HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   6   7   8   9   10   11   12   13   ...   82

21 
 
Şərqdə buraxılan hər səhv imperialist dövlətləri tərəfindən fitnə-fəsad məqsədi ilə 
istifad
ə  olunacaqdır.  Müsəlmanların  psixologiyası,  mənəviyyat prinsipləri, adət-
ənənələri ilə  hesablaşmaq  lazımdır.  Yerli  əhaliyə  qarşı  şablon  hərəkətlər etmək 
olmaz. N
əzərdə tutulan bir çox dekretlər yerli şəraitdə yararsız olduğundan onları 
ehtiyatla q
əbul edib, ehtiyatla həyata keçirmək  lazımdır.  Türküstana gedərkən 
bolşeviklərin  aparıcı  şüarı  “İşləməyən  dişləməz”  olmalıdır.  Bu  şüar  altında  öz 
əməklərinin  hesabına  yaşayanlarla,  özgənin  əməyinin  hesabına  yaşayanlar 
bilin
əcəkdir.  İşləyənin dövlət  quruluşunda  səsi  olacaq,  işləməyənin isə 
olmayacaqdır”. 
N.N
ərimanov  Şərqin  ənənələrindən  birinin  insanın  öz  hüquqlarını 
bilm
əməsi olduğunu yazmışdır. O deyirdi ki, adama lazım olan qərarları ya yaşca 
böyük, ya nüfuzca daha hörm
ətli, ya da daha varlı insanlar qəbul etdirirlər. Bu da 
insanı taleyə, həyata, baş verən proseslərə daha laqeyd edir. Bolşeviklər isə sübut 
etm
əlidirlər ki, hərənin taleyi öz əlindədir. N.Nərimanov deyirdi ki, biz gərək 
insanlarda  inamsızlığı  öldürək, öz qüvvələrinə  inamı  artıraq.  Bəziləri belə 
fikird
ədirlər ki, Türküstan əhalisi  savadsızdır,  ictimai  həyat  üçün  yararsızdır,  bu 
s
əbəbdən onları idarəçiliyə cəlb etməyə ehtiyac yoxdur, işləri onlarsız da aparmaq 
olar. Bel
ə  baxış  ilk  əvvəl  bizim  inqilabın  mahiyyətini  başa  düşməmək və 
müs
əlman  Şərqinin iqtisadi, siyasi və  sosial  şəraiti ilə, məişət və  dini  şərtləri ilə 
hesablaşmamaq  deməkdir.  Biz  işə  başlayarkən zəhmətkeş  kütlələrini  ictimai  işə 
c
əlb etməliyik.  Əvvəllər  buraxdığımız  səhvlər bəzi dekretləri həyata keçirərkən 
ehtiyatlı  olmağımıza  vadar  edir.  İri  istehsal  milliləşdirilməli  olduğu  halda,  xırda 
istehsal n
əinki milliləşdirilməməlidir, hətta ona həvəs  oyatmalıyıq.  N.Nərimanov 
daha  sonra  yazırdı  ki,  nə  qədər ki, əhalini  ərzaqla tam təmin etmək üçün bizim 
özümüzün nizamlanmış ərzaq aparatımız yoxdur, biz xırda alverə dözməliyik. Biz 
bu m
əsələnin həllində ehtiyatlı və ləng tərpənməli olsaq da, torpaq məsələsini tez 
h
əll etməliyik.  İri  torpaq  sahələrinin  sahibkarlarına  qarşı  biz  rəhmsiz  olmalıyıq. 
Torpaq bütün 
əhali arasında bölüşdürülməlidir. Ümumiyyətlə, Türküstanda torpaq 
m
əsələsinə  çox ciddi diqqət yetirməliyik. Çünki bu məsələdə  uzun müddətdir 
qeyri-
normallıq  vardır.  Qeyri-normallıq  isə  ondan ibarətdir ki, köçüb buraya 
g
əlmiş  rusların  çoxunun  8  desyatin  və  daha  artıq  torpağı  var;  rusların  arasında 
qolçomaq  daha  çoxdur,  halbuki  qırğızlar  (qazaxlar  və  qırğızlar  nəzərdə  tutulur  - 
H.H.) v
ə  ümumiyyətlə, yerlilərin  torpağı  heç  yoxdur,  ya  da  çox  azdır.  Yerli 
camaatla köçüb buraya g
əlmiş  ruslar  arasında  baş  verən  ixtilafın  səbəbi budur. 
Torpağı böldükdə avadanlığı olan hazır təsərrüfatları dağıtmaq lazım deyil, əksinə, 
aqronomları və təcrübəli yerli adamları işə cəlb edərək inkişaf etdirmək lazımdır. 
N.N
ərimanov Türküstanda dövlətlə 
m
əktəbin münasibətlərinin 
t
ənzimlənməsi məsələsinə  də  diqqət  yetirmişdir.  O,  ehtiyatla  və  bacarıqla  tətbiq 
edilm
əsi  lazım  gələn dekretlərdən, məsələn, kilsəni dövlətdən və  təhsili, məktəbi 
kils
ədən  ayırmaq  haqqında  dekretləri qeyd edirdi. N.Nərimanov deyirdi ki, 
Marksın  din  haqqında  fikri  unudulmamalıdır:  dini  baxışlar  cəmiyyətin maddi-


22 
 
iqtisadi bazisi il
ə  birlikdə  dəyişilir.  Bu  səbəbdən  İslamı  naşı  tənqid etməkdən 
ç
əkinilsin, söymək, təhqir etmək lazım deyil, ancaq tarixi dəlillərlə, iqtisadi-siyasi 
h
əyatın  tələbləri ilə  sübut etmək  lazımdır.  Burada  sovet  Rusiyasında  olduğundan 
daha az mane
əyə  və  ruhanilər tərəfindən  daha  az  düşmənçiliyə  rast gələcəyik. 
Lakin m
əktəbin, təhsilin kilsədən  ayrılması  məsələsi  Şərqin din xadimlərini ilk 
zamanlar h
əqiqətən sovet hakimiyyəti  əleyhinə  qaldıracaq.  N.Nərimanov  yazırdı 
ki, bu m
əsələnin həllinə əvvəldən bacarıqla yanaşılsa, heç bir xüsusi çətinliyə rast 
g
əlmərik. Problemin həlli yolu belədir: hökumət müəyyən proqramla öz 
m
əktəblərini açır, təhsili icbari və pulsuz edir. Hökumət ancaq müəyyən dərslərin 
keçilm
əsinə  pul  verir.  Lakin  uşaqlarına  bu  dərslərdən  əlavə  başqa  elmləri də 
oxutmaq ist
əyənlər hökumət məktəblərinin məşğələlərindən kənar bir vaxtda öz 
pulları  ilə  oxuda bilərlər.  Əgər  uşaqlar  nahardan  sonra  molla  məktəbinə  gedib 
Quran oxusalar, yaxud şəriət dərsi keçsələr, buna mane olmaq lazım deyildir. Əgər 
işçilər bilsələr ki, müsəlmanların nikahı mahiyyətcə məhz vətəndaş nikahıdır, onda 
v
ətəndaş nikahı məsələsi də asanlıqla həll edilmiş olar. 
N.N
ərimanov belə  hesab  edirdi  ki,  sovet  Rusiyası  ilə  Türküstanın 
əlaqələrinin mahiyyəti,  Türküstanın  nəyə  ehtiyacı  varsa  onlarla  mümkün  qədər 
t
əchiz olunmaqdan ibarətdir. Burada haqq-hesab bilən  əql yox, dövlət  əqli 
lazımdır. Biz düşünməməliyik ki, Türküstan bizə nə  verəcək və əvəzində biz ona 
n
ə  verməliyik.  Türküstanı  elə  təchiz etmək  lazımdır  ki,  ətrafımızdakı  dövlətlər 
bizim qüvv
əmizi, məhsuldarlığımızı görüb, hiss etsinlər (302, s.231-236). Bu sənəd 
sovetl
ər ölkəsində  milli təmayüllü siyasətin  əsasını  təşkil  edir.  Sonralar 
N.N
ərimanovun Azərbaycanda keçirdiyi dövlətçilik siyasəti, Stalinə  yazdığı 
m
əşhur məktubunun əsas müddəaları bu sənəddə artıq irəli sürülmüşdür. 
N.N
ərimanov Türküstan məsələlərini dərindən  bilmiş,  öz  tövsiyələri ilə 
sovet  Rusiyası  hökumətinin bu regionda düzgün siyasət yeritməsinə  nail  olmağa 
çalışmış, lakin onun tövsiyələri lazımınca nəzərə alınmamışdır. 
Sonralar Az
ərbaycanda məsul dövlət vəzifəsində  çalışarkən də 
N.N
ərimanov Türküstanı unutmamışdır. N.Nərimanov nəinki Azərbaycanda solçu 
kommunistl
ərlə  mübarizə  aparmış,  o,  hətta Türküstanda olan vəziyyətdən də 
narahat olaraq Stalin
ə  “Türküstanda və  Buxarada  buraxılmış  səhvləri aradan 
qald
ırmağı”,  “solçu  kommunistləri  tutduqları  vəzifələrdən  geri  çağırmağı”  və 
özünün t
ərəfdarları  olan  azərbaycanlıları  oraya  məsul  işlərə  göndərməyi təklif 
etmişdir. O, eyni zamanda Stalini Türküstan səfərində müşayiət etmək istədiyini də 
bildirmişdir  (324,  s.4). N.Nərimanov Sovet dövlətində  yaşayan  türk  xalqlarının 
dirç
əlişinə əlindən gələn köməyi etmişdir. 
N.N
ərimanovun siyasi fəaliyyətində sovet Rusiyasının Türküstan və Rusiya 
türkl
əri siyasətinə  baxışının  öyrənilməsi müəyyən elmi maraq kəsb edir. 
Türküstand
a türk xalqlarının dövlətçilik sisteminin tam təkmilləşməsi uzun müddət 
t
ələb etdisə  də, bu nəticədə  biz N.Nərimanovun rolunu görməyə  bilmərik. Bu 
proses dem
ək olar ki, 1918-ci ildən 1936-cı  ilə  qədər çəkmişdir  (Buxara  Xalq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə