HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   16   17   18   19   20   21   22   23   ...   82

41 
 
qarşı  çıxış  edənlərin  arasında  türk  mənşəli kommunistlər çoxluq təşkil  etmişdir. 
Sultanqaliyev h
əbs olunandan bir ay sonra Kazanda keçirilən toplantıların birində 
onun h
əmyerlilərindən  olan  R.Müslimov  Sultanqaliyev  ideologiyasını  “faşizmə 
b
ənzər”  adlandırmışdı  (404,  1989,  №  24, s. 163-173). Sultanqaliyevə  qarşı  irəli 
sürül
ən ittihamlar Rusiya müsəlman  bolşeviklərinin  Başqırdıstan,  Tatarıstan, 
Türküstan,  Kalmıkiyanın, çuvaşların torpaq hüquqlarını qorumaq  və Z.V.Toğanla 
danışıqlara  girmək  idi. Sultanqaliyevin dövlətçilik fəaliyyətinin  əsas mahiyyəti 
Tatarıstan  statusunu  muxtariyyətdən müttəfiq respublika səviyyəsinə  qaldırmaq 
olmuşdur.  1930-cu ildə  Sultanqaliyev həbs olunaraq güllələnməyə  məhkum 
olunmuşdur. Sonralar bu hökm dəyişdirilmiş və o azad edilmişdir. 1937-ci ildə o, 
yenid
ən həbs olunmuş və 1940-cı ildə güllələnmişdir.  
Türk  xalqlarının  milli  dövlətçilik  uğrunda  mübarizə  aparan xadimlərindən 
biri d
ə Fayzulla Ubaydulla oğlu Xocayev olmuşdur. O, 1896-cı ildə Buxarda tacir 
ail
əsində doğulmuşdur. 1920-ci ildən bolşeviklər partiyasının üzvü, Buxara əmirinə 
qarşı  hazırlanan  üsyanın  başçısı,  1920-23-cü illərdə  Buxara  Xalq  Komissarları 
Sovetinin s
ədri, 1924-cü ildə  Özbəkistan  İnqilab  Komitəsinin Müvəqqəti fəhlə-
k
əndli hökumətinin sədri, 1925-ci ildən 1937-ci ilə  qədər Özbəkistan  Xalq 
Komissarları  Sovetinin  sədri  olmuş  və  SSRİ  MK  sədrlərindən  biri  olmuşdur. 
F.Xocayev Özb
əkistanda “üsuli-cədid” hərəkatının fəal iştirakçılarından olmuş  və 
bu sah
ədə  bir neçə  əsərin müəllifi  olmuşdur.  F.Xocayevə  qarşı  irəli sürülən  əsas 
ittiham, Özb
əkistan və  Azərbaycan  daxil  olmaqla,  başqa  türk  xalqları  yaşayan 
əraziləri SSRİ tərkibindən çıxarmaq  yolunda  gizli fəaliyyət göstərməsi olmuşdur. 
F.Xocayevin b
əzi fəaliyyəti müasirləri olan bəzi bolşeviklər tərəfindən hətta “milli 
faşizm”  kimi  qiymətləndirilmişdir.  Ona  qarşı  irəli sürülən ittihamlar bunlar 
olmuşdur:  kənddə  kolxoz  quruluşuna  maneə  törətməsi,  qolçomaqların  antisovet 
d
əstələrinin yaradılması, antisovet və millətçi ruhlu, silahlı qarşıdurmaya hazır olan 
kadrla
rın  tərbiyələndirilməsi, M.Sultanqaliyevlə  əməkdaşlıq  və  s.  O, 1937-ci ildə 
mühakim
ə olunmuş, 1938-ci ilin martında güllələnmişdir.  
İkramov  Akmal  İkram  oğlu  (1898-1938) 1921-22-ci illərdə  Türküstan KP 
MK katibi, Özb
əkistan  Kommunist  Partiyasının  təşkilatçılarından,  1929-37-ci 
ill
ərdə  Özbəkistan KP MK-nın  birinci  katibi  olmuşdur.  A.İkramov  1918-ci ildə 
bolşevik  partiyasına  daxil  olaraq  Özbəkistanın  sovetləşməsində  aktiv  iştirak 
etmişdir.  1922-ci ildə  Moskvada N.Nərimanovun da tez-tez  çıxış  etdiyi 
Kommunist Universitetind
ə  təhsil  almışdır.  Sultanqaliyevi  ifşa  etmək üçün 
çağırılan  toplantıda  Özbəkistan Mərkəzi Komitəsinin  katibi  Akmal  İkramov 
M
ərkəzi həddindən çox “göstəriş” verməkdə ittiham etmişdir. Stalin İkramovun bu 
h
ərəkətini müstəqilliyə  meylli  olmaq kimi qiymətləndirmişdir  (95,  1989,  №  1, 
s.82-104). 1937-ci ild
ə o, həbs olunaraq güllələnmişdir. 
Qazax  xalqının  milli  dövlətçilik  uğrunda  mübarizəsində  Rıskulov  Turar 
Rıskul  oğlu  (1894-08.02.1938) xüsusi yer tutur. Onun inqilabi fəaliyyəti 1916-cı 
ild
ə  başlamışdır.  1926-cı  ildə  T.Rıskulov  RSFSR  XKŞ  sədrinin müavini təyin 


42 
 
olunmuşdur. Qazax siyasətçilərini fərqləndirən xüsusiyyətlərdən biri onların fəhlə 
sinfi  sıralarında  “proletar  həmrəyliyi” dərsini keçməmələri  idi.  T.Rıskulov  hələ 
Aulie-Ata sovet t
əşkilatının sədri olarkən yazırdı: “Yerli əhali sovet hakimiyyəti nə 
dem
əkdirsə,  başa  düşmür  (409).  1919-cu ildə  Türküstana gələn  Kuybışev 
Moskvaya yazırdı: “Sovet hakimiyyəti bizim düşündüyümüz şəkildə inkişaf etmir, 
k
əndli ilə heç bir əlaqə yoxdur, əsl hakim ruslar, dəmiryolçulardır. Əhali arasında 
“müs
əlman” və  “avropalı”  bölgüsü  gözə  çarpır”.  Qazax  xalqının  aparıcı 
siyas
ətçiləri və  ziyalıları  T.Rıskulov,  S.Asfendiyarov,  S.Sadvakasov,  S.Xocanov, 
J.Mınbayev  və  başqaları  belə  bir  şəraitdə  bolşevizm  hakimiyyətindən istifadə 
ed
ərək  xalqının  milli  maraqlarını  əks etdirən siyasət  aparırdılar.  N.Nərimanov, 
M.Sultanqaliyev v
ə  başqa  müsəlman milli təmayüllü kommunistlərlə  yanaşı, 
T.Rıskulov  müsəlman  şərqində  inqilabi proseslərin milli-azadlıq  istiqamətində 
yön
əlməsinin tərəfdarı olmuşdur. Rıskulov Şərq inqilabının idarə olunmasını zəruri 
saymışdır. O deyirdi ki, düşünülməmiş,  yerli  vəziyyətlə uzlaşmamış kommunizm 
ideyalarının  Şərqdə  tətbiqi  lazımi  nəticə  verə  bilməz (393, s. 152-154, 307). 
T.Rıskulov  N.Nərimanovla birlikdə  Şərq zəhmətkeşlərinin Kommunist 
Universitetind
ə  dərs verərək  Şərq  inqilabının  xüsusiyyətlərinin nəzərə  alınmasını 
vurğulamışdır. “Sultanqaliyevin işi” Moskvada müzakirə olunarkən T.Rıskulov da 
çıxış  etmişdir.  Lakin  o,  Sultanqaliyevin  ünvanına  Stalinin ürəyincə  olan sözləri 
dem
ədiyi  üçün  çıxışı  xoşa  gəlməmişdir.  Sultanqaliyevi  ifşa  edən  müşavirədə  də 
çıxış  edən  T.Rıskulov  bolşeviklərin milli siyasətinin yerlərdə  düzgün həyata 
keçirilm
əməsi barədə narahat olduğunu vurğulamışdır (95, 1980, № 1, s.82-104). 
Turar  Rıskulovun  milli  dövlətçilik fəaliyyətinin  əsas mahiyyəti müsəlman 
xalqlarının milli dəyərləri və xüsusiyyətləri ilə hesablaşmaq olmuşdur. T.Rıskulov 
Türküstan  xalqları  arasında  həmrəyliyə  böyük səy göstərmişdir.  Onun  bu  yolda 
olan xidm
ətləri sonralar yüksək qiymətləndirilmişdir  (399).  Ümumtürk 
h
əmrəyliyinə  üstünlük verən  T.Rıskulov  hələ  1920-ci ildə  V.İ.Leninə  yazdığı 
m
əktubunda Türküstanın milli zəmində bölgüsünü lüzumsuz saymışdır (120, 1994, 
№ 8, s.10-11) O, S.Seqizbaev və başqa qazax siyasətçiləri ilə birlikdə var gücü ilə 
Türküstanın vahid dövlət elan edilməsinin tərəfdarı olmuşdur. 
Sonralar  SSRİ-nin  xalq  daxili  işlər  komissarı  olan  N.İ.Yejov  1923-cü ildə 
Qazaxıstanın Semipalatinsk quberniya partiya komitəsinə rəhbərlik edərkən sanki 
g
ələcəkdə törədəcəyi qətllərin məşqini burada keçmişdir. Qazaxıstanın ən məşhur 
siyas
ətçiləri və ziyalıları ya həbs olunur, ya da Qazaxıstandan qovulurdular. 1928-
ci ild
ə Qazaxıstanda  milli təmayülçülüyə qarşı  mübarizə həyatın bütün sahələrini 
əhatə edirdi. Qazaxları köçərilik həyat tərzindən məcburi çəkindirmək meyllərinə 
mane  olanları  da  millətçi  adlandıraraq  məhkum edirdilər. On il köçəriliklə 
müharib
ə aparanları da müxtəlif cəzalara məhkum edirdilər. Onların arasında yerli 
siyas
ətçilər Ə.Bukeyxanov, M.Dulatov, A.Baytursun, T.Rıskulov, İ.Sadvakasov və 
b. var idi. T.Rıskulov öz həmfikirləri olan S.Xocanov, S.Mendeşev, S.Sadvakasov 
v
ə  O.Candosovla birlikdə  qəddar  şovinist  olan  Qazaxıstan  partiya  təşkilatının 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə