Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə131/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   127   128   129   130   131   132   133   134   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalını pərdələyən yalan
olan. idarəçilərin  öldürülməsini  tələb  edirdilər.  Bu  bir  sıra 
amillər  ilə  əlaqədar  idi.  Birincisi  ondan  ibarətdir  ki,  bölgənin 
xarici aləmlə əlaqəsinin kəsilməsi onların müqavimət imkanını 
azaldırdı.  İkincisi  isə  başqaları  hadisələri  isti-isti  görə 
bilmirdilər və onlar da imkan tapıb „izləri" təmizləyə bilirdilər. 
366-cı polkun rolu
Scıyı(ştatcı görə)-1800 nəfər 
Sayı(faktiki)-350 nəfərə qədər 
Döyüş texnikası-100 vahiddən artıq 
Yerləşdiyi yer- Xankəndi şəhəri 
Komandir- polkovnik Y. Zarviqorov 
Polkun 49 zabit və praporşiki erməni idi.
366-cı  polkun  ermənilərin  xidmətində  olduğu  kimsədən 
gizli deyildi. Azərbaycanda rus ordusuna qarşı başlanmış olan 
etirazların  nəticəsində  Dağlıq  Qarabağdan  hərbi  hissələrin  və 
Rusiya  Daxili  İşlər  Nazirliyinin  qoşunlan  çıxarıldığı  halda, 
Xankəndində  366-cı  motorlu  piyada  polku  qalmışdı.  Bu  polk 
23-cü  Gəncə  diviziyasına  daxil  idi.  Onlar  polkun  bütün 
texnikası  ilə  Ermənistanın  Azərbaycana  qarşı  elan  edilmədən 
apardığı müharibəsində iştirak edirdilər.
Bu  məsələnin  həll  edilməsi  4-cü  ordunun  komandiri 
general-mayor  N.Q.Popovun  səlahiyyətində  idi.  O  zaman 
Azərbaycan  informasiya  agentliyi  hökumət  adından  6  fevral 
1992-ci  ildə  general-mayor  N.  Popova  müraciət  edərək  bu 
sualın cavabını öyrənmək istəsə də generaldan cavab ala bilmə­
mişdi.1029
Əslində  general  lazım  olan  cavabı  susması  ilə  vermişdi. 
Belə  ki,  366-cı  ordunun  Xankəndində  qalmasına  tərəfdar 
olduğunu  suala  cavab  vermədiyi  halda  ifadə  etmişdi.  Azər­
baycan  informasiya  agentliyi  generaldan  sualına  cavab  tələb 
edəndə  Xocalı  qırğınına  19  gün  qalırdı.  Rusiyanın  rəsmi 
kanallarında  isə  tez-tez  bildirilirdi  ki,  Xankəndində  yerləş­
1029 Газ.  «Вышка»,  18  февраля  1992 г.
520
dirilmiş  366-cı  polk  azərbaycanlı  erməni  münasibətlərində 
bitərəfliyini qoruyur.
Lakin  bu  „bitərəfliyin  qorunması"  bətanatının  düzgün 
olmadığı  sonradan  əsaslı  faktlarla  isbat  edilmişdir.  O  zaman 
Azərbaycanın  kütləvi  informasiya  vasitələri  bu  fakt  haqqında 
dünya  xalqlarına  məlumat  vermişdi.  Sonradan  366-cı  polkun 
Xocalı  qırğınında  iştirak  etməsi  faktı  MDB  ölkələri  birləşmiş 
qüvvələrinin komandanlığı, o cümlədən Şapoşnikov tərəfindən 
də təsdiq edilmişdi.1030
Xocalıya hücum - soyqırımı aktı
1992-ci  il  fevral  ayının  25-də  axşam  10-11  radələrində 
Xocalıya hücum başlandı. Ermənilərin qırğın hadisələrində hər 
yerdə  həyata  keçirdikləri  ssenarilərdən  biri  də  başqa 
dövlətlərin  köməyindən  istifadə  etmələridir.  Bu  dəfə  Xocalıya 
hücumda  onların daha fərqli imkanları var idi.  Bu,  hər şeydən 
əvvəl  onların  rus  birlikləri  ilə  olan  əməkdaşlığına  aid  idi.  O 
zaman  MDB-nin  hərbi  qüvvələrinin  366-cı  polku  da  Dağlıq 
Qarabağda - Xankəndində idi.
Bir məsələnin də qeyd edilməsinə ehtiyac vardır. Bu əmə­
liyyat öncəsi MDB hərbi qüvvələrinin Baş komandanı E. Şapoş- 
nikovun  366-cı  polkun  Xankəndindən  çıxarılması  haqqında 
əmri  olduğu  bildirilir1031.  Əslində  E.  Şapoşnikovun  əmrinin 
meydana  çıxmasının  da  səbəbləri var idi.  Artıq Azərbaycanda 
hər  bir  şəxs  bilirdi  ki,  366-cı  polk  Ermənistanın  Azərbaycana 
qarşı  aparmış  olduğu  elan  edilməmiş  müharibəsində  iştirak 
edir.
Bununla  əlaqədar  olaraq  o  günlərdə  respublikanın  hər 
yerində „Xankəndindən cinayətkar polk təcili  çıxanlsın!"  şüarı 
səslənirdi.  Xalq  hər  yerə  məktublar  və  teleqramlar  göndərir, 
366-cı  polkun  Dağlıq  Qarabağdan  çıxarılmasını  tələb  edirdi.
H əsənbala Sadıqov
1030 Ходжалы.  Хроника геноцида.  Баку  1993, стр.  50
1031  Газ.  «Вышка»,  7  марта  1992 г.
521


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
„Azərbaycanın  yazıçı-qadınları  Rusiyanın  əsgər  analarına 
müraciət  etmişdilər.  Onlardan  „öz  oğullarım  xilas  etmələrini" 
tələb  edirdilər.  Bu,  eyni  zamanda  azərbaycanlıların  da  xilas 
edilməsi demək idi.
Lakin  bu  əmrin  olması  ermənilərin  366-cı  polkun 
silahlarından  azərbaycanlılara  qarşı  istifadə  edilməsinin  qar­
şısını  almadı.  Burada  hadisələrin  qanunauyğun  məntiqi  bun­
dan  ibarətdir ki, 366-cı polk əvvəlcə hava limanı olan Xocalını 
işğal  etsin.  Bu,  Ermənistan  üçün  strateji  cəhətdən  çox 
əhəmiyyətli  idi.  Bu,  Ermənistana  və  Dağlıq  Qarabağda  olan 
ermənilərə  məneəsiz olaraq silah və  əsgərlər gətirməyə  imkan 
verəcəkdi.
Azərbaycan  Xalq  cəbhəsinin  Məlumat  mərkəzindən 
bildirilirdi:  „25  fevral  yerli  vaxtla  saat  21-də  keçmiş  sovet 
ordusunun Xankəndində yerləşmiş 366-cı  polku  erməni  silahlı 
birlikləri ilə tankla, iki həftə mühasirədə olan Xocalıya hücuma 
keçdi.  Azərbaycan  Daxili  İşlər  nazirinin  məlumatına  görə  100 
nəfərə  qədər  həlak  olmuş,  200  nəfər  yaralanmış,  qalanları  isə 
yaxınlıqda  olan  dağa  sığınmışlar.  " 1032  Bunlar  ilk  məlumat 
olduğundan  onun  nə  dərəcədə  doğruluğunun  başqa  məlu­
matlarla müqayisə edilməsinə ehtiyac vardır.
„Xocalı  ilə  əlaqə  kəsildiyindən  oradaki  hadisələri  tamam 
vermək  və  faciənin  bütün  yönlərini  müəyyən  etmək  çox 
çətindir."1033  Ona  görə  ki,  o  zaman  bunu  birbaşa  Xocalıdan 
deyil, Şuşadan, Ağdamdan və ya onun ətrafında olan yerlərdən 
alınan məlumatlara əsasən müəyyən edirdilər.
Ermənilərin  fevralın  25-ni  gözləmələri  də  bir  sıra 
səbəblərlə əlaqədar olmuşdu.  Əsası ondan ibarət idi ki, o vaxta 
qədər  ermənilər  Xocalıya  hücum  edə  biləcək  miqdarda 
texnikaya  sahib  deyildilər  və  lazım  olan  dəstəyi  də  ruslardan 
hələ  ala  bilməmişdilər.  Məhz  buna  görə  də  „  fevralın  25-nə 
qədər  erməni  birliklərinin  Xocalıya  hücum  etmək  imkanları
1032 „Независимая газета” 27 февраля  1992 г.
1033 „Бакинский рабочий”28 февраля  1992 г.
522
H əsənbala  Sadıqov
yox idi. 366-cı polkun birlikləri və texnikası onlarla birləşdikdə 
hərəkətə keçdilər və Xocalını yer üzündən sildilər."1034 "1992-ci 
ilin  fevralında  ermənilər  Xocalı  şəhərinin  əhalisinə  misli 
görünməyən  divan  tutdu.  Tariximizə  Xocalı  soyqırımı  kimi 
həkk  olunan  bu  qanlı  faciə  minlərlə  azərbaycanlının  məhv 
edilməsi,  əsir  alınması,  şəhərin  yerlə-yeksan  edilməsi  ilə 
qurtardı."1035
4  mart  1992-ci  il  tarixində  Moskvada  Azərbaycan 
nümayəndəliyində  keçirilən  mətbuat  konfransında  da  366-cı 
motorlu piyada polkunun əsgərlərinin Xocalı qırğının da iştirak 
etmələri  bildirilmişdi.  Sonradan  məlum  olmuşdur ki,  Xocalıya 
hücumda  „40-a  qədər  texnika-BMP,  BTR  və  366-cı  polka 
məxsus tanklar iştirak etmişdilər."1036
Xocalı soyqırımı rəqəmlərdə
Xocalı  soyqırımının  nəticələri  günbəgün  dəqiqləş- 
dirilməyə çalışılırdı.  2  mart  1992-ci  il  tarixində „Azərbaycanda 
demokratik  islahatlar  və  insan  haqları"  beynəlxalq  hərəkatı 
„Dünya  xalqlarına"  müraciətini  yaymışdı.  Orada  aşağıdakılar 
göstərilirdi: „26 fevral 1992-ci ildə gecə erməni milli ordusu və 
MDB-nin 366-cı polkunun iştirakı ilə Xocalı şəhəri yer üzündən 
silindi. Həmin axşam 1324 azərbaycanlı öldürülmüşdü. Hücum 
edənlər  qadınlara,  uşaqlara  və  qocalara  da  rəhm  etmədilər. 
Qaçanları  pulemyotu  dirəyərək  öldürür  və  ya  tanklarla 
tapdalayırdılar.  Bunu  yalnız  faşistlərin  cinayəti  ilə  müqayisə 
etmək olar".1037 Sonda bildirilirdi:„xalq öz torpağında genosidə 
məruz qalır."1038
3  mart  1992-ci  il  tarixində  Azərbaycanın Milli  Məclisi  də
•  „Бакинский  рабочий”3  марта  1992  г.
Heydər  Əliyev.  „Azərbaycanlıların  soyqırımı  haqqında”  Azərbaycan  respublikası 
prezidentinin fərmanı 26  mart  1998-ci  il 
um  ’’Независимая газета” 4 марта  1992  г.
„  Независимая  газета 
„Независимая газета ”
’ 4 марта  1992  г. 
4 марта  1992  г.
523


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə