Həyatin gerçƏK



Yüklə 1,73 Mb.
səhifə59/72
tarix17.09.2017
ölçüsü1,73 Mb.
#453
1   ...   55   56   57   58   59   60   61   62   ...   72

SON SÖZ




Bu kitab boyu ancaq elmi dəlillərə əsaslanaraq həyatın həqiqi mənşəyini təhlil etdik. Ortaya çıxan nəticə açıq şəkildə göstərir ki, canlılar darvinizmin və əsasən də materialist fəlsəfənin iddia etdiyi kimi, təsadüflərlə meydana gəlməmişdir. Canlı növləri təsadüflərlə bir-birlərindən təkamül yolu ilə törəməmişdir. Əksinə, bütün canlılar ayrı-ayrı və qüsursuz şəkildə yaradılmışdır. XXI əsr sona çatarkən elmin həyatın mənşəyinə dair verdiyi yeganə həqiqi cavab var: Yaradılış.

Əsas odur ki, elmin gəldiyi bu nəticə ilə bəşəriyyətə tarixin əvvəlindən bəri din yolu ilə bildirilən həqiqət təsdiqlənmişdir.

Allah bütün kainatı və içindəki bütün canlıları yoxdan yaratmışdır. İnsanı da heç bir şey deyilkən yaradan və saysız-hesabsız nemətlər bəxş edən Allahdır. Bu həqiqət tarixin əvvəlindən bəri Allahın insanlara göndərdiyi elçilərlə və ilahi kitablarla bildirilmişdir. Hər peyğəmbər göndərildiyi cəmiyyətə Allahın bütün canlıları və insanı yaratdığını bildirmişdir. Tövrat, Zəbur, İncil və Quranda eyni yaradılış həqiqəti insanlara xəbər verilir. İlk üçü təhrif olunmuş bu ilahi kitabların arasında qiyamətə qədər hökmü davam edəcək yeganə kitab heç bir təhrifə uğramamış Qurani-Kərimdir.

Quranda Allah bütün kainatı və canlıları yoxdan yaratdığını və onları qüsursuz şəkildə tənzimlədiyini bir çox ayəsində xəbər verir. Bir ayədə yaratmanın Rəbbimizə aid olduğu belə bildirilir:


Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır! (Əraf surəsi, 54)
Allah bütün kainatı yoxdan yaratdığı kimi, hal-hazırda yaşadığımız dünyanı da yaratmış və onu həyat üçün əlverişli etmişdir. Bəzi ayələrdə bu həqiqət belə açıqlanır:
Biz yer üzünü döşədik, orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən müəyyən ölçüdə yetişdirdik. Sizdən və sizin ruzi vermədiklərinizdən ötrü yaşayış üçün lazım olan hər şey yaratdıq. (Hicr surəsi, 19-20)
Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən yetişdirdiyimizi görmürlərmi?! (Bütün bunlar Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik. (Qaf surəsi, 7-8)
Yuxarıdakı ayələrdə bütün bitkiləri yaradanın Allah olduğu xəbər verilir. Yəni bizə məlum olan və ya olmayan bütün bitkiləri, ağacları, otları, meyvələri, çiçəkləri, yosunları və ya tərəvəzləri yaradan sonsuz güc və qüdrət sahibi olan Allahdır.

Eyni həqiqət heyvanlara da aiddir. Yer üzündə yaşayan və yaşamış milyonlarla müxtəlif heyvan növünün hamısını yaradan Allahdır. Balıqları, sürünənləri, quşları, məməliləri yaradan, atları, zürafələri, sincabları, maralları, sərçələri, qartalları, dinozavrları, balinaları və ya tovuzquşlarını yoxdan var edən sonsuz elm sahibi Allahdır. Ayələrdə Allahın müxtəlif canlı növlərini yaratmasından belə bəhs edilir:


Allah hər heyvanı (canlını) bir sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir! (Nur surəsi, 45)
Davarı da O yaratdı. Bunlarda sizin üçün istilik, cürbəcür mənfəət vardır, həm də onlardan yeyirsiniz. (Nəhl surəsi, 5)
Allah bütün canlıları yaratdığı kimi insanı da yaratmışdır. İlk insan olan hz. Adəmi Quranda bildirdiyi kimi palçıqdan yaratmış, sonra da bütün insanları bir-birindən törəyən zəif mayedən (spermadan) var etmişdir. Habelə dünyadakı digər canlılardan fərqli olaraq insana Özündən ruh üfürmüşdür. Allah insanın yaradılışı ilə bağlı bu həqiqəti Quranda belə bildirir:
O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)

İnsanın vəzifəsi


Elm yuxarıda da bildirdiyimiz kimi, Allahın Quranda bildirdiyi yaradılış həqiqətini bir daha ortaya qoymuşdur. Elmi kəşflər canlılarda qeyri-adi dizayn olduğunu göstərərək onların üstün ağıl və biliklə yaradıldığını təsdiqləyir. Bioloji müşahidələr canlı növlərinin bir-birlərinə çevrilmədiklərini, ona görə də zamanda geriyə doğru getdikdə hər növün yoxdan yaradılmış ilk fərdlərinin aşkar ediləcəyini göstərir. Məsələn, qartallar hər zaman qartal kimi qaldıqlarına görə, tarixdə geriyə doğru getdikdə orijinal şəkildə yoxdan yaradılmış ilk qartal cütünə və ya qrupuna rast gəlinə. Belə ki, fosil qalıqları da bunu təsdiqləyir və müxtəlif canlı növlərinin özünəməxsus quruluşları ilə yer üzündə ani surətdə üzə çıxdıqlarını göstərir. Bu canlı növləri müxtəlif geoloji dövrlərdə mərhələli şəkildə yaradılmış və yer üzünə yerləşdirilə bilərlər, amma nəticədə hamısı Allahın istəyi ilə olmuşdur.

Qısaca desək, elm bu sadaladığımız dəlillərlə canlıları yaradanın Allah olduğunu sübut edir.

Ancaq elm bundan daha irəli gedə bilməz. Bizə nə üçün yaradıldığımızı və həyatımızın məqsədinin nə olduğunu öyrədən, bizi yaratmış Allahın Zatını tanıdan və hər məsələdə yol göstərən yeganə mənbə Allahın bizə göndərdiyi müqəddəs kitabımız Qurandır.

Quranda isə bizə yaradılış məqsədimizin Rəbbimiz Allaha iman gətirmək və Ona qulluq etmək olduğu bildirilir. Allah bir ayədə: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! (Zəriyət surəsi, 56)” -deyə buyurur. Yaradılış həqiqətini qavrayan hər insanın öhdəsinə düşən vəzifə bu ayənin hökmünə uyğun olaraq yaşamaq və Allahın Quranda açıqladığı mömin şəxs kimi “Axı mən niyə məni Yaradana ibadət etməməliyəm?! (Yasin surəsi, 22)” deməkdir.

Gördüyü bütün dəlillərə qarşı hələ də yaradılış həqiqətini təkzib edən və Allahı inkar etməkdə israr edən insanlar isə qürurları ağıllarına qalib gəlmiş şəxslərdir. Bu cür insanların əslində nə qədər aciz olduqlarını Rəbbimiz bir ayədə belə bildirir:
Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdikləriniz heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! (Həcc surəsi, 73)


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə