Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə133/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   129   130   131   132   133   134   135   136   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
cinayətlərini  ört-basdır  etməyə  çalışırlar.  Polkun  zirehli 
texnikasından  36  BMP  bir  qədər  əvvəl  Vaziani  şəhərinə 
aparılmışdı1047.  Zabit Tuşovun bu  məlumatını  dəqiqləşdirilmə- 
yə ehtiyac vardır.
Polkun  vertalyotla  Gürcüstanın  Vaziani  şəhərinə  aparıl­
ması  dəqiq  olduğu  halda  texnikanın  aparılması  haqqında 
vermiş  olduğu  məlumatlar  başqa  mənbələrlə  təsdiq  olunmur. 
Bu ondan ibarətdir ki, 366-cı polkun zirehli texnikasının heç də 
hamısı  Vaziani  şəhərinə  aparılmamışdı.  Polkun  100-dən  artıq 
BMP-si  və  10  tankı  Ermənistanın  silahlı  qüvvələrinə 
verilmişdi.1048 Əslində satılmışdır demək daha məntiqli olar.
Ermənilər bu zirehli texnikadan istifadə edərək gələcəkdə 
əməliyyatlarını  genişləndirmişdilər.  10  mart  1992-ci  ildə  MDB 
Silahlı  qüvvələri  komandanlığının  əmri  ilə  366-cı  polk  ləğv 
edilmişdi.
Polk  ləğv  edildikdən  sonra  həqiqət  meydana  çıxmağa 
başladı.  Hətta  „Krasnaya  zvezda"  qəzeti  11  mart  1992-ci  il 
tarixində  366-cı  polkun  ermənilərin  tərəfində  azərbaycanlılara 
qarşı  əməliyyatlarda  iştirak  etdiyini  etiraf  etmişdi.  Orada 
yazılmışdı:  Obyektivlik  xatirinə  bildirmək  lazım  gəlir  ki,  qəti 
şəkildə qadağan edilməsinə baxmayaraq 366-cı  polkun bir sıra 
hərbçiləri  ermənilərin  tərəfindən  Xocalı  hadisələrində  iştirak 
etmişdilər.  Bununla  əlaqədar  iki  hadisə  qeyd  edilmişdi.  Polk 
köçürülərkən  bir  neçə  hərbi  xidmətçinin  yükləri  yoxlandıqda 
məlum  oldu  ki,  onlarda çox böyük miqdarda pul,  o  cümlədən 
xarici valyuta tapılmışdı.1049
Polku  tərk  etmiş  rus  əsgərləri  də  brifinqdə  çox  maraqlı 
məlumat vermişdilər.  Onların  məlumatından  göründüyü  kimi 
MDB  polkları  ermənilərin  silahlarla  təmin  olunmasında 
yaxından  iştirak  edirmişlər.  Onların  məlumatına  görə
1047 Bunlar  zabit  Tuşovun  bildikləri  və  ya  məqsədli  olaraq  verdiyi  məumatlar  idi.  Lakin 
rəsmi mənbəərdə  fərqli məumat var idi
1048  „Xalq ordusu”  10 aprel  1992 -ci  il
1049  „Красная звезда”  11  марта  1992 г.
528
H ə sə n b a la   S a d ıq o v
„axşamlar  BTR-ləri  tam  olaraq  döyüş  sursatı  ilə  dolduraraq 
„gecə  növbətçiliyinə  "  gedirmişlər  və  səhər  geri  döndükdə 
bütün  əsgəri  ehtiyatı  „istifadə  etmiş"  olurdular.  1050  366-cı 
polkun  komanda  heyətinin  ermənilərlə  sövdələşmə  içərisində 
olması  başqa  əsgərlər  tərəfindən  də  müşahidə  edilmiş  və 
bununla  əlaqədar  olaraq  onlar  polku  tərk  etmişdilər.  „Xocalı 
faciəsindən  sonra  3  özbək  əsgəri  366-cı  polkdan  qaçaraq 
döyüşlərdə azərbaycanlılar tərəfində iştirak etmək istədiklərini 
bildirmişdilər."1051
Ermənilərin daha böyük imkanları bir də onunla əlaqədar 
idi  ki,  MDB-nin  hərbi  birliklərində  həddən  artıq  ermənilər 
işləyirdi.  366-cı  polkda  da  işləyən  erməni  zabitlərinin  sayı  çox 
idi. 366-cı polkdan qaçmış rus əsgərləri orada işləyən ermənilər 
haqqında  da  məlumat vermişdi.  Rus  əsgərlərinin  məlumatına 
görə  366-cı  polkda  „batalyon  komandiri  mayor  Yeqanyan, 
kapitan  Arutunyan,  Azərbaycan  yaşayış  məntəqələrinin  atəşə 
tutulmasında şəxsən iştirak etmişdilər."1052
366-cı  polku  tərk  etmiş  rus  əsgərlərindən  A.  Boqdanov 
bildirirdi:  „Polkun  zabitlərinin  böyük  hissəsi,  proporşiklərin 
demək  olar  ki  əksəriyyəti,  o  cümlədən  polkun  əsgəri  heyəti 
əsasən  erməni  idi."1053 Hər  halda  bunun  təsadüfi  olmadığını 
isbat etmək üçün ciddi araşdırmaya ehtiyac yoxdur.
Ermənilər  Xocalıya  vertalyotdan  vərəqələr  səpirdilər. 
Vərəqələrdə „Türklər!  Bu  bizim  Sumqayıta  görə  qisasımızdır" 
yazılmışdı.1054 Sumqayıt  hadisələri  bunu  özlərinə  haqq  qazan­
dırmaq  üçün  edilmişdi.  Qəzetin  yazdığına  görə  o  da  təsadüfi 
deyil  ki,  „erməni  tərəfi  bu  cinayəti  Sumqayıt  qarətinin 
dördüncü ildönümü münasibəti ilə əlaqədar təşkil etmişdi."1055
Ermənilər beynəlxalq müqavilələrə məhəl qoymadan əsir-
Бакинский  рабочий” 3  марта  1992  г.
„  Независимая газета ” 5  марта  1992 г. 
Бакинский  рабочий” 3  марта  1992  г. 
Yurddaş”  11  marta  1992  q.
„ Независимая газета ” 29 февраля  1992 г. 
„  Независимая газета ” 29  февраля  1992 г.
1050
1051
1052
1053
1054
1055
529


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
lərə  qarşı  qırğın  həyata  keçirirdilər.  İlk  məlumatda  bildirilirdi 
ki,  ermənilər  „Xocalının  1600  sakinini  Əsgəran  yaxınlığındakı 
Vəng  və  Xındırıstan  kəndlərində  əsir  olaraq  saxlayırlar.  Bu 
əsirlərdən  60  nəfərini  3  mart  1992-ci  il  tarixində  güllələ- 
mişlər".1056 Başqa bir məlumatda „Xocalıda əsir edilmiş 70 nəfər 
qadının güllələnməsi bildirilirdi."1057
Xocalı  qırğını  dünyamn  siyasi  lüğətindəki  „genosid" 
kəlməsinin  tərifini  kölgədə  qoyur.  Bu  kəlmədən  əksər  halda 
ermənilər  istifadə  edirlər.  Lakin  çox  maraqlı  olan  budur  ki, 
ermənilər  genosid  etdikləri  halda,  özlərinin  genosidə  məruz 
qaldıqları  haqqında  dünyaya  nəticə  verə  biləcək  hay-küy 
salmağa  başlayırlar.  Bu,  onların  tarixin  sınaqlarından  çıxmış 
metodlarıdır.
XIX  əsrin  sonlarında  da,  XX  əsrin  əvvəllərində  də,  II 
Dünya  müharibəsi  illərində  Anadoluda  da,  müharibənin 
sonlarına  doğru  Qafqazda,  o  cümlədən  Azərbaycanda  da  bu 
şəkildə  hərəkət  etmişlər.  Onlar  olmayan,  məruz  qalmadıqları 
„faciələrini"  dünyaya həqiqət kimi yaymış,  dəstək axtarmışlar, 
çox halda buna nail olmuşlar. Biz olan faciələrimizi nəinki dün­
yaya,  heç  soydaşlarımıza  belə  dəqiqliklə  çatdıra  bilməmişik. 
Hətta  daha  tez  unutdurmağa  çalışmışıq.  „Ölənlə  ölünməz" 
məntiqi buradan meydana çıxmışdır.
„1000-dən  artıq  Xocalı  sakini  öldürülmüş,  2000  nəfərin 
taleyindən kimsənin xəbəri yoxdur. Son zamanlarda Qarabağın 
dağlıq  hissəsində  30  Azərbaycan  kəndi  yandırılmış,  25.000 
nəfər  qaçqın  vəziyyətinə  salınıb." 1058  Bu  sətirlər  Azərbaycan 
respublikası  Ali  Sovetinin  Milli  Şurasının  dünya  parlament­
lərinə 3 mart 1992-ci il tarixli müraciətindən götürülmüşdür.
Xocalı  qırğınının  azərbaycanlılara  qarşı  təşkil  edilmiş 
genosid  aktı  olmasını  müəyyən  edən  ən  mühüm  şərt  qətlin 
həyata keçirilməsi metodunun təhlili ilə  müəyyən edilə bilinir.
1056  „  Независимая газета ”  5  марта  1992  г.
1057  „  Независимая  газета ” 5  марта  1992  г.
1058 Ходжалы.  Хроника геноцида,  стр.  94-95.
530
H əsənbala Sadıqov
Bunun genosid olmasının müəyyən edilməsində söz məhkəmə 
tibb  ekspertlərinindir.  Bu,  dünyanın  hər  yerində  eyni  şəkildə 
müəyyən  edilir.  Xocalı  qırğını  ilə  əlaqədar  məhkəmə-tibb 
ekspertlərinin  də  təhlili  keçirilmişdir.  Məhkəmə  tibb-eksper­
tinin  məqsədi  qətlin  xarakterinin  müəyyən  edilməsi  ilə  əlaqə­
dardır.  Buna  görə  də  Xocalı  qırğınından  sonra  Azərbaycan 
Respublikası Məhkəmə Tibb Eksperti İdarəsi heyəti qətl edilən­
lərin xəsarətlərinin xarakterini müəyyən etmişdilər.
Məhkəmə -tibb ekspertlərinin rəyindən:
„Xocalı  hadisəsi  zamanı  bizim  birliyin  ekspertləri  tərəfindən 
məhkəmə  tibbi  müayinədən  181  meyit  keçirilmişdir.  Həmin 
meyitlərdən  130  nəfəri  kişi,  51  nəfəri  isə  qadındır.  Müayinə  olunan 
meyitlərin  13  nəfəri  azyaşlı  olmuşdur.  Xəsarətlərin  əmələ  gəlmə 
mexanizminə görə bölünməsi aşağıdakı qaydada olmuşdur:
b)  Qəlpə təsirindən-20
c)  Güllə təsirindən-151
d)  Küt alət təsirindən 10
Xəsarətlər yerləşdiyi nahiyələrə görə aşağıdakı kimi olmuşdur:
a)  baş nalıiyəsi-40
b)  Döş qəfəsi-74
c)  Qarın nahiyəsi-17
d)  Ətrafları-11
Bunlarla  yanaşı  müayinə  olunmuş  meyitlərdən  3  nəfərində 
ətrafların  donması,  33  nəfərində  işğəncə  əlamətləri,  yəni  başın 
dərisinin  soyulması,  qadınlarda  döşlərin  kəsilməsi,  burun  və  qulaq 
qığırdaqlarının  kəsilməsi  əlamətləri  aşkar  edilmişdir.  Eyni  zamanda 
göz  almalarının  çıxarılması,  dişlərin  sındırılması  müşahidə  olun­
muşdur.  Müayinə  olunmuş  31  meyitdə  isə  konıbinə  olunmuş,  yəni 
bədənin  müxtəlif nahiyələrinin güllə yarası və küt alətlə,  kəsici-deşici 
alətlə yetirilmiş  xasərətlər olmuşdur.  Müayinə  olunmuş  meyitlərdən 
13  nəfərində  bədənin  bütün  səthini  əhatə  edən  yanıq  kömürləşmə 
aşkar edilmişdir.  Eyni zamanda müayinədən keçirilən  meyitlərdən  10
531


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə