Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə130/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   126   127   128   129   130   131   132   133   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
pullarını götürsünlər. Pul toplamış insanlara məsləhət gördülər 
ki, şəhəri tərk etsinlər1020.
„Hadisədən bir neçə saat əvvəl şəhərə erməni tele və foto 
reportyorları  gələrək  gözləməyə  başladılar1021.  Hadisənin  ilk 
olaraq  5  Sumqayıt  ermənisini  öldürən,  özünü  azərbaycanlıya 
bənzədən  Qriqoryan  başladı.  Sonra  hadisələri  idarə  etmək 
mümkün  deyildi.  O  zaman  hadisələrə  milislərin  də  müdaxilə 
imkam yox idi.  Ona görə ki,  onlara nəinki silah, həttə dəyənək 
də  gəzdirmək  qadağan edilmişdi.  Bir gün sonrad) Stepanakertdə 
„Sumqayıt  soyqırımı  qurbanlarına"  həsr  olunmuş  abidə  tələsik 
qoyuldu.
 
Çox maraqlıdır?"1022 „ Ədalət tələb edir ki, bu abidənin 
yamnda  Ermənistanın  Quqark  rayonunda  öldürülən  azərbay­
canlılara,  Qarabağ  faciəsinin  günahsız  qurbanlarına,  başqa­
larına da" abidə qoyulsun.1023
Ssenari addım-addım yerinə yetirilirdi. Daha nələr var idi. 
O zaman ssenari müəlliflərindən başqa bunu bilənlər çox az idi. 
Addımlar  hələ  də  davam  edir.  Addımlar  birliyə,  dostluğa 
doğru deyil, onun əksinə doğru  atılır. Bəlkə də nə zamansa ol­
muş  inamın,  etibarın  meydana  çıxmasmdan  qorxurlar.  Həqi­
qətlərin  ortaya  çıxmasmdan  qorxurlar.  Hadisələrə  çox  zaman­
larda  olduğu  kimi  „qalibi  mühakimə  etmirlər"  məntiqi  ilə 
yanaşmaq  həmişə  düzgün  olmur.  Tarixin  məhkəmə  arxiv­
lərində qaliblərin də mühakimə olunduğuna aid az nümunələr 
yoxdur.
Siyasətçilər  xalq  demək  deyildir,  onlar  gəldikləri  kimi 
gedirlər  də.  Əsas  olan məlum  coğrafiyaya  məskulaşmış,  uzun 
illər  birlikdə  yaşamış  insanlardır.  Siyasətçilər  bir  bölgədə
1020 Академик  Зия  Буниятов.  Почему  Сумгаит?  (ситуационный  анализ)  Azəıbaycan  SSR 
Elmlər Akademiyasının xəbərləri, Tarix, fəlsəfə və hüquq seriyası,  1989,2-ci nömrə, s.  118.
1021  Özlərinin  tərtib  etmiş  olduqlan,  proqramlanmış  hadisələri  lazım  gələn  yerdə,  lazım 
olacaq  „texniki  “vasitələrlə.  Axı,  hadisənin  olmasından  çox  onun  dünyaya  çatdırılması 
daha əhəmiyyətli  idi.
1022 Академик  Зия  Буниятов.  Почему  Сумгаит?  (ситуационный  анализ)  Azərbaycan  SSR 
Elmlər Akademiyasının xəbərləri, Tarix, fəlsəfə və hüquq seriyası, 1989,2-ci nömrə, s.  120-121.
1023 Роберт  Аракелов.  Нагорный  Карабах:  Виновники трагедии  известны.
Баку,  1991,  стр.30
516
H əsənbala  Sadıqov
„işlərini"  bitirdikdən,  „mağara  millətçiliyinin"1024 *
 meyvələrini 
dərdikdən  və  işlərini  „yeni  nəsillərə"  yoluxdurduqdan  sonra 
gedə bilirlər,  insanlar isə əcdadının qəbrindən çox da uzaqlara 
gedə bilməzlər. Bu tarixin ibrət dərsi olaraq qəbul edilməlidir.
Böyük  millətlər  tarixdən,  kiçik  millətlər  hissələrindən  dərs 
alırlar.  Son  yüz  əlli  ildə  hisslərdən  alınan  dərslərin  qurbanlarının 
ruhları  günahkarları  tanıyırlar.  Onlar  da  bilirlər  ki,  Əsgəran 
cinayətini, Sumqayıt hadisələrini,  Xocalı qırğınını,  Oguz yurdundakı 
qırğınları  kimlər  törətmişlər.  Dünya  sadəcə  günahkarları  hələ  də 
tarixin  məhkəməsi  qarşısında  görmək  istəmir.  Soyqırımı  arxivlərdə 
deyil,  yaşayan  soyqırımlara  əsaslanaraq  həll  etmək  daha  ədalətli  və 
demokratik ola bilər.
Xocalı faciəsi - azərbaycanlıların 
modern soyqırımı
Xocalı  Azərbaycanın  Qarabağda  yaşayış  məskəni  idi. 
Ağdam-Şuşa,  Xankəndi-Əsgəran  yolları  üzərində  yerləşib 
Qarabağda  mühüm  strateji  əhəmiyyətə  sahib  olan  yerdir. 
Orada,  Qarabağda  yeganə  hava  limam  var.  7000-dən  artıq 
əhalisi  var  idi.  Fərqanədən  gəlmiş  Məshəti  türkləri  və 
Ermənistandan  ermənilər  tərəfindən  qovulmuş  azərbaycan­
lılardan da ora sığınanlar var idi. Faciədən əvvəl Xocalıya şəhər 
statusu verilmişdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə dünyada olmuş 
soyqırımların  tarixinə  bir  yenisinin  əlavə  edilməsinə  hazırla­
nılırdı.  Bu  soyqırımı  soyqırımının  tərifini  belə  kölgədə  qoyur. 
Bu  qırğında  azərbaycanlılardan  heç  kimə  aman  yox  idi: 
ağbirçək  analara,  ağsaqqal  qocalara,  hələ heç bir günah  sahibi 
olmamış  körpələrə,  hətta  dünyaya  gəlməmiş,  ana  bətnində 
olan  uşaqlara  da.  Ermənilər hökmən  dünyanın  bir gün  oxuyacağı 
soyqırımı  sənədini  qanlı  güllələrlə  yazırdılar.
 
Ermənilərin
1024  Yenə orada,  s.  6.
517


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımını və işğalını pərdələyən yalan
təbliğatım müəyyən edən siyasət uzun illərdən bəri idi ki, belə 
hadisəyə doğru gizli olaraq gəlməkdə idi.
Xocalı  da  təsadüfən  seçilməmişdi.  Bura  ermənilər  üçün 
yalmz  azərbaycanlıların  yaşayış  məskənindən  başqa  strateji 
cəhətdən çox mühüm idi. Ona görə ki, Xocalı Əsgəran qalası ilə 
Xankəndinin  arasında  yerləşirdi.  Burada  dəmiryolu  və 
aeroport  vardı.  Ermənilər  əvvəlcə  Xocalının  Azərbaycanla 
əlaqəsinin  kəsilməsinə  çalışırdılar.  30  oktyabr  1991-ci  ildən 
Xocalı  ilə  avtomobil  əlaqəsi  kəsilmişdi.  2  yanvar  1992-ci  ildən 
Xocalı şəhərinin elektrik təminatı da kəsildi.1025
Xocalı faciəsini bir təsadüfin nəticəsi olaraq görmək doğru 
deyildir.  Ermənilər  terrorla  əlaqədar  uzun  müddətli  tarixi 
təcrübələrinə  dayanaraq  ictimaiyyəti  yavaş-yavaş  buna 
hazırlayırdılar.  Onlar  tarixi unutmurlar.  Bilirlər ki,  unutduqda 
tarix  ciddi  cəzalandırır.  Bizdən  fərqli  olaraq  onlar  „qardaşlıq 
laylalarında  yuxulamamışdılar."  İnsanları  öldürməklə  Dağlıq 
Qarabağda anarxiya psixologiyasım yerləşdirirdilər.
Yalnız  erməni  silahlıları  deyil,  sıravi  insanlar  da  bilməli 
idi  ki,  azərbaycanlıları  öldürməyə  görə  kimsə  cəzalandırılmır. 
„İştah  diş  altındadır"  məntiqi  ilə  hər  kəs  „milli  qəhrəman" 
olmaq  üçün  azərbaycanlıları  qətl  etməyə  istiqamətləndirilirdi. 
Yəni  Ermənistanda  və  Dağlıq  Qarabağda  müharibə  əhval 
ruhiyyəsi  yaradırdılar.  Bu  yaranmamış  olsaydı  normal  insan­
larla  və  ya  onların  gözləri  qarşısında  bu  qırğınları  həyata 
keçirmək olmazdı.
Alışdırma  tədbirlərinin  statistikasına  baxmaq  lazım  gəlir: 
Qarabağın  dağ hissəsində  1988-ci  ildə  5  nəfər,  1989-cu  ildə  32 
nəfər,  1990-cı  ildə  90  nəfər,  1991-ci  ildə  150  nəfərdən  artıq 
azərbaycanlı  qətl  edilmişdir.  Bir  nəfərin  qətl  edilməsi  faciə 
idisə,  257  nəfərin  qətl  edilməsi  sadəcə  olaraq  bir  statiska  idi. 
Məlum  olduğu  kimi  bu  qətlləri  yerinə  yetirənlər  də  cəzalan­
mamışdılar və bu da ermənilərə daha yeni qüvvələri hadisələrə
1025  „Бакинский рабочий” 3  марта  1992  г.
518
H əsənbala Sadıqov
cəlb etməyə imkan verirdi.  Hələ  1991-ci  il noyabr  ayının 28-də 
Əsgəran  rayonunun  içərisində  UAZ  markalı  maşında 3 nəfəri 
öldürdülər.1026
Bunlar,  faciəni  yaxınlaşdıran  hadisələr  zəncirinin  bir 
halqası  olub  „baş  məşqə"  hazırlıq  idi.  Bu  hadisənin  olması 
ermənilərə yolu bağlamaq, bölgədə əlaqələri aradan qaldırmaq 
üçün lazım idi.  Əlaqələr kəsilmiş olsaydı planlarım asan yerinə 
yetirə  biləcəklərindən  əmin  idilər.  Burada  hər  amilin  yeri 
müəyyən  edilmişdi.  Hadisələrin  sonunda  yollar  bağlandı. 
Hətta  bir  neçə  gün  sonra  ermənilər  özlərini  vəziyyətin  sahibi 
hiss  edərək  Əsgəran  qalasında  „müdafiəni  qüvvətləndirmək" 
tədbirləri həyata keçirməyə başladılar.
Xocalı  Azərbaycanla  yalnız  hava  xətti  vasitəsi  ilə  əlaqə 
saxlamağa  məcbur  edilmişdi.  Xocalıda  xalq  müharibə  elan 
edilmədiyi  halda1027 müharibə  şəraitində  yaşayırdı.  Başqa  bir 
mənbəyə  görə  „6  min  nəfərlik  yaşayış  məntəqəsinin  13 
fevraldan xarici aləmlə əlaqəsi tamam kəsilmişdi."1028
Hər halda Xocalını dünya  ilə birləşdirən hava  xəttinin nə 
qədər davam edəcəyi ermənilərdən asılı idi və əvvəlcədən onu 
da  planlaşdırmışdılar.  Onun  davam  etməsinə  imkan  verməz­
dilər.  Bu,  Xocalının müqavimət göstərməsinə kömək edə bilər­
di.  Azərbaycan  səlahiyyətliləri  müxtəlif  səbəblərlə  əlaqədar 
olaraq mühasirədə olan Xocalıya yol aça bilmədilər. Son olaraq 
ermənilər  yanvarın  29-da  Xocalıdan  vertalyot  uçmasının  da 
qarşısını  ala  bildilər.  Bundan  sonra  Xocalının  mühasirəsini 
daha da daraltdılar.
Ermənilərin Xocalıda həyata  keçirdikləri, bölgənin dünya 
ilə  əlaqəsinin  kəsilməsi  onlar  üçün  heç  də  yeni  deyildi. 
Anadoluda  Birinci  Dünya  müharibəsi  dövründəki  üsyanlarda 
erməni komitələri xalqdan üsyan olacaq yerlə ətrafın əlaqəsinin 
kəsilməsini  -  telefon rabitəsinin aradan qaldırılmasını, bölgədə
1026 Nəsiman Yaqublu.  Xocalı  qırğını.  Bakı  1992,  s.  9
„ Бакинский рабочий” 28  февраля  1992 г.
„Независимая газета” 4 марта  1992  г.
519


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə