Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə134/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   130   131   132   133   134   135   136   137   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalını pərdələyən yalan
nəfərində güllə yarası  ilə  birlikdə onların  üzərindən  hərbi  texnikanın 
keçməsi əlamətləri olmuşdur."w59
Sonra  meyitlərin müayinəsi  davam etdirildikdə  dünyada 
qırğın  tarixində  çox  az  rəst  gəlinən  xəsarətlər  meydana  çıx­
mışdır.  Azərbaycanlılann  „diri-diri  dırnaqları  çıxarılır,  başları 
kəsilir,  gözləri  çıxarılır,  müxtəlif  üsullarla  və  vasitələrlə  yan­
dırılır, qadınların döşləri kəsilir,  cinsiyyət üzvləri kəsilir1
0
5
9
 1060"  və 
daha nə kimi ifadə edilməsi mümkün olmayan „cəza" üsulları 
tətbiq etmişdilər. Bunlar haqqında mənbələrdə faktlar vardır.
Xocalı soyqırımı və dünya
Xocalı  faciəsi  baş  verdiyi  gündən  dünya  mətbuatının 
gündəliyində  çox  mühüm  yer  almışdır.  Türkiyənin  hər yerin­
də,  o  cümlədən  Dağlıq  Qarabağ  hadisələri  ilə  əlaqədar  olaraq 
Ankara,  istanbul,  İzmir,  İqdır,  Qars  və  başqa  şəhərlərində 
mitinqlər  davam  etmişdi.  Mitinqlərdə  Türkiyə  hökumətindən 
tələb  edilirdi  ki,  „Türkiyə  Dağlıq  Qarabağda  olan  azərbaycan­
lılara  qarşı  genosid  siyasətinə  son  qoymaq  üçün  Ermənistana 
təsir göstərməlidir."1061
Türkiyədə  siyasi  partiyalar  və  ictimai  təşkilatlar  bir 
məsələdə  həmrəy  oldular  ki,  Türkiyə  hadisələrdən  kənarda 
qala  bilməz,  qardaş  Azərbaycan  xalqına  kömək  etməlidir.  Bu 
dövrdə  Azərbaycan  qardaş  Türkiyənin  daima  mənəvi  kömə­
yini hiss etmişdi. Türkiyənin Xarici İşlər Nazirliyi Türkiyə üzə­
rindən  Ermənistana  gedən  təyyarələrə  nəzarətin  artırılmasını 
qərara  almışdı.  28  fevral  1992-ci  il  tarixdə  Avropada  Sülh  və 
Tərəfdaşlıq  təşkilatının  Praqada  keçirilən  yığıncağında  alman 
qərarla  Qarabağ  konflikti  olan  regiona  silah  satılmasına
1059 Nəsiman Yaqublu.  Xocalı  qırğını.  Bakı  1992,  s.  27-29.
1060  Ermənilərin  „Cəza  üsulları  haqqında  geniş  məumat  almaq  üçün  baxın:  Nəsiman 
Yaqublu.  Xocalı  qırğım.  Bakı  1992,  s.  91-97.  „
1061  „ Независимая  газета ” 5  марта  1992  г.
532
H əsənbala  Sadıqov
embarqo qoyulmuşdu1062. İT AR TASS 5 mart 1992-ci ildə məlu­
mat  verirdi  ki,  Türkiyə  parlamentinin  spikeri  dünya  ictimaiy­
yətini ermənilərin azərbaycanlılara qarşı genosidini mühakimə 
etməyə çağırırdı.  Hətta hökumət səlahiyyətliləri tələb edirdilər 
ki,  Türkiyə  silahlı  qüvvələrinin  Ermənistan  sərhədlərinə 
yaxınlaşmasına ehtiyac vardır.
Stokholmda  da  türk  və  Azərbaycan  cəmiyyətlərinin  Ru­
siya səfirliyi  qarşısmda  mitinqləri keçirilmişdir.  Mitinq iştirak­
çıları  Xocalı  faciəsinin  günahkarlarının  cəzalandırılmasını, 
Dağlıq  Qarabağda  müdaxilənin  dayandırılmasım  tələb  edir­
dilər.  Rus  rəhbərliyindən erməniləri  dəstəkləmək  siyasətindən 
əl çəkmələri tələb olunurdu.
Moskvada  yaşayan  azərbaycanlılar  da  Rusiya  Müdafiə 
Nazirliyinin  və  Ağ  evin  qarşısında  piket  təşkil  etmişdilər. 
Mitinqdə 366-cı polkun Xocalı faciəsində rolu  haqqında məlu­
mat  verilmişdir.  Tələb  edilmişdir  ki,  Rusiya  Azərbaycanın 
daxili işlərinə qarışmamalıdır.
Dünyanın  nüfuzlu  mətbuatında  da  Azərbaycanda  Xocalı 
faciəsi ilə əlaqədar etirazlar verilməkdə idi. Böyük Britaniyadan 
„Tayms""-ın  müxbiri  Anatol  Levenin  mart  ayındakı  məqa­
ləsində  Xocalı  faciəsi  haqqında  həqiqətlər  dünyaya  təqdim 
edilməkdə  idi.  Reportajını„Cəsədlər  Qarabağ  vadisinin  hər 
yerinə  səpələnmişdi"  1063 başlığı  ilə  vermişdi.  Onun  məqalə­
sində Xocalı faciəsi haqqmda fotolar dərc edilmişdi. Anatol Le- 
ven  kiminsə  məlumatına  deyil,  özünün  gördüklərinə  əsas­
lanmışdı.  O,  Qarabağda  Xocalı  faciəsinin baş  verdiyi  yerlərdə 
olmuşdur.  Müəllif  daha  sonra  cəsədlərin  kimliyi  ilə  əlaqədar 
bildirirdi ki,  öldürülənlər əsgərlər deyil, qırğmdan qurtarmağa 
çalışan dinc əhali olmuşdur.
Dünyanın  müxtəlif  ölkələrindən  Qarabağda  olan  jurna­
listlər  dəhşət  ilə  qarşılaşdıqlarını  ifadə  etmişlər.  İngilis  „Frant 
layn nyus" telekompaniyasının operatoru Rori Patriks gördük-
1062  „ Независимая  газета ”  5  марта  1992  г.
1063 Ходжалы.  Хроника геноцида.  Баку  1993, стр.  117-118.
533


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımını və işğalım pərdələyən yalan
lərini  „Xocalıdakı  vəhşiliklərə  dünya  ictimaiyyətinin  gözündə 
heç nə ilə haqq qazandırmaq olmaz"  şəklində ifadə etmişdi. O, 
Xocalı  faciəsinin  olduğu  yeri  ziyarət  etmiş  bir  neçə  xarici  jur­
nalistdən biridir. Rori Patriks daha sonra qeyd edirdi  ki, ermə­
nilərin  Naxçivanik  kəndi  yaxınlığında  öldürdükləri  adamlar 
tanınmaz vəziyyətdə idi.  Daha sonra bildirmişdir ki, bu cəsəd­
lər  Xocalının  müdafiəçiləri  deyil,  şəhərin  mülki  əhalisi  olub 
ermənilərin təqiblərindən canlarını qurtarmaq istəmişdilər.
Fransanın  və  Belçikanın  telekompaniyası  „RTF"-ni  Azər­
baycanda  təmsil  edən  Əhməd  Sel  gördüklərinə  əsasən  bildi­
rirdi  ki,  ölənlərin  bir  çoxunun  kəllə  sümükləri  çıxarılmış, 
qadınların  isə  barmaqları  kəsilmişdi.  Fransız jurnalistinə  görə 
barmaqları  qarət  nəticəsində,  qiymətli  üzükləri  çıxara 
bilmədikdə kəsə bilərdilər.
Fransız  jurnalisti  Jan  İv  Yunet  bildirirdi:  „Bura  gələnə 
qədər  respublika  haqqında  az  məlumatım  var  idi.  Fransanın 
televiziya  və  qəzetlərində  sizin  xalq  müdaxiləçi,  erməniləri 
doğma  yerlərindən  qovmağa  çalışanlar  kimi  göstərilir.  Biz, 
Ermənistandan  və  Qarabağdan  olan  azərbaycanlı  qaçqınlarla 
görüşüb  söhbətləşdik.  Biz,  Xocalı  faciəsinin  şahidi  olduq, 
yüzlərlə  mülki  insanın  cəsədlərini  gördük.  Onların  içərisində 
qadınlar, uşaqlar, qocalar və Xocalının müdafiəçiləri də var idi. 
„Mən  müharibə,  alman  faşistlərinin  amansızlığı  haqqında  çox 
eşitdim,  lakin  ermənilər  5-6  yaşında  uşaqları,  mülki  insanları 
öldürərək onları arxada qoydular."1064
Ermənilərin  spesifik  xüsusiyyətlərindən  biri  ondan  iba­
rətdir  ki,  faciəni  gerçəkləşdirməklə  kifayətlənmirlər,  həm  də 
dünya  ictimaiyyətini  etdikləri  haqqında  „məlumatlandırırlar." 
Özlərinə  aid  olanları  yüz  dəfə  artırdıqları  halda,  başqalarına 
aid olanları da o qədər azaldırlar. Azərbaycanda olan və faciəni 
gözləri  ilə  görən  Amerika  jurnalisti  bildirmişdir  ki,  mən  bu 
günlərdə  „Vaşinqton  post"  qəzetində  Xocalı  fəciəsi  haqqında
1064  „Вышка”, 7  марта  1992  г.
534
Həsəııbala  Sadıqov
kiçik bir məlumat gördüm. Orada 15 nəfərin öldürüldüyü və 10 
nəfərin  də  yaralandığı  göstərilirdi.  Bunlar erməni  mənbələrinə 
əsaslanan xəbərlərdir.
Sonra  Amerikanın  „Si-en-en"  telekompaniyası1065 hadisə 
yerindən  çəkilişlər  ilə  Amerika  ictimaiyyətini  tanış  etmişdir. 
Yalnız  ondan  sonra  amerikalılar  başından  vurulmuş  uşaq 
cəsədini,  öldürülmüş  ixtiyarı,  qadını  görmüşlər.  Bu  verilişlər 
Amerikanın  müxtəlif  telekanalları  ilə  bir  neçə  gün  təkrar­
lanmışdı.  Amerikanlar  ilk  dəfə  erməniləri  öldürülən  vəziy­
yətində deyil, öldürən vəziyyətində görürdülər. Bu, Amerikada 
erməni diasporunun uzun illərdən bəri təsiri altında saxlamağa 
çalışdığı ictimai fikirdə sarsıntılar yarada bilirdi. Bu istiqamətdə 
işlər daima diqqətdə saxlanılmalıdır.
Amerikada  Azərbaycan  gerçəklərinin  ictimaiyyət  ilə 
„görüşdürülməsi"  sonrakı  dövrlərdə  də  davam  etdirilmişdir. 
Amerikanın  „Uorld  risorsiz  inkorporeyted"  kompaniyasının 
prezidenti  Azərbaycandan  getdikdə  Xocalı  və  Qarabağ 
hadisələri  ilə  əlaqədar  3  videokaset  aparmışdı.  Bunların  da 
Amerikada  göstərilməsi  amerikalıların  azərbaycanlı-erməni 
münasibətləri haqqında fikirlərinə təsir edə bilmişdi.
Erməni mətbuatı və Xocalı soyqırımı
Ermənilər  dünyanın  harasında  olursa  olsun  qırğın 
törətdikdə  onun  beynəlxalq  aləmdən  gizlədilməsinə  həmişə 
xüsusi  əhəmiyyət  verirdilər.  Bu  dəfə  də  Xocalı  qırğınının 
dünyadan  gizlədilməsinə xüsusi  cəhd  göstərirdilər.  Onların 28 
fevral  1992-ci  ildə  „Pravda"  qəzeti  vasitəsi  ilə  yaydıqları 
„həqiqətlər"  qırğının  təbliğatı  ilə  əlaqədar  fəaliyyətlərinə 
nümunə  ola  bilər.  „Fevralın  25-dən  26-na  keçən  gecə  Xocalıdan 
Stepanakertə  olan  növbəti  atəşdən  sonra  erməni  özünümüdafiə 
qüvvələri,  dinc  əhali  üzərində  təzyiqi  aradan  qaldırmaq  məqsədi  ilə
Ходжалы.  Хроника геноцида.  Баку  1993, стр.  122.
535


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə