Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə139/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   134   135   136   137   138   139   140   141   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımını və işğalını pərdələyən yalan
1918-ci  ildə  Ermənistan  respublikası  yarandıqdan  sonra 
saxta,  heç  bir  elmi  və  tarixi  əsası  olmayan,  böyük  dövlətlər 
tərəfindən yaradılan erməni məsələsinin əhəmiyyəti qalmamış­
dır.  Ermənistan  respublikası  yarandığı  gündən  qonşu 
dövlətlərə qarşı ərazi iddiasında olub onlara hədsiz problemlər 
yaratmışdır.  Dünya  ikili  standartlardan  xilas  olsa,  dünyada 
ədalətin bərqərar olunmasına çalışsalar Azərbaycan məsələsini- 
torpaqlarının  iyirmi  faizini  işğal  edən  Ermənistan  dövlətini 
cəzalandırar,  qaçqına  çevrilmiş  milyonlarla  soydaşlarımızın 
hüquqlarını  müdafiə  edər.  Erməni  liderlərini  beynəlxalq  təş­
kilatların qətnamələrinə hörmətlə yanaşmağa məcbur edərlər.
Erməni məsələsi yoxdur, erməni dövlətinin təcavüzkarlığı 
var,  işğalçılığı  var,  beynəlxalq  təşkilatların  qətnaməsinə 
hörmətsizliyi var.
İkili  standartlar  siyasətinin  əsirinə  çevrilmiş  dünyanın 
aparıcı güc mərkəzləri - dövlətləri ermənilərin azərbaycanlılara 
qarşı  törətdikləri  soyqırımlarda  kollektiv  cavabdehdirlər. 
Kimsə  erməninin  xəyanətindən,  qırğın,  soyqırımı,  terror 
aktlarım  pərdələmək  üçün  qurduğu  yalanlara  əsasən  dərs 
almaq, ona-işğalçıya İraq, Livan və başqa yerlərdə olduğu kimi 
layiq olduğu yeri göstərmək istəmirlər.
Ulu öndər Heydər  Əliyevin  1993-cü  ilin  iyununda xalqın 
təkidli  tələbilə  hakimiyyətə  qayıdışından  sonra  bir  çox  milli 
faciələrimiz kimi Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin 
verilməsi mümkün olmuşdur.  1996-cı il  fevralın 24-də xocalılı- 
larla  görüşən  Heydər  Əliyev  bu  faciənin  xalqımızın 
qəhrəmanlıq  tarixində  xüsusi  yeri  olduğunu  vurğulamışdır: 
"Bir  tərəfdən  bu,  hər  bir  Xocalı  sakininin  öz  torpağına, 
millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də 
Ermənistamn  millətçi,  vəhşi  qüvvələri  tərəfindən Azərbaycana 
qarşı  edilən  soyqırımıdır, 
vəhşiliyin  görünməmiş  bir 
təzahürüdür.  Əgər  Xocalı  faciəsi  bir  tərəfdən  erməni 
işğalçılarının vəhşiliyinin nəticəsi  olubsa,  ikinci  tərəfdən bizim 
dövlət  orqanlarının,  o  vaxt  respublikaya  rəhbərlik  edən 
552
Həsənbala  Sadıqov
səlahiyyətli 
şəxslərin 
cinayətkarlığı, 
hətta 
deyərdim, 
xəyanətkarlığı  nəticəsində  olubdur.  Ona  görə  də  biz  bu 
soyqırımını  pisləməliyik,  ermənilərin  bu  vəhşiliyini  dünyaya 
göstərməliyik,  onlan  bir  vəhşi  kimi  ifşa  etməklə  yanaşı,  eyni 
zamanda,  özümüzə  etdiyimiz  cinayəti,  xəyanəti  də  aşkar 
etməliyik".1087
Ümummilli liderin təşəbbüsü  ilə Milli Məclis  1994-cü  il 
fevralın  24-də  "Xocalı  soyqırımı  günü  haqqında"1088 xüsusi 
qərar  qəbul  etmiş,  sənəddə  hadisənin  başvermə  səbəbləri, 
günahkarlar  təfsilatı  ilə  açıqlanmışdır.  Ümummilli  lideri­
mizin  "Xocalı  soyqırımı  qurbanlarının  xatirəsinə  sükut  dəqi­
qəsi elan edilməsi haqqında"  25 fevral  1997-ci il  tarixli sərən­
camı  ilə  hər  il  fevral  ayının  26-sı  saat  17.00-da  Azərbaycan 
Respublikasının  ərazisində  Xocalı  soyqırımı  qurbanlarının 
xatirəsi ehtiramla yad edilir.
Bu  ilin  31  yanvarında  dünyanın 56  ölkəsinin  üzv olduğu 
İslam  Konfransı Təşkilatının  (İKT)  Parlament Assambleyasının 
VI  sessiyasında  Xocalı  faciəsi  insanlığa  qarşı  cinayət  kimi 
qiymətləndirilib.  İKT-nin  Xocalı  hadisələrini  insanlığa  qarşı 
cinayət  kimi  qiymətləndirməsindən  hüquqi  əsas  kimi  istifadə 
edib  təşkilata  üzv  ölkələrin  parlamentlərində  müzakirələrin 
keçirilməsinə və soyqırımı kimi tanıdılmasına nail olmaq üçün 
hərtərəfli  fəaliyyət  göstərilməlidir.  Bu  məqsədlə  diaspor 
təşkilatlarının  gücündən maksimum  istifadə  etməli  və  onların 
fəaliyyətləri uzlaşdırılmalıdır. Ermənilərin Azərbaycan xalqının 
başına  gətirdikləri  bəlalann,  faciələrin  dünyaya  çatdırılma­
sında,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi 
barədə  Heydər  Əliyev  Fondunun  xidmətlərini  xüsusi 
vurğulamaq lazımdır. Fondun rəhbəri, YUNESKO və ISESKO- 
nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputaü  Mehriban
1087 “Azərbaycan” qəzeti, 
25 
fevral  1996-cı  il.
Ю
88 “д 2ЭГьаусап” 
qazeti, 
25 
fevral  1996-cı  il.
553


Emuni mssshsi: xayanəti, deportasiyam, soyqırımım vs işğalım pərdələyən yalan
Əliyevanın  təşəbbüsü  ilə  Azərbaycan  həqiqətlərinin  dünyaya 
çatdırılması  istiqamətində  təbliğat  və  təşviqatın  aparılması 
yönündə çoxşaxəli fəaliyyət həyata keçirilir.
Dünyaya  bax,  dünya  ilə  ayaqlaşmağın  lazım  olduğunu 
qəbul  etməlisən.  Müdrik  babaların  tarixindəki  təcrübəsini 
yadda  saxla.  Oxudunsa  onları  bir  daha  təkrar-təkrar  oxu. 
Günahımız  bir  zamanlar  top-tüfəngsiz  olmağımızda  deyil, 
günahımız  tariximizi  unutmağımızda,  unutqanlığımızdadır. 
1918-1920-ci  illərlə  bu  günümüzü  müqayisə  etdikdə  erməni­
lərin  eyni  məqsəd  daşıyan  ssenarisinin  fəaliyyətdə  olduğunu 
görürük.  Odur  ki,  tarixdən  bu  gün,  sabah  və  həmişə  dərs 
almaqda davam etməliyik. Bütün məchul sualların cavabı tarix 
kitablarımızda  olmasa  da babalanmızın  və  bizim  yaşadığımız 
tarixdə  vardır.  Hələ  imkanlarımız  tükənməyib,  qələbəni 
dadmaq şansımızı itirməmişik. Sadəcə imkanları səfərbər edib, 
hadisələrə  tariximizin  gözü  ilə  baxmalıyıq.  Kim  olduğunu 
bildikdən  sonra  hər  cür problemi  aradan  qaldırmaq  imkanına 
sahib olduğuna inanacaqsan.
Azərbaycan  Respublikasının  Prezidenti,  Silahlı  Qüvvə­
lərin Ali Baş Komandanı cənab İlham Əliyevin təbirincə desək, 
"Azərbaycan  müharibə şəraitindədir.  Müharibə  hələ bitməyib, 
müharibənin  birinci  mərhələsi başa  çatıbdır.  Biz  elə  etməliyik, 
istənilən anda torpaqlarımızı hərbi yolla azad edə bilək."1089
10891. Əliyev.  Azərbaycan və türk diaspor təşkilatı rəhbərlərinin birinci forumu.  Bakı 9 
mart 2007.  Azərbaycan” qəzeti  10 mart 2007-ci il.
554
Ədəbiyyat
Heydər  Əliyev.  „Azərbaycanlıların  soyqırımı  haqqında" 
Azərbaycan  respublikası  prezidentinin  fərmanı  26  mart 
1998-ci il.
İlham  Əliyev.  Dünya  Azərbaycan  və  türk  diaspor  təşkilatı 
rəhbərlərinin  birinci forumu.  Bakı  9  mart  2007.  Azərbaycan" 
qəzeti 10 mart 2007-ci il.
335(1919)  Senesi  Temmuz  ayı  zarfında  Kafkasyada  islamlara 
karşı  icra  olunduğu  haber  alınan  ermeni  mezalimi.Osmanlı 
Erkan-ı Harbiye-i Umumiye Dairesi Yayınları, İstanbul 1919. 
335-336(1919-1920)Seııeleri  Kafkasyada  İslamlara  karşı  icra 
olunduğu  Taayyiin  eden  ermeni  mezalimi,  Türkiye  Böyük 
Millet Meclisi Hükiimeti Şark Cebhesi kumandanlığı X Şubesi 
Yayınları, Kars, 1.1.327(1921).
Abdullah Yaman, Ermeni nıeselesi ve Türkiye,  Ortağ yayınları, 
İstanbul, 1973.
Ahmet  Refik,  Kafkas  yollarında:  batıralar  ve  tahassüsler, 
İstanbul, 1919.
Akçanı,  Taner.  Türk  ulusal  kimliği  ve  ermeni  şorunu.  İletişin 
yayınları, İstanbul 1992.
Akçora,  Erdiindüz,  Van  ve  çevresitıde  ermeni  isyanları 
(1896-1916),  Türk  düııyasıı  araştırmaları  vakfı  yayınları, 
İstanbul  1994, XXII.
Akgiin,  Seçil,  General  Harbordun  Anadolu  gezisi  ve  ermeni 
nıeseelesine  dair  raponı  (kurtuluş  savaşı  başlanğıcında), 
Tercüman tarilı yayınları, İstanbul 1981.
Algier,  İçlal,  Erzurum  sancağında  tiirk-ermeni  ilişkileri 
(1890-1919), Ankara  1984.
Anadol,  Cemal,  Tarihin  işığında  ermeni  dosyası,  Turan 
kitabevi, İstanbul 1982.
Andonian, Aram.  The Memories of Naim  bey:  Turkish  Official 
Dokuments  Relating  to  the  Deportations  and  massacres  of 
armenians, London 1920.
Həsəııbala Sadıqov
555


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə