Həyatin gerçƏK


Dizayn təsadüflə izah edilə bilməz



Yüklə 1,73 Mb.
səhifə38/72
tarix17.09.2017
ölçüsü1,73 Mb.
#453
1   ...   34   35   36   37   38   39   40   41   ...   72

Dizayn təsadüflə izah edilə bilməz


Buraya qədər həyatın təsadüflər nəticəsində meydana gəlməsinin qeyri-mümkün olduğunu təhlil etdik. Yenə də bir anlıq bu qeyri-mümkünlükləri mümkün hesab edək: milyon illər əvvəl yaşamaq üçün hər cür xam maddəni əldə etmiş bir hüceyrənin meydana gəldiyini və bir yolla “həyat qazandığını” fərz edək. Ancaq buradan sonrakı mərhələlər də təkamül nəzəriyyəsinin qarşısında başqa qeyri-mümkünlüklər çıxarır. Bu hüceyrə bir müddət yaşasa belə, bir gün öləcək və öldükdən sonra ortada heç bir canlı varlıq qalmayacaq, hər şey ən başda olduğu kimi olacaqdır. Çünki genetik sistemi olmayan bu ilk canlı hüceyrə özünü çoxalda bilməyəcəyi üçün ölümündən sonra nəsli artmayacaq, həyat da onun ölümü ilə birlikdə başa çatacaqdır.

Genetik sistem isə ancaq DNT-dən ibarət deyil. DNT-dən bu şifrəni oxuyan fermentlər bu şifrələrin oxunması ilə hazırlanan məlumat daşıyıcı RNT, məlumat daşıyıcı RNT-nin bu şifrə ilə gedib çoxalmaq üçün bağlanacağı ribosom, ribosomda çoxalmada istifadə edilən amin turşularını daşıyan RNT və bunun kimi saysız-hesabsız ara funksiyaları yerinə yetirən olduqca kompleks fermentlər də eyni mühitdə olmalıdır. Bundan əlavə, bu mühit ancaq hüceyrə kimi lazımlı bütün xam maddə və enerji imkanlarının olduğu, hər tərəfdən təcrid edilmiş və tamamilə nəzarətdə saxlanılan bir mühit olmalıdır.

Beləliklə, bir üzvi maddə ancaq bütün orqanoidləri ilə birlikdə qüsursuz hüceyrə kimi mövcud olduğu halda özünü çoxalda bilər. Bu da dünyadakı ilk hüceyrənin qeyri-adi dərəcədə kompleks quruluşu ilə bir anda meydana gəlməsi deməkdir.

Bəs bir kompleks quruluş bir anda mövcud olmuşdursa, bu nə deməkdir?

Bu sualı bir də bu misalı çəkərək verək: hüceyrəni kompleksliyi baxımından qabaqcıl texnologiyaya malik bir avtomobilə bənzədək. (Əslində, hüceyrə motoruna və bütün texniki təchizatına baxmayaraq, avtomobildən daha kompleks və təkmil sistemə malikdir). İndi sual verək: bir gün balta girməyən bir meşənin dərinliklərinə gəzintiyə çıxsanız və ağacların arasında son markalı bir avtomobil görsəniz, nə düşünərdiniz? Görəsən, ilk anda ağlınıza meşədə müxtəlif elementlərin milyon illər ərzində təsadüfən birləşərək belə bir məhsulu meydana gətirməsi gələrdi? Avtomobili təşkil edən bütün xam maddələr – dəmir, plastik maddə, kauçuk və s. torpaqdan və ya onun məhsullarından əldə edilir. Amma bu vəziyyət sizə bu məmulatların “təsadüfən” sintezlənərək, sonra da birləşərək belə bir avtomobili əmələ gətirdiyini düşündürərmi?

Əlbəttə, ağlı yerində olan hər normal insan avtomobilin şüurlu dizaynın məhsulu olduğunu, onun meşəyə necə gəlib çıxdığını düşünər. Çünki kompleks bir quruluşun ani surətdə, bir anda, bütünlüklə ortaya çıxması onun şüurlu dizaynın əsəri olduğunu göstərir.

Kompleks dizaynların tamamilə təsadüflərin əsəri olduğunu düşünmək isə ağılın hüdudlarını aşan bir inanca malik olmaq deməkdir. Təkamül nəzəriyyəsinin həyatın mənşəyi haqqında verməyə çalışdığı hər cür “izah” isə bu şəkildədir. Bu həqiqəti qəbul edən səmimi nüfuzlulardan biri, məşhur fransız zooloq Pier Pol Qrassedir. Qrasse də təkamülçüdür, ancaq darvinist nəzəriyyənin həyatı açıqlaya bilmədiyini müdafiə edir və darvinizmin əsasını təşkil edən “təsadüf” məntiqi haqqında bunları deyir:

Şanslı mutasiyaların heyvanların və bitkilərin ehtiyaclarını təmin etməsinə inanmaq həqiqətən çox çətindir. Amma darvinizm bundan da artığını istəyir: bircə bitki, bircə heyvan tamamlanmaq üçün minlərlə faydalı təsadüfə məruz qalmalıdır. Yəni möcüzələr adi qaydaya çevrilməli, inanılmaz dərəcədə kiçik ehtimallara malik hadisələr asanlıqla baş verməlidir. Xəyal qurmağı qadağan edən bir qanun yoxdur, amma elm bu işin içinə daxil edilməməlidir.281

Bir az əvvəl bəhs etdiyimiz şüurlu dizayna açıq-aşkar nümunə olan yer üzündəki bütün canlılar eyni zamanda təsadüflərin onlara heç bir töhfəsi olmadığının canlı nümunələridir. Hətta nəinki bir canlı varlıq, onun bir sistemi və ya orqanı belə təsadüflərin əsəri olmayacaq qədər kompleks quruluş və sistemdən ibarətdir. Bu mövzudan çox uzaqlaşmadan öz orqanizmimizdən misallar çəkə bilərik.

Buna bir misal gözlərimizdir. İnsan gözü təqribən 40 ayrı hissənin ahəngdarlıqla fəaliyyət göstərməsi nəticəsində görür. Bunlardan biri olmasa, göz heç bir işə yaramaz. Bu 40 ayrı hissənin hər biri də öz daxilində kompleks yaradılışa malikdir. Məsələn, gözün arxa hissəsindəki tor qişa 11 təbəqədən ibarətdir. Hər təbəqənin də ayrı funksiyası var. Tor qişanın daxilində baş verən kimyəvi proseslər isə ancaq səhifələr dolusu formul və sxemlərlə açıqlanacaq qədər mürəkkəbdir.

Təkamül nəzəriyyəsi nəinki bütün canlıların və ya bəşəriyyətin, tək bir canlı gözünün belə “təsadüflər” nəticəsində necə bu cür qüsursuz və kompleks quruluşda meydana gəldiyini açıqlaya bilmir.

Bəs canlılardakı bu qeyri-adi dərəcədəki xüsusiyyətlər bizə həyatın mənşəyi haqqında nəyi sübut edir? Kitabın əvvəlində də bildirdiyimiz kimi, canlıların mənşəyi haqqında sadəcə iki fərqli açıqlama vermək olar. Bunlardan birisi səhv olan təkamül izahıdır, digəri isə açıq-aşkar “yaradılış həqiqətidir”. Kitab boyu gördüyümüz kimi təkamül iddiası qeyri-mümkündür və elmi kəşflər yaradılışın doğruluğunu sübut edir. Bu həqiqət XIX əsrdən bəri “yaradılış” anlayışını elmdən kənar görən bəzi elm adamlarını təəccübləndirə bilər, amma elm ancaq bu cür təəccüblərlə və həqiqətlərin qəbul edilməsi ilə inkişaf edə bilər. Kardiff Universitetindən tətbiqi riyaziyyat və astronomiya professoru Çandra Uikramasinqh həyatın təsadüflərlə əmələ gəldiyinə on illər boyu inandırılmış elm adamı kimi qarşılaşdığı bu həqiqəti belə izah edir:

Bir elm adamı kimi aldığım təhsil müddətində elmin hər hansı şüurlu yaradılış anlayışı ilə uyğun gəlmədiyinə dair çox güclü təlqinlər almışam. Bu anlayışa qarşı şiddətlə mübarizə aparılmalı idi... Amma hal-hazırda Yaradana inanmağı məcbur edən açıqlamaya qarşı irəli sürülən heç bir ağıllı arqument tapa bilmirəm... Biz həmişə açıq təfəkkürlə düşünməyə alışmışıq və indi həyata dair yeganə məntiqli açıqlamanın təsadüfi xaoslar deyil, yaradılış olduğu nəticəsinə gəlirik.282



Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə