HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   18   19   20   21   22   23   24   25   ...   82

45 
 
II F Ə S İ L 
 
N.NƏRİMANOVUN İCTİMAİ VƏ SİYASİ FƏALİYYƏTİ 
(1920-
ci İLİN APRELİNƏ QƏDƏR) 
 
2.1. N.N
ərimanovun ictimai və siyasi fəaliyyətinin bəzi aspektləri 
 
N.N
ərimanovun ictimai fəaliyyəti 1890-cı  ildə  müəllimliklə  başlayır.  O, 
Qori seminariyasını bitirərək əvvəl Tiflis qəzasının Qızılhacılı kəndində, sonra isə 
Bakıda  müəllimlik edir. N.Nərimanov həmin dövrdə  rus-tatar məktəbinin 
açılmasına cəhd edir, lakin buna nail ola bilmir. 
1894-cü ild
ə  N.Nərimanovun  ilk  pyesi  olan  “Nadanlıq”  pyesi  tamaşaya 
qoy
ulmuşdur.  1899-cu ildə  Azərbaycan  dramaturgiyasında  ilk  tarixi  dram  olan 
“Nadir şah” pyesi çap olunsa da, səkkiz ildən sonra teatrda tamaşaya qoyulmasına 
icaz
ə  verilmişdir. Teatr haqqında ilk yazısını N.Nərimanov 1899-cu ildə Gəncədə 
teatrın açılması münasibətilə yazmışdır (285, t.1, s.46-48). O, çox vaxt tamaşanın 
biletl
ərini öz pulu ilə  alıb  camaata  paylamışdır  (424).  Azərbaycan Xalq 
Cümhuriyy
əti dövründə N.Nərimanov siyasi müxalifətdə olanda da onun pyesləri 
Az
ərbaycan  teatrının  səhnəsində  oynanılmışdır.  Ü.Hacıbəyov hələ  1917-ci ildə 
N.N
ərimanovu “ustad dramaturq” adlandırırdı (103, 28 noyabr 1917, № 260, s.6). 
N.N
ərimanov 1894-cü ildə  Bakıda  ayda  təxminən 300 nəfər müsəlman 
oxucusu olan qira
ətxana açmışdı. Bu qiraətxanaya Rusiyanın müxtəlif yerlərindən 
kitab, jurnal v
ə  qəzet gətirilirdi. Burada Azərbaycanda,  Kazanda,  Krımda, 
Türküstanda, Türkiy
ədə  nəşr  olunan  kitablar  toplanmışdı.  Bu  hadisə  Rusiyanın 
bütün müs
əlman  əyalətlərində  böyük  xeyirxah  iş  kimi  qiymətləndirilmişdir.  O 
dövrün  Rusiyada  çıxan  aparıcı  türkçü  qəzeti “Tərcüman” bu haqda dəfələrlə 
yazmışdı. “İrşad” qəzeti bu kitabxananın açılışını “millət bağçasında yeni açılmış 
qızılgül”  adlandırır,  kitabxananın  bağlanmasını  isə  “millət  dostlarının  yaralı 
ür
əyinin közünü qopartdı” deyə heyfsilənirdi (343, 14 mart 1906). 
N.N
ərimanov 1896-cı ildə  “Kaspiy” qəzetində  Azərbaycan dilində qəzetin 
çap olunması haqqında məsələ qaldırmış, 1899-cu ildə dilə aid əsərlər çap etdirmiş 
v
ə  1901-ci ildə  Azərbaycan dili müəllimi  işləmək  hüququnu  almışdır. 
N.N
ərimanov 1908-ci il oktyabrın 20-də Odessanın Novorossiysk  Universitetinin 
tibb fakült
əsini bitirərək həkim diplomu almışdır. O, ömrünün sonuna qədər siyasi 
v
ə dövlət fəaliyyəti ilə yanaşı, müəllimlik və həkimlik borcunu da unutmamışdır. 
N.N
ərimanov siyasi fəaliyyətinə  Odessada oxuyarkən tələbəlik illərində 
keçirdikl
əri tədbirlərdən  başlamışdır  (168,  s.36).  O,  “Hümmət” siyasi təşkilatının 
t
əşkilatçılarından  və  fəallarından  olaraq  siyasi  həyata  daxil  olmuş,  1905-ci ildə 
Odessada  gizli  bir  toplantıda  çarın  devrilməsi  haqqında  siyasi  məruzə  ilə  çıxış 
etmişdir. 1906-cı ildən başlayaraq N.Nərimanovun mətbuatdakı çıxışları açıq siyasi 
m
əna daşımışdır. O, ruslaşdırma siyasətinə qarşı çıxış etmiş (360, 30 mart 1906, № 


46 
 
116),  çar  qanunlarını  rəhmsiz  saymış,  yalançı  millətpərəstləri isə  tənqid  etmişdir 
(360,  2  iyun  1906,  №  119).  “Hürriyyət” məfhumu onun məqalələrinin  əsas 
mövzusu  olmuşdur.  N.Nərimanov 1906-cı  ildə  yazırdı:  “Ya  hürr  yaşamalı,  ya 
hürriyy
ət yolunda getməli!..  Yoxsa  bu  yaşayış  yaşayış  deyildir”  (360,  21  iyun 
1906,  №  134).  N.Nərimanovun siyasətinin  əsas məqsədi  yoxsulların,  kasıbların, 
f
əhlələrin və kəndlilərin güzəranının yaxşılaşdırılması idi. 
N.N
ərimanov 1906-cı  ildə  Bakıda  keçirilən müsəlman müəllimlərinin 
birinci  qurultayının  rəhbəri  olduğu  vaxt  dilimizin  məktəblərdə  daha cəsarətlə 
inkişaf  etdirilməsi  haqqında  H.Z.Tağıyevlə  aralarında  kiçik  bir  mübahisə 
yaranmışdır.  Bu  qarşıdurmaya baxmayaraq, onlar həmişə  işgüzar  münasibətdə 
olmuşlar.  H.Z.Tağıyevin  teatrında  N.Nərimanovun  əsərlərinin  tamaşaları  davam 
etdirilmi
şdir.  N.Nərimanov hakimiyyətə  gələrkən isə  H.Z.Tağıyevə  imkan 
dair
əsində qayğı göstərmişdir. 
1908-ci ild
ə  N.Nərimanov Tiflisə  gələrək inqilabi fəaliyyətini davam 
etdirmişdir.  O,  bu  məqsədlə  Tiflis məscidində  çıxış  etmiş,  ancaq  burada  bütün 
maraqlananlar üçün yer kifay
ət etmədiyindən ikinci görüşünü Tiflisin Şeytanbazar 
(Meydan) m
əhəlləsindəki müsəlman qəbiristanlığında  keçirmişdir.  Bu  görüşdə  5 
min adam iştirak etmişdir (428, 14 aprel 1925, № 90). 
1909-cu ilin yanvar ay
ında onun evində jandarma idarəsi tərəfindən axtarış 
aparılmış,  mart  ayında  N.Nərimanov həbs  olunaraq  Tiflisin  Metex  qalasındakı 
h
əbsxanaya salınmışdır. N.Nərimanova qarşı irəli sürülən ittiham ondan ibarət idi 
ki,  o,  İranın  “Mücahidlər” təşkilatının  üzvü  olmuş,  Səttarxanın  və  Bağırxanın 
d
əstələrinə adam, silah və partlayıcı  maddələr göndərmişdir. N.Nərimanovu həbs 
ed
ərkən onun üstündən 1905-ci ildə  yazılmış  konstitusiyalı  respublika  üsul-
idar
əsinin monarxiya üsul idarəsindən  üstün  olması  haqqında  referat  tapılmışdır. 
H
əmin ilin avqust-sentyabr  aylarında Bakının bir qrup ziyalısı Dövlət Dumasının 
müs
əlman  fraksiyasını  N.Nərimanovun  işində  yardımçı  olmağa  çağırmışdır  (334, 
31 avqust 1906, 
№ 38; 307, 30 avqust 1906, № 194). 
N.N
ərimanov 1909-cu  il  sentyabrın  14-də  Qafqazda  yaşaması  qadağan 
olunmaq  şərtilə  azad  edilmişdir.  N.Nərimanov  yaşamaq  üçün  bir  neçə  şəhəri  - 
Rostovu, Krım yarımadasında Simferopolu, Aşxabadı seçsə də oralarda yaşamağa 
qoymamışlar.  Nəhayət, ona Həştərxanda  yaşamağa  (iki  illik  sürgün)  icazəsi 
veril
ərkən oraya gedən  zaman  yolüstü  Bakıda  bir  neçə  gün  qalmağa  da  icazə 
verilm
əmişdir (356, 6 oktyabr 1909, № 225). 
1909-cu il oktyabr
ın  6-dan N.Nərimanovun həyatının  Həştərxan dövrü 
başlayır.  Həmin  ayın  7-də  o,  şəhərin “Dərülədəb” məktəbi və  tatar dilində  nəşr 
olunan “Burhani-t
ərəqqi” qəzeti ilə əməkdaşlığa hazır olduğunu bildirir. Bir neçə 
gün sonra h
əmin qəzet öz səhifələrində yazırdı: “Nəriman bəy cənabları!  Heç bir 
vaxt xatırlamayın ki, bəli, mən məhbusam və həm də qəribəm! Xeyr, belə xəyalları 
xatiriniz
ə  belə  gətirməyəcəksiniz. Çünki ərbabi-maarif üçün küreyi-ərzin hər bir 
yeri V
ətəndir, Vətən. Siz millətin cövhərisiniz. Cövhər nerəyə  düşsə, haman 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə