Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə136/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   132   133   134   135   136   137   138   139   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalını pərdələyən yalan
bildirirdim.  Bu  hadisə 28 fevralda  olmuşdu.  Orada  da  Qızıl  Aypara 
cəmiyyətinin heç bir nümayəndəsi olmamışdı. "107S
Bu  bir  saxtakarlığın  sonudur.  Hazırda  dünyanın  hər  ye­
rində  hər  gün  nə  qədər  saxta  məlumatlar,  süjetlər  verilir.  Biz 
onların cavabını hər dəfə verə bilirikmi? Xeyr. Onların təbliğat 
metodundan  özlərinə  qarşı hər yerdə istifadə etmək lazımdıır. 
Saxta  məlumatları  deyil,  həqiqətləri  dünya  ictimaiyyətinə  çat­
dırmaqla, onların təbliğatını zəiflətmək və kütləşdirmək olar.
Dünyada  ictimai  fikri  istiqamətləndirmək  bir  kampaniya 
ilə  bağlı  olmamalıdır.  Müvafiq  orqanlar,  müxtəlif  ölkələrdə 
olan 
təmsilçilərimiz 
Azərbaycan 
həqiqətlərinin 
dünya 
ictimaiyyətinə  çatdırılmasım  fəaliyyətlərinin  gündəliyindən 
çıxarmamalıdırlar.  Ermənilər  bizim  opponentlərimizdir.  Op­
ponents  tezislərini  cavabsız  qoymaq  olmaz.  Axı,  müdrik 
babalar „susmaq razılıq əlamətidir" demişlər.
Onların  iddiaları  ifşa  edilmədikcə,  dünya  ictimaiyyəti  də 
bizim  susmağımızı  günahkarlıq  əlaməti  kimi  qəbul  edəcəkdir. 
Buna görə də erməni-azərbaycanlı münasibətlərini bütün çalar- 
ları  ilə  dünyaya  təqdim  etmək  lazımdır.  Bu  dövlət  tərəfindən 
təşkil  edilməli,  bütün  müvafiq  təşkilatlar  bu  sahədə  birlik 
nümayiş etdirməlidir. Sehrli çubuğu gözləmək olmaz.
Tarixi  ədalətin  bərpasına  xidmət  edən  işimizlə  əlaqədar 
ermənilərin qaralama kampaniyasına hər an-yubanmadan cavab veril­
məlidir.  Kitabın  məzmunu,  istifadə  etdiyimiz  mənbələr,  keşməkeşli 
tariximiz  ermənilərin  mübarizə  metodunun  sirlərini  aşkara  çıxarır. 
Dünya gör-götür dünyasıdır.  Öyrənmək heç  vaxt gec deyil.  Xalqlar 
sülh  şəraitində belə mübarizələrini davam etdirməlidir.  Bu  dostu  da, 
düşməni də öyrənmək, tanımaq mübarizəsidir.
1075Yens orada,  s. 132
540
Xocalı -  dünyanın gözü qarşısında 
qanı qurumayan soyqırımı
Erməniləri  müdafiə  edən  Avropa  və  Amerika  onların 
törətdikləri  qırğınların  səhifələrinə  əhəmiyyət  vermirlər. 
Türklər qırğın etmədikləri halda 100 ilə yaxın bir müddətdir ki, 
özlərini  dünyada  insanların  təhlükəsizliyinə  cavabdeh  hesab 
edənlər  hələ  də  iz-sənəd  axtarırlar.  I  Dünya  müharibəsindən 
əvvəl  meydana  çıxan  fransız-erməni,  italyan-erməni  cəmiy­
yətləri  Avropa  dövlətlərinin  erməniləri  dəstəkləməsiydi. 
Erməni dilində nəşr olunan qəzetlərin maliyyə ehtiyacları onlar 
tərəfindən  ödənilirdi.  Kitab  və  kitabçalar  üçün  böyük  pullar 
verilirdi.  Bu  cəmiyyətlər  hər  yerdə  ermənilərin  Antanta 
dövlətlərinə yardım etdiklərindən ağız dolusu danışırdılar. Bu, 
100 il bundan əvvəl idi.
Son  illərdə  Azərbaycana  münasibət  dəyişib.  Arüq 
mətbuat  səhifələrində  erməni  qırğınlarına  məruz  qalmış 
türklər,  azərbaycanlılar haqqında  məlumatlar  çap  olunur.  Hər 
ölkədə  ermənilərin  „soyqırıma  məruz  qalmış"  olmadığı  bilinir. 
Onların  tərəfdarları  olduğu  kimi  əleyhdarları  da  var.  Böyük 
Britaniyanın  Xarici  İşlər  Nazirliyi  bu  ölkədə  yaşayan 
azərbaycanlıların  „Vətən"  cəmiyyətinin  Xocalı  soyqırımı  ilə 
daxil olan müraciətinə aprelin  16-da cavab məktubu  göndərib. 
Sənəddə  1992-ci  ilin  fevralında  erməni  işğalçılan  tərəfindən 
Rusiya  hərbçilərinin  köməyi  ilə  Xocalı  şəhərində  törədilmiş 
faciəyə  münasibət  bildirilib.  „Xocalıda  baş  verənlər  bütün  bu 
müharibənin gedişində baş verənləri üstələyib." Böyük Britaniya XİN 
ATƏT-in  Minsk  qrupunun  münaqişənin  həllinə  daxil  olan 
fəaliyyətini dəstəklədiyini bildirib1076.
Tarixi  mənbələrdə  erməni-azərbaycanlı  münaqişəsinin 
altında  çox  mənalar  məqsədli  olaraq  gizlədilir.  Əslində  bu 
münaqişədə tərəfləri zor ilə ortaq olaraq göstərmək siyasəti bu
Həsənbala  Sadıqov
1076 „Yeni  Müsavat” qəzeti, 08.05.2003
541


Erməni 'nıasahsi: xəyanəti, deportasiyam, soyqırımım va işğalını pərdələyən yalan
gün  də  davam  edir.  Dünyanın арапа  dövlətlərinin  elçiləri və 
müxtəlif 
təşkilatların 
nümayəndələri 
bu 
münaqişənin 
anatomiyasını  hər  birimizdən  yaxşı  bilirlər.  Ermənilərin  türk­
lərə,  azərbaycanlılara  qarşı  soyqırımını  bilməyon  dövlot  yoxdur, 
mənfəətlərinə  görə  ona  əhəmiyyət  verməyən  dövlətlər  vardır. 
Ermənilərin  Azərbaycan  türklərinə  qarşı  Dağlıq  Qarabağdakı 
qırğınları hansı amilin təsiri altındasa dünyanın ictimai fikrində 
çox az yayılmışdır.
XX  əsrin  əvvəllərində  qondarma  soyqırımı  iddiasının 
cavabdehləri  dünyanın  bütün  ölkələrində  fərqli  şəkildə 
axtarılır.  Dünyanın  gözü  qarşısında  ermənilərin  Qarabağdakı 
qırğınları böyük dövlətləri çox az maraqlandırır. Bunun mənası 
ondan ibarətdir ki, böyük dövlətlər qırğını araşdırmaq fikrində 
deyil, xarici siyasətlərinə dəstək axtarmaq təşəbbüsündədirlər.
İndi  Ermənistan  adlanan  ərazidə  1000  ilə  yaxın  bir 
müddətdə  yaşamış  türklərdən  o  bölgədə  nə  qədər  insan 
yaşayır?  „Son  iki  əsrdə  Qafqazda  azərbaycanlılara  qarşı 
məqsədyönlü  şəkildə  həyata  keçirilmiş  etnik  təmizləmə  və 
soyqırımı  siyasəti  nəticəsində  xalqımız  ağır  mərhumiyyətlərə, 
milli  faciə və məşəqqətlərə məruz  qalmışdır.  Mərhələ-mərhələ 
gerçəkləşdirilən  belə  qeyri-insani  siyasət  nəticəsində  azərbay­
canlılar indi Ermənistan adlandırılan ərazidən -  min illər boyu 
yaşadıqları  öz  doğma  tarixi-etnik  torpaqlarından  didərgin 
salınaraq  kütləvi  qətl  və  qırğınlara  məruz  qalmış,  xalqımıza 
məxsus  minlərlə  tarixi-mədəni  abidə  və  yaşayış  məskəni 
dağıdılıb viran edilmişdir."1077
Onlar  dünyanın  gözü  qarşısında  dünya  tarixində  nümu­
nəsi az görünən şəkildə deportasiya edildilər. „Azərbaycan xalqı­
na qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiy­
mətini  almamış  soyqırımı  da  tarixin  açılmamış  səhifələrindən  biri-
1077  H.  Əliyev.  „1948-1953-cü  illərdə  azərbaycanlıların  Ermənistan  SSR  ərazisindəki 
tarixi  etnik  torpaqlardan  kütləvi  surətdə  deportyasiyası  haqqında  Azərbaycan  respublikası 
prezidentinin  fərmanı”  s.  1
542
H əsəıtbala Sadıqov
dir.107S"  Dünyada  onların  deportasiya  olunmalarına  siyasi  qiy­
mət verilməmişdir.  Qədim  dünyanın  abidələrinin  dağıdılması 
barbarlıq adlandırılır və müxtəlif səviyyələrdə cavab  tələb edi­
lir.  1000  ildən  artıq  Ermənistan  bölgəsində  yaşamış,  yaratmış 
insanların mədəni abidələrinin qorunması vəziyyəti necədir?
Bölgədə  demoqrafik  vəziyyətin  dəyişməsinin  mənbələri 
heç  də  Ermənistanda  olan  təbii  artım  deyildir.  O  bölgədə 
demoqrafik  dəyişmələr  yerli  əhalinin  təbii  artımının  nəticəsi 
olaraq  deyil,  dünyanın  müxtəlif  coğrafiyasında  yaşayan 
ermənilərin  ora  köçürülmələrinin  nəticəsi  olaraq  meydana 
gəlmişdir.  Bu, uzun illərdən bəri  davam edən xristianlaşdırma
1948-1953,  1988-ci  illərdə  Ermənistandan  və  son  illərdə 
Qarabağa  aid  bölgələrdən  azərbaycanlıların  deportasiyasına  və 
soyqırımına şahid lazımdırmı?  Azərbaycanın  torpaqlarının  20%-nin 
işğal edilməsi, ölkənin çadır şəhərciklərinə bürünməsi şahid „ifadələri" 
deyilmi? Dünya şahid deyilmi?
Azərbaycan  respublikasının  prezidenti  İlham  Əliyevin 
qeyd  etdiyi  kimi  "Faciəyə  beynəlxalq  hüquqi-siyasi  qiymət 
verilməsinə  nail  olmaq  insanlıq  və  vətəndaşlıq  borcumuzdur. 
Xocalı  faciəsi  iki  yüz  ilə  yaxın  bir  müddət  ərzində  erməni 
millətçilərinin  və  onların  havadarlarının  xalqımıza  qarşı 
apardığı  etnik  təmizləmə  və  soyqırımı  siyasətinin  davamı  və 
qanlı səhifəsi idi."1
0
7
8
 1079
1078  H.Əliyev.  Azərbaycanlıların soyqınmı  haqqında Azərbaycan  respublikası 
prezidentinin  fərmanı.
0192001-ci ildə Azərbaycan  M illi Məclisinin Avropa Şurası Parlam ent Assambleyasındakı 
nümayəndə  heyətinin  rəhbəri  cənab  ilham   Əliyevin  təşəbbüsü  itə  "Ermənilər  tərəfindən 
Azərbaycan  xalqına  qarşı  törədilmiş  genosidin  e tira f  edilməsinə  dair"  deklarasiya 
hazırlanıb.  Sənəddə  ermənilərin  tarixən  Azərbaycan  xalqına  qarşı  həyata  keçirdikləri 
soyqırımı  cinayətlərinə  xronoloji  ardıcıllıqla  diqqət  yetirilir.  X ocalı  fa ciə si  ilə  bağlı 
sənəddə yazdır:  "26 fe v r a l  1992-ci il tarixində  ermənilər Xocalı şəhərinin bütün  əhalisini 
vəhşicəsinə  qırdı  və  şəhəri  bütövlükdə  darm adağın  etdi".  Deklarasiya  Böyük  Britaniya, 
Lüksemburq,  Polşa,  Türkiyə,  Bolqarıstan,  Albaniya,  N orveç  və  M akedoniyadan  olan 
deputatlar tərəfindən təsdiq edilib.  “Azərbaycan” qəzeti  2004.
543


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə