişdir. Qeyri-rus xalqlarının mədəniyyətləri ruslaşdırma  yolu ilə getmək 
m
əcburiyyəti  qarşısındadır.  Toğan  Leninin  “inkişaf  etmiş  xalqlar  geridə  qalmış 
xalqlara köm
ək etməlidir” fikrinin əsl mahiyyətini açmışdır. Bu da ondan ibarət idi 
ki, hak
im  xalq  öz  hökmranlığını  bu  pərdə  arxasında  saxlamaq  fikrindədir: 
“Xalqları  tam  ruslaşdırmasanız,  əl çəkmək fikrində  deyilsiniz”.  Z.V.Toğan 
m
əktublarında  bolşeviklərin yalan üzərində  qurulmuş  milli  siyasətlərini tənqid 
at
əşinə  tutaraq  vurğulayırdı  ki,  indi  artıq  Rusiyanın  ərazisində  yaşayan  türk 
xalqlarına olan münasibət beynəlxalq problem olaraq qaldırılacaqdır. Məktubunda 
Z.V.Toğan  dünya  inqilabı  və  proletar  diktaturasının  əslində  şovinist  mahiyyət 
daşıdığını  açıqlamışdır.  Toğan  Leninin  xəstəliyinə  işarə  edərək qeyd edirdi ki
buraxdığınız səhvləri artıq düzəltmək imkanında deyilsiniz. 
Lenin
ə  məktubla  yanaşı,  Toğan  “Başqırd  xalqına”  müraciət  yazmışdır.  O, 
xüsusi olaraq qeyd edirdi ki, hal-
hazırda heç bir üsyana yol vermək olmaz. Toğan 
Süleyman Murzabulatov
un silahlı mübarizəyə çağıran çıxışına bənzər hərəkatların 
xalqa ziyan ver
ə biləcəyini yazırdı. O, xalqının qarşısında duran başlıca vəzifələri 
bel
ə  müəyyənləşdirmişdir:  “Gəncləri  savadlandırmalı  və  bütün sahələrdə 
müt
əxəssis  hazırlamalı;  gənclərimiz  şəxsi  mülkiyyətə  qapanmamalıdırlar,  onlar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə