Himn ilə başlayırıq Məmməd əmin Rəsulzadənin səsi -İstiqlal qurbanları



Yüklə 43,3 Kb.
səhifə4/9
tarix22.05.2023
ölçüsü43,3 Kb.
#112157
1   2   3   4   5   6   7   8   9
ssenari AXC 100

Aparıcı: Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında yaranmış çətin siyasi şəraitdə qonşu dövlətlərlə münasibətlər mühüm yer tuturdu. Azərbaycanın müstəqilliyini tanıyan və ona çətin vəziyyətdə öz hərbi köməyini əsirgəməyən Osmanlı imperiyası oldu.
Səhnəcik. Uşaqlar bir yerə yığışır:
1. Torpaqlarımızı daşnaklardan təmizləmək lazımdır Məhəmmədhəsən bəy(Rəsulzadə)
2. Bu çox vacib məsələdir(Məhəmməd Həsən bəy)
3. Bakının Azərbaycan üçün önəmi böyükdür. Əgər Bakı azad olunmazsa əlvida Azərbaycan.(Rəsulzadə)
4.Kömək üçün Nuru paşa əsgərləri ilə yoldadır. Tezliklə özünü yetirəcək(digər iştirakçı)
- Nuru paşa buradadır.(Digər iştirakçı)
Nuru paşa:
Armağanım yaslı nəğmə,
Bir quş oldum, çıxdım yola.
Getdim gördüm dost elində
bir səs var, nə bir layla.

Sordum qərib minarədən:


“Axşam olmuş, əzan hanı?
Bayquş qonmuş minbərlərə,
Deyən hanı, duyan hanı?”

Vicdan mənə əmr edər ki:


“Belə gündə köməyə gəl”.
Quran mənə yol göstərir:
“Qardaşları məyus etmə”

Dost elindən əsən yellər


Mənə şer… salam söylər.
Olsun bizim bütün ellər
Qurban Türkün bayrağına.
Bütün iştirakçılar xəritə üzərinə toplanır: və uşaqlar deyirlər: -
(İştirakçılardan biri) 5-ci Qafqaz firqəsinin qərargahı Qobuda, 15-ci türk firqəsinin qərargahı isə Masazırda yerləşəcək.Türk Azərbaycan qüvvələri düşmən qüvvələrini darmadağın edərək Qurd qapısı istiqamətində hücuma keçən hissələrin sürətlə Bakıya girməsinə zəmin yaratmalıdırlar.
-9, 10, 13, və 56 cı piyada alayları Qurd qapısı istiqamətində qərar tutmuşlar(digər iştirakçı)
Nuru paşa: Hücum gecə baş tutacaq. İlk müdafiə xətti ələ keçirilməlidir
Döyüşdən video slayd---
Aparıcı: Qafqaz islam ordusunun sentyabrın 14-nə keçən gecə başlanan hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdilər. Azərbaycan-türk ordusu görünməmiş rəşadət göstərdi. Şəhid verdi. 14 sentyabr tarixində düşmən qüvvələri şəhəri tərk etdi. Bakı əməliyyatı uğural nəticələndi. 16 sentyabrda qələbə münasibətilə türk-Azərbaycan ordusunun paradı keçirildi.

Yüklə 43,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə