Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə132/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   128   129   130   131   132   133   134   135   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımını və işğalını pərdələyən yalan
„Dünyanın parlamentlərinə" müraciətində „Qarabağda erməni 
milli  birliklərinin  Azərbaycan  xalqına  qarşı  genosidini 
mühakimə etməyə"1039 çağırırdı. Müraciətdə „6 min əhalisi olan 
Xocalı şəhəri yer üzündən silinmişdi"1040 deyilirdi.
Xocalı  faciəsi  gizlində  deyil,  dünyanın  gözləri  qarşısında 
həyata  keçmişdi.  Faciədən  sonra  Qərbin  televiziya  jurna­
listləri1041  hadisə  yerinə  getmək  istədikdə  erməni  silahlılan 
tərəfindən  qarşısı  alınmışdır.  Bu  fakt  dünya  mətbuatında 
verilməsinə baxmayaraq erməniləri dəstəkləyən qüvvələr ona o 
qədər də əhəmiyyət vermədilər. Buna baxmayaraq Qərbin tele- 
jurnalistləri  bir  sıra  yerlərdə,  o  cümlədən  Xocalının  ətrafında 
qətl edilənləri görmüş və onları lentə ala bilmişdilər. Onlar 50- 
yə qədər eybəcərləşdirilmiş cəsədi lentə almışdılar.
O zaman ermənilərin soyqırımının tarixləşdirilməsində və 
dünyaya  çatdırılmasında  Azərbaycan  televiziyasının  müxbiri 
Çingiz  Mustafayev  əsas  rol  oynamışdı.  Ermənilərin  mane 
olmasına,  soyqırımı  olan  yerə  getməyə  imkan  vermədiklərinə 
baxmayaraq  o,  həyatını  riskə  ataraq  xocalıların  qırğına  məruz 
qaldıqları  yerlərə  gedə  bilmiş  və  əsrin  soyqırımını  lentlərə 
köçürərək  əbədiləşdirə  bilmişdir.  Çingiz  Mustafayevin 
videokadrları  bütün  dünyada  göstərilmiş,  ermənilərin  Xocalı 
soyqırımı ilə dünyam tanış etmişdi.
Bu videolentdə nələr yoxdur! Orada olanlar Xocalıda soy­
qırımı  olduğunu  şərtsiz  olaraq  qəbul  etdirir.  Videolentlərdən 
məlum olur ki, ermənilər 2-15 yaşında olan uşaqlara silahı ba­
şına  dirəyərək  atəş  açmış,  qadınları  və  ağsaqqalları  güllələ- 
mişlər. Burada mühüm olan, insanlann soyqmmma məruz qal­
dıqlarını  göstərən  ən  mühüm  amil  ondan  ibarət  olmuşdur  ki, 
öldürülənlərin  müqavimət  göstərmək  üçün  heç  bir  imkanlan 
olmamışdır. Hətta qaçmaq imkanı olmayanlar da güllələnmişlər.
Videolentlər  üzərində  tədqiqat  apanldıqda  çox  maraqlı
1039 „ Независимая газета ” 5 марта  1992  г.
1040 „ Независимая газета ” 5 марта  1992 г.
1041  „  Независимая газета ” 5 марта  1992 г..
524
H əsənbala Sadıqov
faktlar  aşkar  edilmişdi.  Öldürülənlərin  əksəriyyəti  başından 
vurulmuşdu.  Bu,  o  deməkdir  ki,  ermənilər  yaralıları  da 
güllələmişlər.  Videolentdə  ermənilərin  XX  əsrin  əvvəllərində 
Anadoluda  və  Azərbaycanda  həyata  keçirdikləri  qırğınlar 
təkrar  edilirdi.  Öldürülmüş  uşaqların  qulaqlarını  kəsmişlər. 
Yaşlı  bir  qadının  üzünün  sol  dərisini  kəsib  götürmüşlər. 
Kişilərin  başlarını  kəsmişlər.  Bunlardan  başqa  öldürülənlərin 
yanında  heç  bir  qiymətli  əşya  olmadığından  məlumdur  ki, 
onları  öldürdükdən  sonra  qarət  etməyi  də  yaddan  çıxarma­
mışlar. Qadınların barmağının kəsilməsi də qiymətli əşya üçün 
edilən qarətin əlamətidir.
MDB-nin 366-cı polkunun Xocalı faciəsində iştirakı təkzib­
edilməzdir.  366-cı  polkun  Xocalı  faciəsində  iştirak  etməsinə 
qarşı  qüvvələr  də  yox  deyildi.  Heç  təsadüfi  deyil  ki,  366-cı 
ordunun  əsgərlərindən  etiraz  edənlər  faciə  baş  verməzdən 
polku tərk edərək azərbaycanlıların tərəfinə keçmişdilər. 2 mart 
1992-ci  ildə  Azərbaycan  prezidentinin  mətbuat  mərkəzində, 
brifinqdə  366-cı  polkdan  4  nəfər  rus  əsgəri  (Yuri  Yaxnoviç, 
Aleksey  Bondarev,  Pavel  Antipina  və  Pavel  Zuyev)  iştirak 
etmişdi.
Onlar Rusiyanın baxışına  görə fərari  idilər.  Bu  rus  əsgər­
ləri  ilə  „İzvestiya"  qəzetinin  müxbiri  də  müsahibə  aparmışdı. 
Onlar  Xankəndi  polkunda  intizamsızlıq  olduğunu,  komandir 
və  əsgərlərin  silah  oğurlayaraq  ermənilərə  satdıqlarını  bildir­
mişdilər.  Əsgərlər  komandirlərinin  „növbətçilik"  zamamnda 
Dağlıq  Qarabağda  azərbaycanlıların  kəndlərinə  hücum  etdik­
lərini də söyləmişlər. Onu  da demişlər ki,  əsgərlər polkda xid­
məti davam etdirə bilmədiklərindən üç, beş nəfər olaraq tez-tez 
fərarilik edirdilər.
Bunlardan  başqa  fərarilik  edənlərin  vurularaq  öldürül­
düyü faktının olduğunu da qeyd etmişlər. Polk rəhbərliyinin 11 
nəfər  ağ  bayraqlı  fərari  əsgərə  atəş  açaraq  onlardan  5-nin 
öldürülməsi  də  məlumdur.  Şahidlərə  görə  1991-ci  ilin 
oktyabrından başlayaraq  hərbi  hissədən komandir  və  əsgərlər
525


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
hərbi  texnika  ilə  „növbətçiliyə  "  gedirmişlər.  Orada  erməni 
silahlıları  ilə  birlikdə  içir,  sərxoş  vəziyyətdə  ermənilərin 
göstərişi  ilə  Azərbaycan  kəndlərinə  atəş  açırmışlar.  Əsgərlərə 
görə MDB-nin odusu belə bitərəflik göstərirdi."1042
Qəzetin  əlavəsində  göstərilir: „bunlardan başqa  şahidlərə 
görə  366-cı  polkun  hərbi  texnikası  Xocalıya  hücumda  əsas  rol 
oynamışdı.  Atəşlə  erməni  dəstələrinin  şəhərə  hücum  etmələ­
rinə də imkan yaradılmışdı."1043 Hələ 28 fevral 1992-ci il tarixin­
də  Zaqafqaziya  Hərbi  Dairəsinin  komandir  müavini  general- 
leytenant  S.  Beppayev  „Krasnaya  zvezda"  qəzetinin  müxbi­
rinin sualına cavab olaraq bildirmişdi ki, 366-cı polka hər hansı 
tərəfdə(?)  münaqişədə  iştirak  etmək  qadağan  edilmişdi.  Daha 
sonra  əlavə  etmişdi: „Bu,  istisna  edilmir ki,  bu  polkun  erməni 
millətindən  olan  nümayəndələri  əməliyyatlarda  iştirak  etmiş­
dilər."1044
Azərbaycan  respublikası  Ali  Sovetinin  05/3-251  nömrəli 
17  mart  1992-  ci  il  tarixli  sorğusunda  MDB  hərbi  birliklərinin 
əsgərlərinin  Xocalı  hadisələrində  iştirakı  soruşulurdu.  Buna 
cavab olaraq aşağıdakılar bildirilirdi:
„Qarabağ rayonlararası prokurorluğu tərəfindən 27 fevral 
1992-ci 
ildən 
Azərbaycan 
Cinayət 
Məcəlləsinin 
70-ci 
maddəsinin 94, 2, 6, 255„b" maddələri ilə istintaqa başlanmışdı. 
İstintaq  prosesində  əldə  edilən  faktlar  isbat  edir  ki,  Xocalı 
üzərinə  silahlı  hücumda  və  əhalinin  kütləvi  olaraq  qətl 
edilməsində  erməni  silahlı  birlikləri  ilə  birlikdə  MDB  hərbi 
hissələrinin  hərbi  xidmətçiləri  də  iştirak  etmişdilər.  Xocalıya 
hücumda  hərbi  hissələrin  BMP  və  BTR-ləri  iştirak  etmişdir. 
Şəhərdə  qırğın  sırasında  20-30  tankdan  atəş  açılmışdır. 
Hadisənin  şahidləri  texnikada  olanların  və  hücumda  iştirak 
edənlərin  rus  əsgərləri  olduğunu  gördüklərini  söyləyirlər. 
Qırğında  əmrlərin  rus  dilində  verildiyi  də  təsdiq  edilmişdi.
1042  „Известия”  14 марта  1992  г.
1043 „Известия”  14 марта  1992 г.
1044 „Красная звезда” 28  февраля  1992  г.
526
Həsətıbala Sadıqov
Hətta  şəhərə  hücum  edənlər  içərisində  zənci  olduğu  da  bil­
dirilirdi. Əvvəldən ermənilərin texnikasının bu qədər olmadığı 
haqqında  məlumat  da  var  idi.  Şəhərdə  qətli  həyata  keçirən 
texnikanın nömrələri görünməmək üçün üstdən rənglənmişdi. 
Rus  və  erməni  əsgərlərinin  evləri  talan  etdiklərini  də 
söyləyirlər.  İstintaq  prosesində  200  nəfər  soruşulanların  162 
nəfəri  təsdiq  etmişdir  ki,  Xocalı  hadisələrində  MDB  hərbi 
hissələrinin əsgərləri iştirak etmişdi."1045
Azərbaycan  respublikasının  prokurorluğu  faktla  bağlı- 
366-cı polkun əsgərlərinin Xocalı qırğınında iştirakı ilə əlaqədar 
istintaqa başladı.
366-cı polkun fəaliyyətinin rüsvayçılıq „siyahısında" təkcə 
Xocalının  adı  yazılmayıb.  Bu  siyahını  uzatmaq  da  olar.  Onun 
fəaliyyətində  Kərkicahan,  Malıbəyli,  Meşəli,  Cəmilli  və  başqa 
yaşayış məskənlərinin darmadağın edilməsi də var. Bu kəndlər 
də  rus-erməni  birləşmiş  hərbi  birliklərinin  əməliyyatı  ilə 
tamamən  yandırılmış,  qarət  edilmişdir.  O  yerlər  haqqında 
söhbət  açılmamasının  əsas  səbəbi  ondan  ibarətdir  ki,  Xocalı 
faciəsi o qədər böyük və dəhşətli olmuşdur ki, başqa qırğınları 
kölgədə qoymuşdu.
366-cı  polkda  17  iyun  1988-ci  ildən  10  mart  1992-ci  ilə 
qədər xidmət etmiş zabit S. D.Tuşov polk haqqında çox maraqlı 
açıqlamalar  vermişdi.  O,  polkda  1-ci  batalyonun  ştab  rəisinin 
müavini  olmuşdur.  Onun  məlumatlarından  məlum  olur  ki, 
366-cı  motorlaşdırılmış  piyada  polku  1985-ci  ildə  Gəncədən 
Xankəndinə köçürülüb.  Zabit Tuşova görə 366-cı  polkun  şəxsi 
heyətinin 70-80 faizi ermənilər idi. Onlar silah,  sursat, yağlama 
materialları,  geyim,  ərzaq  və  başqa  anbarların  rəisləri  idilər. 
Zabit heyətindən 8 nəfər erməni idi1046.
2  mart  1992-ci  ildə  366-cı  polkun  şəxsi  heyəti  vertalyotla 
Gürcüstanın  Vaziani  şəhərinə  köçürüldü.  Çox  maraqlıdır. 
Gəncə diviziyasına daxil olan polk Gürcüstanda yerləşdirilərək
1045  л /
Ходжалы.  Хроника геноцида.  Баку  1993, стр.  51-53.
1046 „Xalq ordusu”  10 aprel  1992  -ci  il
527


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə