HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   17   18   19   20   21   22   23   24   ...   82

43 
 
r
əhbəri  F.İ.Qoloşşekinə  qarşı  mübarizəyə  başladılar.  Turar  Rıskulov  burjua 
mill
ətçisi və  pantürkist  ideyalarında  ittiham  olunaraq  qətlə  yetirilmişdir.  İttiham 
olunanlar  sırasında  1931-1933-cü illərdə  qazax  əhalisinin kütləvi  şəkildə  qırğına 
m
əruz qalmasına narazılıq bildirənlər də olmuşdur. T.Rıskulova  və onun bir neçə 
silahdaşına,  MİK  katibinin  müavini  N.Nurmakova,  Qazaxıstan  MİK  sədri 
U.Kulumbetova v
ə başqalarına qarşı irəli sürülən ittiham ondan ibarət olmuşdur ki, 
guya onlar Qazaxıstanı SSRİ tərkibindən çıxarıb Yaponiyanın himayəsinə vermək 
m
əqsədi güdürmüşlər. 
Qazaxıstanda  Cambul  vilayətinin  rayonlarından,  dövlət universitetlərindən 
birin
ə  Rıskulovun  adı  verilmişdir.  Luqovaya  qəsəbəsində  T.Rıskulova  heykəl 
qoyulmuşdur.  Qazaxıstanın  müstəqilliyi elan edildikdən  sonra  T.Rıskulovun 
əsərləri nəşr olunmuşdur (133, t.3). 
Milli dövl
ətçilik uğrunda mübarizə aparan şəxslərdən biri də qazax yazıçısı 
v
ə dövlət xadimi Saken Seyfullin (12.6.1894-1939) olmuşdur. Qazaxıstanda sovet 
hakimiyy
ətinin  qurulmasının  fəal  iştirakçısı  olmuşdur.  1918-ci ildən  bolşeviklər 
partiyasının üzvü, 1922-ci ilin iyununda xalq maarif komissarının müavini, 1922-
1925-ci ill
ərdə  Qazax  Muxtar  Sovet  Sosialist Respublikasının  Xalq  Komissarları 
Sovetinin s
ədri vəzifələrində  çalışmışdır.  Qazaxıstan  Sovet  Yazıçılar  İttifaqının 
banil
ərindən  olmuşdur.  Saken  Seyfullin  kommunist  olaraq  qazaxların  milli 
hökum
əti  olan  Alaş-Orda və  onun tərəfdarlarına  qarşı  mübarizə  aparmışdır.  Bir 
ədib kimi S.Seyfullin əsas  əsərini  Qazaxıstanın  sovetləşməsinə  həsr  etmişdir. 
S.Seyfullin N.N
ərimanovu özü üçün bir örnək  saymış,  onunla tez-tez 
m
əsləhətləşmişdir (116). S.Seyfullin Xalq Komissarları Sovetinin sədri olarkən ilk 
əvvəl xalqının savadlanmasını  və qazax sənayesinin inkişafını diqqət mərkəzində 
saxlamışdır. Bir çox başqa qazax ziyalılarından fərqli olaraq o, köçəriliklə yanaşı, 
əkinçiliklə  məşğul  olmaq  məsələsini cəsarətlə  qaldırmışdır.  O,  qazaxların  dövlət 
aparatına  cəlb edilməsini ümdə  vəzifə  olaraq  qoymuşdur.  Baş  nazir  olarkən 
S.Seyfullinin 
ən vacib problemlərindən biri qazax dilini dövlət dili səviyyəsinə 
qaldırmaq  olmuşdur. 1923-cü il iyunun 9-da o, qəzetlərin birində  qazax dili 
haqqında  məqaləsində  “qazax dilinin dövlət  strukturlarına  daxil  olması  kənd və 
q
əsəbələrdən başlanmalıdır” fikrini qaldırmışdır. O, cəsarətlə qazax dilinin rus dili 
il
ə eyni hüquqda olmasını, əslində isə Qazaxıstanda dövlət dili olması  məsələsini 
ir
əli  sürmüşdür.  Məqalə  qəzetdə  çıxandan  bir  gün  sonra  o,  həmin məsələni 
hökum
ətin iclasında qaldırmış, bu işi sürətləndirmək və tənzimləmək məqsədi ilə 
xüsusi hökum
ət komissiyasını yaratmışdır. Qaldırılan məsələləri hökumətin xüsusi 
q
ərarı ilə rəsmiləşdirmişdir. Bakıda N.Nərimanovun “millətçilik fəaliyyətini” ifşa 
etm
ək məqsədi ilə  çağırılan  toplantının  təşəbbüskarı  olan  Mərkəzin nümayəndəsi 
E.Yaroslavski Qazaxıstanda partiya toplantısında çıxış edərək yeni rəhbərlərə, ilk 
əvvəl S.Seyfullini nəzərdə  tutaraq  onların  sinfi  maraqlardan  daha  çox  milli 
maraqlara diqq
ət yetirdiyini söyləmişdir.  1938-ci ildə  S.Seyfullin həbs olunaraq 


44 
 
güll
ələnmişdir.  Qazaxıstanda  onun  adına  küçələr, kitabxanalar, universitetlər 
var
dır. 1972-ci ildə ona heykəl ucaldılmışdır. 
Bolşeviklər və Stalin milli təmayülçülüyə qarşı repressiyaları aparsalar da, 
onun kökünü k
əsə  bilməmişdilər. Milli təmayülçülük sovet hakimiyyətinin 
Stalind
ən sonrakı dövründə, XX qurultaydan sonra dövlət siyasətinə müxalif deyil, 
t
əkamül yolu ilə liberal kommunist ideologiyası şəklində inkişaf etmiş və 80-90-cı 
ill
ərdə  özünü  daha  qabarıq  şəkildə  büruzə  verərək  xalqları  müstəqilliyə 
çıxarmışdır. 
Bel
əliklə: 
-  milli t
əmayülçülük  bolşevik  partiyası  sıralarında  daha  çox  xalqının 
çarizmin  hökmranlığı  dövründə  tarixən keçirdikləri ədalətsizliklərə  qarşı  ədalətin 
b
ərpası cəhdi olmuşdur; 
-  milli t
əmayülçülərin  mövqeyi  hakim  xalqın  şovinizminə  və  bolşevik 
hakimiyy
ətinin  sinfi  maraqları  nəticəsində  buraxılan  əyintilərə  qarşı  inkişaf  edən 
h
ərəkat olmuşdur; 
-  milli t
əmayülçülər sinfi mübarizədənsə  milli həmrəyliyə  üstünlük 
vermişlər
-  milli t
əmayülçülər milli dilin və sosialist mədəniyyətinin (formaca milli, 
m
əzmunca sosialist) çərçivəsində milli mədəniyyətin inkişafına üstünlük vermişlər; 
- milli t
əmayülçülər dinə qarşı daha dözümlü mövqe tutmuşlar; 
-  milli t
əmayülçülər  milli  kadrları  sinfi  mövqedən daha çox milli maraq 
mövqeyind
ən qiymətləndirmişlər; 
-  milli t
əmayülçülər tarixə  sinfi  baxışla  yanaşı,  milli  özünüdərketmə 
mövqeyind
ən olan baxışa üstünlük vermişlər. 
1917-
ci  il  Fevral  inqilabı  nəticəsində  Rusiyada milli məsələlərin həlli 
z
əruriliyi ön plana  çıxmışdır. Bu  məsələ oktyabr çevrilişindən sonra hakimiyyətə 
g
ələn  bolşeviklərin siyasətinin  başlıca  istiqamətlərindən biri  olmuşdur.  Türk 
xalqları da milli dövlətçilik uğrunda  mübarizəyə qoşulmuşlar. Milli təmayülçülük 
h
ərəkatı  SSRİ-nin  türk  xalqları  arasında  da  geniş  yayılmışdır.  Milli  təmayüllü 
kommunistl
ərin əksəriyyəti sovet hakimiyyəti illərində repressiya edilmişlər. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə