Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə128/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   124   125   126   127   128   129   130   131   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımını və işğalını pərdələyən yalan
tinə çatdırmaq üçün daim çalışmalı, ideoloji mübarizəni davam 
etdirməliyik.  Böyüməkdə olan nəslin  tarixi keçmişimiz barədə 
biliyini artarmaq, gənclərin vətənpərvər ruhda,  əsl vətəndaş ki­
mi  böyüməsi  və  tərbiyəsində  səylərimizi  əsirgəməmək,  müs­
təqil Azərbaycanımızın sosial-iqtisadi inkişafına,  müdafiə qüd­
rətinin, siyasi nüfuzunun artmasına çalışmalıyıq. Bu missiyanın 
həyata keçirilməsində isə əsas güc öz şərəfli keçmişini dərindən 
öyrənən, bu günü ilə fəxr edən və gələcəyə ümidlə baxan gənc­
lərin üzərinə düşür.
Azərbaycanlılar millət olaraq ermənilərə nə ediblər?
Erməni  tarixçilərinə  məlumdur  ki,  erməni  dövlətçiliyinə 
387-ci  ildə  son  qoyulub.  Bu  dövlətçiliyin  aradan  qalxmasında 
türklər,  o  cümlədən  azərbaycanlılar  heç bir  rol  oynamayıblar. 
Erməni  dövlətçiliyi  aradan  qalxdıqdan  sonra  ilk  dəfə  olaraq 
Səlcuk  türkləri  dövründə  imtiyazlı  xalq  vəziyyətində  yaşa­
mışlar.  Osmanlı  tarixində  isə  azlıqlar  içərisində  ən  çox  haqqa 
sahib olublar.
Erməni dövlətçiliyinin aradan qalxmasının səbəbi fasiləsiz 
davam  edən  hanədan  müharibələri  olmuşdur.  Artsurinilər, 
Baqratunilər, Mamikonyanlar, Amatumilər Buznunilər və baş­
qalarının  adları  tarix  səhifələrində  aydın  görünür.  Bu  haqda 
yazılan tarix kitablarımızda istənilən qədər nümunələr vardır.
„Ermənilər  Atabəylər,  Hülakülər,  Cəlalilər,  Qaraqoyun­
lular,  Ağqoyunlular,  Səfəvilər,  Qacarlar  dövründə  rahat  yaşa­
mışlar. Onlann türk sultanlarından şikayət etməyə heç bir əsas­
ları yoxdur. Erməni tarixçilərinə görə türk sultanları ermənilərə 
təmkinli yanaşmış və  Eçmiadzin din xadimlərinin mülkinü və 
mal varlığını mühafizə etmək üçün ordu ayırmışdı."1006
Erməni  düşmənçiliyinin  meydana  çıxması  imperialist 
dövlətlərin, erməni komitələrinin və müxtəlif təşkilatların fəaliy­
yəti ilə bağlı olmuşdur. XIX əsrin əvvəllərində Rusiyanın İranda 
və  Osmanlı  dövlətində  erməniləri  köçürməyə  başlaması  yeni
1006 
Akademik Zig Bunigtov.Poçemu  Sumqait?  (situacionnıy  analiz)  Azərbaycan  SSR  Elmlər 
Akademiyasının xəbərləri, Tarix, fəlsəfə və hüquq seriyası,  1989,2-ci nömrə  s.  116
508
Həsənbala Sadıqov
münasibətlərin  meydana  çıxmasına  təsir  göstərdi.  Müsəlman­
larla ermənilər arasında Rusiyaya tərəfdarlığa görə qarşılaşmalar 
meydana çıxdı. Sonra isə müsəlmanlar ilə yeni torpaqlara köçü­
rülən ermənilər arasında mal-mülk zəminində mübarizə başlan­
dı.  Bunlardan  sonra  ilk  dəfə  XIX  əsrin  90-cı  illərində  Osmanlı 
dövlətində  başlayan  üsyanlar  xalqlar  arasında  ilk  ayrılma  xət­
tini cızmış oldu. Bu xətt sonradan erməni komitəçiləri və parta- 
yalan  tərəfindən  daha  da  dərinləşdirildi.  Erməni  din  xadimləri 
erməni-türk münasibətlərində meydana gələn aynlmanı körük- 
ləməyə başladılar ki, bu, uzun illər birlikdə yaşayan xalqlan düş­
mən  cəbhələrə  ayırdı.  Bunlardan  istifadə  edərək  Avropada  və 
dünyada „erməni məsələsinin" meydana çıxmasına səbəb oldu­
lar.  Erməni  „tribunları"  (natiqləri)  hər  yerdə  türk  düşmənliyi 
haqqında danışmağa, dünyam cəlb etməyə başladılar.
Türklər,  azərbaycanlılar  millət  olaraq  ermənilərə  onların 
düşmənçiliyinə  səbəb  olacaq  heç  nə  etməmişlər.  Nə  onların 
dövlətçiliyini  dağıtmış,  nə  də  soyqırımına  məruz  qoymuşlar. 
Etmədikləri halda bu  qədər  iddialara  cavab  verməli  olmuş və 
bu  qədər itkilərə məruz qalmışlar.  Ermənilərin əsassız kompa­
niyaları  bu  gün  də  davam  etməkdədir.  Azərbaycan  respub­
likasının  prezidenti  İlham  Əliyev  Dünya  Azərbaycan  və  türk 
diaspor təşkilatları rəhbərlərinin I forumunda qeyd etdiyi kimi 
"Bəlkə  də  yeganə  ölkələrik  ki,  bizim  əleyhimizə  dünyamn 
istənilən yerində  güclü təbliğat maşım,  yenə  də  deyirəm, böh­
tan, yalan və tarixi  təhrif edərək, bizi ləkələmək istəyən qüvvə 
işləyir."1007
1007  İlham  Əliyev.  Dünya  Azərbaycan  və  türk  diaspor  təşkilatlan  rəhbərlərinin  I 
forumunda nitqi. “Azərbaycan” qəzeti,  10 mart 2007.
509


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
DEPORTASİYA  -   Ermənistanın  azərbaycanlısızlaşdırılması 
tədbirləri
1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti 
qalib  gəldi.  Azərbaycanda və  Ermənistanda  sovet hakimiyyəti 
qurulduqdan  sonra  bölgənin  inzibati  bölgüsünə  yeni  şəkil 
verildi. Bölgənin yeni xəritəsinin meydana gəlməsi ermənilərin 
Moskvada olan köməkçilərinin və himayəçilərinin əli ilə həyata 
keçirilirdi.  Sovetləşdikdən  sonra  Azərbaycan  Demokratik 
Cümhuriyyətinin  siyasi  coğrafiyasında  əsaslı  dəyişikliklər 
edildi.  "Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri 
üçün  istifadə  edən  ermənilər  1920-ci  ildə  Zəngəzuru  və 
Azərbaycamn  bir  sıra  digər  torpaqlarını  Ermənistan  SSR-in 
ərazisi  elan  etdilər.  "1008Zəngəzur,  Göyçə,  Dərələyəz,  Qaraqo­
yunlu  mahalları  Ermənistamn  tərkibinə  daxil  edildi.  Bölgənin 
siyasi  xəritəsinin  yenidən  biçilməsi  nəticəsində  ilk  olaraq  29,8 
kv.  min  km-lik1009 bir  ərazi  Ermənistana  verildi.  Bu,  Ermə­
nistanın  Azərbaycana  qarşı  müdaxiləsinin  o  zamana  qədər  az 
rast gəldiyimiz dinc forması idi.
1930-cu  ilin  9  sentyabrında  „Ermənistan  SSR  ərazisinin 
yeni  ərazi-inzibati  bölgüsü",  rayonlaşdırılması  başlandı.  Bu 
prosesdə  azərbaycanlı  kəndləri  bir-birindən  ayrı  salınırdı. 
Azərbaycanlıların  mütləq  əksəriyyət  təşkil  etdikləri  bölgələri 
bir  neçə  rayona  parçalayaraq  onları  perspektivsizləşdirdilər. 
Ermənilərin  az-çox  məskunlaşdığı  bölgələrdə  yaradılmış 
rayonların  ərazisini  böyütməyə  və  maddi-texniki  bazasım 
möhkəmləndirməyə  başladılar.  Ermənilərin  yaşayış  məntə­
qələrini  yeni  ərazi  inzibati  vahidin  (rayonun)  mərkəzi  təsdiq 
edərək  azərbaycanlıların  yaşadıqları  daha  böyük  kəndləri 
onlardan asılı vəziyyətə saldılar.1010
1008 Heydər  Əliyev.  „Azərbaycanlıların  soyqırımı  haqqında”  Azərbaycan  respublikası 
prezidentinin  fərmanı  26  mart  1998-ci  il
1009 Əziz Ələkbərli.Qədim türk-Oğuz yurdu-„Ermənistan”.  Bakı,  1994,  s.  11.
1010 Yenə orada,  s.  12.
510
Həsənhala Sadıqov
1935-ci  il  yanvarın  3-dən  etibarən  isə  ermənilər 
Ermənistan  ərazisindəki  türk  mənşəli  yer-yurd  adlarının 
kütləvi  şəkildə  dəyişdirilməsinə  və  erməniləşdirilməsinə 
başlayırlar.  Bu,  Ermənistan SSR Ali Sovetinin qərarı  ilə həyata 
keçirilən dövlət tədbiri  idi.  1991-ci ilin avqustunda Ermənistan 
ərazisindəki  sonuncu  azərbaycanlı  kəndi  -  Meğri  rayonunun 
Nüvədi kəndi  tərk edildikdən sonra  Ermənistanda artıq nə bir 
azərbaycanlı,  nə  də  bir  azərbaycanlı  yaşayış  məntəqəsi  qaldı. 
„Ermənilər  SSRI-nin  dağılmasına  qədər  öz  respublikalarından 
başqa  millətlərin nümayəndələrini  qovaraq,  100  faizli  türksüz, 
kürdsüz  və  rus  olmayan  monoetnik  dövlət  yaratdılar."1011" 
Bizim  ata-baba  torpağımız  olan  İrəvan  xanlığı,  Zəngəzur 
mahalı,  digər  torpaqlar  indi  Ermənistan  dövləti  üçün  torpaq 
olubdur.  Bunlar  bizim  tarixi  torpaqlarımızdır,  ancaq  biz 
Ermənistana  qarşı  torpaq iddiası  irəli  sürmürük.  Halbuki sürə 
bilərik."1012
30-cu  illərin  məlum  repressiyası  da  Ermənistanda  yerli 
azərbaycanlı  türklərinə  qarşı  təqib  və  təzyiq  üçün  erməni 
rəhbərliyinin  əlində  bir  vasitə  oldu.  On  minlərlə  azərbaycanlı 
həbs edildi, güllələndi və ya başqa yerlərdə sığınacaq axtarmaq 
məcburiyyətində  qaldı.  "Sonrakı  dövrdə  bu  ərazilərdəki 
azərbaycanlıların  deportasiya  edilməsi  siyasətini  daha  da 
genişləndirmək  məqsədilə  yeni  vasitələrə  əl  atdılar.  Bunun 
üçün  onlar  SSRİ  Nazirlər  Sovetinin  23  dekabr  1947-  ci  il 
"Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əha­
linin  Azərbaycan  SSR-in  Kür-Araz  ovalığına  köçürülməsi 
haqqında"  xüsusi  qərarına və  1948-1953-cü  illərdə azərbaycan­
lıların öz  tarixi  torpaqlarından kütləvi  surətdə  deportasiyasına 
dövlət səviyyəsində nail oldular. "1013
Джалал Алиев.  Будаг Будагов.  Турки, азербайджанцы, армяне.  «Геноцид» 
исторической правды.  Москва 2002, стр.  6-7.
İ. Əliyev.  Azərbaycan və türk diaspor təşkilatı rəhbərlərinin birinci forumu.  Bakı 9 
mart 2007.  Azərbaycan” qəzeti  10 mart 2007-ci  il.
Heydər  Əliyev.  „Azərbaycanlıların  soyqırımı  haqqında”  Azərbaycan  respublikası 
prezidentinin  fərmanı  26 mart  1998-ci il
511


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə