“heydəR ƏLİyev və azərbaycan nitq məDƏNİYYƏTİ” Kİtabinin



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54733
1   2   3   4   5   6

http://www.amu.edu.az

16 dekabr 2015-ci il

6

Munisimsən, həmdəmimsən,



Əlimdəki qələmimsən.

İşıqlı bir səhərimsən,

Heyranın mən, müəllimim.

Yadımdadır, televiziyada ötən əsrin 80-ci illərində “Ka-

millik” verilişi gedirdi. Səyyarə xanım o verilişdə çıxış 

etmişdi. Növbəti dəfə onu dəvət edəndə mənə dedi ki, İsmət, 

bu dəfə sən çıxış et. Etiraz etdim, dedim  mən bacarmaram. 

Məni məcbur etdi ki, razılaşım (hərçənd ki, onda məcbur 

etmək xüsusiyyəti yox idi). Başqa yolum qalmadı, razılaşmalı 

oldum. Beləliklə, məni çıxışlara hazırladı.

Kafedraya təzə gəlmişdim. Birlikdə əsas binaya maaş 

almaq üçün getdik. Hiss etdim ki, Səyyarə xanımdan 

soruşurlar: “Bu kimdir?” Kafedranın müəllimi olduğumu, 

birlikdə işlədiyimizi söylədi və əlavə etdi: “Bilirsən, 

Azərbaycan ədəbiyyatını necə bilir? Bu tam elə deyildi. Çox 

cavan yaşlarım idi. Sadəcə olaraq o məni elə görmək istəyirdi, 

istəyirdi ki, mən öz üzərimdə çalışım, onun arzuladığı kimi 

müəllim olum. İllər ərzində bu amal uğrunda çalışdım.

Səyyarə xanım bir gün məni otağına çağırdı, ikimiz idik. 

Mənə sual verdi:    - İsmət, elmi iş yazmaq istəyirsən? 

Mən dərhal “yox” cavabını verdim. Səbəbini ömür-gün 

yoldaşımın ağır xəstə olması ilə izah etdim. Mənə başa saldı 

ki, elə buna görə sən öz üzərində işləməlisən. Beləliklə, 

məni elm yoluna gətirdi. Mən Səyyarə xanımı həmişə 

qələbələrimin rəhni kimi görmüşəm. Belə qəlbi genişliyi 

yalnız Səyyarə xanım kimi – bizim professor kimi müdrik 

insan edə bilərdi. Onu da deyim ki, Səyyarə xanımdan 

xeyirxahlıq görən tək mən deyildim, onlarla belə işlər edib, 

alimlər ordusu yaradıb. Hər kəs belə geniş ürəyə malik deyil.

Mən aşiq suda yandı,

Ah çəkdim, su dayandı.

Yoxluğunu suya dedim, 

Ay Səyyarə xanım,

Alışdı, su da yandı.

Dağlar duman oldu, gəl,

Halım yaman oldu, gəl.

Bir gününə dözmürdük,

Qırxın tamam oldu, gəl.

Şıxəli Qurbanovun dəfni vaxtı böyük aktyorumuz, rejis-

sorumuz Mehdi Məmmədov belə bir fikir söylədi: 

“Şükürlər olsun ki, o dünyaya gəlmişdir, əfsuslar olsun ki, 

o həyatdan getmişdir”. Bu sözləri Sizə də şamil etmək olar, 

Səyyarə xanım. Varlığınızla elm aləminə, insanlığa, böyük 

töhfələr verdiniz, yoxluğunuzla bir insanı – Sizin kimi müd-

rik, əvəzolunmaz bir şəxsiyyəti itirdik. Varlığın nə gözəl, 

yoxluğun nə çətin..., 

Sən getdin, elə bil dünya boşaldı,

Yaz da köçüb getdi, yeri boş qaldı.

Bu xəzan könlümü qarlı qış aldı,

Mən yaza vurğunam, qışı neylərəm?!

Şair Adil Babayevin belə bir misrası var: 



Yenidən doğulur insan ölən gün.

Siz isə dünyanızı dəyişən günü yenidən doğulmadınız. 

Siz sağlığınızda əməlləriniz ilə nəyə qadir olduğunuzu çox-

dan sübut etmişdiniz – müdrik, həyatsevər, qayğıkeş, nikbin, 

xeyirxahlıq etməkdən həzz alan bir insan.

Nə deyim, Səyyarə xanım? Sizi tanıyanlar, Sizinlə 

təmasda olanlar, Sizin necə şəxsiyyət olduğunuzu bilənlər 

Sizdən danışmaqdan yorulmur, susmaq bilmir, elə deyir-

deyirlər. Sizin gördüyünüz işlər, şəxsiyyətiniz qarşısında 

söz acizdir. Siz çox mənalı, dolğun, başqalarına nümunə ola 

biləcək bir ömür yaşadınız. Elminizin, pedaqoqluğunuzun, 

insanşünaslığınızın qarşısında baş əyirəm, Səyyarə xanım, 

mənim ustadım! Səsin qulaqlarda, sözün dodaqlarda, 

məhəbbətin isə ürəklərdə qaldı. 

Allah rəhmət eləsin, qəbrin nurla dolsun, ruhun 

Səyyarəsevərlərə duaçı olsun. Amin!  



İsmət AĞAYEVA,

Azərbaycan dili  və nitq mədəniyyəti kafedrasının 

dosenti

XATIRLANANLAR

Sən getdin, elə bil dünya boşaldı...

V

acib deyil ki, insana ya sinifdə, ya auditori-



yada dərs deyəsən. Səyyarə xanımın oturuşu, 

duruşu, baxışı, elə varlığı insana çox şey öyrədirdi. 

Ədəbiyyatşünaslıqda belə bir ifadə var: “Biz 

hamımız Qoqolun “Şinel”indən çıxmışıq”. Biz 

də Səyyarə xanımın məktəbini keçmişik, ordan 

bəhrələnmişik. Axı Səyyarə xanım da nənəsi, dünya 

görmüş Qakqanın – Pəri nənənin məktəbindən su 

içib. Səyyarə xanımın xeyirxahlığına, böyüklüyünə 

dəlalət edən bəzi mətləblərə toxunmaq istəyirəm. 

Azərbaycan 

Tibb 

Univer-

sitetinin  Tədris  Terapevtik 

Klinikasında məhşur “Elsevier” 

nəşriyyat 

evinin 

Tədris 

Tera pevtik 

və 

Cərrahiyyə 

Klinikaları 

üçün 

təkşil 

etdiyi  xüsusi  kampaniyanın 

təqdimatı keçirildi.

 

Tədbiri giriş sözü ilə açan Klini­



kanın direktoru, professor Surxay 

Musayev  bu  təşəbbüsü  yüksək 

qiymətləndirdi. 2 ay müddətində Klini­

ka  əməkdaşlarına  “Elsevier”  elektron 

kitabxanasına və bazasına pulsuz gi­

riş imkanının yaradıldığını diqqətə çat­

dırdı. Sistemin özündə 2200 jurnal, 25 

min adda kitab və sorğu kitabçalarının 

birləşdiyini vurğuladı.

    “Elsevier”  şirkətinin  məsul  şəxsi 

Özləm  Tanırqan  da  öz  növbəsində 

çıxış  edərək  Tİbb  Univer­

siteti  ilə  əməkdaşlıqdan 

məmnun  olduqlarını  bil­

dirdi.  Daha  sonra  axtarış 

sisteminin  necə  işlməsinə 

həsr  olunmuş  təqdimatını 

tədbir  iştirakçılarına  çatdır­

dı.  “Clinical  Key”  tətbiqinin 

mobil  versiyasının  olduğu­

nu  da  vurğuladı.  Sistemdə 

tibb  sahəsinə  aid  milyon­

dan  çox  mənbəyə  giriş 

imkanı  əldə  etməklə  ya­

naşı,  pasiyentlərin  ilkin 

şikayətlərini  daxil  etməklə 

ehtimal olunan xəstəliklərin filtrlənmiş 

nəticələrini  əldə  etməyin  müm­

kün  olduğunu  söylədi.  Müasir  tibbi 

yeniliklərin  və  nəşrlərin  artıq  əlçatan 

olduğunu vurğuladı. 

Təqdimat  axtarış  sisteminin  işləmə 

mexanizmini  izah  edən  praktiki  hissə 

ilə davam etdi. 



ATU-da “Elsevier” nəşriyyat evinin xüsusi 

kampaniyasının təqdimatı keçirildi

  Dekabrın  9-da  Azərbaycan  Tibb 

Universitetinin  Tədris  Cər rahiy yə 

Klinikasında hepa tolo giya üzrə elmi 

konfrans keçirilib.

Tədbirin 

açılış 

hissəsində 



Təd ris 

Cərrahiyyə Klinikası nın direktoru, professor 

Nuru Bayramov çıxış edərək Azərbaycanda 

tibb elminin qazandığı nailiyyətlər, xüsusilə 

də qaraciyər xəstəliklərinə dair sahədə əldə 

olunan  uğurlardan  danışıb.  O,  ATU­nun 

Tədris Cərrahiyyə Klinikasının hepatologiya 

üzrə mürəkkəb əməliyyatların icra olundu­

ğunu da vurğulayıb. Professor N.Bayramov 

son illər təşkil olunan elmi­praktik konfrans­

larda  gənclərin  daha  çox  yer  aldığından 

məmnun olduğunu da bildirib.

Sonra  məruzəçilər  tədbir  iştirakçılarına 

təqdim  edilib.  Qeyd  olunub  ki,  hepatoloq 

Gülnarə Ağayeva yüksək ixtisaslı kadr kimi 

həm  də  biliklərini  gənclərlə  bölüşür,  elmi 

seminarlar təşkil edir.

Qaraciyər  xəstəlikləri,  onların  müasir 

metodlarla  diaqnostika  və  müalicəsi,  bu 

sahədə  dünyada  mövcud  təcrübədən 

bəhs  edən  toplantıda  ölkəmizin  aparıcı 

tibb  müəssisələrinin  mütəxəssisləri  iştirak 

ediblər.  Grand  Hospitalın  nümayəndəsi, 

hepatoloq  Gülnarə  Ağayeva  “Qaraciyər 

sirrozu,  patogenez,  etiologiyası”  mövzu­

sunda məruzə ilə çıxış edib. Mərkəzi Klinik 

Xəstəxananın  qastroenteroloqu  Emin  Ver­

diyev  isə  “Hepatik  ensefalopatiya”  möv­

zusunda  fikirlərini  tədbir  iştirakçılarının 

diqqətinə  çatdırıb.  Avrasiya  hospitalının 

qastroenteroloqu  Aqil  Ağakişiyev,  ATU­

nun  həkim­rezidenti  Şahnaz  Atayeva  isə 

kəskin qaraciyər çatışmazlığı mövzusunda 

məruzələrini təqdim ediblər.



Hepatologiyaya dair 

elmi konfrans keçirildi

ATU-nun mətbuat xidməti


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə