HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   7   8   9   10   11   12   13   14   ...   82

23 
 
Sovet  Respublikası  (1920-1924),  Xivə  Xalq  Sovet  Respublikası  (1920-1924), 
Türküstan Muxtar Sovet Respublikası (30.04.1918-27.10.1924) mövcud olmuşdur. 
1924-
cü  il  oktyabrın  27-də  onun  əsasında  Türkmənistan SSR, Özbəkistan SSR 
(Buxara v
ə  Xivə  Respublikaları  daxil  olmaqla)  yaradıldı.  Bunlardan  başqa 
Özb
əkistanın  tərkibinə  Tacikistan MSSR daxil oldu. 1920-ci il avqustun 26-da 
RSFSR t
ərkibində Qırğızıstan MSSR yaradıldı. 1925-ci il aprelin 19-da onun adı 
d
əyişdirilib  Qazaxıstan  MSSR  qoyuldu  və  1936-cı  il  dekabrın  5-dən  Qazaxıstan 
SSR statusunu 
aldı. 1924-cü il aprelin 10-da RSFSR tərkibində Qaraqırğız Muxtar 
Vilay
əti yaradılır, 1925-ci il mayın 25-də adı dəyişdirilərək Qırğız Muxtar Vilayəti, 
1926-
cı  il  fevralın  1-dən  Qırğızıstan  MSSR,  1936-cı  il  dekabrın  5-dən isə 
Qırğızıstan SSR statusu alır. 1925-ci ilə qədər olan hadisələrdə N.Nərimanov SSRİ 
MİK sədri kimi aktiv iştirak etmişdir. 
N.N
ərimanov  türk  xalqları  ictimai  xadimləri ilə  sıx  əlaqə  saxlamışdır.  O, 
Odessada oxuyark
ən bir qrup tələbə ilə Baxçasaraya gedərək orada teatr tamaşaları 
vermiş və böyük türkçü İsmayıl Qaspralı ilə görüşmüşdür. Bu barədə N.Nərimanov 
yazırdı  ki,  “bir-birimizin dərdindən və  məqsədindən xəbərdar olduq” (289, c.2, 
s.30-
33).  İ.Qaspralının  Baxçasaraydakı  ev-muzeyində  onun N.Nərimanovla  sıx 
əlaqələri  haqqında  qeydlər saxlanılır  (398).  N.Nərimanov Rusiya türklərinin 
h
əmrəylik ideyasına ömrü boyu sadiq qalmışdır. 1914-cü ildə Bakıda Azərbaycan 
dilind
ə nəşr edilən “Bəsirət” qəzetində N.Nərimanovun çap olunmuş (1999-cu ildə 
“Tanıtım”  qəzetində  çap  olunmuşdur.  -  H.H.)  məqaləsi N.Nərimanovun türk 
h
əmrəylik ideyasına sadiqliyini, ona ürəkdən yanaşdığını təsdiq edir. Bu məqalədə 
N.N
ərimanov böyük türkçü, dünya türklərinin “dildə, fikirdə,  işdə” birliyini 
gerç
əkləşdirmək istəyən  İsmayıl bəy Qaspralının ölümünə heyfsilənmiş, üzərində 
ona layiq sözl
ər  yazılmış  başdaşını  ucaltmaq  təklifini irəli  sürmüş  və  nəhayət, 
türkçülüyün  “baş  komandana”  ehtiyacı  olduğunu  vurğulamışdır.  N.Nərimanov 
m
əqaləni ürək yanğısı ilə bitirərək deyirdi ki, İsmayıl bəy Qaspralını unudan xalqın 
özün
ə  başdaşı  qoyulmalı  və  o  başdaşında  yazılmalıdır:  “Millət  İsmayıl  bəy kimi 
q
əhrəmanını  unutdu  və  özü də  qeyb oldu” (355, 1999, 19 (26), 19-25 iyun). 
N.N
ərimanov belə  hesab  edirdi  ki,  bir  türk  xalqının  xadimini  bütün  başqa  türk 
xalqları  tanımalı  və  qiymətləndirməlidir. O, müsəlmanların  bilgisizliyinə 
heyfsil
ənərək deyirdi: “Sabirimizi Rusiya müsəlmanları,  Tukayımızı  Qafqaz 
müs
əlmanları  bilməlidirlər”  (312,  20  sentyabr  1914).  İ.Qaspralının  ölümü 
münasib
ətilə N.Nərimanovun yazdığı məqalə H.Kakınc tərəfindən onun türkçülüyə 
sadiqliyi kimi qiym
ətləndirilir (85, s.11). N.Nərimanov Həştərxanda  yaşayarkən 
Rusiyanın müxtəlif yerlərində yaşayan türkdilli xadimlər ilə ünsiyyət yaratmışdır. 
1911-ci ilin aprelind
ə böyük tatar şairi, maarifpərvəri və ədibi Q.Tukay Həştərxana 
g
ələrkən N.Nərimanovla  görüşmüş  və  dostluq  əlaqələri  yaratmışdır.  Sonralar 
N.N
ərimanov Q.Tukay haqqında məruzə oxumaq üçün hökumətdən icazə almışdır 
(47, s.147-148,157). O, tatar teatr xadimi Sona Safiyulina il
ə əməkdaşlıq etmişdir 
(47, s.156-157). N.N
ərimanov türk ədiblərinə  böyük rəğbət göstərirdi. Qriqori 


24 
 
Kizel N.N
ərimanovun şəxsi kitabxanasında saxlanılan Menaqebe Seid Yattal Qazi 
adlı  türk  yazıçısının  türk  dilində  nəşr  olunan  “Hekayələr”  kitabının  üzərindəki 
ekslibrisini tapmışdır. Ekslibrisdə N.Nərimanovun adı kiril qrafikası ilə rus dilində 
v
ə ərəb qrafikası ilə Azərbaycan dilində həkk olunmuşdur. 
ARDA-da Qaraçay v
ə Çərkəz muxtar vilayətinin İcraiyyə Komitəsinin sədri 
Kurciyevin Az
ərbaycan  MİK-in sədri  Ağamalıoğluna  müraciəti  saxlanılır.  O, 
Az
ərbaycanın  məktəblərində  onlar  üçün  kadr  hazırlanmasını  xahiş  edir.  Məktub 
Bakıya  Ağamalıoğlunun  adına  yazılsa  da,  dərkənarı  N.Nərimanov  qoymuşdur. 
D
ərkənarda deyilir: “Bunu Qaraçay vilayəti üçün mütləq etmək  lazımdır. 
Seminariyalarda, institutlarda v
ə başqa xüsusi məktəblərdə yer vermək lazımdır”. 
M
əktub 1925-ci il martın 6-da yazılmış, N.Nərimanov  martın 7-nə qədər Tiflisdə 
olmuş, dərkənarı 1925-ci il martın 12-də (ölümünə 7 gün qalmış) qoymuşdur. 
Tatar v
ə  başqırd  xalqlarının  görkəmli din xadimi və  alimi Rizaetdin 
Faxretdinovun  qızı  xatirələrində  yazır  ki,  atası  din  xadimi  olduğundan  onun 
Zaynab v
ə  Saqit  adlı  qızlarını  ali  məktəbdən xaric edirlər. Atam N.Nərimanov 
haqqında  xoş  xəbərlər  eşitdiyindən ona türk dilində  məktub  yazır.  Bir  müddət 
sonra x
əbər gəlir ki, qızların ikisini də ali məktəbə bərpa ediblər. Onlar ali məktəbi 
uğurla bitirdilər və onların ailə üzvləri indiyə qədər N.Nərimanovun bu xidmətini 
unutmurlar (396). 
N.N
ərimanov milli təmayüllü siyasətçilər ilə  daim əlaqə  saxlayırdı,  onlar 
bir-biril
əri ilə  milli təmayüllü siyasətlərini  əlaqələndirirdilər. Kommunist olsa da 
kommunist ideologiyasına zidd  gedən, zəmanəsində türkçü kimi qiymətləndirilən 
N.N
ərimanovla  əməkdaşlıq  edən və  həmfikir olan siyasətçilərdən  tatar  xalqının 
dövl
ət xadimi Sultanqaliyevi birləşdirən milli təmayül ruhu, bir də  ümumtürk 
h
əmrəyliyi idi. N.Nərimanovu həbs olunmuş Sultanqaliyevlə əməkdaşlıqda ittiham 
ets
ələr də  o, bu əməkdaşlıqdan  imtina  etməmişdir.  Sultanqaliyevin  həmvətənləri 
onun  ağır  zamanlarda  xalq  yolunda  göstərdiyi xidmətlərini unutmur, yüksək 
qiym
ətləndirir və dərindən öyrənib bu günkü nəslə çatdırırlar. 
Türkiy
ədə  nəşr  olunan  kitabda  Sultanqaliyevin  arxivindən  çıxmış 
“Az
ərbaycanlı  kommunistlər”  adlanan  yazıda  (84,  s.222-224) qeyd olunur ki, o, 
N.N
ərimanovla 1915-ci ildən şəxsən tanış idi və əməkdaşlıq edirdi. Bundan başqa 
o, Sultan M
əcid  Əfəndiyevlə,  Tağı  Şahbazovla,  İsrafilbəyovla  da  tanışlığı  və 
əməkdaşlığı  haqda  qeyd  edir  (84,  s.222).  Lakin  sonuncularla  əməkdaşlıq,  demək 
olar ki, N.N
ərimanovun ölümündən  sonra  bitmişdir.  Sultan Məcid  Əfəndiyevlə 
sonrakı  görüşü  haqda  Sultanqaliyev  belə  deyir:  “Əfəndiyev  yoldaş  müxalifətlə 
əlaqələrimiz haqda belə  bir  baxış  ortaya  qoydu:  N.Nərimanovun  zamanında 
mövcud olan v
ə milli məsələdə Trotski ilə eyni mövqedən hərəkət etmək tezisinə 
(mövqeyin
ə) üstünlük verilməyin  yanlışlığı  ortaya  çıxmışdır;  bu  fəaliyyət tərzini 
d
əyişdirmək və partiyanın MK-sı ilə əlaqələrimizi zorlaşdırmamaq  gərəkdir” (84, 
s.222-
224). Bu yazı Azərbaycanda milli təmayülçülüyün məhz N.Nərimanovun adı 
il
ə bağlılığını bütün açıqlığı ilə göstərir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə