Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə138/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   134   135   136   137   138   139   140   141   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
arxalanan ermənilər qırğın törətmələrinə baxmayaraq təbliğatla 
etdiklərini qarşı olduqları xalqlarm ünvanına yazır, onu dünya 
ictimaiyyətinə təqdim və qəbul etdirə bilirdilər. Lakin bunlarla 
yanaşı türklərin, o cümlədən azərbaycanlıların tarixin müəyyən 
dövrlərində  təbliğata  az  əhəmiyyət  vermələri  də  erməni 
təbliğatı üçün münbit şərait yaradırdı.
Tariximizə  diqqət  etdikdə  məlum  olur  ki,  bu  iki  etnik 
camaatın  hadisələrə  münasibəti  fərqli  olmuşdur.  Türklər 
millətlərarası  münasibətlərdə  ədalət  prinsipinə  üstünlük 
verdiyi  halda,  ermənilər  fəaliyyətlərinə  əsassız  olaraq  yaşama 
uğrunda  mübarizə  görüntüsü  verməyə  çalıışır,  qarşı  tərəf 
günahsız olduğu halda onları günahkar kimi göstərmək siyasə­
tini izləyirdi.  Ermənilərin  "millət  savaşının"  mərkəzində  guya 
var  olma  uğrunda  mübarizə,  daha  yaxşı  yaşamaq  düşüncəsi 
dayanırdı.  Əslində  istər  Osmanlı  imperatorluğunda,  istərsə  də 
Qafqazda  ermənilərin  bir  etnik  kütlə  olaraq  var  olmalarım, 
yaşamalarını hədələyəcək təhlükə tarixdə heç vaxt olmamışdır.
Lakin  ermənilər  belə  bir  təhlükə  olmadığı  halda  başqa 
xalqların yaşayışını  təhlükə altına salır və bu hadisələrdən isti­
fadə edərək dünyanın diqqətini özlərinə cəlb etməklə, „incidil­
miş", „haqları  əlindən alınmış xalq"  imici yarada bilirdilər. Bu 
da Avropa dövlətlərinin mənafeyinə xidmət etdiyindən dəstək­
lənirdi.  Avropa  mətbuatında „xristian bir millətin barbar türk­
lərin əlində məhv olduğu"  irəli sürülür, onlara təbliğat vasitəsi 
kimi  göz  yaşları  tökdürürdülər.  1916-cı  ildə  İtaliyanın  Torino 
şəhərində italyan dilində nəşr edilən „Armeniya"  məcmuəsin­
də erməniləri haqsız  olduqları halda haqlı təqdim etmək üçün 
əsassız  olaraq  yazırdılar:  „Avropada  Türkiyə  üçün  rumlar, 
serblər,  qaradağlılar, bolqarlar,  rumınlar nə idisə, ermənilər də 
eyni vəziyyətdədirlər.  Ermənilər İslam  okeanı  içində dağılmış, 
bunun  dalğaları  içərisində  çalxalanırlar.  Uzaq  qaldıqları  Qərb 
dünyasına şikayət səslərini eşitdirə bilmirlər."1082
1082  Mehmet Kanar. A. k. e.  s.  347.
548
H əsənbala Sadıqov
Məcmuədə bir  məsələ  də nə qədər də sərrast etiraf edilir 
„Ermənilər  hücum  etmək  üçün  pusquda  gözləyən  düşmənin 
kəşfiyyatçısıdırlar."  1083  Jurnal  erməni  məsələsinin  həll 
edilməsinin  mümkün  variantım  da  vermişdir.  „Ya  türklər,  ya 
da  ermənilər  ölkədən  çıxarılsınlar,  ya  da  Osmanlı  dövləti 
ermənilərin yaşadıqları vilayətlərdən vaz keçərlər və bir erməni 
dövləti  qurular  ki,  bu  da  Avropada  olduğu  kimi,  Asiyada  da 
Osmanlı  hakimiyyətinin  ləğvi  deməkdir.  Yaxud  bu  millət 
tamamilə məhv edilir."1084
Bununla  da  „ermənilərin  xristian  olmaqdan  başqa  bir 
günahı yoxdur"  tezisləri  ilə  məsələnin həqiqi  mahiyyətini  ört- 
basdır  edir,  münasibətlərə  müsəlman-xristian  qarşıdurması 
şəkli  verirdilər.  Beləliklə  də  xristian dövlətlərindəki  idarəçiləri 
və  ictimaiyyəti  Osmanlı  dövlətinə  qarşı  hazırlamışdılar.  Buna 
görə də avropalılar çox halda dövlətlərinin Osmanlı  dövləti ilə 
əlaqədar  siyasətini  dəstəkləyirdilər.  Amerikada  da  ermənipə­
rəst ictimaiyyət bu şəkildə yaradılmışdır.  Osmanlı imperiyasında 
tarixin  heç  bir  dövründə  olmayan  qırğınlar,  hətta  soyqırımlar 
haqqında saxta faktlara, mifoloji mənbələrə əsaslanaraq ardıcıl yazılar, 
kitablar nəşr edilmişdir.
Ermənilərin  başqa  bir  mühüm  cəhəti  də  ideologiyalaş- 
malarının  sürətli  olması  idi.  Bu  zamandan  başlayaraq  ermə­
nilərin  əsasən  milli  savaşla  əlaqədar  fəaliyyətləri  onların 
özlərinə xas olan, tarix kitablarında diplomatiya adlanan fəaliy­
yət sahəsinin meydana çıxmasına səbəb olmuşdur. Ermənilərin 
diplomatiyasının  əsas  xüsusiyyəti  xəyanətlərini  həyata  keçir­
mək,.  başqa  xalqlara  qarşı  mübarizə  etmək  üçün  böyük 
dövlətlərə  müraciət  etdiyi  dövlətin  onu  öz  mənfəəti  üçün 
istifadə  edəcəyini  bilə-bilə  müraciət  etməsidir.  Bu,  onların 
diplomatiyasının əsas mövzusu olmuşdur.
Regionda  azərbaycanlılar  üçün  başqa  dövlətə  müraciət 
etmək,  demək  olar  ki,  imkansız  idi.  Azərbaycan  hakimləri  də
1083 Yenə orada,  s.  347.
1084 Yenə orada,  s.  347.
549


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalını pərdələyən yalan
bilməmiş  deyildilər  ki,  onlar  üçün  Rusiyadan  başqa  müraciət 
ediləsi  dövlət  yoxdur.  „Bəs,  Türkiyə?"  deyənlər  də  ola  bilər. 
1918-ci  il  hadisələri  istisna  olmaqla  çox  halda  Türkiyənin 
Qafqaza  müdaxiləsi  imkansız  olmuşdur.  Bu  da  tarixi 
gerçəklikdir  ki,  son  iki  yüz  ildə  Türkiyə  ilə  Rusiya  arasında 
savaşlar  olmasına  baxmayaraq,  bir  sıra  məhəlli  qələbələr 
nəzərə alınmazsa birinci ikinciyə qarşı əsaslı bir təhlükə ortaya 
qoya bilməmişdi.
Tarixi  gerçəklik  bundan  ibarət  olmuşdur  ki,  Rusiya 
Türkiyənin  ona  müdaxilə  etməsindən  deyil,  onun  „isti 
dənizlərə"  doğru  irəliləməsinə  mane  olacağından  narahat  idi. 
Digər tərəfdən  də Rusiyanın Osmanlı  dövlətinin parçalanması 
ilə əlaqədar fəaliyyətinin mərkəzində belə bir məntiq dayamrdı 
ki,  bu  bölgənin  Osmanlı  kimi  bir  imperatorluğun  əlində 
olmasından kiçik, Rusiyaya tabe olan dövlətlərin əlində olması 
sərfəli idi.
Azərbaycanın  ermənilərlə  əlaqələri  əslində  Rusiyanın 
Qafqaz  siyasəti  ilə  əlaqədar  meydana  gəlmişdir.  O  zamanlar 
ermənilərin ruslarla olan münasibətləri də az məlum idi. Lakin 
tarixi mənbələrdə ermənilərin ruslara olan müraciətləri kitabda 
verilmişdir.  Biz  maraqlanmasaq  da  həmin  zamandan  başla­
yaraq  Qafqazda,  qondarma  erməni  məsələsi  meydana  çıxmış, 
yaradılmışdır.  Bu  mənada  erməni  məsələsi yalmz  ermənilərin 
deyil,  Qafqaz  xalqlarının,  o  cümlədən  azərbaycanlıların  da 
taleyini  müəyyən  edəcək  məsələ  olmuşdur.  O  zamandan 
başlayaraq  Azərbaycan  bir  erməni  məsələsi  -   xəyanət,  terror, 
qırğın, soyqırımı və onları ört-basdır etmək üçün əsassız olaraq 
yaradılan  yalanlarla  əlaqədar  problemlərlə  qarşı-qarşıya 
dayanmışdır.
Nəticə  olaraq  bütün  dövrlərdə  böyük  dövlətlər  üçün 
erməni  məsələsi  ermənilərdən  daha  çox  əhəmiyyətli  idi.  Yeni 
tarixdən  başlayaraq  erməni  məsələsi  Avropa  dövlətlərinə 
böyük  siyasətlərini  həyata  keçirmək  üçün  Osmanlı  dövlətinə 
qarşı gizli planlarım gerçəkləşdirməyə imkan verirdi.
550
H əsənbala Sadıqov
Tarixən  millətlər  tarix  səhnəsinə  gəlmiş,  mübarizə 
aparmış,  müvəffəqiyyətsiz olduqlarında tarixin  arxivində  dəfn 
edilmiş, onları daha yeniləri əvəz etmişdir. İnsanların, xalqların 
tarixi taleyində onların yerləşdikləri coğrafiya qədər,  qonşuları 
da  mühüm  rol  oynayır.  Türklər,  o  cümlədən  azərbaycanlılar 
tarixən  bu  bölgənin  aborigenləridirlər.  Uzun  illərdən  bəri 
müstəqil dövlətlər qurmuşlar. Tarix  səhnəsində mübarizələrdə 
tərəf  olmuşlar.  Bu  mübarizə  dövründə  ermənilərlə  tanışlıq 
başlanıb.  İstər  Anadolu  türklərinin,  istərsə  də  Azərbaycan 
türklərinin  ermənilərlə  sakit  qonşuluq  şəraitində  yaşamaları 
XIX əsrin sonlarına qədər davam etmişdir.
Tarix boyunca  xalqlar yerləşdikləri coğrafiyada  mübarizə 
etmişlər. Bu mübarizənin əsas səhifəsi siyasi hakimiyyət uğrun- 
da mübarizədən ibarət olmuşdur. Bu gün də dünyada yaşayan, 
lakin siyasi mənsubiyyəti məlum olmayan millətlər vardır.
Bu  mübarizədə  ən  mühüm  amillərdən  biri  də  dünyada 
mövcud  güclərin  tarazlıq  vəziyyəti  idi.  Mübarizə  edən  digər 
dövlətlər  dövlətlərin  siyasi  imkanlarından  necə,  nə  üçün  və 
hansı  şəraitdə  istifadə  etmişlər.  Diplomatiyada  əsas  məsələ 
zamanın  ehtiyaclarını  başqalarından  daha  dəqiq  müəyyən 
etməkdir.  Millətlərin  bəlli  coğrafiyalardakı  mövqeyi  onların 
diplomatiyasının nəticəsi kimi görünür.
İngilis  zabiti  C.  B.  Norman İngiltərənin və  digər  Avropa 
dövlətlərinin erməniləri  öz  mənfəətləri üçün  alət kimi  istifadə 
edərək  faciələr  törətdiklərini  aşağıdakı  şəkildə  dövlətinə 
müraciətlə etiraf etmişdi: „Şərq siyasətiniz nəticəsiz oldu. Həm 
də  çox  acı  şəkildə  türkləri  özümüzdən  soyutduq,  ermənilərə 
boş  ümidlər  verdik  və  ölkəni  qana  boyadıq."1085 Daha  sonra 
əlavə  edirdi:  „İstanbuldakı  siyasətçilərimizin  yanlış,  həm  də 
kökündən  yanlış  olduğunu  tərəddüd  etmədən  söyləyə 
bilərəm."1086
1085  Yüzbaşı  C.B.  Norman.  Ermenilerin  Maskası  Düşüyor.(Yayma  Hazırlayan  Prof.  Dr. 
Yavuz Ercan) Ankara,  1993, s.  73
1086 Yenə orada,  s.  73
551


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə